Xəbərlər
11 aprel 2018
3 262


Azərbaycanda şagird məktəbdə öldürülüb? - Şok iddia + Foto

 

Bir neçə gün əvvəl Şəmkir rayonu, Çənlibel kəndindəki məktəbdə şagirdin ölümü ilə bağlı yeni iddialar səsləndirilib. Məktəbdə qəfil vəfat edən 6-cı sinif şagirdi, 2003-cü il təvəllüdlü Məhərrəmov Elgün Gündüz oğlunun yaxınları onun döyülərək öldürüldüyünü deyiblər.

AzEDU.az xəbər verir ki, E. Məhərrəmovun Güleyşə adlı bibisi Kriminal.az-a açıqlamasında qardaşı oğlunun yıxılaraq dünyasını dəyişmədiyini, sinif yoldaşı tərəfindən döyülərək öldürüldüyünü deyib: "Elgünün ölümündən bir neçə gün əvvəl sinif yoldaşı Nurlanla mübahisəsi olub. Həmin vaxt Nurlan Elgünə deyib ki, səni öldürəcəm. Hadisə dərs zamanı sinif otağında baş verib. Müəllim uşaqları nəzarətsiz buraxaraq harasa gedibmiş. Müəllim olmayan zaman onlar arasında yenidən mübahisə düşüb. Kök və cüssəli olan Nurlan Elgünü döyməyə başlayıb, yerə yıxaraq təpikləyib. Uşağı döyərək qançır edib. Yerdə huşsuz vəziyyətdə qalan Elgünə kömək etmək üçün sinif yoldaşları başqa müəllimləri çağırıblar. Xeyli keçəndən sonra müəllimlər gəlib. Müəllimlər gələndə Elgün keçinibmiş. Bir saat sonra həkim çağırıblar. Həkim iynə vurmaq istəsə də, bədəninə yeriməyib. Qışqırışma düşəndən sonra Elgünü döyən uşağın elə həmin məktəbdə işləyən bibisi gəlib. O, ''Elgünü niyə öldürdün'' deyə soruşanda, Nurlan ''yaxşı edib öldürdüm'' cavabını verib. Sonra Elgünün bacısına zəng ediblər ki, qardaşın yıxılıb. Bizə isə iki saat keçəndən sonra zəng etdilər ki, gəlin uşağınızı aparın''.

Vəfat edən şagirdin bibisi deyib ki, E.Məhərrəmovun meyitinin üzərində döyülmə izləri olub, amma ekspert başqa rəy verib:
 

 

''Ekspert müayinə edib, amma susur. Rəy verib ki, uşaq xəstə imiş, qıcolma keçirərək ölüb. Axı uşaq sağlam idi, meyitin də üzərində zorakılıq izləri olub. Bu işi batırdılar. İstəyirik hadisə ictimailəşdirilsin, haqq öz yerini tapsın. Balamızı öldürüblər. Qardaşım Sankt-Peterburqda yaşayır. Novruz bayramına gəlmişdi. Balasının vayı qismət oldu qardaşıma. Axı bizim uşaq dava edən deyildi. Niyə onun ölümünə bais oldular? Savadlı idi, dərslərini əla oxuyardı, şərəf lövhəsində şəkili vurulub. Yanıb tökülürük…''

Çənlibel kənd orta məktəbinin direktoru Qoşqar Əliyev Lent.az-a açıqlamasında deyib ki, ölüm faktı rayon proklurorluğu tərəfindən araşdırılır: "Prokurorluqda bu hadisə ilə bağlı iş aparılır. Bu hadisədə kimin günahı varsa, o da cəzasını alacaq. Hazırda istintaq aparılır və bütün iddialar araşdırılır. Nəticədən asılı olaraq tədbir görüləcək”.

