Xəbərlər
05 aprel 2018
770

Azərbaycanda 5 ixtisas Avropa standartlarına uyğun hesab edilib - İlk dəfə


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) tədris edilən beş ixtisas Almaniyanın və Avropanın məşhur akkreditasiya təşkilatlarından biri olan "Foundation for International Business Administration Accreditation” (FİBAA) tərəfindən Avropa standartlarına uyğun sayılıb.

Azedu.az xəbər verir ki, bu ali təhsil ocağı akkreditasiyadan keçmək üçün özü müstəqil şəkildə FİBAA-ya müraciət edib.

ADNSU Azərbaycan universitetləri arasında müstəqil şəkildə akkreditasiyadan keçmək üçün müraciət etmiş ilk ali məktəbdir. FİBAA ADNSU-nun BA proqramlarının müəyyənləşdirilmiş keyfiyyət hədəflərinin olduğu qənaətinə gəlib. Beləliklə, ADNSU-nun beş ixtisası – iqtisadiyyat, kompüter mühəndisliyi, sənayenin təşkili və idarə olunması, idarəetmədə informasiya sistemləri və biznesin təşkili və idarə edilməsi FİBAA tərəfindən Avropa standartlarına uyğun sayılaraq beş il müddətinə akkreditasiya olunub.

FİBAA ali təhsilin akkreditasiyası və ekspertizası üzrə beynəlxalq agentlikdir. 1994-cü ildə Almaniya, İsveçrə və Avstriyanın aparıcı ticarət və sənaye şirkətlərinin təsis etdiyi FİBAA Avropa və dünyanın bir sıra ölkələrində 1900 təhsil proqramını akkreditasiyadan keçirib. Akkreditasiyadan keçmək üçün xüsusi keyfiyyət meyarları və standartlar mövcuddur. Proses zamanı akkreditasiya komissiyası təhsil müəssisəsinin maddi-texniki və normativ-hüquqi sənədlər bazası, professor-müəllim heyətinin tərkibi, tələbələrin biliyinin qiymətləndirilməsi və digər meyarlar əsasında faktları yerində araşdırır, təhsil müəssisəsinin, onun hazırladığı kadrların dövlət təhsil standartlarına uyğun olub-olmamasını müəyyənləşdirir və həmin ixtisas üzrə kadr hazırlığının davamlığına icazə verir.

İxtisasların akkreditasiya tələblərinə uyğun tədris planları tərtib olunaraq hər fənn üçün modullar hazırlanıb, müvafiq dərsliklər çap olunub, laboratoriyalar lazımi avadanlıqla təchiz edilib, keyfiyyətə təminat və attestasiya mərkəzləri yaradılıb. Müəllimlər üçün seminarlar, treninqlər keçirilib, layihə iştirakçıları Avropa universitetlərində təcrübə keçiblər. Ekspertlər mütəmadi olaraq ADNSU-da olaraq akkreditasiya prosesi ilə bağlı tövsiyələrini veriblər. Beləliklə, bu layihə çərçivəsində yalnız universitetin şəraitinin deyil, müəllim-professor heyətinin də müasir tələblərə cavab verməsi üçün bir sıra işlər aparılıb. Akkreditasiyadan keçəcək ixtisaslara uyğun hazırlanan yeni proqramlar bu ixtisasın müəllimlərinə tədris olunub və bu istiqamətdə müxtəlif təlimlər keçirilib.

Bu görüşlərdə müəllimlərin, işçilərin kvalifikasiyalarının beynəlxalq standartlara uyğunluğunu, tələbələrin ingilis dilində fikirlərini sərbəst ifadə etmələri, məntiqi danışıqlarını, bilik və bacarıqları, dünyagörüşü müsahibə nəticəsində yoxlanıb, eyni zamanda, tələbələrin ümumi müvəffəqiyyət faizi də nəzərə alınıb.

İxtisasların akkreditə olunması tələbələrə təhsillərini asanlıqla Avropada davam etdirmək imkanı yaradır. Bu, təhsillə yanaşı, gələcəkdə öz ixtisasları üzrə beynəlxalq şirkətlərdə işləmək istəyən tələbələr üçün də bu böyük fürsət olacaq. Çünki onların ixtisasları xaricdə daha rahat və problemsiz tanınacaq.

FİBAA nümayəndələri universitetin BA proqramlarının ilkin akkreditasiyası üçün 2017-ci il oktyabrın 24-26-da ADNSU-da olublar. Yeddinəfərlik nümayəndə heyəti bu müddət ərzində onlara təqdim olunmuş tədris və tədris materialları, imtahan çıxışları, imtahanlar və yekun tezislər, qiymətləndirmə nəticələri, hər bir təhsil proqramı üçün nümunə tədqiqatları, illik fəaliyyət hesabatları və digər sənədlərlə tanış olub, yoxlamalar aparıb və həmçinin Corciya və Zigen universitetləri ilə əməkdaşlıq edən BA proqram rəhbərləri ilə bir sıra görüşlər və müzakirələr keçiriblər.

