Xəbərlər / Sinif rəhbəri / Direktor / Müəllim / Karyera
12 may 2018
3 914


Rəhbər işlərdə işləmək istəyənlərə 17 Məsləhət

Rəhbər işlərdə işləmək istəyənlərə 17 Məsləhət

 

1. Qarşınıza məqsədlər qoyun. Hər bir şeydə.

2. Hadisələrə doğru gedin, onların sizi tapmasını gözləməyin.

3. Yumor ilə yaşayın. Öyrənməyin mümkün olmadığı bir şeyin üzərində sadəcə gülün.

4. Təcrübələr aparın. Öz üzərinizdə, sizi əhatə edən insanların üzərində, taleyiniz üzərində.  Uğursuzluqlar unudulacaq, zəfərlər isə tarixə düşəcək.

5. İnsanlara ümumi ideya və nailiyyətlərinə görə haqq etdikləri mükafatı verin. Başqalarından öndə getmək, sadəcə olaraq liderliyinizin bir hissəsidir. Bəzən siz onlarla bərabər getməlisiniz.

6. Optimist olun. Hər zaman özünüzə: "Bəlkə alındı?” sualını verin.

7. Öz qaydalarınızı düşünüb onlara uyğun yaşayın. Oyunda qalib gələn ən yaxşı oyunçu deyil, qaydaları yaradan oyunçudur.

8. Özünüzə və arxanızca gələn insanlara güvənin.

Rəhbər işlərdə işləmək istəyənlərə 17 Məsləhət

 

9. İnsanları sevin. İnsanların yarısı sizin bu hərəkətinizi qarşılıqsız qoyacaq, o biri yarısı isə sizə onlara verdiyinizdən üç dəfə daha artığını qaytaracaq.

10.Özünüzə: "Daha artığını necə öyrənə bilərəm?” sualını verin. Sabah bu gündən yalnızca bir şərtlə daha yaxşı ola bilər- əgər siz sabah bugünə nisbətən daha yaxşı ola bilsəniz. Və ya daha dəqiq: Siz inkişaf etmirsinizsə geridə qalmağa başlayırsınız.

11. İstedadlarınızı bilin və həyatınızı onların ətrafında qurun. Başqalarına öz istedadlarını üzə çıxarmağa yardımçı olun.

12. İşin bir hissəsini başqalarına güvənərək həvalə edin, bölüşün. Bütün işi öz üzərinizə götürməyiniz bütün pulları özünüzə götürməyinizdən daha böyük günahdır.

13. Gününüzü planlaşdırın. Lider gününü özü üçün özü planlaşdırır. Başqa insanlar üçün planları liderlər qurur.

14. İki dəfə bir bilik üçün ödəməyin. Başqasının bütün həyatını sərf edərək cavabını tapmış bir sualın cavabına bütün həyatınızı sərf etməyin. Başqa insanların ideyalarını satın alın. Simic hər zaman iki dəfə ödəmir. Ən dəhşətli halda, simic ödənişi bir dəfə edir və sonrakı ödəməni mənasız xərclənən həyatı ilə ödəyir.

15. Liderlər qlobusa növbə ilə adi gözlə və mikroskopla baxmağı bacarırlar. Onlar böyük miqyasda düşünür, amma əsas anları nəzərdən keçirəndə detallara qədər açıqlamağı da bacarırlar.

16. Liderlər qərarları düzgün qəbul edirlər. Adi insanların on qərar qəbul edə biləcəyi yerdə, lider bir qərar qəbul edir və öz qərarında əmin olur. Deyirlər ki, liderlər gələcəyi görür. Amma bu tam düzgün deyil. Onlar gələcəyi görmür, onlar onu yaradır və nə etdiklərini dəqiq bilirlər.

17. Həyatı daha yaxşı etməyə,gözəlləşdirməyə çalışın
 

Rəhbər işlərdə işləmək istəyənlərə 17 Məsləhət

 

Məqalə Göndər








Загрузка...