Xəbərlər / Müəllim
21 fevral 2018
3 536


“Hər birindən 7 min manat rüşvət alır…”

 

Sumqayıt şəhər 9 saylı tam orta məktəbdə Uşaq Təşkilat rəhbəri olmuş Validə Əlirzayeva İlyas qızı Sumqayıt Təhsil Şöbəsinin müdiri Nizami Namazovla bağlı ölkə rəhbərliyinə müraciət edib.

Tia.az saytına müraciət edən 9 saylı tam orta məktəbdə 20 ildir çalışan Validə Əlirzayeva 2017-ci ildən məktəbdə direrektor əvəzi işləyən Həqiqət Abdullayevadan və Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri Nizami Namazovdan şikayətçidir. Onun dediyinə görə, Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Nizami Namazov təyin edildiyi gündən Sumqayıt təhsilində rüşvət tüğyan baş alıb gedir: "Belə ki, Nizami Namazov müddətli müqavilə ilə 200-yə yaxın müəllim götürərək onların hər birindən 5000 manat pul almiş, eyni zamanda məktəblərə onlarla direktor müavini işə götürərək hər birindən 10 min manat, məktəblərə laborantlar işə götürərək hər birindən 7 min manat rüşvət alır. Onun 40 min manat rüşvət alaraq vəzifəyə təyin etdiyi şəxslərdən biri də Həqiqət Abdullayevadır. Nizami Namazov 9 nömrəli məktəbdə yarım-stavka (0.5 stavka) ilə işləyən, orda "Dollar Həqiqət” adlandırılan xanıma direktor əvəzi vəzifəsini həvalə edib. Bu məktəbdə elə ay, elə gün yoxdur ki, pul yıgılmasın. Özunun dediyi kimi, bazar gününü pul olmayan gün sayır. Maraqlı odur ki, başa verənlərlə bağlı Təhsil Nazirliyinə, prokurorluga şikayət edilsə də, bu şikayətlərə baxan yoxdur.

Bir müddət əvvəl məktəbə Regional Hesablama Mərkəzindən yoxlama gəldi ,xeyli nöqsanlar tapdılar məktəbdə. Bununla bağlı cinayət işi açılmalı idi, amma açmırlar. Hal-hazırda Həqiqət Abdullayeva seckiyə görə işdən azaddır. Direktorluğu isə Nizami Namazov həvalə edib uc dəfə ailə qurmuş Rövsən İmanova. Budur Nizami Namazovun fəaliyyəti. Məktəb "ölü canlarla”; texniki işcilər, ocaqcılar və sairə işçilərlə doludur. 9 -11-ci sinif şagirdlərinin hərəsindən 500 manat, monitorinq pulu 2 manat, hər muəllimdən 10 manat pul yığılır. Məktəb 6 günlük iş rejimi ilə fəaliyyət göstərsə də, uşaqlar dərsə gəlmir. Prokuror köməkçisi Elviz Salayevə bu barədə şikayət edilsə də, o, bu məsələyə laqeyd yanaşır”.

Sonda Validə Əlirzayeva hörmətli prezident İlham Əliyevdən Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri Nizami Namazovun və direktor əvəzi Həqiqət Abdullayevanın özbaşınalığına son qoyulması üçün göstəriş verməsini xahiş edir .

Validə Əlirzayevanın prezidentə videomüraciətini də təqdim edirik.

P.S. Qarşı tərəfi də dinləməyə hazırıq.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Nizami Namazovdan ərizə alındı: Müddətli müəllim ştatına götürülənlərin aqibəti necə olacaq?

Nizami Namazovdan ərizə alındı: Müddətli müəllim ştatına götürülənlərin aqibəti necə olacaq?

Sumqayıt şəhər 9 saylı tam orta məktəbdə özbaşınalıq davam edir  -Direktorun səs yazısı YAYILDI

Sumqayıt şəhər 9 saylı tam orta məktəbdə özbaşınalıq davam edir -Direktorun səs yazısı YAYILDI

Sumqayıt şəhər 9 saylı tam orta məktəbdə direktor özbaşınalığı davam edir -"Burada mənəm... "

Sumqayıt şəhər 9 saylı tam orta məktəbdə direktor özbaşınalığı davam edir -"Burada mənəm... "

Azərbaycanda bu məktəblərdə müəllimlər üçün pul yığılır - SİYAHI

Azərbaycanda bu məktəblərdə müəllimlər üçün pul yığılır - SİYAHI

Sumqayıtda məktəb direktorları üçün vacib stolüstü kitab

Sumqayıtda məktəb direktorları üçün vacib stolüstü kitab

Təhsil naziri əvəzi əmr imzaladı - İşçi Qrup yaradıldı

Təhsil naziri əvəzi əmr imzaladı - İşçi Qrup yaradıldı

Quba təhsilində özbaşınalıq - "Müəllimlərin hər birindən 100 manat rüşvət tələb edilir"

Quba təhsilində özbaşınalıq - "Müəllimlərin hər birindən 100 manat rüşvət tələb edilir"

"Cənab Mikayıl Cabbarov, sizdən diqqət, qayğı gözləmirəm" - NARAZILIQ

"Cənab Mikayıl Cabbarov, sizdən diqqət, qayğı gözləmirəm" - NARAZILIQ

Sumqayıtda məktəbdənkənar təhsil müəssisələri birləşdirilir: ixtisar gözlənilirmi?

Sumqayıtda məktəbdənkənar təhsil müəssisələri birləşdirilir: ixtisar gözlənilirmi?

Təhsil nazirliyindən YENİ ƏMR: 2018-2019-cu dərs ilində...

Təhsil nazirliyindən YENİ ƏMR: 2018-2019-cu dərs ilində...

Sumqayıt məktəbləri necə mühafizə olunur? - ARAŞDIRMA

Sumqayıt məktəbləri necə mühafizə olunur? - ARAŞDIRMA

Müəllimlərdən rüşvət istəyən direktor işdən çıxarıldı

Müəllimlərdən rüşvət istəyən direktor işdən çıxarıldı

Sumqayıt məktəbləri necə mühafizə olunur? - Araşdırma

Sumqayıt məktəbləri necə mühafizə olunur? - Araşdırma

Azərbaycanda şok - Baytar məktəb direktoru təyin edildi

Azərbaycanda şok - Baytar məktəb direktoru təyin edildi

Sumqayıtda məktəb direktorunun işdən çıxarılması xəbəri yayıldı - FOTO

Sumqayıtda məktəb direktorunun işdən çıxarılması xəbəri yayıldı - FOTO

Təhsil şöbəsinin iclasında dava – Müavin müdirə əl qaldırdı?

Təhsil şöbəsinin iclasında dava – Müavin müdirə əl qaldırdı?

Bakının daha bir məktəbində qalmaqal – FOTO

Bakının daha bir məktəbində qalmaqal – FOTO

Sumqayıtda müəllim 1-ci sinfə gedən uşağı döyüb — Valideyn şikayəti

Sumqayıtda müəllim 1-ci sinfə gedən uşağı döyüb — Valideyn şikayəti

Sumqayıt məktəbində QALMAQAL - Direktor keçmiş müavininə cavab verdi

Sumqayıt məktəbində QALMAQAL - Direktor keçmiş müavininə cavab verdi

Məktəb şagirdinin ölümündə təqsirləndirilən direktor müavini azadlıqda qaldı- MƏHKƏMƏ QƏRAR VERDİ

Məktəb şagirdinin ölümündə təqsirləndirilən direktor müavini azadlıqda qaldı- MƏHKƏMƏ QƏRAR VERDİ

Cəlilabad rayonunda təhsilə qan udduran direktordan növbəti ŞİKAYƏT - "Müəllimlərin öz hesabına hazırladığı sinfi sökür"

Cəlilabad rayonunda təhsilə qan udduran direktordan növbəti ŞİKAYƏT - "Müəllimlərin öz hesabına hazırladığı sinfi sökür"

Sumqayıtda bu təhsil müəssisələrinin direktorları dəyişdi

Sumqayıtda bu təhsil müəssisələrinin direktorları dəyişdi

Cəlilabad rayon müəllimlərindən Mikayıl Cabbarova şikayət məktubu

Cəlilabad rayon müəllimlərindən Mikayıl Cabbarova şikayət məktubu

Nizami rayonu ərazisində Şagirdi “BMW” vurub öldürdü

Nizami rayonu ərazisində Şagirdi “BMW” vurub öldürdü