Xəbərlər / Bakalavr
12 mart 2018
12 791


Ali məktəblərdə ödənişli ixtisaslar üçün - Təhsil haqları müəyyənləşdi - QİYMƏTLƏR

Ali məktəblərdə ödənişli ixtisaslar üçün - Təhsil haqları müəyyənləşdi - QİYMƏTLƏR

 

Azərbaycanda bakalavriat və tibb təhsili üzrə əsas təhsil səviyyələrində tələbələrə düşən təhsil xərclərinin yeni miqdarı təsdiqlənib.

Nazirlər Kabineti bununla bağlı "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarında dəyişiklik edib.

Qərara əsasən, "Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və tibb təhsili üzrə əsas təhsil səviyyələrində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı” yeni redaksiyada təsdiq edilib.

Ali təhsil müəssisələrinin bakalavriat təhsili səviyyəsində Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, Dil və ədəbiyyat müəllimliyi (dillər üzrə), Xarici dil müəllimliyi (dillər üzrə), Fizika müəllimliyi, Riyaziyyat və informatika müəllimliyi, Riyaziyyat müəllimliyi, Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə), Texnologiya müəllimliyi, Musiqi müəllimliyi, Biologiya müəllimliyi, Kimya müəllimliyi, Kimya və biologiya müəllimliyi, Tarix müəllimliyi, Tarix və coğrafiya müəllimliyi, Coğrafiya müəllimliyi, İnformatika müəllimliyi, Təsviri incəsənət müəllimliyi, İbtidai sinif müəllimliyi, Korreksiyaedici təlim, Məktəbəqədər təlim və tərbiyə və Təhsildə sosial-psixoloji xidmət ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 1320 manat, Filologiya (dil və ədəbiyyat göstərilməklə), Fəlsəfə, Tərcümə (dillər üzrə), Jurnalistika, Kitabşünaslıq, Tarix, Antropologiya, Politologiya, Psixologiya, Sosiologiya, Regionşünaslıq (regionlar üzrə), Hüquqşünaslıq, Beynəlxalq münasibətlər, Dinşünaslıq, Kitabxanaçılıq və informasiya, ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 1620 manat, Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 1320 manat, İnstrumental ifaçılıq, Solo oxuma, Dirijorluq, Bəstəkarlıq və Musiqişünaslıq ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 6820 manat, Xalq çalğı alətləri ifaçılığı, Aktyor sənəti, Rejissorluq və Operator sənəti ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 1800 manat, Xoreoqrafiya sənəti, Estrada sənəti, Teatrşünaslıq, Bədii yaradıcılıq və ekran dramaturgiyası və Kinoşünaslıq, Dünya iqtisadiyyatı, Mühasibat uçotu və audit, Maliyyə, İqtisadiyyat, Sənayenin təşkili və idarə olunması, Statistika, Menecment, Marketinq, Biznesin idarə edilməsi, Dövlət və bələdiyyə idarəetməsi və Kommersiya və davamlı inkişafın təmin edilməsi ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 1320 manat, Riyaziyyat və Mexanika ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 1420 mana manat təsdiqlənib.