Məktəb direktoru əlavə edib ki, vəfat edən şagird nümunəvi məktəblilərdən olub: "Onun babası Şahbaz kişi kəndimizin ağsaqqalıdır. Çox təəssüf ki, belə bir hadisə baş verib. Heç kim istəməzdi belə olsun, onların ailələrinə başsağlığı verirəm, səbr diləyirəm”.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
6-cı sinif şagirdi məktəbin həyətində öldü

6-cı sinif şagirdi məktəbin həyətində öldü

Şagirdin ölümü ilə bağlı direktordan açıqlama: “Gözümün qarşısında”

Şagirdin ölümü ilə bağlı direktordan açıqlama: “Gözümün qarşısında”

Azərbaycanda orta məktəbdə faciə: şagird öldü

Azərbaycanda orta məktəbdə faciə: şagird öldü

Bakıda direktor və müəllim şagirdi döydü? - Valideynlər belə iddia edir - VİDEO

Bakıda direktor və müəllim şagirdi döydü? - Valideynlər belə iddia edir - VİDEO

10-cu sinif şagirdinin müəmmalı intiharı:  “Sinif yoldaşlarından ayrılandan sonra...”

10-cu sinif şagirdinin müəmmalı intiharı: “Sinif yoldaşlarından ayrılandan sonra...”

Sumqayıtda müəllim milli mənsubiyyətini bilmədi

Sumqayıtda müəllim milli mənsubiyyətini bilmədi

Onlar "son zəng" günü məzarlığa yığışdılar..

Onlar "son zəng" günü məzarlığa yığışdılar..

Bakıda 2-ci sinif şagirdi dünyasını dəyişdi

Bakıda 2-ci sinif şagirdi dünyasını dəyişdi

Psixoloqu məktəb direktorunun ərinə döydürən səbəb- “Aralarında münaqişə yaranıb”

Psixoloqu məktəb direktorunun ərinə döydürən səbəb- “Aralarında münaqişə yaranıb”

Məktəbdə qətlə yetirilən Kənan "Son zəng"ə hazırlaşırmış...

Məktəbdə qətlə yetirilən Kənan "Son zəng"ə hazırlaşırmış...

Məmur polis oğlunun yoldaşını bıçaqlamasından danışdı - FOTO

Məmur polis oğlunun yoldaşını bıçaqlamasından danışdı - FOTO

Repititorluğun tamahı və 10-cu sinif şagirdinin intiharı...FACİƏ

Repititorluğun tamahı və 10-cu sinif şagirdinin intiharı...FACİƏ

“Uşağım polisin köməyi ilə dərsə gedir...” - Məktəbdə nə baş verir?

“Uşağım polisin köməyi ilə dərsə gedir...” - Məktəbdə nə baş verir?

Novxanıdakı 2 nömrəli məktəb təşviş içində: Şagirdləri qorxuya salan kimdir? - VİDEO

Novxanıdakı 2 nömrəli məktəb təşviş içində: Şagirdləri qorxuya salan kimdir? - VİDEO

Məktəbdə zorakılığa məruz qalan qız damarlarını doğrayıb

Məktəbdə zorakılığa məruz qalan qız damarlarını doğrayıb

Ağdaşda məktəbli niyə intihar edib? - "Anasından gizli..."

Ağdaşda məktəbli niyə intihar edib? - "Anasından gizli..."

İntihar edən 12 yaşlı şagirdin oxuduğu məktəbdən AÇIQLAMA

İntihar edən 12 yaşlı şagirdin oxuduğu məktəbdən AÇIQLAMA

Azərbaycanda müəllim şagirdini ölümcül hala salıb

Azərbaycanda müəllim şagirdini ölümcül hala salıb

Məktəbdə psixotrop dərman satan şagird aşkarlandı

Məktəbdə psixotrop dərman satan şagird aşkarlandı

5-ci sinif şagirdi tonqalda yanıb

5-ci sinif şagirdi tonqalda yanıb

Ağdamda 11-ci sinif şagirdi intihar edib - “Mənsur dərsdən evə gəlib…”

Ağdamda 11-ci sinif şagirdi intihar edib - “Mənsur dərsdən evə gəlib…”

Bakıda müəllim valideyni məhkəməyə verib

Bakıda müəllim valideyni məhkəməyə verib

Məktəbdə dəhşətli yanğın - 25 nəfər yanaraq öldü

Məktəbdə dəhşətli yanğın - 25 nəfər yanaraq öldü

Sumqayıtda müəllim 1-ci sinfə gedən uşağı döyüb — Valideyn şikayəti

Sumqayıtda müəllim 1-ci sinfə gedən uşağı döyüb — Valideyn şikayəti