Kurikulumun nə olduğunu başa düşən var?
2008-2009-cu tədris ilindən birinci siniflərdə Azərbaycanda kurikulum tətbiqinə başlanılıb.
Kurikulumun məqsədi şagirdlərə müstəqil həyatda lazım olan əməli biliklərin öyrədilməsi, onların məntiqi təfəkkürü inkişaf etdirmək, öz fikrini müstəqil bildirmək və öz hüququnu qorumaq bacarığını aşılamaqdır.
Bəs, görəsən müəllim və valideynlər kurikulum sistemindən razıdırmı?
Təhsil ekspertləri kurikulum sisteminin dünyanın bir çox ölkəsində tətbiq edildiyini bildirirlər.
"2009-cu tədris ilindən etibarən Azərbaycan ümumtəhsil məktəbləri yeni təhsil strategiyasına - kurikuluma keçdi. Kurikulumun konsepsiyası ondan ibarətdir ki, buna qədər fakt yönümlü tədris həyata keçirən təhsil müəssisələri, artıq şəxsiyyət yönümlü tədris üzərində iş qurdular. Yəni buna qədər ancaq əzbərçilik üzərinə qurulan tədris praktika üzərinə qurulmalı idi. Təəssüflər olsun ki, geridə qalan müddət ərzində kurikulum standartları nə təhsil müəssisələrimizdə müəllimlərimiz, nə də mütəxəssislərimiz tərəfindən yüksək mənimsənildi. Belə ki, kurikulum əvvəlcə dərsliklər vasitəsi ilə çatdırılmalı idi bizim şagirdlərimizə.
Lakin kurikulum standartlarında verilən dərsliklər standartın tələblərinə cavab vermir. 4530 təhsil müəssisəsində çalışan 150 mindən çox müəllimin çox cüzi faizi kurikulumu öyrənə bildi. Kurikulum dünyada qəbul edilmiş təlim üsullarından biridir, bir çox üstünlükləri var. Şagirdlər təkcə nəzəri biliyə yox, eynilə əldə etdikləri biliklərin praktikada tətbiqini bu vasitə ilə öyrənirlər. Bunun kifayət qədər üstünlükləri var və dünya təhsil sistemində ən uğurlu konsepsiyalardan biridir. Təəssüfləndirici hal ondan ibarətdir ki, bizim cəmiyyətimiz yeniliyi vaxtında qəbul etmir”.
Müəllimlərin böyük əksəriyyəti isə kurikulumun Azərbaycana təhsilsizlikdən başqa heç nə vermədiyi fikrindədir.
"Kurikulum sistemi bizə hazırlıqsız şəkildə gətirilib. Bizim müəlimlərimizi, cəmiyyətimizi buna hazırlamadılar. Kurikulum bizim uşaqlarımızın evini yıxdı. Uşaqları 9 ildə qapalı testə öyrədiblər, amma sınaq imtahanında açıq test oldu. Bu uşaqların tamamilə savadsız olduğu ortaya çıxdı. Hamının güvəndiyi təhsil idi, amma indi qalmışıq çarəsiz, görək bu məsələlərin sonu necə olacaq”.
Kurikulumun nə olduğunu başa düşən var?
"Kurikulum təkmilləşməlidir, ləğv edilməməlidir. Bunu tələb etmək çox gülünc görsənir”
Mikayıl Cabbarov kurikulumu ləğv edir
Kurikulum təhsilimizə nə verir? -EKSPERT RƏYİ
Kurikulum ləğv edilir ? Müəllimlər sevinir
Azərbaycanda kurikuluma yeni standartlar gətirilir
Məleykə Abbaszadə: “Müəllimlər kurikulum sistemindən istifadə etməyi bacarmırlar"
Kurikulum üzrə məktəbdaxili qiymətləndirmə : Diaqnostik , Formativ , Summativ
Bəzi məktəblərə muxtariyyət veriləcək
“Yeni təhsil proqramı (kurikulum) üzrə qiymətləndirmə tapşırıqları” vəsaitləri -Buraxılış imtahanlarına hazırlaşanların nəzərinə
Kurikulum - qloballaşmanın yetirməsi -Dəyişikliklərə ehtiyac varmı?
Təhsilimizin “iksiri”, yoxsa “qarayarası”?
Müəllimlərimizin neçə faizi adi kompütüri açıb, bağlamağın yolunu bilir?-Müəllim fikri..
Şikayət etməyək, kömək edək.Kurikulum təliminə qarşı cıxaanlara qarşı sərt ETİRAZ
MİLLİ KURİKULUM,DÖVLƏT TƏHSİL STANDARTLARI,TƏHSİLİN MƏZMUNU
Qəbul imtahanlarında hansı ixtisaslara dəyişiklik olacaq? - Məleykə Abbaszadədən AÇIQLAMA
Mikayıl Cabbarov buraxılış və qəbul imtahanlarında edilən dəyişikliklərə münasibət bildirdi
Qəbul imtahanı bundan sonra necə olacaq?-Ekspertlər açıqladı
“Qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq” - YENİLİKLƏR
2017-ci il Buraxılış imtahanlarında yeniliklər gözlənilir
Təhsil standartları, milli kurikulum və təlimdə keyfiyyət
Dərsin ümumi quruluşu və mərhələləri - KURİKULUM
Bu qərar minlərlə insanın işsiz qalmasına səbəb olacaq (ŞƏRH)
Kurikulum siniflərində İdarəedicilər dərsdinləmə vaxtı nələrə DİQQƏT etməlidirlər !