Xəbərlər
11 may 2016
3 736


29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzində “Yaşasın Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası” adlı dəyirmi masa keçirilib

 29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzində  “Yaşasın Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası” adlı dəyirmi masa keçirilib Yaşasın ulu öndər Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzi və Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Gənclər birliyinin birgə təşəbbüsü ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93 - cü ildönümünə həsr edilmiş "Yaşasın Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası” adlı dəyirmi masa keçirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının aparat rəhbəri Emin İlyasov, Pirallahı rayon Ağsaqqallar şurasının sədri Fazil Məhəmmədov, Gənclər birliyinin idarə heyəti və partiyanın fəal üzvləri, Pirallahı rayon məktəblərinin müəllim və şagird kollektivi  iştirak edib.
Tədbiri giriş sözü ilə açan 29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzinin direktoru Sevda Bəşirova çıxışı zamanı azərbaycanlı olmağı ilə həmişə fəxr edən dahi liderin keçdiyi şərəfli həyat yolundan, onun Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən danışıb.
Tədbirdə çıxış edənlər ömrünün 35 ilini Azərbaycanda dövlət quruculuğuna həsr edən Heydər Əliyev irsini daha dərindən öyrənməyə və bu irsdən bəhrələnməyə çağırıblar.
Tədbirdə Azərbaycan xalqının xilaskarı olan ümummilli liderin həyat və fəaliyyətini əks etdirən video-çarx təqdim edilib. 243 nömrəli tam orta məktəbin IV sinif şagirdinin ifasında səslənən "Heydərdən sonra İlhamdır rəhbər” adlı şeir ilə tədbirə yekun vurulub.
Məqalə Göndər








Загрузка...