Xəbərlər / Valideyn / Müəllim
29 yanvar 2018
2 395


“British Council” Təşkilatının məktəblərlə əməkdaşlığının məqsədi nədir?! -RƏSMİ AÇIQLAMA

2017-2018 ci tədris ilinin I yarımilində Azərbaycan Respublikası Təhsil Nazirliyi və "British Council” Təşkilatının Azərbaycandakı filialının birgə əməkdaşlığı çərçivəsində Bakı Şəhəri üzrə Təhsilİdarəsinin tabeliyindəki 4 ümumi təhsil məktəbində İngilis dili resurs mərkəzləri yaradılıb.


Aztəhsil.com xəbər verir ki, bu barədə modern.az-ın sorğusuna cavab olaraq Bakı şəhəri Təhsil İdarəsindən məlumat verilib.


Bildirilib ki, həmin məktəblər aşağıdakılardır: Xətai rayonu 245 nömrəli tam orta məktəb, Səbail rayonu 189-190 nömrəli tam orta məktəb, Nərimanov rayonu 45 nömrəli tam orta məktəb və Nizami rayonu 62 nömrəli məktəb-liseydir.


Yaradılan İngilis dili resurs mərkəzləri müəllimlərin dil və tədris bacarıqlarını təkmilləşdirmək, şagirdlərdə xarici dilin öyrənilməsinə marağı artırmaq və onların əldə etdikləri xarici dil biliklərini daha da möhkəmləndirmək məqsədlərinə xidmət edir. Mərkəzlər Böyük Britaniyadan sifariş olunmuş 100-dən artıq kitab və metodiki vəsaitlə təmin olunub.


Resurs mərkəzlərində müvafiq mərkəz məktəblərin, eləcə də həmin mərkəzlərin xidmətlərindən yararlanan şəbəkə məktəblərinin şagirdləri üçün dil dərsləri, ingilis dili müəllimləri üçün isə təkmilləşdirmə təlimləri keçirilir.


Dil dərslərində I-XI sinif şagirdləri könüllü əsaslarla iştirak edə bilərlər. İlk öncə mərkəzlərin akademik meneceri və koordinatoru tərəfindən könüllü şəkildə dərslərə qatılmaq istəyən şagirdlərin qeydiyyatı aparılır. Dərslər həftədə iki dəfə olmaqla, qrupda 15 nəfər şagirdin iştirakı ilə həyata keçirilir. "British Council”un təlimçiləri tərəfindən interaktiv şəkildə keçirilən dərslərdə şagirdlər ingilis dili üzrə yazı, oxu, dinləmə və danışıq bacarıqlarını təkmilləşdirirlər. Şagirdlər qruplara ingilis dili üzrə imtahan səviyyəsinə uyğun olaraq yerləşdirilir.


Mərkəzlərin hər birində minimum 10 qrup yaradılıb. "British Council”un maliyyə dəstəyi ilə həyata keçirilən dil dərsləri cari tədris ilinin aprel ayınadək ödənişsiz əsaslarla həyata keçiriləcəkdir. Aprel ayından sonra şagirdlərin marağı nəzərə alınaraq məşğələlərin könüllü müəllimlər vasitəsilə həyata keçirilməsi nəzərdə tutulub.


Mərkəzlər daxilində ingilis dili müəllimləri üçün həftədə iki dəfə olmaqla 90 dəqiqəni əhatə edən təkmilləşdirmə təlimləri də keçirilir. Həmin təlimlər "British Council”un peşəkar təlimçiləri tərəfindən aparılır. Təlimlər "Dərslərin planlaşdırılması”, "Səhvlərin düzəldilməsi”, "Sinfin idarəolunması” və s. təməl mövzuları əhatə edir. Cari tədris ilinin fevral ayında Böyük Britaniyadan dəvət olunan təlimçi tərəfindən 3 gün müddətinə mərkəz, eləcə də şəbəkə məktəblərinin ingilis dili müəllimləri üçün təlimlər keçiriləcək, xarici dilin tədrisi və qiymətləndirməsi sahəsi üzrə beynəlxalq təcrübə mübadiləsi aparılacaq.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda (TİPİİ) ingilis dili müəllimləri üçün Təlim-resurs mərkəzinin açılış mərasimi keçirilib.

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda (TİPİİ) ingilis dili müəllimləri üçün Təlim-resurs mərkəzinin açılış mərasimi keçirilib.

