Qiyməti “od tutub yanan” pulsuz təhsilimiz - Valideynlər hər ay nə qədər xərcə düşür? - SİYAHI


reklam

Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

Kurikulum sistemi bir çox valideynlərin narazılığına səbəb olur. Buna səbəb məktəbdə müəllimlərin əlavə olaraq aldırdıqları bir çox vəsaitlərdir. Valideynlər müxtəlif iş dəftərləri, test kitabçaları almaqlarına baxmayaraq, demək olar ki onlardan istifadə edilmədiyini deyirlər. Sadəcə uşaqlarının təhsili üçün vacib sayıb, onların oxuması üçün tapşırılanları alırlar.


Aztehsil.com Azedu-ya istinadən  xəbər verir ki,  ibtidai siniflərin əlavə vəsaitlərini, qiymətlərini öyrənmək üçün kiçik araşdırma aparıb.

Məcburi aldırılan, amma istifadə olunmayan vəsaitlər

Valideyn Könül Məmmədova deyir ki, sentyabrda oğlu məktəbə gedəndə ən azı 250 -300 manat xərcləyib: "Məktəb başlayanda müəllimə test kitabları tapşırdı. Məktəb ləvazimatlarından -dəftər, karandaşlar, penal, qələm, kitab, dəftər üzləri və başqaları birlikdə 100 manat tutdu. Geyimlərə isə 200 manat xərclədim. Hələ azını deyirəm. Kitabların bəziləri səliqəsiz, köhnə olduğu üçün özüm aldım. Əgər kitabların hamısını özüm alsaydım, yəqin ki, 40 -50 manat əlavə çıxacaqdı”.

Onun sözlərinə görə, alınan testləri arada yazırlar. Onların qiymətləri isə 5 -6 manat arasında dəyişir: "Azərbaycan dili qrammatika kitabı,  ingilis dili kitabı da əlavə alındı. Məlumat kitabları aldım, qiymətləri 1.50-2 manat arasındadır. Bir də ingilis dili lüğət aldırdılar. Onun qiyməti isə 1-1.50-dir. Azərbaycan, rus və ingilis dilində sözlüyün qiyməti isə 3 manatdır.

K.Məmmədova bildirib ki, 1-2-ci siniflərdə bütün fənlərdən iş dəftərləri  alınırdı. İndi oğlu 3-cü sinifdə oxuyur. Bu ildən onlar alınmır.

Qızı ikinci sinifdə oxuyan Səidə Abbasova deyir ki, ilin əvvəlində tapşırılan vəsaitlər alınıb. Sonradan heç nə tələb olunmayıb: "Məktəb başlayanda orfoepiya, orfoqrafiya və izahlı lüğət aldıq. Onların qiyməti  4 manatdır.  Azərbaycan dilindən  testlər tapşırılmışdı. Qiymətləri 2-3 manat arasında dəyişir. Bunlar məcburi deyil, amma iş dəftərlərini  məcburi alırıq. Rus dili kitabını məktəb vermir, özümüz aldıq. Qiyməti  5 manatdır.  İki-üç iş dəftəri  olur. Bu vaxt heç nə almırıq”.

Valideynlərin narazılıqlarını, uşaqların boş yerə kitablarla yüklənməsini, vəsaitlərin qiymətləri ilə bağlı məktəb ləvazimatları satılan bir neçə mağazada olduq. Əksəriyyəti foto çəkməyə belə icazə verməsələr də, bəzilərindən qiymətləri öyrənə bildik.

Qiymətlər

Azərbaycanca-ingiliscə lüğət - 13 manat

Azərbaycanca-ingiliscə, İngiliscə Azərbaycanca lüğət - 6 manat

İngilis dili qrammatika çalışmalar toplusu - 4.50

Rus dilindən summativ - 4 manat

Rus dilindən iş dəftəri - 4 manat

Kiçik yaşlı məktəblinin izahlı lüğəti - 4 manat

Kiçik yaşlı məktəblinin Orfoqrafiya - Orfoepiya lüğəti - 4 manat

Əsmər Qabil

Foto - İsmət Paşa



Aztest.info



kiristal



Müzakirə:



Keçidlər:





Reklam yeri:

loading...

