Xəbərlər / Müəllim
15 mart 2018
2 697


Nazirlik o müəlliməni sevindirdi - İSTƏDİYİ YERDƏ İŞLƏYƏCƏK

Nazirlik o müəlliməni sevindirdi - İSTƏDİYİ YERDƏ İŞLƏYƏCƏK

 

2016-cı ilin aprel ayında Ağsu rayonunun Nuran kəndində oğurlanan və təcavüzə məruz qalan müəllimə işlə təmin edilib. 

Aztehsil.com Lent.az-a istinadən xəbər verir ki, imtahanla müəllim işləmək hüququ qazanan və 2015-ci ildə həmin kəndə göndərilən kimya müəllimi, 23 yaşlı Sara Vəliyeva (ad və soyad şərtidir) Təhsil Nazirliyi tərəfindən doğulub-böyüdüyü rayonda işlə təmin edilib. O, aprelin 1-dən etibarən yeni iş yerində fəaliyyətə başlayacaq.

Qeyd edək ki, təyinatla Ağsuya göndərilən gənc müəllimə hadisədən sonra Təhsil Nazirliyinə iş yerinin dəyişdirilməsi ilə bağlı müraciət edib. O, başqa məktəblərdə də ixtisaslı kimya müəlliminə ehtiyac olduğunu, imtahanla müəllimliyə qəbul edildiyini xatırladaraq nazirlikdən doğulduğu rayonda və yaxud paytaxtda işlə təmin edilməsini xahiş edib. Lakin nazirlik gənc müəllimin istəyini təmin etməyib. Təxminən 2 il işsiz qalan, bir müddət isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin regionlardakı mərkəzlərindən birində işləyən müəllimənin istəyi nəhayət nəzərə alınıb.

Onu da qeyd edək ki, 2016-cı ilin aprel ayının 19-da Ağsu rayon Nuran kənd məktəbində Təhsil Nazirliyinin göndərişi əsasında kimya fənnini tədris edən 23 yaşlı Sara Vəliyeva Nüydü kənd sakini olan 4 nəfər tərəfindən zorla maşına mindirilərək qaçırılıb. Səhər saatlarında müəllimə dərsə gədərkən kəndin ortasında qəfil maşın dayanıb və onu zorla maşına mindirərək aparıblar. Aprelin 23-də isə oğlanların qohumları qızı gətirərək ailəsinə təhvil veriblər. Məlum olub ki, müəllimə evlənmək məqsədi ilə qaçırılıb. Nüydü kənd sakini Bəhruz İsrafilov telefonla müəlliməyə niyyətini bildirib və rədd cavabı alıb. Bundan sonra elçi belə göndərmədən qruplaşma yaradaraq müəlliməni qaçırıb. Oğlanlar gənc müəlliməni əvvəlcə İsmayıllı, daha sonra isə Sabirabad rayonuna aparıblar

Hadisəni törətmiş 1985-ci il təvəllüdlü İsrafilov Bəhruz Dursunəli oğlu, onun qardaşı 1980-ci il təvəllüdlü İsrafilov Müşfiq Dursunəli oğlu, dostu 1994-cü il təvəllüdlü Əsgərov Əmrah Əbulfət oğlu və sürücü İsgəndərov Eldəniz Bəbir oğlu daha sonra tutulub. Onlardan 3-ü Cinayət Məcəlləsinin 144.2.3-cü "qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam oğurluğu”, müəllimə ilə evlənmək istəyən B.İsrafilov isə 144.2.3-cü maddə ilə yanaşı, məcəllənin 149.2.4-cü (xüsusi amansızlıqla zorlama), 149.2.5-ci (təkrar zorlama), 150.2.4-cü (xüsusi amansızlıqla seksual xarakterli digər zorakılıq hərəkətləri) və 150.2.5-ci (təkrar seksual xarakterli digər zorakılıq hərəkətləri) maddələri ilə təqsirli bilinib.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Rayona göndərilmiş müəllimənin oğurlanıb zorlanması ilə bağlı - Yeni xəbər