İngilis dili müəllimləri Londonda səfərdə olublar

İngilis dili müəllimləri Londonda səfərdə olublar

Bu orta məktəbdə İngilis dili Mərkəzi fəaliyyətə başlayıb -VİDEO

Bu orta məktəbdə İngilis dili Mərkəzi fəaliyyətə başlayıb -VİDEO

II İngilis dili Olimpiadası keçiriləcək

II İngilis dili Olimpiadası keçiriləcək

Ağstafalı müəllimlər Londonda ingilis dili təlimində iştirak edib

Ağstafalı müəllimlər Londonda ingilis dili təlimində iştirak edib

İngilis Dili Müəllimləri Birliyinin XII beynəlxalq konfransı keçirilib

İngilis Dili Müəllimləri Birliyinin XII beynəlxalq konfransı keçirilib

İngilis dili müəllimlərinin beynəlxalq konfransı keçiriləcək

İngilis dili müəllimlərinin beynəlxalq konfransı keçiriləcək

İngilis və rus dili fənnlərindən bilik yarışı keçirilib.

İngilis və rus dili fənnlərindən bilik yarışı keçirilib.

İngilis dili müəllimlərinin nəzərinə: Əlavə pul qazanmaq istəyirsinizsə...

İngilis dili müəllimlərinin nəzərinə: Əlavə pul qazanmaq istəyirsinizsə...

“Ümumi təhsil məktəblərində İngilis dilində Danışıq Klublarının yaradılması” layihəsinə start verilib.

“Ümumi təhsil məktəblərində İngilis dilində Danışıq Klublarının yaradılması” layihəsinə start verilib.

Azərbaycan Respublikası İngilis Dili Müəllimləri Birliyinin  ( AzETA ) Bərdə Filialının I konfransını keçirdi

Azərbaycan Respublikası İngilis Dili Müəllimləri Birliyinin ( AzETA ) Bərdə Filialının I konfransını keçirdi

TOPs proqramı çərçivəsində növbəti “Açıq dərs”

TOPs proqramı çərçivəsində növbəti “Açıq dərs”

Müəllimlərin yerdəyişməsi müsabiqəsində ən yüksək nəticəni ingilis dili, coğrafiya müəllimləri göstərib.

Müəllimlərin yerdəyişməsi müsabiqəsində ən yüksək nəticəni ingilis dili, coğrafiya müəllimləri göstərib.

Təhsil naziri Mikayıl Cabbarovdan yeni əmr!

Təhsil naziri Mikayıl Cabbarovdan yeni əmr!

Bakıda şagirdlərin 17 faizi rus dilində təhsil alır -RƏSMİ

Bakıda şagirdlərin 17 faizi rus dilində təhsil alır -RƏSMİ

Bakıda bu məktəb sökülür - Şagirdlərin aqibəti necə olacaq?

Bakıda bu məktəb sökülür - Şagirdlərin aqibəti necə olacaq?

Gənc fiziklərin və kimyaçıların finalçıları bəlli olub

Gənc fiziklərin və kimyaçıların finalçıları bəlli olub

DİM 10-cu sinif şagirdləri üçün ingilis dili fənnindən monitorinq imtahanı keçirib

DİM 10-cu sinif şagirdləri üçün ingilis dili fənnindən monitorinq imtahanı keçirib

İngilis dili müəllimi davranışındakı uyğunsuzluğa görə işdən azad olunub

İngilis dili müəllimi davranışındakı uyğunsuzluğa görə işdən azad olunub

Gənc fiziklərin yaradıcılıq müsabiqəsi YEKUNLAŞIB

Gənc fiziklərin yaradıcılıq müsabiqəsi YEKUNLAŞIB

DİM ingilis dili fənni üzrə monitorinq imtahanı keçirilib

DİM ingilis dili fənni üzrə monitorinq imtahanı keçirilib

Təhsil Nazirliyinin məktəblərdə rus dili OYUNU

Təhsil Nazirliyinin məktəblərdə rus dili OYUNU

Ali məktəb tələbələri, informatika müəllimləri, orta məktəb şagirdləri üçün  gərəkli vəsait PYTHON

Ali məktəb tələbələri, informatika müəllimləri, orta məktəb şagirdləri üçün gərəkli vəsait PYTHON

Tələbə qəbulu üçün müsabiqədə iştirak ödənişli olacaq - Qaydalar təsdiqləndi

Tələbə qəbulu üçün müsabiqədə iştirak ödənişli olacaq - Qaydalar təsdiqləndi