Xəbərlər / Bakalavr
08 fevral 2018
4 034


700 bal toplayan tələbələrdən qış imtahanlarında kimlər kəsildi...

 

Ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında ən yüksək nəticə göstərərək, 700 bal toplayan tələbələr daim ictimaiyyətin diqqət mərkəzində olur. Son illərin müşahidəsi göstərir ki, 700 bal toplayanların heç də hamısı tələbə olandan sonra təhsili yüksək nəticələrələ başa vura bilmir. Hətta, universiteti çox aşağı qiymətlərlə bitirənlər də olur.


Modern.az saytı ictimaiyyətin marağını nəzərə alaraq, son qəbul imtahanlarında 700 bal toplamış birinci kurs tələbələri ilə əlaqə saxlayıb, onlardan qış semestrini necə başa vurduqlarını  xəbər alıb.


İsmayıllı rayonu Lahıc qəsəbə tam orta məktəbin məzunu Vahab Cəbrayılov Bakı Ali Neft Məktəbində (BANM) proseslərin avtomatlaşdırılması ixtisası üzrə təhsil alır.

"Dərslərimi çox yaxşı oxuyuram. İmtahanları əla qiymətlərlə başa vurdum. Heç bir çətinliyim olmadı. Bundan sonra da bu cür davam etmək istəyriəm”.


Ağcabədi rayonu 3 saylı məktəb-liseyin məzunu Arzu Məmmədova  İqtisad Universitetinin  beynəlxalq iqtisadi məktəb və maliyyə ixtisası üzrə təhsil alır.

"Qrup nümayəndəsiyəm. Təhsilimi ingilis dilində alıram. İmtahanlardan əlaçı kimi çıxdım. Universitetin "Top 15” qrupuna daxil oldum və buna görə çox sevindim. Ümumilikdə 6 imtahan verdim. İmtahanların  4-nü 100 balla, 2-sini 99 balla başa vurdum. Çalışacam ki, bu cür də davam edim”.


Paytaxtdakı Zərifə Əliyeva adına liseyin məzunu Səbinə İsmayılova  Bakı Dövlət Universitetinin Hüquq fakultəsində oxuyur:

"BDU-nun Hüquq fakultəsində təhsil alıram. Çox şükür ki, imtahanları yaxşı verə bildim və əlaçı oldum. Düzdü, imtahanlar çətin idi, amma semestr boyu dərsləri yaxşı oxuduğuma görə imtahanları müvəffəqiyyətlə geridə qoydum.  Düşünürəm ki, dərsləri vaxtında yaxşı oxumaq lazımdır”.


Nəsimi rayonu 111 saylı orta məktəbin məzunu İlhamə Hüseynova da Bakı Dövlət Universitetinin Hüquq fakultəsində təhsil alır.

"Təhsilim ingilis dilindədir. Dərslər yeni başlayanda çətinliyim vardı. Şükürlər olsun ki, indi hər şey qaydasındadır. Dərslərimi yaxşı oxuyuram. Qış imtahanlarını çox yaxşı verdim. Əlaçı oldum. Düzdü, bəzi ədəbiyyatlar tapılmırdı. Amma müəllimlərin köməkliyi ilə həmin ədəbiyyatları tapdıq və imtahanlara daha yaxşı hazırlaşdıq”.


Bakı şəhəri, Suraxanı rayonu 278 saylı orta məktəbin məzunu Pərvin Əhmədova  ADA Universitetində təhsil alır.

"ADA-nın İctimai münasibətlər fakultəsində oxuyuram. Tədris prosesindən  razıyam. İmtahanları çox yüksək səviyyədə verdim. Hər imtahandan 90 baldan yüksək nəticə göstərdim. Belə də davam etmək niyyətindəyəm”.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
700 bal toplayan tələbələr necə oxuyurlar...

700 bal toplayan tələbələr necə oxuyurlar...

700 bal toplayan tələbələr qış imtahanını necə verir?!

700 bal toplayan tələbələr qış imtahanını necə verir?!

700 bal toplayan tələbələr hansı universitetlərdə oxuyacaq? - SİYAHI

700 bal toplayan tələbələr hansı universitetlərdə oxuyacaq? - SİYAHI

Bu il 700 bal toplayan abituriyentlər ikinci dəfə imtahan verəcəklərmi?

Bu il 700 bal toplayan abituriyentlər ikinci dəfə imtahan verəcəklərmi?

