Xəbərlər / Digər Xəbərlər
15 fevral 2018
12 362


BU MÜƏLLİMLƏR İXTİSAR OLUNACAQ - TƏHSİL NAZİRLİYİ

 

"Bu günə kimi Təhsil Nazirliyi tərəfindən Azərbaycanda 140 minə yaxın müəllim diaqnostik qiymətləndirmədən keçirilib. Hazırda Bakıda 7 min müəllimin qiymətləndirilməsi aparılır. Bununla da proses tam başa çatacaq”.
 
Bunu Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov deyib.
Onun sözlərinə görə, bu işlərin həyata keçirilməsində məqsəd səriştəli təhsil verənlərin hazırlanması və təhsil mühitinə cəlb edilməsidir.
C. Valehov qeyd edib ki, artıq diaqnostik qiymətləndirmənin nəticələri ilə bağlı Təhsil Nazirliyində müəyyən məlumatlar var: "Diaqnostik qiymətləndirmə zamanı zəif nəticə göstərən müəllimlərin bir qismi təlimlərə cəlb edilərək, nəticələrini yaxşılaşdırmaq üçün onlara şans veriləcək. Bununla yanaşı, qiymətləndirmədə kifayət qədər zəif nəticə göstərən müəllimlər var ki, onlar məktəblərdən ixtisar olunacaq. Çünki başqa yol yoxdu. İstəyirik ki, yüksək bilikli, savadlı, bacarıqlı müəllimlər işlə təmin olunsun. Ötən il rekord sayda namizəd işə qəbul üçün müraciət edib, onlardan 30 mini imtahanda iştirak edib. Bu il Azərbaycanda vakansiyaların sayları artırılıb, səriştəli müəllimlərin işə cəlb olunması üçün yeni imkanlar yaradılır”.
Nazirlik rəsmisi qeyd edib ki, bu il müəllimlərin işə qəbulu üzrə müsabiqədə kifayət sayda vakant yer olacaq: "Bu il 6 mindən çox vakant müəllim yerinin olması gözlənilir. Burada əsas məqsəd daha çox gənc və yüksək savadlı müəllimlərin işə cəlb olunmasıdır”.
Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov isə əlavə edib ki, bəzi hallarda təlim vasitəsilə müəllimlərin peşəkarlığı artırılacaq: "Lakin qiymətləndirmədə çox aşağı nəticə göstərən müəllimlərin təlim ehtiyacları təmin edilsə belə, onların bilik səviyyəsinin, peşəkarlığının artırılması üçün cəhdlər məqsədəuyğun hesab edilmir. Təhsilə cavabdeh olan şəxslərə belə müəllimlər, əmək müqavilələrinin tənzimlənməsi ilə bağlı tapşırıqlar verilib. İstəmirik ki, övladlarımıza, şagirdlərə aşağı nəticə göstərən müəllimlər dərs keçsin. Hətta az saat olsa belə, onların yeri vakansiyaya çıxarılacaq. Müsabiqələrdə kifayət qədər bal toplayan namizədlər məktəblərdə yer olmadığı üçün işlə təmin oluna bilmirlər”.
E. Bağırov vurğulayıb ki, diaqnostik qiymətləndirmədə aşağı nəticə göstərən müəllimlərin sayı kifayət qədərdir: "Ola bilsin ki, hansısa müəllim öz ərizəsi ilə işdən çıxmağa razılıq verəcək. Artıq belə hallar var, bəzi müəllimlər özləri ərizə yazaraq işdən çıxırlar".
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Müəllim işləmək istəyənlər, bu xəbərə DİQQƏT! - 6 min vakant yer var - VİDEO

Müəllim işləmək istəyənlər, bu xəbərə DİQQƏT! - 6 min vakant yer var - VİDEO

Nazirlik: Müəllimlər sertifikasiya və attestasiya nəticəsində işdən azad oluna bilər

Nazirlik: Müəllimlər sertifikasiya və attestasiya nəticəsində işdən azad oluna bilər

Diaqnostik qiymətləndirmənin dərs bölgüsünə nə aidiyyatı var?

Diaqnostik qiymətləndirmənin dərs bölgüsünə nə aidiyyatı var?

Müəllimlərin dərs bölgüsü bu qayda ilə aparılacaq - Nazirlik açıqladı

Müəllimlərin dərs bölgüsü bu qayda ilə aparılacaq - Nazirlik açıqladı

Diaqnostik qiymətləndirmədən sonra müəllimləri hansı sınaq gözləyir?

