Xəbərlər / Psixoloq
27 yanvar 2018
2 647


İntihara hazırlaşanı necə tanımalı? - Dəhşətli sonun başlanğıcı

Dünyada hər 40 saniyədə bir nəfər intihar edir. Mütəxəssislərə görə, intihar hadisələri daha çox yaz və payız fəsillərində baş verir. Bunun da müxtəlif səbəbləri var.

 

Aztəhsil.com xəbər verir ki, psixoterapevt Paşa Yaqub Sputnik Azərbaycan-a həmin səbəblərdən danışır.


P.Yaqub deyir ki, insan enerji (ruh) daşıyıcısıdır və ətraf mühitdən insana daim həm sabit, həm də dəyişən (neqativ) enerjilər gəlir:

 

"Fərq ondadır ki, bəzən insanın üzərinə güclü neqativ (qara) enerji axını baş verir. Bu qara enerji ruhdakı sabit cərəyanı "dəyişən cərəyan" formasına keçirir. Beləliklə, orqanizmdə sabitlik pozulur. Bundan sonra insanda həyəcanlanma, qorxu, diksinmə, qarabasma və sair baş verir".


"İnsan özünə qapanır, sevgisiz, həvəssiz olur, səbəbsiz ağrıları, qəlbində sıxılmalar olur, yuxuya gedərkən ayağı sanki boşluğa düşür, yaxud yüksəklikdən yıxıldığını hiss edərək oyanır. Bəzi xəstələrdə gecələr tez-tez sidiyə çıxma, yaxud həzm problemləri olur, bəziləri isə, ətrafından kölgə keçdiyini, boş otaqdan səs gəldiyini, yol gedərkən arxadan izləndiyini hiss edir. Səbəbsiz əsəbləşir və səbəbsiz ağlayır, içindəki dəhşətli sıxıntı onu intihara sövq edir" – deyə psixoterapevt bildirir.


Mütəxəssisin fikrincə, dini inanc faktoru intiharı ləngidir:

 

"Çünki, cəhənnəm qorxusu onu bu fikirdən bir qədər daşındırır. Lakin fikir beynindən çıxmır. Orqanizmə düşən neqativ enerji güclü olduqda isə, nə dini inanc, nə də övlad sevgisi insanı intihar fikrindən daşındıra bilir".


O vurğulayır ki, intihara hazırlaşan insanda sevgi hissi qəzəblə əvəzlənir:

 

"Ümumiyyətlə, intihar fikrində olan insanda, bir qayda olaraq, övladlarına və yaxınlarına qarşı sevgi hissi olmur. Bu hiss onların qəlbindən silinir. Kompüterə düşən virus fayl və proqramları necə silirsə, neqativ enerji də insanın qəlbindəki məhəbbət hissini, inam hissini elə silir. Bundan sonra insan heç kəsi sevmir, əks cinsə məhəbbət hissi olmur, hamıya şübhə ilə baxır. Yaxınlarının hər bir xoş hərəkəti onu əsəbləşdirir".


Həkimin sözlərinə görə, həkimlər, diaqnostik aparatlar belə xəstələrdəki ağrıların səbəbini tapmaqda aciz qalırlar, bu gün bir, sabah isə başqa diaqnoz qoyulur:

 

"Nevroloqlara və psixiatrlara müraciət etdikdə, bu cür xəstələrə, əsasən sakitləşdirici, psixotrop dərmanlar yazırlar. Bu dərmanlar bir qədər sakitləşdirsə də, narkotik tərkibli və keyidici olduğundan asılılıq yaradır və beyinin fəaliyyətini getdikcə zəiflədir. Dərmanların qəbulu intihar fikrini bir qədər ləngitsə də, onları qəbul etmədikdə təkrar narahatlıq və intihar fikri yaranır".


P.Yaqub qeyd edir ki, araşdırmalar insanda intihar fikrinin yaranmasının nə tibbin, nə də psixologiyanın qanunlarına uyğun olduğunu göstərir:

 

"Əslində, bütün bunlar fizikanın qanunlarına uyğun olaraq baş verir və bu elmlə də aradan qaldırılmalıdır. İntiharı yaradan başlıca səbəb orqanizmdəki (ruhdakı) sabitliyin pozulmasıdır. Yəni, enerjinin "dəyişən cərəyan" formasına keçməsidir. Deməli, fizikada enerji hansı qaydada sabitləşdirilirsə, insan orqanizmində də o qaydada (həmin prinsiplə) sabitləşdirilməlidir".


"Onu da qeyd edim ki, neqativ təsirə məruz qalmış və intihar həddinə çatmış adamlarda inam hissi olmadığından, müayinəyə özləri gəlmək istəmirlər. Bəzi hallarda yaxınları tərəfindən zorla gətirilirlər" — deyə həmsöhbətimiz əlavə edir.


