Xəbərlər
30 mart 2018
2 338

Bakı məktəbində istilik problemi – “Şagirdlər əziyyət çəkirlər”

Yeni Suraxanı qəsəbəsi 101 saylı orta məktəbdə mart ayının 19-dan qaz yoxdur.

Bu barədə AzEDU-ya həmin orta təhsil müəssisəsinin nümayəndəsi Nabat Mirzəyeva məlumat verib. O, uzun müddətdir, burada istilik sisteminin olmadığını, soyuqda güclə dərs keçildiyini bildirib:

"Məktəbdə qaz yoxdur. Uşaqlar soyuqdan donur. Həmişə məktəbimizdə istilik sistemi normal olub. Amma indi qaz xəttində problem yaranıb. Aidiyyatı qurumlardan düzəldiləcəyi ilə bağlı söz verilsə də heç kim maraqlanmır. 19 Mart tarixindən bu vəziyyətdəyik. Dəfələrlə cavabdeh qurumlara müraciət etmişik. Təhsil Nazirliyininin aidiyyatı şöbəsində dərdimizi bilirlər. Problemin aradan qaldırılacağını bildiriblər. Deyirlər orada 200-300 AZN-lik nəsə xarab olub. Qaz idarəsinə neçə dəfə məlumat vermişik. Dünən dedilər ki, yoldayıq, gəlirik. İndi isə həmin nömrə ilə əlaqə saxladıqda bu haqda məlumatlarının olmadığını bildirirlər. Bizə kömək edən yoxdur. Uşaqlar çətinlik çəkir”.
Problemlə əlaqədar AzEDU-ya danışan Azəriqaz İstehsalat Birliyinin mətbuat katibi İbrahim Kərbalıyev bildirib ki, məktəb özü xarab olmuş cihazı təmir etdirməlidir:
"Problemi araşdırdıq. Həmin məktəbə məxsus qaztənzimləyici cihaz xarabdır. Bu cihaz onların özünün balansındadır. Məktəb öz balansında olan xəttin üzərindəki qaztənzimləyicini təmir etdirməlidir. Əraziyə cavabdeh olanlarla əlaqə saxlanılıb. Nə köməyi lazım olsa, edəcəklər”.
Məqalə Göndər

Загрузка...
Həmçinin oxuyun:
Bakıda köçkün məktəbi BUZ BAĞLAYIB - Təhsil şöbəsi: “Problemdən xəbərdarıq”

Füzuli məktəbi niyə çadırda qalıb? - VİDEO

Səbail rayonunun məktəblərində təmir işləri aparılır

Təhsil İdarəsindən məktəblərin istilik təchizatı ilə bağlı AÇIQLAMA

Direktorlar qaçır, bizi məktəbə buraxmırlar, təhsil ekspertləri isə heç nə bilmirlər -Təhsildən yazan jurnalistlərin problemləri

Məktəblərdə istilik PROBLEMİ - QIŞ MÖVSÜMÜNƏ KEÇİD...

Bu gün hansı məktəblərdə istilik təminatında problemlər yaranıb? - RƏSMİ CAVAB

Ölən direktordan əvvəl məktəbin bir hissəsi restorana satılmışdı

Novxanıdakı 2 nömrəli məktəb təşviş içində: Şagirdləri qorxuya salan kimdir? - VİDEO

Tahir Kərimlinin “ilan gördüyü” məktəbin direktoru: “Valideynləri geri qaytarırıq”

İki qardaş iki həftədir dərsə gedə bilmirlər

“İlan görüldüyü” deyilən məktəbin təmirinə başlanılıb

Qubada modul tipli məktəb istifadəyə verildi

Bakı Avropa Liseyindən şikayət gəldi: 100 manat fond pulu yığırlar - İDDİA

Psixoloqu məktəb direktorunun ərinə döydürən səbəb- “Aralarında münaqişə yaranıb”

Məktəb Lisey Kompleksində təhsil alan şagirdlərin valideynləri aksiya keçirir

Nizami rayonunda 10 saylı tam orta məktəb əsaslı yenidənqurmadan sonra istifadəyə verilib

Mingəçevir Dövlət Universitetinə qəbul olan qızı hicaba görə qeydiyyata almadılar

Qış mövsümü oktyabrın 1-dən başlansa, təhsil müəssisələrində...

Musiqi məktəblərində maaş problemi yaranıb - Nazirlik SÖZ VERDİ

Xərçəngi qabaqcadan xəbər verən cihaz hazırlanır

Təhsil Nazirliyi Qubaya mediatur təşkil edib

Direktor şagirdi döydü - polis təsdiqlədi, rəisi isə.. - Müəmma

Azərbaycan dilində 60-dan çox sözün yazılışı dəyişə bilər