Xəbərlər / Direktor / Müəllim / Ekspert
30 yanvar 2018
4 801


Yeni Qiymətləndirmə Konsepsiyasının qəbul edilməsinə ehtiyac var...

Yeni Qiymətləndirmə Konsepsiyasının qəbul edilməsinə ehtiyac var...

Məktəbdaxili qiymətləndirmə milli kurikulumun məzmun standartlarına əsaslanır, şagird nailiyyətləri və irəliləyişlərinin monitorinqinə, şagirdin fəaliyyətinin təhsil standartlarına uyğunluğunun müəyyənləşdirilməsinə və ümumtəhsil pillələri üzrə buraxılış imtahanlarının aparılmasına xidmət edir.

Şagird nailiyyətlərinin qiymətləndirilməsi standartları gözlənilməklə tədrisin təkmilləşdirilməsi üçün qarşıya məqsədlər qoyur, onlara nail olma istiqamətində əldə edilən irəliləyişləri qiymətləndirir, məktəblərin, qrupların və fərdlərin fəaliyyətlərinin monitorinqini həyata keçirərək nəticələr arasında müqayisələr aparır. 

Məktəbdaxili qiymətləndirmənin üç növü var : 

1.Diaqnostik 2.Formativ 3.Summativ

Milli kurikulumun tətbiq olunduğu 2008-ci ildən başlayaraq şagird naliyyətlərinin qiymətləndirilməsi ilə bağlı bir neçə müvəqqəti təlimat imzalanmışdır. Onlardan Azərbaycan Respublikası təhsil nazirinin 2 sentyabr 2013-cü il tarixli 792 nömrəli əmri ilə təsdiq olunmuş "Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair müvəqqəti təlimat” və həmin təlimata təhsil nazirinin 7 iyul 2014-cü il 782 №-li əmri ilə edilmiş dəyişilik və "Ümumi təhsil müəssisələrində məktəbdaxili qiymətləndirmə növlərinin təşkilinin təkmilləşdirilməsi haqqında” təhsil nazirirnin 2 mart 2016-cı il tarixli 122 nömrəli əmri və həmin əmrə edilmiş təhsil nazirinin 16 iyun 2016-cı il tarixli 407№-li əmri ilə edilmiş dəyişiliyi qeyd edə bilərik.

Hal-hazırda da təhsil nazirinin 16 iyun 2016-cı il tarixli 407№-li əmri təsdiq edilmiş son təlimat qüvvədədir.

Müstəqillik dövründə və ondan əvvəlki dövrdə 5 ballıq qiymətləndirmə modelindən istifadə olunmuşdur. 1 qiyməti yazılmırdı. 2 ( qeyri-kafi) yazmaq təhsil alanın qiymətləndirilməməsi kimi qəbul edilirdi. 3 qiyməti bildiyiniz kimi məktəbə gələn, amma təlim naliyyətləri demək olar ki, olmayan şagirlərə verilirdi ki, sinifdəh-sinifə keçə bilsinlər.

Şagirdlərin qiymətləndirilməsi üçün 4 və 5 qiymətləri qalırdı. 90-cı illərin sonunda pilot layihə kimi 9 ballıq qiymətləndirmə modelindən istifadə olundu bir neçə il. Amma çox təəsüf ki, o modeldə "yuxarının" tapşırığı ilə yığışdırıldı.

Ümumtəhsil pilləsində hal-hazırda qarşılaşdığımız problemlərin çoxu məhz 2008-ci ildən tətbiq edilən hamımızın "kurikulum" adlqndırdığımız, yeni kurikulumların tətbiqi ilə başladı.

İlk növbədə qeyd etmək lazımdırdır ki,ümumi təhsil müəssisələrində məktəbdaxili qiymətləndirmənin yeni növlərinin tətbiq edilməsinə təhsilin tərəfləri olan təhsilverənlər, valideynlər və təhsilalanlar hazır deyildilər. Digər tərəfdən təhsilalanların bir neçə formada qiymətləndirilməsini aparacaq müəllimlər cəmi 10 gün formal olaraq kurikulum təlimlərinə cəlb edilsə də, onların peşəkarlıq səviyyəsi yeni kurikulumların tətbiqi üçün tələblərə cavab vermirdi.

Eyni zamanda, istər KSQ,istərsə də BSQ-ləri keçirtmək üçün lazım olan maddi texniki bazanın və vəsaitin olmaması müəllimləri çətin bir duruma saldı ki, məktəblərdə "printer pulu", "kağız pulu", "rəng pulu", "kseriks pulu" adlanan qeyri qanuni neqativ halların yaranmasına, nəticə etibarı ilə hamımızım ürək ağrısı ilə seyr etdiyimiz müəllim nüfüzü aşağılandı, cəmiyyətdə müəllim adı yalnlz pul toplayan, maddi olaraq nəsə tələb edən bir şəxsə çevrildi... Təəsüf...

Son günlər artıq 10 ildir ki, istifadə olunan məktəbdaxili qiymətləndirmənin dəyişdirilməsi ilə bağlı fikirlər səslənir. Bu qiymətləndirmə növündən indiyə qədər təqdirbən 1 milyon təhsil alan qiymətləndirilib. Göründüyü kimi şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi üçün yetərsiz olan, istifadə də olan qiymətləndirmə növünün tətbiqinin davam etdirilməsinin təhsilimizə ziyan vurulmasının davam etdirilməsi deməkdir.

Fikrimcə, yeni Qiymətləndirilmə Konsepsiyası qəbul edilməli, təhsilverənlərin bilik və bacarırlarını daha şəffav və obyektiv qiymətləndirilməsi üçün yeni, mexanizmlər təqdim edilməli, pilot layihə kimi bir neçə variant təqdim olunmalıdır.

Təqdim olunacaq yeni qiymətləndirmə növləri təhsil ictimaiətinin müzakirəsinə verilməli, yerlərdən gələn təklif və rəylər sonda nəzərə alınmalıdır. Əks halda itrən təhsilimiz və gəncliyimizdir...

Elşən Qafarov. Karyera Tədris Mərkəzinin direktoru. Aztehsil.com saytının rəhbəri
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
07.07.2014.Məktəbdaxili qiymətləndirmənin aparılmasına dair müvəqqəti təlimat

07.07.2014.Məktəbdaxili qiymətləndirmənin aparılmasına dair müvəqqəti təlimat

Kurikulum üzrə məktəbdaxili qiymətləndirmə :   Diaqnostik , Formativ , Summativ

Kurikulum üzrə məktəbdaxili qiymətləndirmə : Diaqnostik , Formativ , Summativ

Təlimatda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirinin əmr

Təlimatda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirinin əmr

Ümumtəhsil məktəblərində qiymətləndirmə

Ümumtəhsil məktəblərində qiymətləndirmə

Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması QAYDALARI

Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması QAYDALARI

Şagird nailiyyətlərinin qiymətləndirilməsi konsepsiyası barədə.

Şagird nailiyyətlərinin qiymətləndirilməsi konsepsiyası barədə.

Məktəbdaxili qiymətləndirmə ilə bağlı yeni qaydalar

Məktəbdaxili qiymətləndirmə ilə bağlı yeni qaydalar

Məktəblərdə summativ qiymətləndirmələr ləğv olunur - Təhsil Nazirliyində müzakirələr başlayıb

Məktəblərdə summativ qiymətləndirmələr ləğv olunur - Təhsil Nazirliyində müzakirələr başlayıb

Təlimin mərhələləri-Təlimdə müvəffəqiyyətin hesaba alınması və qiymətləndirilməsi.

Təlimin mərhələləri-Təlimdə müvəffəqiyyətin hesaba alınması və qiymətləndirilməsi.

“Məktəblərdə daxili qiymətləndirmə ilə yekun qiymətləndirmənin nəticələri üst-üstə düşmür”

“Məktəblərdə daxili qiymətləndirmə ilə yekun qiymətləndirmənin nəticələri üst-üstə düşmür”

Məktəb direktoru olmaq istəyənlər üçün - Azərbaycan Respublikası Təhsil Qanunu ilə bağlı qəbul edilmiş normativ sənədlərin SİYAHISI

Məktəb direktoru olmaq istəyənlər üçün - Azərbaycan Respublikası Təhsil Qanunu ilə bağlı qəbul edilmiş normativ sənədlərin SİYAHISI

Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı

Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 4

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 4

Məktəbdənkənar təhsil müəssisələrində çalışan pedaqoji işçilərin bilik və bacarıqlarının qiymətləndirilməsi keçiriləcək.

Məktəbdənkənar təhsil müəssisələrində çalışan pedaqoji işçilərin bilik və bacarıqlarının qiymətləndirilməsi keçiriləcək.

“Abituriyent” jurnalının xüsusi buraxılışı- 9-cular oxusun

“Abituriyent” jurnalının xüsusi buraxılışı- 9-cular oxusun

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları.  VARİANT 2

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 2

Qəbul imtahanının qaydaları dəyişir: 5 deyil 3 fəndən imtahan olacaq

Qəbul imtahanının qaydaları dəyişir: 5 deyil 3 fəndən imtahan olacaq

HƏMKARA DƏSTƏK I kitabından seçmələr III MƏQALƏ

HƏMKARA DƏSTƏK I kitabından seçmələr III MƏQALƏ

Bizdə bu qiymətləndirmə mexanizmində çox böyük səhvlər var..EKSPERT RƏYİ

Bizdə bu qiymətləndirmə mexanizmində çox böyük səhvlər var..EKSPERT RƏYİ

Təhsil nazirinin müavini yeni qəbul qaydaları haqqında danışdı

Təhsil nazirinin müavini yeni qəbul qaydaları haqqında danışdı

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 3

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 3

Diaqnostik qiymətləndirmə imtahanının vaxtı bəlli oldu

Diaqnostik qiymətləndirmə imtahanının vaxtı bəlli oldu

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 5.

MÜƏLLİMLƏRƏ METODİK KÖMƏK. Kurikuluma dair 20 sual və cavabları. VARİANT 5.

"Bizi düşündürür ki, aşağı siniflərdə summativ qiymətləndirmə nə dərəcədə vacibdir?"-qiymətləndirmələrdə dəyişikliklər olacaq

"Bizi düşündürür ki, aşağı siniflərdə summativ qiymətləndirmə nə dərəcədə vacibdir?"-qiymətləndirmələrdə dəyişikliklər olacaq