Materialşünaslıq mühəndisliyi, Geologiya mühəndisliyi, Hidrogeologiya mühəndisliyi, Geofizika mühəndisliyi, Dağ-mədən mühəndisliyi, Neft-qaz mühəndisliyi, Neft-qaz qurğuları mühəndisliyi, Elektroenergetika mühəndisliyi, İstilik energetikası mühəndisliyi, Enerji maşınqayırması mühəndisliyi, Metallurgiya mühəndisliyi və Maşın mühəndisliyi ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 1620 manat, Avianəqliyyat istehsalatının təşkili mühəndisliyi, Aviasiya texnikası avadanlıqlarının istismarı mühəndisliyi, Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi, Uçuş mühəndisliyi, Hava nəqliyyatında texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi mühəndisliyi, Gəmiqayırma və gəmi təmiri mühəndisliyi, Gəmi energetik qurğularının istismarı mühəndisliyi, Dəniz naviqasiyası mühəndisliyi, Dəmiryol nəqliyyatı və təsərrüfatı mühəndisliyi, Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi, Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi, Cihazqayırma mühəndisliyi, Texnoloji maşın və avadanlıqlar mühəndisliyi, Elektrik mühəndisliyi, Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi, Proseslərin avtomatlaşdırılması mühəndisliyi, Mexatronika, İnşaat mühəndisliyi, Mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi, Nəqliyyat tikintisi mühəndisliyi, Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi, Tikinti materialları və məmulatlarının texnologiyası mühəndisliyi, Meşə materiallarının və ağac emalının texnologiyası mühəndisliyi, Geodeziya və xəritəçilik mühəndisliyi, Kimya mühəndisliyi, Qida məhsulları mühəndisliyi, Çoxişlənən malların texnologiyası mühəndisliyi, İstehlak mallarının ekspertizası və marketinqi, Poliqrafiya mühəndisliyi, Təkrar emal və bərpa texnologiyaları mühəndisliyi, Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi və Biotibbi texnologiya mühəndisliyi, Ekologiya mühəndisliyi, Yanğın təhlükəsizliyi mühəndisliyi, Kosmik texnologiyalar mühəndisliyi, Kosmik texnika mühəndisliyi, Kosmik idarəetmə sistemləri mühəndisliyi, Silah və silah sistemlərinin istehsal texnologiyası, Optotexnika, Pirotexniki vasitələrin texnologiyası, Çoxkanallı radiorele və troposfer rabitəsinin yerüstü aparatlarının hazırlanması, istismarı və təmiri, Kompozisiya materiallarından müdafiə təyinatlı məmulatların layihələndirilməsi və istehsalı, İnformasiya təhlükəsizliyi, Torpaqşünaslıq və aqrokimya, Aqronomluq, Zootexniklik, Baytarlıq, Yer quruluşu, torpaq və şəhər kadastrı, Aqromühəndislik, Balıqçılıq və balıqçılıq təsərrüfatı işi, Meşəçilik və Su bioehtiyatları və akvabitkilər ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 1620 manatdan manata, Turizm və otelçilik, Nəqliyyat servisi (nəqliyyat növləri üzrə) ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 1620 manatdan manat səviyyəsində müəyyənləşib. Sosial iş ixtisası üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 1320 manat, Sənətşünaslıq ixtisası üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 1700 manat, Rejissorluq ixtisası üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 2400 manat, Dekorativ sənət ixtisası üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 4000 manat, Dizayn ixtisası üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 1920 manat, Rəngkarlıq, qrafika və heykəltaraşlıq ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 5000 manat, Memarlıq ixtisası üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 2000 manat səviyyəsində təsdiqlənib.

Tibb təhsili üzrə əsas təhsil səviyyələrində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı Müalicə işi ixtisası üzrə 4500 manat, Hərbi həkim işi ixtisası üzrə 4500 manat, Tibbi profilaktika ixtisası üzrə 4000 manat, Əczaçılıq ixtisası üzrə 4000 manat, Stomatologiya ixtisası üzrə 4000 manatdan manat təsdiqlənib.

Beləliklə, bu ixtisaslar üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı dəyişməyib. Nazirlər Kabinetinin "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarında da bu ixtisaslar üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı yeni redaksiyadakı kimi olub.

Fizika, Kimya, Biologiya, Coğrafiya, Hidrometeorologiya, Geologiya, Kompüter elmləri və Ekologiya ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı isə 1420 manatdan 1629 manata qaldırılıb. Ali təhsil müəssisələrinin bakalavriat təhsili səviyyəsində İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisası çıxarılıb. Bu ixtisas üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 1620 manat olub.

