Xəbərlər
08 sentyabr 2016
4 558


Azərbaycan Dövlət Universiteti yeni tədris ili ərəfəsində

 

 

Yeni – 2016-2017-ci tədris ili ölkəmizin böyük və tanınmış ali təhsil müəssisələrindən biri olan Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) üçün uğurlu göstəricilərlə başlayıb. ADPU-ya və onun filiallarına yeni tədris ilində tələbə qəbulunun ilkin nəticələrinin təhlili bu ali təhsil müəssisəsinin inkişaf istiqamətlərinin və müsbət meyillərin müəyyənləşdirilməsi baxımından ciddi əhəmiyyət kəsb edir. Belə ki, 2016-2017-ci il tədris ilində ali təhsilin bakalavriat səviyyəsində ADPU-nun Azərbaycan bölməsinə 2090 nəfər, rus bölməsinə isə 230 nəfər olmaqla bütövlükdə 2320 nəfər tələbənin qəbul edilməsi nəzərdə tutulmuşdu. 1258 nəfər dövlət sifarişi əsasında, 896 nəfər isə ödənişli əsaslarla qəbul olunublar. ADPU-nun 5 filialına müxtəlif ixtisaslar üzrə ümumilikdə 675 nəfər tələbə qəbul olunub. Ali təhsilin magistratura səviyyəsində ADPU-ya 18 ixtisas və 19 ixtisaslaşma üzrə 403 nəfər qəbul olunub. Onlardan 164 nəfəri dövlət sifarişi əsasında, 239 nəfəri isə ödənişli əsaslarla qəbul olunublar. 
Qeyd etməyə dəyər ki, builki tədris ilində yüksək bal toplayaraq ADPU-ya dövlət sifarişi əsasında qəbul olunmuş tələbələr ümumilikdə universitetə qəbul olunmuş tələbələrin təxminən 80%-ni təşkil edib. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin verdiyi məlumata görə, yeni tədris ilində ADPU-ya ali təhsilin bakalavriat səviyyəsində qəbulolma faizi 97,18%-i təşkil edib. Cari tədris ilində ADPU-ya ali təhsilin magistratura səviyyəsində qəbulolma faizi 92,42%-i təşkil edib. Bu göstəriciyə görə ADPU universitetlər arasında III yeri tutub. Bütövlükdə isə bu il ali təhsilin həm bakalavriat səviyyəsində, həm də magistratura səviyyəsində göstəricilər əvvəlki illərlə müqayisədə xeyli uğurludur. Digər ali təhsil müəssisələri ilə müqayisədə ADPU-da dövlət sifarişi əsasında yerlərin çoxluğu dövlət tərəfindən müəllim peşəsinə qəbul olunanlara rəğbətləndirmənin tətbiqinin nəticəsidir. 
Qeyd etmək istəyirik ki, bu il ADPU-ya "Fizika müəllimliyi”, "İnformatika müəllimliyi”, "Coğrafiya müəllimliyi”, "Korreksiyaedici təlim”, "Məktəbəqədər təlim və tərbiyə”, "Təhsildə sosial-psixoloji xidmət”, "Kimya və Biologiya müəllimliyi”, "Təsviri incəsənət müəllimliyi”, "Fiziki tərbiyə və çağrışaqədərki hazırlıq müəllimliyi” (qızlar üçün fiziki tərbiyə) ixtisasları üzrə ilk dəfə rus bölməsinə tələbə qəbulu aparılmışdır. Əvvəlki illərdə rus bölməsinə yalnız "Tarix müəllimliyi”, "Riyaziyyat müəllimliyi”, "İbtidai sinif müəllimliyi” və "Biologiya müəllimliyi” ixtisasları üzrə tələbə qəbulu aparılırdı. Bu il isə rus bölməsinə 13 ixtisas üzrə tələbə qəbulu aparılıb və 140 nəfər tələbə daxil olub. Bu da əvvəlki illərlə müqayisədə faiz göstəricisinə görə müsbət göstəricidir. Cari ildə 500 və 500-dən yuxarı bal toplayıb müəllimlik ixtisasını seçənlərin sayı 117 nəfərdir. 
