Xəbərlər, D.Qulluğu
13 aprel 2018
774

Dövlət qulluğuna qəbul üçün müsahibə mərhələsi elan edilib


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

Dövlət İmtahan Mərkəzi mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarında ümumilikdə 17 dövlət orqanı üzrə inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan 514 vakant icraçı vəzifələrə (BA və BB vəzifə qrupları üzrə) dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsini elan edir.

DİM-dən Aztehsil.com-a verilən məlumata görə, müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyat bir ay – 12 may 2018-ci il tarixinədək davam edəcək.

Müsabiqəyə təqdim olunan vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Mərkəzin internet portalında yerləşdirilib.

Namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsabiqənin müsahibə mərhələsində iştirak edir. Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizəd "Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə Mərkəzin internet portalına daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda, portalda müvafiq düzəlişlər etməlidir. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və 12 aprel 2018-ci il tarixindən 12 may 2018-ci il saat 18:00-dək (30 gün müddətində) Mərkəzin portalı vasitəsilə müsahibədə iştirak üçün müraciət etməlidir.

Elan edilən müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunan vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərə uyğun olaraq vakant vəzifə üzrə müəyyən edilmiş tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Müsahibədə iştirak etmək üçün müraciət edən namizədin Forma vasitəsilə portala daxil etdiyi məlumatların və sənədlərin tamlığı, aktuallığı və namizədin müvafiq vakant vəzifənin tutulması şərtlərinə uyğunluğu Mərkəz tərəfindən yoxlanılır və təsdiq edildikdən sonra namizəd müsahibədə iştirak etmək üçün qeydə alınır.

Müsahibədə iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 (üç) iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilən məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir. Nəticələrin etibarsız hesab edilməsi barədə qərar Mərkəz tərəfindən qəbul edilir və namizədə bu barədə 3 (üç) iş günü müddətində portal vasitəsilə nəticələrin etibarsız hesab edilməsi səbəbləri izah olunan rəsmi məlumat verilir.

Müsahibə proqramları ilə Mərkəzin portalından və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytından tanış olmaq olar.

Namizədlər müsahibənin keçirilmə vaxtı və yeri haqqında məlumatları Mərkəzin portalında və vakant vəzifənin aid olduğu dövlət orqanının internet saytında yerləşdiriləcək müsahibələrin keçirilmə qrafikindən əldə edə bilərlər.

Vakant vəzifənin tutulmasında iş stajına dair tələb nəzərdə tutulduğu halda vəzifənin qulluq funksiyaları nəzərə alınaraq, vəzifə təlimatlarında aşağıdakı sahələrdən biri üzrə ümumi iş və ya dövlət qulluğunda qulluq stajı müəyyən edilir:  

struktur bölmənin fəaliyyət istiqamətləri və ya vəzifənin fəaliyyət sahəsi üzrə;
vəzifə təlimatlarında vəzifə üzrə müəyyən edilən müvafiq ali təhsil (ixtisas) üzrə. 
Qeyd edək ki, müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant inzibati vəzifə Kənd Təsərrüfatı Nazirliyi (443), Maliyyə Nazirliyi (17) və Gənclər və İdman Nazirliyi (14) tərəfindən təqdim olunub.

Vakansiyalar aşağıdakı dövlət orqanları tərəfindən təqdim olunub:

Kənd Təsərrüfatı Nazirliyi (443 vakant vəzifə) BA3 altqrupu üzrə 24, BA4 altqrupu üzrə 3,BB1 altqrupu üzrə 27, BB2 altqrupu üzrə 2, BB3 altqrupu üzrə 287, BB4 altqrupu üzrə 100;
Gənclər və İdman Nazirliyi (14 vakant vəzifə) BA3 altqrupu üzrə 3, BA4 altqrupu üzrə 11;
Maliyyə Nazirliyi (17 vakant vəzifə) BA3 altqrupu üzrə 3, BA4 altqrupu üzrə 14
Təhsil Nazirliyi (6 vakant vəzifə) BA3 altqrupu üzrə 2, BA4 altqrupu üzrə 2, BB4 altqrupu üzrə 2;
ASAN (6 vakant vəzifə) BA3 altqrupu üzrə 2, BB4 altqrupu üzrə 4;
Füzuli Rayon Məhkəməsi (2 vakant vəzifə) BB4 altqrupu üzrə 2;
Biləsuvar Rayon Məhkəməsi (1 vakant vəzifə) BB4 altqrupu üzrə 1;
Hacıqabul Rayon Məhkəməsi (1 vakant vəzifə) BB4 altqrupu üzrə 1;
Mingəçevir Şəhər Məhkəməsi (2 vakant vəzifə) BB4 altqrupu üzrə 2;
Şəmkir Rayon Məhkəməsi (1 vakant vəzifə) BB4 altqrupu üzrə 1;
Şirvan Şəhər Məhkəməsi (2 vakant vəzifə) BB4 altqrupu üzrə 2;
Tovuz Rayon Məhkəməsi (1 vakant vəzifə) BB4 altqrupu üzrə 1;
Yevlax Rayon Məhkəməsi (3 vakant vəzifə) BB4 altqrupu üzrə 3;
Ağstafa Rayon Məhkəməsi (4 vakant vəzifə) BB4 altqrupu üzrə 4;
Gəncə Hərbi Məhkəməsi (2 vakant vəzifə) BB4 altqrupu üzrə 2;
Şəki Rayon Məhkəməsi (4 vakant vəzifə) BB4 altqrupu üzrə 4;
Lənkəran Rayon Məhkəməsi (5 vakant vəzifə) BB4 altqrupu üzrə 5 yer.
Müsabiqəyə çıxarılan 514 vakant inzibati vəzifədən 64-ü BA vəzifə qrupu, 450-si isə BB vəzifə qrupuna aiddir.