***

Magistratura təhsili səviyyəsində Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, Dil və ədəbiyyat müəllimliyi (dillər üzrə), Xarici dil müəllimliyi (dillər üzrə), Fizika müəllimliyi, Riyaziyyat müəllimliyi, Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə), Texnologiya müəllimliyi, Musiqi müəllimliyi, Biologiya müəllimliyi, Kimya müəllimliyi, Tarix müəllimliyi, Coğrafiya müəllimliyi, İnformatika müəllimliyi, Təsviri incəsənət müəllimliyi, İbtidai sinif müəllimliyi, Korreksiyaedici təlim, Məktəbəqədər təlim və tərbiyə Təhsildə sosial-psixoloji xidmət və Pedaqogika ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 1380 manat, Filologiya və Fəlsəfə, Tərcümə, Jurnalistika, Kitabşünaslıq, Tarix, Antropologiya, Politologiya, Psixologiya, Sosiologiya, Regionşünaslıq, Hüquqşünaslıq, Beynəlxalq münasibətlər, Dinşünaslıq, Kitabxanaçılıq və informasiya, Muzeyşünaslıq, arxiv və abidələrin qorunması ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 1380 manat, İnstrumental ifaçılıq, Solo oxuma, Dirijorluq, Bəstəkarlıq və Musiqişünaslıq ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 3000 manat, Xalq çalğı alətləri ifaçılığı ixtisası üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 2650 manat, Xoreoqrafiya sənəti, Estrada sənəti, Teatrşünaslıq, Bədii yaradıcılıq və ekran dramaturgiyası, Kinoşünaslıq və Operator sənəti ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 1680 manat, Dünya iqtisadiyyatı, Mühasibat uçotu və audit, Maliyyə, İqtisadiyyat, Sənayenin təşkili və idarə edilməsi, Statistika, Menecment, Marketinq, Biznesin idarə edilməsi, Dövlət və bələdiyyə idarəetməsi və Kommersiya ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 1380 manat, Riyaziyyat, Mexanika, Fizika, Kimya, Biologiya, Coğrafiya, Hidrometeorologiya, Geologiya, Kompüter elmləri və Ekologiya ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 1480 manat, Materialşünaslıq mühəndisliyi, Geologiya mühəndisliyi, Hidrogeologiya mühəndisliyi, Geofizika mühəndisliyi, Dağ-mədən mühəndisliyi, Neft-qaz mühəndisliyi, Neft-qaz qurğuları mühəndisliyi, Elektroenergetika mühəndisliyi, İstilik energetikası mühəndisliyi, Enerji maşınqayırması mühəndisliyi, Metallurgiya mühəndisliyi, Maşın mühəndisliyi, Avianəqliyyat istehsalatının təşkili mühəndisliyi və Aviasiya texnikası avadanlıqlarının istismarı mühəndisliyi ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 1680 manat, Hava nəqliyyatının hərəkətinin idarə olunması mühəndisliyi, Uçuş mühəndisliyi, Hava nəqliyyatında texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi mühəndisliyi, Dəniz texnikası və texnologiyası mühəndisliyi, Dəniz texnikası və avadanlıqlarının istismarı mühəndisliyi, Gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi, Dəmiryol nəqliyyatı və təsərrüfatı mühəndisliyi, Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi, Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi, Cihazqayırma mühəndisliyi, Texnoloji maşın və avadanlıqlar mühəndisliyi, Elektrik mühəndisliyi, Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi, Proseslərin avtomatlaşdırılması mühəndisliyi, Mexatronika və robototexnika mühəndisliyi, Mexanika mühəndisliyi, Kompüter mühəndisliyi, İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi, İnşaat mühəndisliyi, Mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi və Nəqliyyat tikintisi mühəndisliyi ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 1680 manat, Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi, Tikinti materialları və məmulatlarının texnologiyası mühəndisliyi, Meşə materiallarının və ağac emalının texnologiyası mühəndisliyi, Geodeziya və xəritəçilik mühəndisliyi, Kimya mühəndisliyi, Qida məhsulları mühəndisliyi, Çoxişlənən malların texnologiyası mühəndisliyi, İstehlak mallarının ekspertizası və marketinqi, Poliqrafiya mühəndisliyi, Təkrar emal və bərpa texnologiyaları mühəndisliyi, Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi, Biotibbi texnika mühəndisliyi, Ekologiya mühəndisliyi, Yanğın təhlükəsizliyi mühəndisliyi, Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi, Kosmik texnika və texnologiyalar mühəndisliyi, Silah və silah sistemlərinin istehsal texnologiyası, Optotexnika, Pirotexniki vasitələrin texnologiyası, Çoxkanallı radiorele və troposfer rabitəsinin yerüstü aparatlarının hazırlanması, istismarı və təmiri, Kompozisiya materiallarından müdafiə təyinatlı məmulatların layihələndirilməsi və istehsalı, İnformasiya təhlükəsizliyi və Hərbi və dövlət müdafiəsini idarəetmə ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 1680 manat, Torpaqşünaslıq və aqrokimya, Aqronomluq, Zootexniklik, Baytarlıq, Yer quruluşu, torpaq və şəhər kadastrı, Aqromühəndislik, Balıqçılıq və balıqçılıq təsərrüfatı işi, Meşəçilik, Su bioehtiyatları və akvabitkilər, Turizm və otelçilik və Nəqliyyat servisi (nəqliyyat növləri üzrə) ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 2470 manat təsdiqlənib.

Eyni zamanda Sosial iş ixtisası üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 2170 manat, Sənətşünaslıq ixtisası üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 1700 manat, Aktyor sənəti ixtisası üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 2000 manat, Dekorativ sənət ixtisası üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 4000 manat, Rejissorluq ixtisası üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 2600 manat, Dizayn ixtisası üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 1920 manat, Rəngkarlıq, Qrafika və Heykəltəraşlıq ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 5000 manat, Memarlıq ixtisası üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 2000 manat müəyyənləşib. Magistraturada və rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 4000 manat olub.

Beləliklə, bu ixtisaslar üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı dəyişməyib. Nazirlər Kabinetinin "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarında da bu ixtisaslar üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı yeni redaksiyadakı kimi olub.