Qeyd edək ki, daha əvvəl ADNSU-da tədris olunan üç ixtisas – bakalavr səviyyəsində proseslərin avtomatlaşdırılması mühəndisliyi və elektroenergetika mühəndisliyi, magistratura səviyəsində isə enerji menecmenti (neft sənayesində) ixtisasları Avropa standartlarına uyğun hesab edilərək akkreditasiya olunmuşdu.

ADNSU-da bu istiqamətdə işlər davam edir və gələcəkdə daha çox ixtisasının akkreditasiya olunması üçün hazırlıqlar aparılır.






Whatsapp'ta Paylaş

Загрузка...
loading...

Həmçinin oxuyun:
ADNSU Çin üçün magistr və doktorant hazırlayacaq

ADNSU Çin üçün magistr və doktorant hazırlayacaq

ADNSU ilə Almaniya universitetləri arasında əlaqələr genişlənir

ADNSU ilə Almaniya universitetləri arasında əlaqələr genişlənir

Nazirlik: Təfəkkür Universiteti akkreditasiyadan keçmədiyi üçün tələbələrə diplom verilməyəcək - MÜSAHİBƏ

Nazirlik: Təfəkkür Universiteti akkreditasiyadan keçmədiyi üçün tələbələrə diplom verilməyəcək - MÜSAHİBƏ

Azərbaycanda ali təhsilin keyfiyyətinin yüksəldilməsi üzrə layihə başa çatıb

Azərbaycanda ali təhsilin keyfiyyətinin yüksəldilməsi üzrə layihə başa çatıb

UFAZ-a qəbul imtahanlarının nəticələri elan olunub

UFAZ-a qəbul imtahanlarının nəticələri elan olunub

Təhsil Nazirliyinin İdarəsinə yeni səlahiyyətlər verildi

Təhsil Nazirliyinin İdarəsinə yeni səlahiyyətlər verildi

“Siz universitetimizin ən layiqli tələbələrisiniz

“Siz universitetimizin ən layiqli tələbələrisiniz"-ADNSU-nun fərqli tələbələri mükafatlandırıldı

ADNSU tələbələri SOCAR Polymer şirkətinin nümayəndələri ilə görüşdü

ADNSU tələbələri SOCAR Polymer şirkətinin nümayəndələri ilə görüşdü

ADNSU-da qanvermə aksiyası keçirildi

ADNSU-da qanvermə aksiyası keçirildi

“Twinning” layihəsi çərçivəsində ADPU-nun akkreditasiyası keçirilir

“Twinning” layihəsi çərçivəsində ADPU-nun akkreditasiyası keçirilir

Ufa Dövlət Neft Texniki Universitetində təhsil almış tələbələrlə görüş oldu

Ufa Dövlət Neft Texniki Universitetində təhsil almış tələbələrlə görüş oldu

ADNSU ilə fransız universitetlərinin əməkdaşlığı inkişaf edir

ADNSU ilə fransız universitetlərinin əməkdaşlığı inkişaf edir

ADNSU-nun rektoru İraqın ölkəmizdəki səfiri ilə görüşdü

ADNSU-nun rektoru İraqın ölkəmizdəki səfiri ilə görüşdü

ADNSU-nun rektoru Vyetnamın “Vietsovpetro” şirkətinin nümayəndələri ilə görüşüb

ADNSU-nun rektoru Vyetnamın “Vietsovpetro” şirkətinin nümayəndələri ilə görüşüb

ADNSU-da Novruz şənliyi keçirilib

ADNSU-da Novruz şənliyi keçirilib

ADNSU-da UFAZ-ın ilk idarəçilik iclası keçirilib

ADNSU-da UFAZ-ın ilk idarəçilik iclası keçirilib

ADNSU-da Elmi Şuranın iclası keçirilib

ADNSU-da Elmi Şuranın iclası keçirilib

UNEC pilot universitet seçilib

UNEC pilot universitet seçilib

ADNSU və Böyük Britaniyanın Lester Universiteti arasında əməkdaşlığa dair saziş imzalanıb

ADNSU və Böyük Britaniyanın Lester Universiteti arasında əməkdaşlığa dair saziş imzalanıb

ADNSU-da YAP ilk təşkilatının hesabat - seçki yığıncağı keçirilib

ADNSU-da YAP ilk təşkilatının hesabat - seçki yığıncağı keçirilib

ADNSU-nun rektoru təhsilini Türkiyədə davam etdirəcək tələbə ilə görüşüb

ADNSU-nun rektoru təhsilini Türkiyədə davam etdirəcək tələbə ilə görüşüb

Abituriyentlər üçün növbəti tədris ilindən etibarən yeni ixtisasları seçmək imkanı yaranıb

Abituriyentlər üçün növbəti tədris ilindən etibarən yeni ixtisasları seçmək imkanı yaranıb

ADNSU ilə Banqladeşin Stamford Universiteti arasında əməkdaşlıq genişlənir

ADNSU ilə Banqladeşin Stamford Universiteti arasında əməkdaşlıq genişlənir

Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları