Xəbərlər / Orta ixtisas
14 mart 2018
13 567


“Riyaziyyatdan düşən suallar çox qəliz idi...” - İmtahan verən doqquzuncular narazıdır

 

Martın 11-də 27 rayonda keçirilən 9-cu siniflərin buraxılış imtahanlarının nəticələrini hər kəs böyük maraqla gözləyir.

AzEDU.az imtahan suallarını necə cavablandırdığı barədə məlumat almaq üçün buraxılış imtahanlarında iştirak edən şagirdlər və onların valideynləri ilə əlaqə saxlayıb.

Laçın rayon 11 saylı orta məktəbinin 9-cu sinif şagirdi Nərmin İsmayılovanın sözlərinə görə, riyaziyyat fənni üzrə imtahana düşən suallar çətin olub:

"Azərbaycan dili fənnindən salınan suallar normal səviyyədə idi, amma riyaziyyatı, demək olar ki, yaza bilmədim. Daha çox 8-9-cu sinif dərslikləri üzrə suallar üstünlük təşkil edirdi və çox çətin idi”.

Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Fatimə İsgəndərli də imtahanda riyaziyyat fənni suallarını cavablandırmaqda çətinlik çəkib:

"Azərbaycan dilini yaxşı yazmışam, amma riyaziyyatdan cəmi 3 sualı həll edə bildim. Suallar çox çətin tərtib olunmuşdu”.

Valideyn Gülnarə Zeynalova da imtahana düşən sualların çətinliyindən narazıdır. O qeyd edir ki, riyaziyyat fənnindən olan suallar keçən ilə nisbətən daha çətin tərtib olunub:

"Keçən il oğlum, bu il isə qızım buraxılış imtahanlarında iştirak etdi. Hər ikisi də riyaziyyat fənninin suallarını cavablandırmaqda çətinlik çəkib. Oğlum yaxşı oxuyan şagird olmasına baxmayaraq, aşağı qiymət almışdı. Bugünkü imtahanda iştirak edən qızım da bu fəndən olan sualların bir neçəsini həll edə bilməyib”.

Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə AzEDU.az-a məsələ ilə bağlı ətraflı danışıb, suallarla bağlı deyilənlərə də münasibətini bildirib:

"İmtahanda istifadə olunmuş suallar dərsliklərə və fənlər üzrə tətbiq olunan standartlara tam uyğundur. Bu imtahanda açıq tipli tapşırıqlardan da istifadə olunur. Burada şagirdin oxuyub-anlama və riyazi bacarıqları qiymətləndirilir. Hər imtahanda test blokunda asan, orta və çətin tipli tapşırıqlar olur. Bundan əlavə, 2013-cü ildən orta ümumtəhsil müəssisələrinin V-XI sinif şagirdlərinin monitorinq imtahanlarının nəticələri də geniş şəkildə təhlil olunur və mənimsənilməsi çətin olan mövzulardan imtahana suallar salınmır. Bu mövzular, eləcə də buraxılış imtahanı proqramları, fənlər üzrə alt standartlar, imtahanda istifadə olunacaq test tapşırığı nümunələri, qiymətləndirmə meyarları və s. "Abituriyent” jurnalının buraxılışlarında şagirdlərə təqdim olunur”. İmtahan iştirakçısı olan üç və ya dörd nəfərin fikrinə əsaslanaraq imtahanın məzmunu ilə bağlı fikir yürütmək doğru deyil. Təsəvvür edin, iki istiqamət üzrə keçirilən imtahanda 70 mindən çox   şagird iştirak edib. Nəticələr elmi-statistik təhlil edildikdən sonra deyə bilərik ki, şagirdlər imtahan suallarına necə cavab veriblər.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Dövlət İmtahan Mərkəzi buraxılış imtahanları ilə bağlı narazılıqlara CAVAB VERDİ

