Xəbərlər / Abituriyent
19 aprel 2018
4 613


Dövlət İmtahan Mərkəzi Azərbaycan dili fənnindən test imtahanı keçirəcək

Dövlət İmtahan Mərkəzi Azərbaycan dili fənnindən test imtahanı keçirəcək

 

Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 22-də 2018/2019-cu tədris ili üçün ölkəmizin ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydalarına əsasən qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün Azərbaycan dili fənnindən test imtahanı keçirəcək.


DİM-dən Aztehsil.com-a bildirilib ki, test imtahanı Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Lənkəran, Şirvan və Xaçmaz şəhərlərində, ümumilikdə 17 imtahan mərkəzində aparılacaq. İmtahan bütün binalarda eyni vaxtda - saat 13:00-da başlanır.

Qeyd edək ki, abituriyentlərə imtahanda 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanın nəticəsi "məqbul” və ya "qeyri-məqbul”la qiymətləndirilir. Abituriyentin "məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

Ali təhsil müəssisələri və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üzrə keçirilən Azərbaycan dili imtahanı ilə ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul üzrə keçirilən Azərbaycan dili imtahanı məzmun baxımından bir-birindən fərqlənir.

Bu imtahanda "Abituriyentin elektron ərizəsi” formasını aprelin 10-u saat 23:59-dək təsdiqləmiş abituriyentlər iştirak edəcəklər. Aprelin 11-dən 30-dək ərizələrini təsdiq edən rus bölməsinin abituriyentləri yalnız ikinci Azərbaycan dili imtahanında iştirak edə biləcəklər. Aprelin 22-də keçirilən imtahanda "qeyri-məqbul” qiymət alan və ya müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən abituriyentlər (mayın 18-dən 29-dək qeydiyyatdan keçməklə) iyunun 10-da keçiriləcək ikinci Azərbaycan dili imtahanında iştirak edə bilərlər.

İmtahanda iştirakı nəzərdə tutulan 6172 abituriyentdən 2846 nəfəri oğlan, 3326 nəfəri qızdır. Onların 5585-i orta ümumtəhsil müəssisələrinin builki məzunu, 587-si isə əvvəlki illərin məzunlarıdır.

Ümumilikdə Bakıda 3985, Naxçıvanda 24, Gəncədə 597, Sumqayıtda 411, Şəkidə 273, Bərdədə 138, Göyçayda 107, Şirvanda 136, Lənkəranda 101, Xaçmazda isə 400 abituriyentin imtahan verməsi nəzərdə tutulub.

İmtahanın idarə olunması üçün 41 imtahan rəhbəri, 488 nəzarətçi-müəllim ayrılıb.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
DİM: 6 mindən çox abituriyent Azərbaycan dili imtahanlarında iştirak edəcək

DİM: 6 mindən çox abituriyent Azərbaycan dili imtahanlarında iştirak edəcək

Rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçirir

Rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçirir

Rus bölməsi abituriyentlərinin imtahan nəticələri açıqlandı

Rus bölməsi abituriyentlərinin imtahan nəticələri açıqlandı

Rus bölməsinin abituriyentləri “Azərbaycan dili” fənni üzrə imtahan verəcəklər

Rus bölməsinin abituriyentləri “Azərbaycan dili” fənni üzrə imtahan verəcəklər

Orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu davam edir

Orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu davam edir

“Azərbaycan dili” imtahanının II mərhələsində iştirak edəcək abituriyentlərin sayı açıqlanıb

“Azərbaycan dili” imtahanının II mərhələsində iştirak edəcək abituriyentlərin sayı açıqlanıb

Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elan edildi

Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elan edildi

Azərbaycan dili imtahanında iştirak edəcək abituriyentlərə “Buraxılış vərəqəsi”nin verilməsinə başlanılıb

Azərbaycan dili imtahanında iştirak edəcək abituriyentlərə “Buraxılış vərəqəsi”nin verilməsinə başlanılıb

Rus bölməsinin abituriyentləri üçün əlverişli imkan

Rus bölməsinin abituriyentləri üçün əlverişli imkan

Magistraturaya, rezidenturaya qəbul imtahanlarının I mərhələsi və Azərbaycan dili imtahanları keçirilib

Magistraturaya, rezidenturaya qəbul imtahanlarının I mərhələsi və Azərbaycan dili imtahanları keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM)  2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirir.

Dövlət İmtahan Mərkəzi (DİM) 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirir.

“Azərbaycan dili”ndən iki alan abituriyentlərə – XƏBƏRDARLIQ

“Azərbaycan dili”ndən iki alan abituriyentlərə – XƏBƏRDARLIQ

Aprelin 30-da ali məktəblərə ilk qəbul imtahanı keçiriləcək

Aprelin 30-da ali məktəblərə ilk qəbul imtahanı keçiriləcək

Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu bu qaydalar əsasında aparılacaq

Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu bu qaydalar əsasında aparılacaq

"Azərbaycan dili" imtahanında "məqbul" alan 59 abituriyent bu il müsabiqəyə imtahansız buraxılacaq

"Azərbaycan dili" imtahanında "məqbul" alan 59 abituriyent bu il müsabiqəyə imtahansız buraxılacaq

Aprelin 15-də ikinci sınaq imtahanı keçiriləcək

Aprelin 15-də ikinci sınaq imtahanı keçiriləcək

Kolleclərə tələbə qəbulu elan edilib

Kolleclərə tələbə qəbulu elan edilib

Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında yeni tələbə qəbulu qaydaları açıqlanıb

Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında yeni tələbə qəbulu qaydaları açıqlanıb

Şəhadətnamə ilə kolleclərə sənəd verənlərin balı bu qayda ilə hesablanacaq

Şəhadətnamə ilə kolleclərə sənəd verənlərin balı bu qayda ilə hesablanacaq

Bu təhsil müəssisələrinə də tələbə qəbulu qaydaları dəyişdi

Bu təhsil müəssisələrinə də tələbə qəbulu qaydaları dəyişdi

I və IV ixtisas qrupları üzrə 30239 abituriyent imtahan verəcək

I və IV ixtisas qrupları üzrə 30239 abituriyent imtahan verəcək

DİM iyunun 11-də sınaq imtahanı keçirəcək

DİM iyunun 11-də sınaq imtahanı keçirəcək

DİM-in imtahan qiymətlərindən NARAZILIQ - İmkansız abituriyentlər kənarda qalır

DİM-in imtahan qiymətlərindən NARAZILIQ - İmkansız abituriyentlər kənarda qalır

DİM buraxılış, qəbul və sınaq imtahanlarının tarixlərini ELAN ETDİ

DİM buraxılış, qəbul və sınaq imtahanlarının tarixlərini ELAN ETDİ