Rayona göndərilmiş müəllimənin oğurlanıb zorlanması ilə bağlı - Yeni xəbər

Oğurlanıb zorlanan müəllimə iş veriləcək - NAZİRLİYİN AÇIQLAMASI

Oğurlanıb zorlanan müəllimə iş veriləcək - NAZİRLİYİN AÇIQLAMASI

Təhsil Nazirliyi zorlanan müəllimə yenə iş söz verdi

Təhsil Nazirliyi zorlanan müəllimə yenə iş söz verdi

Oğurlanıb zorlanan müəllimdən YENİ XƏBƏR

Oğurlanıb zorlanan müəllimdən YENİ XƏBƏR

Qaçırılan müəllim daha müəllim işləməyəcək - Yeni işi ilə bağlı göstəriş verildi

Qaçırılan müəllim daha müəllim işləməyəcək - Yeni işi ilə bağlı göstəriş verildi

Azərbaycanda məktəbli qaçırıldı - TƏFƏRRÜAT - YENİLƏNİB

Azərbaycanda məktəbli qaçırıldı - TƏFƏRRÜAT - YENİLƏNİB

Bərdənin Təhsil Şöbəsi qaçırılan müəlliməyə XEYİR-DUA VERDİ: “Öz razılığı olub”

Bərdənin Təhsil Şöbəsi qaçırılan müəlliməyə XEYİR-DUA VERDİ: “Öz razılığı olub”

Bakı məktəbində DƏHŞƏT- 2 oğlan 8 yaşlı şagirdi...

Bakı məktəbində DƏHŞƏT- 2 oğlan 8 yaşlı şagirdi...

15 ilədək həbs gözləyir - 7-ci sinif şagirdinə qarşı seksual hərəkət edib

15 ilədək həbs gözləyir - 7-ci sinif şagirdinə qarşı seksual hərəkət edib

Zorakılıq edən 11-ci sinif şagirdi təcridxanaya köçürüldü

Zorakılıq edən 11-ci sinif şagirdi təcridxanaya köçürüldü

Ucarda iki məktəbli qızı maşına mindirdilər və...

Ucarda iki məktəbli qızı maşına mindirdilər və...

Azərbaycanda riyaziyyat müəlliminin qaçırılma səbəbi ORTAYA ÇIXDI

Azərbaycanda riyaziyyat müəlliminin qaçırılma səbəbi ORTAYA ÇIXDI

Sumqayıtda gəlini küçədə zorlayıb öldürən müəllimə AĞIR CƏZA VERİLDİ - FOTOLAR

Sumqayıtda gəlini küçədə zorlayıb öldürən müəllimə AĞIR CƏZA VERİLDİ - FOTOLAR

Şamaxıda direktor müavinindən dəhşətli cinayət - 15 yaşlı şagirdini...

Şamaxıda direktor müavinindən dəhşətli cinayət - 15 yaşlı şagirdini...

Azərbaycanda müəllimə özünü asdı - Yeni ailə qurmuşdu...

Azərbaycanda müəllimə özünü asdı - Yeni ailə qurmuşdu...

Tibb Universitetinin müəllimi qəza törədib-YARALANANLAR VAR

Tibb Universitetinin müəllimi qəza törədib-YARALANANLAR VAR

Kürdəmirdə məktəbli oğlan zorakılığa məruz qalıb..şok hadisə

Kürdəmirdə məktəbli oğlan zorakılığa məruz qalıb..şok hadisə

Ağcabədidə ŞOK HADİSƏ - 21 yaşlı tələbə qız qaçırıldı - VİDEO

Ağcabədidə ŞOK HADİSƏ - 21 yaşlı tələbə qız qaçırıldı - VİDEO

Müəlliməni döyərək soyğunçuluq edən şəxsin məhkəməsi başlayıb

Müəlliməni döyərək soyğunçuluq edən şəxsin məhkəməsi başlayıb

Şagirdin hamiləliyinə görə tutulan müəllim azad edilib

Şagirdin hamiləliyinə görə tutulan müəllim azad edilib

Zaqatalada 4-cü sinif şagirdi intihar edib

Zaqatalada 4-cü sinif şagirdi intihar edib

Bu tədris ilində Quba rayonuna 169 müəllim təyinat alıb

Bu tədris ilində Quba rayonuna 169 müəllim təyinat alıb

Bunu deyən müəlliməni 3 illiyə işdən azad etdilər... - “HOMOSEKSUALLIQ GÜNAHDIR...”

Bunu deyən müəlliməni 3 illiyə işdən azad etdilər... - “HOMOSEKSUALLIQ GÜNAHDIR...”

Təhsil Nazirliyi məktəbdəki xoşagəlməz olayla bağlı diqqətli olmağa ÇAĞIRDI

Təhsil Nazirliyi məktəbdəki xoşagəlməz olayla bağlı diqqətli olmağa ÇAĞIRDI