Ekspert vurğulayır ki, neqativ enerji insan ruhuna bir neçə yolla yoluxur:

 

"İntihar etmək istəyən adamlar öz planlarını, əsasən ən sakit yerdə və ən sakit vaxtda həyata keçirirlər. Əsasən gecə, yaxud səhərə yaxın, insanlar yuxuda olarkən intihar etməyə çalışırlar. Ona görə də bu cür adamları tək qoymaq olmaz. İntihar edənlər üçün ilin hansı fəsli olması, havanın necə olması o qədər də önəmli deyil. Ancaq onlar axşamüstü daha çox sıxılırlar".

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Ölməyi yox, yaşamağı gözə alın! – İntihar çıxış yolu deyil

Ölməyi yox, yaşamağı gözə alın! – İntihar çıxış yolu deyil

16 yaşlı məktəbli intihar etdi

16 yaşlı məktəbli intihar etdi

Uşaqlar bu səbəbdən intihar edir - Valideynlər DİQQƏT!!!

Uşaqlar bu səbəbdən intihar edir - Valideynlər DİQQƏT!!!

“İntihar hadisələrinin bölgələrdə daha çox baş verməsi həyat tərziylə bağlıdır...”

“İntihar hadisələrinin bölgələrdə daha çox baş verməsi həyat tərziylə bağlıdır...”

SOS!!Ölkədə müəllim işləyən vətəndaşlar arasında intihar halları artıb

SOS!!Ölkədə müəllim işləyən vətəndaşlar arasında intihar halları artıb

Uşaq intiharlarının dəhşətli STATİSTİKASI - Hər 100 min nəfərə...

Uşaq intiharlarının dəhşətli STATİSTİKASI - Hər 100 min nəfərə...

Uşaq intiharlarının ilkin səbəbləri AÇIQLANDI

Uşaq intiharlarının ilkin səbəbləri AÇIQLANDI

Tələbələrdən “intihar etməyin!” ÇAĞIRIŞI

Tələbələrdən “intihar etməyin!” ÇAĞIRIŞI

Uşaqlar niyə intihar edir? - Komitə valideynlərə xəbərdarlıq etdi

Uşaqlar niyə intihar edir? - Komitə valideynlərə xəbərdarlıq etdi

Müəllimin intihar səbəbi bilindi - Tələbəsi ilə sevgili olub

Müəllimin intihar səbəbi bilindi - Tələbəsi ilə sevgili olub

Mən əgər bilsəydim ki, məni öldürəcəklər.......ŞƏHRİYYƏ QƏZƏNFƏRQIZI

Mən əgər bilsəydim ki, məni öldürəcəklər.......ŞƏHRİYYƏ QƏZƏNFƏRQIZI

Gəncləri intihara sürükləyən SƏBƏBLƏR nədir? -PSİXOLOQ

Gəncləri intihara sürükləyən SƏBƏBLƏR nədir? -PSİXOLOQ

İntihar edən müəllimə budur - Foto

İntihar edən müəllimə budur - Foto

Lənkəranda məktəbdə intihar hadisəsi baş verib

Lənkəranda məktəbdə intihar hadisəsi baş verib

Sumqayıtda müəllim məktəbdə intihar etdi

Sumqayıtda müəllim məktəbdə intihar etdi

Azərbaycanda müəllim damarlarını kəsib intihar etdi

Azərbaycanda müəllim damarlarını kəsib intihar etdi

İntihar edən gəncin tələbə yoldaşı: “Dəfələrlə depressiyada olduğunu demişdi”

İntihar edən gəncin tələbə yoldaşı: “Dəfələrlə depressiyada olduğunu demişdi”

Təhsil haqqına görə intihar? – “Nazirlik açıqlama verməlidir, fikirlər haçalanmamalıdır”

Təhsil haqqına görə intihar? – “Nazirlik açıqlama verməlidir, fikirlər haçalanmamalıdır”

Ağdaşda 7-ci sinif şagirdinin intiharında "Mavi Balina" izi

Ağdaşda 7-ci sinif şagirdinin intiharında "Mavi Balina" izi

İntihar edən 12 yaşlı şagirdin oxuduğu məktəbdən AÇIQLAMA

İntihar edən 12 yaşlı şagirdin oxuduğu məktəbdən AÇIQLAMA

Tarix müəllimi özünü mal tövləsinin çardağından asaraq intihar etdi - Zaqatalada dəhşətli hadisə

Tarix müəllimi özünü mal tövləsinin çardağından asaraq intihar etdi - Zaqatalada dəhşətli hadisə

12 yaşlı uşağın qatili: din, yoxsa məktəb?

12 yaşlı uşağın qatili: din, yoxsa məktəb?

Azərbaycanlı tələbə oğlandan kövrəldici intihar mesajı: "Ata mən getdim"

Azərbaycanlı tələbə oğlandan kövrəldici intihar mesajı: "Ata mən getdim"

Ağdaşda məktəbli niyə intihar edib? - "Anasından gizli..."

Ağdaşda məktəbli niyə intihar edib? - "Anasından gizli..."