Xəbərlər / Ekspert
04 mart 2018
4 091


Repetitorlar Azərbaycanda təhsilinin bəlasına çevrilib - Günün problemi

Repetitorlar Azərbaycanda təhsilinin bəlasına çevrilib - Günün problemi

 

 

Abituriyentlərin əksəriyyəti fərdi müəllim-repetitor yanına gedərək universitetə hazırlaşır. Repetitorlar bəzən, abituriyentlərin məktəb müəllimləri, bəziləri isə soraqlaşıb kənardan tapdıqları şəxslər olur.

Bəzi  şagirdlər iddia edirlər ki, məktəb müəllimlərinin təkidi ilə onların  yanına hazırlığa gedirlər. Abituriyent universitetə hazırlaşdığını nəzərə alıb, qiymət yazdırmaq, dərslərdə iştirak etməmək üçün məcburiyyət qarşısında öz müəllimini seçməli olur.

2018-ci il tələbə qəbulundakı dəyişikliklərə görə abituriyentin buraxılış imtahanının nəticəsi  qəbul imtahanının nəticəsinə əlavə olunacaq. Bu da ixtisas, universitet seçiminə təsir edir. Bunları nəzərə alsaq, indiki halda repetitorlarla bağlı vəziyyət necə olacaq?

Abituriyent  yenə də  hansısa repetitoru seçmək məcburiyyətində qalacaq? Ümumiyyətlə, həmin repetitorluq sisteminin abituriyentlərə nə kimi mənfi  təsirləri var?

Məsələylə bağlı Aztehsil.com-a açıqlama verən təhsil eksperti Cahid İsmayıloğlunun sözlərinə görə, repetitorluq günü-gündən ifrat səviyyəyə çatıb, Azərbaycan təhsilinin bəlasına çevrilib:
 

 

"Ən qorxulu hal odur ki, bu gün repetitorların çoxu abituriyentlərə dərs yox, test əzbərlədir. Eyni zamanda, repetitorluqla məşğul olan müəllimlər hazırladıqları şagirdlərə bilik yox, testin cavablandırılma texnikasını öyrətməklə savadsız, amma yüksək bal toplayan abituriyentlər yetişdirir.

Dünyanın inkişaf etmiş ölkələrində məktəbdə yalnız dərs, bilik öyrətmirlər. Hətta Finlandiya kimi dünyanı heyran qoyan təhsil sisteminə malik bir ölkədə məktəbdə qiymətləndirmə də yoxdur. Repetitorluq şagirdi məktəbdən soyudur, məktəb ikinci, üçüncü plana keçir.

Abituriyent Gülay Hüseynova bildirir ki, repetitorları öz seçdiyi müəllimlərdir və bu onun göstəricilərinə müsbət təsir edir.  Məktəb müəllimlərinin şagirdləri öz yanına hazırlığa gəlməyiylə bağlı təkidlərinə isə abituriyent belə cavab verir:

"Sinifdə olub-olmaması haqqında dəqiq bir şey deyə bilmərəm.    Deyəsən, keçən il məktəbdə belə bir hal yaşanmışdı”.

Gülay deyir ki, Azərbaycan dili fənnindən repetitoru, həm də sinif müəlliməsidir. Onun sözlərinə görə bu, ona təsir etmir. Məktəbdə sinif müəllimi kimi rəftar edir: "Çox müəllim dəyişmişəm, amma onu dəyişmərəm”.

Orta məktəb müəlliməsi Nərgiz Salmanova həm də repetitor kimi fəaliyyət göstərir. Müəllimənin sözlərinə görə, repetitorluq fəaliyyətinin  məktəbə  heç bir aiddiyyatı yoxdur:

"Vicdanlı müəllim məktəbdə və hazırlıqda da dərsini keçir. Abituriyent üçün ikiqat yaxşıdır. Həm məktəbdə, həm də məşğələdə oxuyur”.

Qeyd edək ki, bir müddət əvvəl repetitorların vergi məsələsi gündəmdə idi. Qanunvericiliyə əsasən, repetitorlar sahibkarlıq fəaliyyəti göstərən şəxslər kimi vergiödəyiciləridirlər.

Belə şəxslər fərdi sahibkarlıqla məşğul olur və buna görə də vergi orqanında qeydiyyata alınmaqla bu fəaliyyətdən əldə etdiyi gəlirdən seçdiyi vergitutma metodundan asılı olaraq (sadələşdirilmiş vergi, gəlir vergisi və ya ƏDV) müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidirlər. Repetitorluq fəaliyyəti göstərmək istəyən şəxslər hər şeydən əvvəl Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada vergi orqanlarında uçota alınmalıdırlar. Sadələşdirilmiş vergitutma metodunu seçən fərdi sahibkar göstərdiyi xidmətlərə görə əldə etdiyi gəlirin (hasilatın) həcmindən (hər hansı xərc çıxılmadan) Bakı şəhərində 4 faiz, respublikanın digər regionlarında 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi ödəyir