Eyni zamanda universitetə yeni tədris ilində qəbul olunmuş və qeydiyyatdan keçmiş tələbə-gənclərlə aparılan sosioloji sorğunun nəticələri göstərir ki, bu gənclər düşünülmüş şəkildə, ürəklərinin hökmü ilə və böyük həvəslə müqəddəs, şərəfli, eyni zamanda məsuliyyətli peşə olan müəllim peşəsini seçiblər. Belə ki, sorğuda iştirak edən tələbələrin 70-80%-i müəllim peşəsini sevdiklərini bildirir və ADPU-da keyfiyyətli ali təhsil alacaqlarını düşünürlər. Sorğuda iştirak edən həmin tələbələrin fikirlərinə görə, strateji sahə olan pedaqoji sahədə fəaliyyət göstərmənin təməli onların mükəmməl təhsil alacaqları ali təhsil müəssisəsi ilə daha çox bağlıdır. Bu ali təhsil müəssisəsi isə ADPU-dur.
Bundan başqa, bu il ayrı-ayrı ixtisaslara tələbə qəbulunun nəticələrini 2015-2016-cı tədris ilinin qəbulunun nəticələri ilə müqayisə edərkən maraqdoğuran məqamlarla qarşılaşırıq. Məsələn, ötən tədris ilində "Fizika müəllimliyi” ixtisasına maksimum qəbul balı 372 bal, bu il isə 509 bal olmuşdur. Ötən tədris ili ilə müqayisədə bu il həm də "Tarix və coğrafiya müəllimliyi” ixtisasına yüksək balla daxil olanların sayı xeyli artmış, maksimum bal həddi 504 baldan 603 bala yüksəlmişdir. Bu ixtisas üzrə keçən il cəmi 3 nəfər 500 bal topladığı halda, bu il onların sayı 13 nəfər olmuşdur. "Korreksiyaedici təlim” ixtisasına ötən il maksimum keçid balı 499 bal olduğu halda, cari ildə bu rəqəm 558 bala yüksəlmişdir. 
Hazırda ADPU-da əsaslı və cari təmir işləri başa çatmaq üzrədir. Bu da öz növbəsində təhsil-tədris və əmək şəraitinin yaxşılaşmasına, həmçinin universitetin yeni imicinin formalaşmasına müsbət təsir edəcəkdir. Məlumat üçün onu da bildirək ki, sentyabr ayının 14-də ADPU-nun bütün fakültələrində I kursa qəbul olunmuş tələbələrlə görüş keçiriləcəkdir. Görüşün keçirilməsində məqsəd tələbə-gəncləri universitet, eləcə də təhsil alacaqları fakültə ilə tanış etmək, onları Boloniya prosesi, kredit sistemi, tədris və imtahan prosesi, dərsə davamiyyət və davranış qaydaları, ictimai-mədəni tədbirlərdə iştirak barədə məlumatlandırmaqdır. Bütövlükdə ADPU və onun filialları, həmçinin ADPU-nun nəznində fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji Kolleci yeni tədris ilinə tam hazırdır.
Xüsusi qeyd etmək istəyirik ki, bu il ADPU-ya qəbul olunmuş I kurs tələbələrinin kollokvium və semestr imtahanları yazılı qaydada aparılacaqdır. Kollokvium və imtahanların yazılı formada keçirilməsində məqsəd tədrisin keyfiyyətini yaxşılaşdırmaq, şəffaflığı və obyektvliyi təmin etmək, eyni zamanda tələbə-gənclərin elmi dünyagörüşünün, məntiqi təfəkkürünün, yaradıcı təxəyyülünün inkişaf etdirilməsinə, həmçinin onların yazı mədəniyyətinin və bütövlükdə ümumi mədəni səviyyələrinin yüksəlməsinə kömək etməkdir.
Mənbə : ADPU-nun İctimayyətlə Əlaqələr Şöbəsi
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
ADPU-nun baza məktəbi yeni tədris ilinə hazırlaşır

