Sabahdan tələbə köçürülmələrinə başlanılır
Sabahdan tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbuluna başlanılır.
Aztəhsil.com xəbər verir ki, Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, fevralın 1-dən transfer.edu.az portalı vasitəsi ilə sənəd qəbulu həyata keçiriləcək və proses fevralın 7-dək davam edəcək.
Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə, köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyən edə bilərlər.
Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi (DİM) ilə birgə fəaliyyət çərçivəsində yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir.
Tələbələrin köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir. DİM tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar DİM tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır.
Qaydalara əsasən, xarici ölkələrin akkreditə olunmayan ali təhsil müəssisələri tələbələrinin və digər ölkələrdə qiyabi təhsil alanların köçürülməsinə icazə verilmir. Bununla yanaşı, tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələrinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır.
Transfer.edu.az portalı vasitəsi ilə köçürülən tələbələr köçürüldüyü ali təhsil müəssisəsindən və yaxud ixtisasından imtina etmək hüququna malik deyil.
Ötən tədris ilində portal vasitəsi ilə 1191 nəfər tələbə köçürülüb.
Universitetini dəyişmək istəyən tələbələrdən sənəd qəbulu başlayır
Tələbələrin köçürülməsi və yerdəyişməsi başlanılır – DİQQƏT
Tələbələrin köçürülməsi və yerdəyişməsi başlanılır – DİQQƏT
Təhsil Nazirliyi tələbələrin köçürülməsində tətbiq edilən yeniliyi açıqlayıb
Nazirlik: Tələbələrin köçürülməsi prosesi davam edir
Tələbələrin köçürülməsi üzrə sənəd qəbulunun vaxtı uzadılıb
Başqa universitetlərə köçürülmək istəyən tələbələrin sayı açıqlandı
Bu il 1191 tələbə köçürülüb
Nazirlik: Təfəkkür Universiteti akkreditasiyadan keçmədiyi üçün tələbələrə diplom verilməyəcək - MÜSAHİBƏ
Bağlanmış "Təfəkkür" Universitetinin tələbələri digər universitetlərə köçürülür
Qonşu ölkələrdə ali məktəbə attestatla qəbul olunmuş... -Təhsil Nazirliyi
Transfer.edu.az portalı ilə köçürülən tələbələr
Tələbələrə bəd xəbər: Bunu etsəniz ödənişli təhsil alacaqsınız
Bu il neçə nəfər tələbə ixtisas dəyişib?Hesabat
Təhsil Nazirliyi tələbələrin köçürülməsi ilə bağlı narazılıqlara münasibət bildirib
Təhsil Nazirliyi köçürmə prosesi ilə bağlı tələbələrə müraciət edib
Azərbaycanda hansı xarici universitetlərin diplomu tanınmır?
İlk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlayıb
“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu başlayır
Nazirlik: Təfəkkür Universitetinin daha 100 tələbəsi digər ali məktəblərə köçürülüb
“ASAN peşə” layihəsi üzrə sənəd qəbulu davam edir
Kolleclərdə tələbələrin köçürülməsi, xaric edilməsi qaydaları təsdiqlənib Böyüt
Təhsil Nazirliyi hesabat verdi
“Təfəkkür” Universiteti ilə Təhsil Nazirliyi arasında qalmaqal