Dövlət İmtahan Mərkəzi buraxılış imtahanları ilə bağlı narazılıqlara CAVAB VERDİ

Bugünkü imtahanın şərtləri – Qapalı test 1 bal

Bugünkü imtahanın şərtləri – Qapalı test 1 bal

Buraxılış imtahanı vermiş şagirdlərin nəzərinə

Buraxılış imtahanı vermiş şagirdlərin nəzərinə

“Qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq” - YENİLİKLƏR

“Qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq” - YENİLİKLƏR

Martın 12-də IX sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının I mərhələsinin nəticələri açıqlanıb

Martın 12-də IX sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının I mərhələsinin nəticələri açıqlanıb

Buraxılış İmtahanlarının nəticələri açıqlandı - TQDK

Buraxılış İmtahanlarının nəticələri açıqlandı - TQDK

DİM: “Həm 1-ci, həm də 2-ci qəbul imtahanlarına asan, orta, çətin suallar salınıb” - MÜSAHİBƏ

DİM: “Həm 1-ci, həm də 2-ci qəbul imtahanlarına asan, orta, çətin suallar salınıb” - MÜSAHİBƏ

11-ci sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub

11-ci sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub

DİM bu vakansiya üzrə imtahan keçirəcək

DİM bu vakansiya üzrə imtahan keçirəcək

6-cı sinif şagirdləri üçün monitorinq imtahanı keçiriləcək

6-cı sinif şagirdləri üçün monitorinq imtahanı keçiriləcək

36 mindən çox 9-cu sinif şagirdi buraxılış imtahanı verəcək

36 mindən çox 9-cu sinif şagirdi buraxılış imtahanı verəcək

Bundan sonra imtahandan 700 bal yığmaq mümkün olmayacaq

Bundan sonra imtahandan 700 bal yığmaq mümkün olmayacaq

Növbəti buraxılış imtahanlarının nəticələri açıqlanıb

Növbəti buraxılış imtahanlarının nəticələri açıqlanıb

13 abituriyentin imtahan nətcəsi ləğv olunub...imtahanın cavabları açıqlandı

13 abituriyentin imtahan nətcəsi ləğv olunub...imtahanın cavabları açıqlandı

Qəbul imtahanlarında köklü dəyişiklik ediləcək - 3 fəndən imtahan veriləcək - VİDEO

Qəbul imtahanlarında köklü dəyişiklik ediləcək - 3 fəndən imtahan veriləcək - VİDEO

Samux rayonunda buraxılış imtahanlarında olacaq dəyişiliklərlə bağlı seminar keçirilib

Samux rayonunda buraxılış imtahanlarında olacaq dəyişiliklərlə bağlı seminar keçirilib

Şəhadətnamə ilə kolleclərə sənəd verənlərin balı bu qayda ilə hesablanacaq

Şəhadətnamə ilə kolleclərə sənəd verənlərin balı bu qayda ilə hesablanacaq

9 illik təhsil üzrə buraxılış imtahanı - 2 mərhələdə keçiriləcək

9 illik təhsil üzrə buraxılış imtahanı - 2 mərhələdə keçiriləcək

Qəbul və buraxılış imtahanları belə olacaq - Şərtlər açıqlandı

Qəbul və buraxılış imtahanları belə olacaq - Şərtlər açıqlandı

Rus bölməsinin abituriyentləri “Azərbaycan dili” fənni üzrə imtahan verəcəklər

Rus bölməsinin abituriyentləri “Azərbaycan dili” fənni üzrə imtahan verəcəklər

DİM iyulun 5-i keçirilən imtahanların nəticələrin elan edib

DİM iyulun 5-i keçirilən imtahanların nəticələrin elan edib

“Test imtahanları ləğv edilməyəcək, təkmilləşəcək” - Təhsil Nazirliyindən açıqlama

“Test imtahanları ləğv edilməyəcək, təkmilləşəcək” - Təhsil Nazirliyindən açıqlama

Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elan edildi

Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elan edildi

DİM buraxılış imtahanı iştirakçılarına müraciət etdi

DİM buraxılış imtahanı iştirakçılarına müraciət etdi