700 bal toplayan abituriyentlər Azərbaycanda ali təhsil almaq istəyirlər

700 bal toplayan abituriyentlər Azərbaycanda ali təhsil almaq istəyirlər

Təhsil İdarəsi: Paytaxt məktəblərinin 5 məzunu qəbul imtahanında 700 bal toplayıb

Təhsil İdarəsi: Paytaxt məktəblərinin 5 məzunu qəbul imtahanında 700 bal toplayıb

"Hər zaman beynəlxalq münasibətlər üzrə təhsil almaq istəmişəm"-700 bal toplayan tələbə

"Hər zaman beynəlxalq münasibətlər üzrə təhsil almaq istəmişəm"-700 bal toplayan tələbə

"Abituriyentin tədrisi mənimsəmə bacarığı yoxdursa, repetitor nə edə bilər ki!”

"Abituriyentin tədrisi mənimsəmə bacarığı yoxdursa, repetitor nə edə bilər ki!”

Naxçıvanda ən yüksək balı Elçibəyin kəndlisi toplayıb-683

Naxçıvanda ən yüksək balı Elçibəyin kəndlisi toplayıb-683

Bakı Türk Liseyinin son 8 ildə 15-ci məzunu 700 bal toplayıb

Bakı Türk Liseyinin son 8 ildə 15-ci məzunu 700 bal toplayıb

Cocuq Mərcanlıdan olan abituriyent qəbul imtahanında 700 bal toplayıb - REPORTAJ

Cocuq Mərcanlıdan olan abituriyent qəbul imtahanında 700 bal toplayıb - REPORTAJ

Magistratura imtahanından ən yüksək bal toplayan tələbələr

Magistratura imtahanından ən yüksək bal toplayan tələbələr

BANM-in 22 yaşlı məzunu ABŞ universitetinin doktorantı olub

BANM-in 22 yaşlı məzunu ABŞ universitetinin doktorantı olub

Bölgə universitetlərinin tələbələri paytaxt tələbələrinə həsəd aparırlar: “Bizdən öndədirlər”

Bölgə universitetlərinin tələbələri paytaxt tələbələrinə həsəd aparırlar: “Bizdən öndədirlər”

Ağdamın orta ümumtəhsil məktəblərini bitirən 519 nəfər tələbə adını qazanıb

Ağdamın orta ümumtəhsil məktəblərini bitirən 519 nəfər tələbə adını qazanıb

«Təhsil haqları 500-800 manatdan artıq olmamalıdır»

«Təhsil haqları 500-800 manatdan artıq olmamalıdır»

695 bal toplayan abituriyent müəllimlik ixtisasını seçdi - VİDEO

695 bal toplayan abituriyent müəllimlik ixtisasını seçdi - VİDEO

"Bu onu göstərir ki, Azərbaycan təhsil sistemi çox yaxşı inkişaf edib"

"Bu onu göstərir ki, Azərbaycan təhsil sistemi çox yaxşı inkişaf edib"

Bakı Ali Neft Məktəbi ən yaxşı ali təhsil müəssisəsi seçilib

Bakı Ali Neft Məktəbi ən yaxşı ali təhsil müəssisəsi seçilib

32 yaşlı şagird, əfqan qızın xəyalları, evlənən küsülülər... - REPORTAJ

32 yaşlı şagird, əfqan qızın xəyalları, evlənən küsülülər... - REPORTAJ

Dövlət qulluğuna işə qəbul üzrə imtahanda ən yaxşı nəticə göstərmiş ali məktəblərin adları AÇIQLANDI -SİYAHI

Dövlət qulluğuna işə qəbul üzrə imtahanda ən yaxşı nəticə göstərmiş ali məktəblərin adları AÇIQLANDI -SİYAHI

621 balla BDU-ya qəbul olundu: Ancaq pulsuzluğa görə oxuya bilməyəcək: Atasının son arzusunu yerinə yetirmək istəyən qız kömək gözləyir

621 balla BDU-ya qəbul olundu: Ancaq pulsuzluğa görə oxuya bilməyəcək: Atasının son arzusunu yerinə yetirmək istəyən qız kömək gözləyir

Diaqnostik qiymətləndirmədə yüksək nəticə göstərən Göygöl rayon müəllimləri.

Diaqnostik qiymətləndirmədə yüksək nəticə göstərən Göygöl rayon müəllimləri.

700 bal toplayan tələbə: Yaxşı ki, Bakı Ali Neft Məktəbini seçdim

700 bal toplayan tələbə: Yaxşı ki, Bakı Ali Neft Məktəbini seçdim