Xəbərlər
09 mart 2018
2 962


Orta məktəbdəki yanğından video yayaraq... - FHN-dən açıqlama

Orta məktəbdəki yanğından video yayaraq... - FHN-dən açıqlama

 

Mart ayının 6-da Qəbələ rayon Dövlət Yanğından Mühafizə Hissəsindən 14 km məsafədə yerləşən və çətin şəraitli yolu olan Laza kənd orta məktəbində yanğın baş verib.
 
Yanğın barədə ilk məlumat Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə Qüvvələrinin İdarəetmə mərkəzinə həmin gün saat 13:27 dəqiqədə daxil olub.
 
Dərhal hadisə yerinə Qəbələ yaron Dövlət Yanğından Mühafizə Hissəsinin müvafiq olaraq hər biri 6, 8 və 9 ton su və köpük əmələ gətirən məhlul ilə təchiz olunmuş 3 yanğınsöndürən avtomobili göndərilib. İlk yanğınsöndürmə avtomobili saat 13:55 dəqiqədə hadisə yerinə çatıb və dərhal yanğının söndürülməsi işlərinə başlanılıb.
 
Çətin yol şəraitində 14 km məsafəni qət etmiş yanğınsöndürmə avtomobillərindən birinin su nasosunda yaranmış nasazlıq səbəbindən həmin avtoçəndən yanğın yerinə suyun verilməsi dayanıb.
 
Təəssüf hissi ilə qeyd edirik ki, bəzi sosial şəbəkələrdə düzgün olmayan məlumatların yayılması və baş verən hadisələrə başqa "don geyindirərək” görülən işlərə kölgə salınmasına cəhd olunub. Belə ki, yuxarıda qeyd olunduğu kimi, məktəbin binasında baş vermiş yanğın söndürülərkən yanğınsöndürmə avtomobillərindən birinin su nasosunda yaranmış nasazlıq səbəbindən həmin avtoçəndən yanğın yerinə suyun verilməsi prosesi dayanan zaman bəzi şəxslər hadisəni videogörüntüyə alaraq yanğınsöndürən avtomobillərin hadisə yerinə susuz gəlməsi fikrini aşılamağa çalışıblar.
 
FHN bir daha bildirir ki, Dövlət Yanğndan Mühafizə Xidmətinin yanğın texnikaları lazımi odsöndürücü vasitələrlə (su və köpük əmələ gətirən məhlul) tam təmin olunaraq döyüş hesabında saxlanılır. Heç bir halda döyüş hesabında olan yanğın texnikası hadisə yerinə susuz yürüş etmir.
 
Həmçinin qeyd olunmalıdır ki, Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən yanğın təhlükəsizliyi sahəsindəki çoxsaylı pozuntularla bağlı həmin məktəbin rəhbərliyinə ötən illər ərzində dəfələrlə xəbərdarlıqlar edilib. Bu il yanğından 3 gün əvvəl, məktəb direktoruna yanğın təhlükəsizliyi sahəsində inzibati xətaya yol verdiyi üçün 3 mart 2018-ci il tarixli 0000532 saylı protokol tərtib edilib.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Sumqayıt Dövlət Universitetinin tələbə yataqxanasında yanğın baş verib

Sumqayıt Dövlət Universitetinin tələbə yataqxanasında yanğın baş verib

Şəkidə orta məktəb yanıb

Şəkidə orta məktəb yanıb

Qəbələdə məktəb yanıb

Qəbələdə məktəb yanıb

Bakıda BDU müəllimlərinin yaşadığı binada yanğın söndürülüb - YENİLƏNİB (FOTO/VİDEO)

Bakıda BDU müəllimlərinin yaşadığı binada yanğın söndürülüb - YENİLƏNİB (FOTO/VİDEO)

Masallıda məktəbdə yanğın olub, şagirdlər təxliyə olunub

Masallıda məktəbdə yanğın olub, şagirdlər təxliyə olunub

Mingəçevirdə uşaq bağçasında yanğın olub

Mingəçevirdə uşaq bağçasında yanğın olub

Azərbaycanda məktəb yandı - Şagirdlər təxliyə olundu

Azərbaycanda məktəb yandı - Şagirdlər təxliyə olundu

AMEA-da yanğın təhlükəsizliyi ilə bağlı seminar keçirilib

AMEA-da yanğın təhlükəsizliyi ilə bağlı seminar keçirilib

Məktəbdə dəhşətli yanğın - 25 nəfər yanaraq öldü

Məktəbdə dəhşətli yanğın - 25 nəfər yanaraq öldü

Balakəndə orta məktəbdə yanğın olub

Balakəndə orta məktəbdə yanğın olub

Sumqayıt Dövlət Universitetinin yanğın baş verən yataqxanasında tələbələr yaşamayıb

Sumqayıt Dövlət Universitetinin yanğın baş verən yataqxanasında tələbələr yaşamayıb

Kooperasiya Universitetindəki yanğından təxliyə edilən abituriyentlər yenidən imtahan verəcəklər

Kooperasiya Universitetindəki yanğından təxliyə edilən abituriyentlər yenidən imtahan verəcəklər

Məktəb binası şagirdlərin gözü qarşısında yandı - VİDEO

Məktəb binası şagirdlərin gözü qarşısında yandı - VİDEO

Bakıda Kooperasiya Universitetinin binasında yanğın başlayıb.

Bakıda Kooperasiya Universitetinin binasında yanğın başlayıb.

Prezident Gəncədəki orta məktəbdə oldu

Prezident Gəncədəki orta məktəbdə oldu

Kooperasiya Universitetində yanğınla əlaqədar təxliyə olunan abituriyentlər üçün qəbul imtahanı keçirilir

Kooperasiya Universitetində yanğınla əlaqədar təxliyə olunan abituriyentlər üçün qəbul imtahanı keçirilir

Məktəbdə əməyin mühafizəsi üzrə işin təşkilinə dair normativ sənədlərin SİYAHISI və ƏMRin forması

Məktəbdə əməyin mühafizəsi üzrə işin təşkilinə dair normativ sənədlərin SİYAHISI və ƏMRin forması

Xüsusi hallar barədə məlumatların verilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Xüsusi hallar barədə məlumatların verilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Məktəbdəki ƏXLAQSIZLIQLA bağlı Təhsil Nazirliyindən - AÇIQLAMA

Məktəbdəki ƏXLAQSIZLIQLA bağlı Təhsil Nazirliyindən - AÇIQLAMA

Mülki Müdafiə ilə bağlı maarifləndirmə tədbirləri həyata keçirilir

Mülki Müdafiə ilə bağlı maarifləndirmə tədbirləri həyata keçirilir

Xüsusi hallar barədə məlumatların verilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Xüsusi hallar barədə məlumatların verilməsi haqqında Azərbaycan Respublikası təhsil nazirinin əmri

Beynəlxalq Mülki müdafiə gününə həsr edilmiş tədbir keçirilib

Beynəlxalq Mülki müdafiə gününə həsr edilmiş tədbir keçirilib

Hökumət uşaq bağçaları ilə bağlı qərar vedi - Yeni qayda təsdiqləndi

Hökumət uşaq bağçaları ilə bağlı qərar vedi - Yeni qayda təsdiqləndi

Təhsil Nazirliyi məktəbdəki xoşagəlməz olayla bağlı diqqətli olmağa ÇAĞIRDI

Təhsil Nazirliyi məktəbdəki xoşagəlməz olayla bağlı diqqətli olmağa ÇAĞIRDI