Gəlir vergisinin ödəyicisi kimi uçota alınan fərdi sahibkarlar göstərdiyi xidmətlərə görə əldə etdiyi gəlirdən, bu gəlirin əldə olunması ilə bağlı xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər çıxıldıqdan sonra qalan fərqdən (gəlirdən) 20 faiz dərəcə ilə gəlir vergisi ödəyir:

Dövriyyəsindən asılı olaraq, repetitorluq fəaliyyəti göstərən şəxs ƏDV ödəyicisi olduğu halda, yuxarıda qeyd olunan qaydada hesablanan gəlir vergisi ilə yanaşı 18 faiz dərəcə ilə ƏDV də tətbiq olunmalıdır. Azedu//
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Repititorluqla məşğul olmaq üçün vergi ödəyəcəksiniz...repititorlara bəd xəbər

Repititorluqla məşğul olmaq üçün vergi ödəyəcəksiniz...repititorlara bəd xəbər

Müəllimlərin əlavə qazanc yeri - Ali məktəbə hazırlıq neçəyə başa gəlir?

Müəllimlərin əlavə qazanc yeri - Ali məktəbə hazırlıq neçəyə başa gəlir?

"Abituriyentin tədrisi mənimsəmə bacarığı yoxdursa, repetitor nə edə bilər ki!”

"Abituriyentin tədrisi mənimsəmə bacarığı yoxdursa, repetitor nə edə bilər ki!”

“Müəllim, şagird məktəbə qaytarılmalı və…”

“Müəllim, şagird məktəbə qaytarılmalı və…”

Yeni ildən maaşlar bu QAYDA ilə hesablanacaq

Yeni ildən maaşlar bu QAYDA ilə hesablanacaq

Köçkün müəllimlərə hansı güzəştlər var?

Köçkün müəllimlərə hansı güzəştlər var?

Yüksək bal toplayan abituriyentlər sonradan niyə uğurlu nəticə göstərə bilmirlər? -EKSPERT

Yüksək bal toplayan abituriyentlər sonradan niyə uğurlu nəticə göstərə bilmirlər? -EKSPERT

İxtisas seçimində diqqətli olun!

İxtisas seçimində diqqətli olun!

Repititor yanına getmədən də 700 bal yığmaq olduğunu sübut edən abituriyent

Repititor yanına getmədən də 700 bal yığmaq olduğunu sübut edən abituriyent

500-700 bal toplayan abituriyentlərin ən çox seçdiyi ixtisas hansıdır?

500-700 bal toplayan abituriyentlərin ən çox seçdiyi ixtisas hansıdır?

Orta məktəblərlə bağlı növbəti həyəcan təbili çalınır

Orta məktəblərlə bağlı növbəti həyəcan təbili çalınır

4 500 məktəbin direktorları və direktor müavinləri çaşqınlıq içindədirlər.Bu əndrabadi  təlimata açıqlama verən yoxdur??

4 500 məktəbin direktorları və direktor müavinləri çaşqınlıq içindədirlər.Bu əndrabadi təlimata açıqlama verən yoxdur??

Azərbaycanda məzunlar məktəb proqramının 46-71%-ni mənimsəmirlər

Azərbaycanda məzunlar məktəb proqramının 46-71%-ni mənimsəmirlər

DİM: Qəbul imtahanlarında ikinci dəfə iştiraka görə ödənişi abituriyent ödəyəcək

DİM: Qəbul imtahanlarında ikinci dəfə iştiraka görə ödənişi abituriyent ödəyəcək

“Bu qərar DİM-in qazancına xidmət edir” - ŞƏRHLƏR

“Bu qərar DİM-in qazancına xidmət edir” - ŞƏRHLƏR

“Şagirdin öz ana dilindən “2” alması biabırçılıqdır”- Nazirlikdən və ekspertdən şərh

“Şagirdin öz ana dilindən “2” alması biabırçılıqdır”- Nazirlikdən və ekspertdən şərh

Yeni dərs ili üçün tələbə qəbulu – QAYDALARI

Yeni dərs ili üçün tələbə qəbulu – QAYDALARI

Ali məktəblərə qəbul olunmuş bəzi gənclər təhsildən imtina etdilər – SİYAHI

Ali məktəblərə qəbul olunmuş bəzi gənclər təhsildən imtina etdilər – SİYAHI

Evdə təhsil sistemi- Azərbaycanda da mümkünmü?

Evdə təhsil sistemi- Azərbaycanda da mümkünmü?

Ali məktəblərə qəbul olanların sayı açıqlandı

Ali məktəblərə qəbul olanların sayı açıqlandı

DİM dərs vəsaitlərini niyə bahalaşdırır? - Valideynlər NARAZIDIR

DİM dərs vəsaitlərini niyə bahalaşdırır? - Valideynlər NARAZIDIR

Mən Bütün dostlarımdan xahiş edirəm münasibət bildirsinlər

Mən Bütün dostlarımdan xahiş edirəm münasibət bildirsinlər

Vakant yerlərin aqibəti necə olacaq?

Vakant yerlərin aqibəti necə olacaq?

669 bal topladı, universitetə qəbul ola bilmədi - AZƏRBAYCANDA İNANILMAZ OLAY

669 bal topladı, universitetə qəbul ola bilmədi - AZƏRBAYCANDA İNANILMAZ OLAY