Həmçinin oxuyun:

Aqrar Universitetində 100 bal toplayan tələbələrə əlavə təqaüd verildi

Aqrar Universitetində 100 bal toplayan tələbələrə əlavə təqaüd verildi

Özəl məktəblərdə təhsilin qiyməti - ARAŞDIRMA

Özəl məktəblərdə təhsilin qiyməti - ARAŞDIRMA

Prezident bu təqaüdü 1450 manat etdi

Prezident bu təqaüdü 1450 manat etdi

Prezident bu şəxslərin təqaüdlərini 50-67%-ə qədər artırdı: martın 1-dən

Prezident bu şəxslərin təqaüdlərini 50-67%-ə qədər artırdı: martın 1-dən

Müəllimlərin maaşı artdı - Təhsil Nazirliyinə 2 ay vaxt verildi - YENİLƏNİB

Müəllimlərin maaşı artdı - Təhsil Nazirliyinə 2 ay vaxt verildi - YENİLƏNİB

Magistrlar üçün müsabiqə - 1500 manat mükafat

Magistrlar üçün müsabiqə - 1500 manat mükafat

Kirayədə qalan tələbələr - “Kommunal xərcləri də biz ödəyirik”

Kirayədə qalan tələbələr - “Kommunal xərcləri də biz ödəyirik”

Tələbələrin ən çox yedikləri: makaron, kartof-yumurta soyutması, “qreçka” - “Ət ala bilmirik”

Tələbələrin ən çox yedikləri: makaron, kartof-yumurta soyutması, “qreçka” - “Ət ala bilmirik”

35 yaşadək elmlər doktoru olanlara 5000 manat mükafat verilir

35 yaşadək elmlər doktoru olanlara 5000 manat mükafat verilir

Dövlət İmtahan Mərkəzi 5 milyon manatı hara xərcləyəcək?

Dövlət İmtahan Mərkəzi 5 milyon manatı hara xərcləyəcək?

Tələbə qəbulu və buraxılış imtahanının keçirilməsi üçün 5 milyon ayrılıb

Tələbə qəbulu və buraxılış imtahanının keçirilməsi üçün 5 milyon ayrılıb

Azərbaycanda bu məktəblərdə müəllimlər üçün pul yığılır - SİYAHI

Azərbaycanda bu məktəblərdə müəllimlər üçün pul yığılır - SİYAHI

Dünyada müəllimə ən yüksək maaş verən ölkələr- Təəccübləndirəcək rəqəmlər

Dünyada müəllimə ən yüksək maaş verən ölkələr- Təəccübləndirəcək rəqəmlər

Bakıda saxta dərsliklər satışa çıxarıldı – FOTO

Bakıda saxta dərsliklər satışa çıxarıldı – FOTO

Təhsil Nazirliyində işə düzəlmək üçün 12500 manat verdi...

Təhsil Nazirliyində işə düzəlmək üçün 12500 manat verdi...

Rusiyada müəllimlər nə qədər maaş alır?

Rusiyada müəllimlər nə qədər maaş alır?

Məktəbli ləvazimatlarının satıldığı yarmarkalarla mağazalar arasında qiymət fərqi - Video

Məktəbli ləvazimatlarının satıldığı yarmarkalarla mağazalar arasında qiymət fərqi - Video

Bəzi univeritetlərdə təhsil haqqları artırıldı – SİYAHI

Bəzi univeritetlərdə təhsil haqqları artırıldı – SİYAHI

Hansı universitetlər təhsil haqlarını artırıblar?

Hansı universitetlər təhsil haqlarını artırıblar?

Dövlət büdcəsində təhsil sahəsi üçün nəzərdə tutulan vəsait artırılıb/Təhsil işçilərinə şad xəbər

Dövlət büdcəsində təhsil sahəsi üçün nəzərdə tutulan vəsait artırılıb/Təhsil işçilərinə şad xəbər

Dövlət İmtahan Mərkəzi ikinci qəbul imtahanına görə 2 milyon 725 min manat qazandı

Dövlət İmtahan Mərkəzi ikinci qəbul imtahanına görə 2 milyon 725 min manat qazandı

Özəl universitetlərdə hansı ixtisasların təhsil haqları endirildi... - SİYAHI

Özəl universitetlərdə hansı ixtisasların təhsil haqları endirildi... - SİYAHI

Özəl ali məktəblər qiymətləri 50 faiz endirdi

Özəl ali məktəblər qiymətləri 50 faiz endirdi

Azərbaycanlı müəllimlər etiraz etdi: “350 manat maaş alıramsa, niyə dərs keçim?”

Azərbaycanlı müəllimlər etiraz etdi: “350 manat maaş alıramsa, niyə dərs keçim?”