Bakı məktəblərində işə qəbul imtahanları başa çatdı
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən işə qəbul üzrə elan edilmiş müsabiqələrin test imtahanı mərhələsi yekunlaşıb.
Aztəhsil.com xəbər verir ki, idarədən modern.az-a bildirilib ki, imtahanlarda BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər, uşaq birliyi təşkilatı rəhbəri və laborant vəzifələrinə, o cümlədən BŞTİ-nin nəzdində fəaliyyət göstərən Təlimə Dəstək Mərkəzinə (TDM) işə qəbul üzrə qeydiyyatdan keçmiş namizədlər iştirak ediblər.
İmtahanlara Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsi üzrə 70, uşaq birliyi təşkilatı rəhbəri vəzifəsi üzrə 138, laborant vəzifəsi üzrə 351, TDM-ə işə qəbul üzrə 37 nəfər qatılıb.
Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsi üzrə imtahanlara qatılan şəxslər 40 sualdan ibarət test tapşırığını 60 dəqiqə, laborant və uşaq birliyi təşkilatı rəhbəri vəzifələri üzrə imtahanlarda iştirak edən şəxslər isə 30 sualdan ibarət test tapşırığını 45 dəqiqə ərzində cavablandırıblar.
TDM-ə işə qəbul üzrə namizədlər 90 dəqiqə ərzində 40 suala cavab verib və esse yazıblar.
Qeyd edək ki, nəticələr təhlil olunaraq, müvafiq keçid balı müəyyənləşdiriləcək. Keçid balından yüksək nəticə göstərən namizədlər növbəti mərhələyə dəvət ediləcəklər.
Bakı məktəblərində işə qəbul imtahanlarının vaxtı açıqlanıb
Direktor müavini olmaq üçün işə qəbul imtahanları başa çatdı
Direktor müavini, psixoloq və kitabxanaçı olmaq istəyənlərin imtahan nəticələri AÇIQLANDI
Bakı məktəblərinə işə qəbul imtahanı başlayır
Bakı məktəblərində işə qəbul üzrə növbəti müsabiqə elan edildi
Təhsil İdarəsi işçi axtarır
Məktəblərdəki vakant vəzifələrə işçi qəbulu elan olunub
Bakı məktəblərində direktor müavini işləmək istəyənlərin - NƏZƏRİNƏ
Bakıda orta məktəblərdə direktor müavini olmaq istəyənlər üçün - Yeni xəbər
Direktor müavinlərinin seçim imtahanı başladı
Bu vəzifələri tutmaq istəyənləri, DİQQƏT! - FOTOLAR
Bakıda direktor müavini olmaq istəyənlər üçün vakansiya mərhələsi başladı
Gənc fiziklərin yaradıcılıq müsabiqəsi YEKUNLAŞIB
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başa çatıb
Təhsil Nazirliyi açıqladı: Müəllimlərin işə qəbulu ilə bağlı daha bir vacib YENİLİK
Dövlət qulluğuna qəbul üzrə test imtahanları oktyabrda keçiriləcək
Dövlət qulluğunda rəhbər vəzifələr üzrə test imtahanına qeydiyyat başa çatır
Məktəblərdə bu vəzifələrə müsabiqənin müsahibə mərhələsi keçirilir
IX siniflər üzrə monitorinq keçirilib
Müəllimlərin işə qəbulu üçün qeydiyyat başa çatdı...50 min müəllim və 10 min vakant yer
Müəllimlərin işə qəbulu üzrə imtahanlarda 30 minədək namizəd iştirak edib
Təhsil Nazirliyi müəllimlərin imtahanı ilə bağlı açıqlama verdi
İki gündə müəllim olmaq istəyən səkkiz minə yaxın şəxs imtahan verib
DİM vakant yerlərə qəbulun nəticələrini AÇIQLAYIB