Xəbərlər, Bakalavr
25 fevral 2018
674

Günel Səfərova ali məktəb rəhbərlərinə müraciət etdi - "Müəllimlər uşaqları..."


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş


 

İctimai Birlikdən təhsillə bağlı çağırış

"Gənc Vətəndaş" İctimai Birliyinin icraçı direktoru Günel Səfərova ali məktəb rəhbərlərinə müraciət edib. Bu barədə Günel Səfərova öz facebook səhifəsində məlumat yayıb.

G. Səfərova bildirib ki, uşaqların müdafiə mexanizmi təhsildən başlamalıdır: "Uşaqların hüquqları, uşaqların müdafiəsi, uşaqlara qarşı zorakılıq əleyhinə yanaşma, əsasən, onların tədrisi ilə məşğul olan müəllimlərdə olmalıdır. Ümumiyyətlə, uşaqların təhsil aldığı müəssisələrdə hər kəs uşaqların müdafiəsi, təhlükəsizliyi barədə bilgiyə sahiblənməlidir. Məsələn, indi müəllimlər öz ixtisası ilə bağlı mütəxəssis olurlar, amma uşaqlarla davranışı tam öyrənmirlər. Pedaqogika yeni standartlara cavab verməlidir, məsələn, uşaqlarla davranış, ünsiyyət, uşaq psixologiyası və s. prioritet təşkil etməlidir. İndiki dövrün uşaqları texnoloji əsrin uşaqlarıdır və onlara fərqli yanaşılmalıdır. Ən əsası indiki müəllimlərin əksəriyyəti uşaq zorakılığı əleyhinə bilgilərini artırmalı, uşaqlara sözlü, fiziki təhqiri üstün tutmamalıdırlar. Xüsusilə gənc müəllimlər üçün əksər hallarda uşaq hüququ, müdafiəsi əsas olmalıdır".

"Müəllim-şagird münasibətlərinin zorakılıq səviyyəsinə gəlib çıxması pedaqoq hazırlığı ilə birbaşa bağlı olan məsələdir. Bəzən tədris təlimi kölgədə qoyur. Bu da uşaqların şəxsiyyət kimi formalaşmasına mane olur. Uşaqların özünü təqdim etmək, öz bilik bacarıqlarını nümayiş etməklə bağlı çox çətinlikləri olur, yəni çəkinirlər, çünki tərbiyə bu cür verilib. Burada ailə ilə yanaşı, müəllimlərin də günahı var. Azərbaycan məktəbləri şəxsiyyət yetişdirmək baxımından çox zəifdir. Çünki məktəblərdə müəllim çoxdur, pedaqoq azdır. Cəmiyyətin müəllimlərdən gözləntiləri də az deyil. Ona görə müəllimlər ciddi hazırlanmalıdır. Bəzən müəllimin hər hansı bir şagirdlə yaxşı münasibəti olmur, bunun əsas səbəbi pedaqoqların "uşaqların dili"ni bilməməsidir. Müəllim uşağı anlamırsa, problem oradan başlanır", - Səfərova bildirib.

"Gənc Vətəndaş" İctimai Birliyi ali pedoqoji təhsil müəssisələrinin rəhbərlərinə müraciət edərək təklif edir ki, yeni tədris proqramına uşaq hüquqları ilə bağlı fənn salınsın: "Bu müəllimləri yeni dövrün çağırışlarına hazırlamaq baxımından önəmlidir. Çünki onlar təkcə müəllim yox, həm də pedaqoq kimi hazırlanmalıdırlar".






Whatsapp'ta Paylaş

Загрузка...
loading...

Həmçinin oxuyun:
Məktəblər niyə şəxsiyyət yetişdirə bilmir? - Ekspert

Məktəblər niyə şəxsiyyət yetişdirə bilmir? - Ekspert

Sinif rəhbərləri işlərinin öhdəsindən gələ bilirlərmi? - Valideynlər cavab verdilər - SORĞU

Sinif rəhbərləri işlərinin öhdəsindən gələ bilirlərmi? - Valideynlər cavab verdilər - SORĞU

Bu gün döyülən uşaq, sabah döyən valideyn olacaq - EKSPERT

Bu gün döyülən uşaq, sabah döyən valideyn olacaq - EKSPERT

Azərbaycanda məktəbəqədər təhsil - bağçalarda nə var, nə yox?

Azərbaycanda məktəbəqədər təhsil - bağçalarda nə var, nə yox?

Uşaqlar evdən niyə qaçır? – AÇIQLAMA

Uşaqlar evdən niyə qaçır? – AÇIQLAMA

Evdə təhsil sistemi- Azərbaycanda da mümkünmü?

Evdə təhsil sistemi- Azərbaycanda da mümkünmü?

İnklüziv təhsil və onun əhəmiyyəti

İnklüziv təhsil və onun əhəmiyyəti

Fərqli uşaqların müəllimi: “Əvvəl oturub-durmağı da bacarmırdı, sonra...” - FOTOLAR

Fərqli uşaqların müəllimi: “Əvvəl oturub-durmağı da bacarmırdı, sonra...” - FOTOLAR

Orta məktəb və bağçalarda psixoloq kadrı problemi...

Orta məktəb və bağçalarda psixoloq kadrı problemi...

Çətin uşaqlar və onlarla aparılan işin əsasları

Çətin uşaqlar və onlarla aparılan işin əsasları

Tərbiyədə əsas rol: Valideyn-uşaq münasibətləri

Tərbiyədə əsas rol: Valideyn-uşaq münasibətləri

Nazir müavini uşaqlara verilən ev tapşırıqlarından danışdı: Yolverilməzdir

Nazir müavini uşaqlara verilən ev tapşırıqlarından danışdı: Yolverilməzdir

Müəllim kimdir? - Vəzifədir, şərəfli olduğu qədər də...

Müəllim kimdir? - Vəzifədir, şərəfli olduğu qədər də...

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

UNİCEF: İl ərzində 15 milyon qız təcavüzün qurbanı olur

UNİCEF: İl ərzində 15 milyon qız təcavüzün qurbanı olur

Uşaq hüquqlarının qorunması necə tənzimlənir?

Uşaq hüquqlarının qorunması necə tənzimlənir?

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşaqların beynəlxalq müdafiəsi günü münasibətilə tədbir keçirilib

Uşaqların beynəlxalq müdafiəsi günü münasibətilə tədbir keçirilib

"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”

6 PEDAQOJİ MƏSLƏHƏT - ƏMƏKSEVƏRLİK

6 PEDAQOJİ MƏSLƏHƏT - ƏMƏKSEVƏRLİK

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Müəllim kimdir ?

Müəllim kimdir ?

1 iyun Uşaqların Beynəlxalq Müdafiyəsi günü - Bayramınız mübarək əziz uşaqlar

1 iyun Uşaqların Beynəlxalq Müdafiyəsi günü - Bayramınız mübarək əziz uşaqlar

Müəllimin şəxsi keyfiyyətləri , Müəllimin peşə qabiliyyətləri.

Müəllimin şəxsi keyfiyyətləri , Müəllimin peşə qabiliyyətləri.