ADPU-nun baza məktəbi yeni tədris ilinə hazırlaşır

Onlar hamımız üçün layiqli nümunədir

Onlar hamımız üçün layiqli nümunədir

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

“Şagirdin öz ana dilindən “2” alması biabırçılıqdır”- Nazirlikdən və ekspertdən şərh

“Şagirdin öz ana dilindən “2” alması biabırçılıqdır”- Nazirlikdən və ekspertdən şərh

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsi–test imtahanı başa çatıb.

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsi–test imtahanı başa çatıb.

Buraxılış İmtahanlarının nəticələri açıqlandı - TQDK

Buraxılış İmtahanlarının nəticələri açıqlandı - TQDK

Cəbhə bölgəsində yerləşən bəzi məktəblərin şagirdləri buraxılış imtahanından azad edilib.

Cəbhə bölgəsində yerləşən bəzi məktəblərin şagirdləri buraxılış imtahanından azad edilib.

Bu il V qrupda minimum keçid balı neçədir? - TQDK-dan CAVAB

Bu il V qrupda minimum keçid balı neçədir? - TQDK-dan CAVAB

ADPU-nun yeni rektoru  Cəfər Cəfərov təyin olundu

ADPU-nun yeni rektoru Cəfər Cəfərov təyin olundu

Buraxılış imtahanında iştirakı nəzərdə tutulan 31256 şagirddən 318 nəfəri imtahana gəlməyib

Buraxılış imtahanında iştirakı nəzərdə tutulan 31256 şagirddən 318 nəfəri imtahana gəlməyib

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

TQDK bu il qəbul imtahanlarında heç bir dəyişiklik etməyəcək..

TQDK bu il qəbul imtahanlarında heç bir dəyişiklik etməyəcək..

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi

Təmayül siniflər həftəlik 30 saat dərs keçəcəklər ?

Təmayül siniflər həftəlik 30 saat dərs keçəcəklər ?

Nazirdən yeni ƏMR - 5 şəhər və 41 rayonunun 124 məktəbində təhsil təmayüllər üzrə təşkil olunacaq.

Nazirdən yeni ƏMR - 5 şəhər və 41 rayonunun 124 məktəbində təhsil təmayüllər üzrə təşkil olunacaq.

“2” qiymət alanların sayı təhsilin vəziyyətini göstərir ?

“2” qiymət alanların sayı təhsilin vəziyyətini göstərir ?

İldən-ilə ali məktəbə sənəd verənlərin sayı  azalır

İldən-ilə ali məktəbə sənəd verənlərin sayı azalır

Bu gün Bakı şəhərində neçə məzun buraxılış imtahanında iştirak etdi - ?

Bu gün Bakı şəhərində neçə məzun buraxılış imtahanında iştirak etdi - ?

Olimpiyada qalibləri tələbə adını qazandılar....

Olimpiyada qalibləri tələbə adını qazandılar....

3 mərhələdə keçirilmiş Respublika Fənn Olimpiadalarının qalibləri mükafatlandırılıb

3 mərhələdə keçirilmiş Respublika Fənn Olimpiadalarının qalibləri mükafatlandırılıb

.Akademik Zərifə Əliyeva adına lisey 2016/2017-ci tədris ili üçün 9-cu sinfə şagird qəbulu elan edir:

.Akademik Zərifə Əliyeva adına lisey 2016/2017-ci tədris ili üçün 9-cu sinfə şagird qəbulu elan edir:

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları

Təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot məktəblər dəqiqləşdi .Nazirin əmri - SİYAHI

Təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot məktəblər dəqiqləşdi .Nazirin əmri - SİYAHI

Müəllimlərin İŞƏ Qəbulu və  Yerdəyişmə Qaydaları ƏMR № 165

Müəllimlərin İŞƏ Qəbulu və Yerdəyişmə Qaydaları ƏMR № 165