Diaqnostik qiymətləndirmədən sonra müəllimləri hansı sınaq gözləyir?

Diaqnostik qiymətləndirmədə zəif nəticə toplayan müəllimlərə yeni fürsət veriləcək

Diaqnostik qiymətləndirmədə zəif nəticə toplayan müəllimlərə yeni fürsət veriləcək

Növbəti tədris ilində müəllimlərin dərs bölgüsü zamanı diaqnostik qiymətləndirmənin nəticələri əsas götürüləcək

Növbəti tədris ilində müəllimlərin dərs bölgüsü zamanı diaqnostik qiymətləndirmənin nəticələri əsas götürüləcək

26 rayonun diaqnostik qiymətləndirmədən keçən müəllimləri oxusun - İnanılmaz imkan

26 rayonun diaqnostik qiymətləndirmədən keçən müəllimləri oxusun - İnanılmaz imkan

İmtahanda sıfır nəticə göstərən müəllimlər: Onlar Azərbaycanın gələcəyini baltalayır

İmtahanda sıfır nəticə göstərən müəllimlər: Onlar Azərbaycanın gələcəyini baltalayır

Müəllimlərin biliklərinin diaqnostik qiymətləndirilməsi yekunlaşdıqdan sonra attestasiya keçiriləcək.

Müəllimlərin biliklərinin diaqnostik qiymətləndirilməsi yekunlaşdıqdan sonra attestasiya keçiriləcək.

Gələn il müəllimlərin işə qəbulu ilə bağlı yeni qaydalar hazırlanacaq

Gələn il müəllimlərin işə qəbulu ilə bağlı yeni qaydalar hazırlanacaq

Müsabiqə ilə işə qəbul edilən müəllimlər diaqnostik qiymətləndirmədən keçirilməyəcək

Müsabiqə ilə işə qəbul edilən müəllimlər diaqnostik qiymətləndirmədən keçirilməyəcək

Bu müəllimlər işdən çıxarılacaq

Bu müəllimlər işdən çıxarılacaq

Azərbaycanda 5 minə yaxın müəllimin maaşı artacaq

Azərbaycanda 5 minə yaxın müəllimin maaşı artacaq

Müəllimlərin əmək haqları artırılacaq

Müəllimlərin əmək haqları artırılacaq

Bəzi səbəblərdən DQ-də iştirak edə bilməyən müəllimlər avqustda imtahan verəcəklər

Bəzi səbəblərdən DQ-də iştirak edə bilməyən müəllimlər avqustda imtahan verəcəklər

Təhsil Nazirliyindən “saxta müəllim”lərə qarşı sərt addım

Təhsil Nazirliyindən “saxta müəllim”lərə qarşı sərt addım

Valideynlər: "Savadsız müəllimlər övladlarımıza dərs deməsin" - REPORTAJ

Valideynlər: "Savadsız müəllimlər övladlarımıza dərs deməsin" - REPORTAJ

"Bu il müəllimlərin yerdəyişməsi müsahibə və ya müsabiqəsiz həyata keçirilib"

"Bu il müəllimlərin yerdəyişməsi müsahibə və ya müsabiqəsiz həyata keçirilib"

Azərbaycanda 10 təhsil müəssisəsinə müəllimlər müsabiqədənkənar işə qəbul olunacaq

Azərbaycanda 10 təhsil müəssisəsinə müəllimlər müsabiqədənkənar işə qəbul olunacaq

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron ərizə qəbulu NƏ ZAMAN başlayır?

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron ərizə qəbulu NƏ ZAMAN başlayır?

Bu müəllimlərin dərs yükü dəyişdi - Nazirlikdən xəbər

Bu müəllimlərin dərs yükü dəyişdi - Nazirlikdən xəbər

"Bu il direktor olmaq istəyən namizədlərin rekord sayda olacağı gözlənilir"

"Bu il direktor olmaq istəyən namizədlərin rekord sayda olacağı gözlənilir"

İmtahanda iştirak edə bilməyən müəllimlər üçün diaqnostik qiymətləndirilmə keçiriləcək

İmtahanda iştirak edə bilməyən müəllimlər üçün diaqnostik qiymətləndirilmə keçiriləcək