Bədən tərbiyəsi və idman ixtisası üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 1670 manatdan manatdan 2000 manata qaldırılıb. Eyni zamanda magistratura səviyyəsinə yeni 3 ixtisas əlavə edilib və həmin ixtisaslar üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı təsdiqlənib. Beləliklə, yeni əlavə edilən Dövlət və ictimai münasibətlər ixtisası üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 1680 manat, Davamlı inkişafın idarə edilməsi ixtisası üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 1380 manat, Xüsusi təyinatlı texnika və sistemlər və İnformasiya təhlil fəaliyyəti ixtisası üzrə hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 1680 manat təsdiqlənib. (apa)
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Ali təhsil müəssisələrində maliyyələşmə mexanizminə dəyişiklik edildi

Ali təhsil müəssisələrində maliyyələşmə mexanizminə dəyişiklik edildi

Qərb Universiteti mühəndislər hazırlayacaq

Qərb Universiteti mühəndislər hazırlayacaq

150 balla hansı universitetə qəbul olmaq olar? - Siyahı

150 balla hansı universitetə qəbul olmaq olar? - Siyahı

Abituriyentlər üçün növbəti tədris ilindən etibarən yeni ixtisasları seçmək imkanı yaranıb

Abituriyentlər üçün növbəti tədris ilindən etibarən yeni ixtisasları seçmək imkanı yaranıb

I ixtisas qrupu üzrə 150 ballıq  yerlər

I ixtisas qrupu üzrə 150 ballıq yerlər

150 bal toplayanlara ŞAD XƏBƏR! – Azərbaycan Kooperasiya Universitetinə qəbul ola bilərsiz

150 bal toplayanlara ŞAD XƏBƏR! – Azərbaycan Kooperasiya Universitetinə qəbul ola bilərsiz

Magistraturaya sənəd verənlərin nəzərinə

Magistraturaya sənəd verənlərin nəzərinə

Azərbaycan Dövlət Dəniz Akademiyası dənizçi olmaq istəyən abituriyentlərə müraciəti

Azərbaycan Dövlət Dəniz Akademiyası dənizçi olmaq istəyən abituriyentlərə müraciəti

Universitetlərə qəbulda dəyişikliklər hansı imkanları yaradır?

Universitetlərə qəbulda dəyişikliklər hansı imkanları yaradır?

Bakı Mühəndislik Universitetinə pedaqoji sahə üzrə qəbul dayandırılıb

Bakı Mühəndislik Universitetinə pedaqoji sahə üzrə qəbul dayandırılıb

Odlar Yurdu Universiteti gənc müəllimlərin işə qəbulunu elan edir

Odlar Yurdu Universiteti gənc müəllimlərin işə qəbulunu elan edir

Bakı Ali Neft Məktəbi ən yaxşı ali təhsil müəssisəsi seçilib

Bakı Ali Neft Məktəbi ən yaxşı ali təhsil müəssisəsi seçilib

Məktəblər şagird sayına görə maliyyələşdiriləcək

Məktəblər şagird sayına görə maliyyələşdiriləcək

Təhsil İdarəsi: Məktəblərin ödənişli olmasından söhbət getmir

Təhsil İdarəsi: Məktəblərin ödənişli olmasından söhbət getmir

İlin rekordu və ilin ixtisası

İlin rekordu və ilin ixtisası

SON DƏQİQƏ! Bəzi universitetlərdə ixtisas balları aşağı salındı – DİQQƏT!

SON DƏQİQƏ! Bəzi universitetlərdə ixtisas balları aşağı salındı – DİQQƏT!

Azərbaycanda ali təhsilin bakalavriat səviyyəsi üzrə 3 yeni ixtisas yaradılıb

Azərbaycanda ali təhsilin bakalavriat səviyyəsi üzrə 3 yeni ixtisas yaradılıb

Son illər ali məktəblərə qəbul olanların sayında artım var

Son illər ali məktəblərə qəbul olanların sayında artım var

BANM-ın tələbələri “Petkim” və “Star”-da təcrübə keçiblər

BANM-ın tələbələri “Petkim” və “Star”-da təcrübə keçiblər

Bu il ali məktəblərə qəbulun müsabiqə şərtləri açıqlanıb

Bu il ali məktəblərə qəbulun müsabiqə şərtləri açıqlanıb

Hansı universitetlər təhsil haqlarını artırıblar?

Hansı universitetlər təhsil haqlarını artırıblar?

Ali təhsil müəssisələrinə ixtisas seçimi başlanıb

Ali təhsil müəssisələrinə ixtisas seçimi başlanıb

Ali təhsil ixtisaslarında dəyişiklik edildi

Ali təhsil ixtisaslarında dəyişiklik edildi

Britaniyalı müəllimlər BANM-də semestr imtahanlarını keçirir

Britaniyalı müəllimlər BANM-də semestr imtahanlarını keçirir