Whatsapp'ta Paylaş

Загрузка...
loading...

Həmçinin oxuyun:
Dövlət qulluqçusu olmaq istəyənlərin DİQQƏTİNƏ

Dövlət qulluqçusu olmaq istəyənlərin DİQQƏTİNƏ

Dövlət qulluğuna qəbul üçün test imtahanı keçirildi

Dövlət qulluğuna qəbul üçün test imtahanı keçirildi

Dövlət qulluğuna qəbul üçün daha 334 vakant yerə müsabiqə elan edildi

Dövlət qulluğuna qəbul üçün daha 334 vakant yerə müsabiqə elan edildi

Bu nazirlikdə vakant vəzifə boş qaldı - Müraciət edən olmadı

Bu nazirlikdə vakant vəzifə boş qaldı - Müraciət edən olmadı

Vakant vəzifələrə qeydiyyat başa çatır

Vakant vəzifələrə qeydiyyat başa çatır

Dövlət qulluğuna imtahan verənlərin nəzərinə! - NƏTİCƏLƏR AÇIQLANDI

Dövlət qulluğuna imtahan verənlərin nəzərinə! - NƏTİCƏLƏR AÇIQLANDI

Dövlət orqanında işləmək istəyənlərə - YENİ İMKAN

Dövlət orqanında işləmək istəyənlərə - YENİ İMKAN

DİM dövlət orqanlarında 165 vakant vəzifənin tutulması üçün müsahibə elan edib

DİM dövlət orqanlarında 165 vakant vəzifənin tutulması üçün müsahibə elan edib

Bu dövlət qurumlarında məmur yerləri boşdur - DİM açıqladı+Siyahı

Bu dövlət qurumlarında məmur yerləri boşdur - DİM açıqladı+Siyahı

DİM vakant vəzifələrin tutulması üçün keçirilən müsahibələrlə bağlı məlumat yayıb - SİYAHI

DİM vakant vəzifələrin tutulması üçün keçirilən müsahibələrlə bağlı məlumat yayıb - SİYAHI

DİM 519 yeni vakant yerləri elan edib

DİM 519 yeni vakant yerləri elan edib

Dövlət qulluğuna qəbul olmaq istəyənlər - Bu vəzifələri seçə biləcək

Dövlət qulluğuna qəbul olmaq istəyənlər - Bu vəzifələri seçə biləcək

Vəzifə sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ!

Vəzifə sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ!

Rəhbər vəzifə tutmaq istəyənlərin diqqətinə - Qeydiyyat başladı!

Rəhbər vəzifə tutmaq istəyənlərin diqqətinə - Qeydiyyat başladı!

Dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib

Dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib

Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə test imtahanı keçiriləcək

Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə test imtahanı keçiriləcək

Dövlət qulluğundakı 1145 vəzifə üçün müsabiqə ELAN OLUNDU

Dövlət qulluğundakı 1145 vəzifə üçün müsabiqə ELAN OLUNDU

Rəhbər vəzifələrdə işləmək istəyənlər üçün imtahan keçiriləcək

Rəhbər vəzifələrdə işləmək istəyənlər üçün imtahan keçiriləcək

DİM vakant rəhbər vəzifələr üzrə müsahibə elan edib

DİM vakant rəhbər vəzifələr üzrə müsahibə elan edib

Dövlət qulluğuna qəbul üzrə imtahanda uğur qazanan şəxslərin qeydiyyatına başlanılıb

Dövlət qulluğuna qəbul üzrə imtahanda uğur qazanan şəxslərin qeydiyyatına başlanılıb

Dövlət qulluğuna qəbul imtahanının nəticələri elan olunub

Dövlət qulluğuna qəbul imtahanının nəticələri elan olunub

İmtahanın nəticələri - AÇIQLANDI

İmtahanın nəticələri - AÇIQLANDI

Test imtahanında uğur qazanmış şəxslərin sertifikat almaq üçün qeydiyyatına başlanılıb

Test imtahanında uğur qazanmış şəxslərin sertifikat almaq üçün qeydiyyatına başlanılıb

DİM vakant yerlərə qəbulun nəticələrini AÇIQLAYIB

DİM vakant yerlərə qəbulun nəticələrini AÇIQLAYIB