Davranış pozuntusu daha cox hansı yaşda olur.
Uşaqlıq dövründə baş verən hər hansısa bir hal gələcək dövrlərdə də öz təsirini göstərir. Ziqmund Freyd qeyd edirdi ki,uşaqlara tualet vərdişi düzgün edilmədikdə onlar gələcəkdə xəsis,simic,iradkar bir şəxs olurlar.Buna görə də uşaqların tərbiyəsinə düzgün diqqət edilməlidir.
Davranış pozuntuları uşağın müxtəlif psixi və fizioloji səbəblərə bağlı olaraq daxili qarşıdurmalarını davranışlarına köçürməsi nəticəsində ortaya çıxır.Hər 10 uşaqdan 7-sində rast gəlinir.Buna görə də,dövrün ən aktual məsələlərindəndir.Bəzən davranış pozuntularını aşılanmayan özünəxidmət vərdişləri,sosial bacarıqlarla qarışdırırlar.Ancaq burada olan əsas fərq, aşılanmayan özünəxidmət vərdişləri və sosial bacarıqların mənimsənilməməsi tərbiyə qüsurudur,davranış pozuntusu isə psixi və fiziki inkişafda yaranan narahatlıqların davranışda göstəricisidi.Hiperaktiv uşaqlarda daha çox rast gəlinir. Ancaq hər hiperaktiv uşağa davranış pozuntusu diaqnozun qoymaq düzgün deyil.
Davranış pozuntusu daha çox 3-6 yaş arasındakı uşaqlarda rast gəlinir.
Bu yaş dövrü şəxsiyyət keyfiyyətlərinin və "mən” obrazının formalaşdığı bir dövr kimi xarakterizə olunur.Ona görə də,bu yaş dövründəki uşaqla ra daha çox diqqət göstərilməli,davranış pozuntusu aşkar edildikdə gecikmədən korreksiya edilməlidir.
3-6 yaşlı uşaqlarda inadkarlıq müşahidə olunur. Bu yaş dövrü üçün inadkarlıq normal bir haldır.Ancaq qarşısı alınmadıqda davranış pozuntusuna çevrilə bilər.Belə uşaqlarla inadlaşmaq,şiddət göstərmək düzgün deyil. Onun yerinə səbirli və dözümlü davranmaq lazımdır.
Davranış pozuntuları müxtəlifdir.Ən çox rast gəlinən davranış pozuntuları aşağıdakılardır:
1)Uzun müddət davam edən aqressiv davranışlar
2) Yalanlar yaxud hadisənin şişirdilməsi
3) Təcavüzkar davranışlar
4) Uyğunsuz ifadələrin işlədilməsi və.s
5) Altını islatma
6) Dırnaq yemə və barmaq əmmə
7) Əsassız qorxular
8) Masturbasiya(cinsiyyət orqanını əli ilə oynatma)
9) İştahasızlıq
10) Yuxu problemləri (gec yuxuya getmə,yuxudan qəfil oyanma,yuxuda danışma və.s.)
11) Kaprizlər
12) Aşırı hərəkətlilik
Davranış pozuntularının əsas səbəbləri:
1)Diqqət çəkmək istəyi
2)Özünü təsdiqlətmək istəyi
3)Valideynlərdən intiqam almaq istəyi
4)Özünü xatırlatma
Bunda əlavə, şiddət göstərilən, qayğı göstərilməyən, sevgi məhrumiyyəti olan uşaqlarda da davranış pozuntusuna sıxlıqla rast gəlinir.
Davranış pozuntulu uşaqlarla daha çox vaxt keçirmək, ona sevgi göstərmək,özgüvən vermək,problemləri ilə maraqlanmaq lazımdır.
Davranış pozuntusunu korreksiya etmək üçün ən yaxşı yol psixoloqa müraciət etməkdir. Psixoloqlar davranış pozuntulu uşaqlarla davranış terapiyası, koqnitiv terapiya və s. yollarla məşğul olurlar.
Kiçik yaş dövründə davranış pozuntusunun korreksiyası daha asand olur. Yuxarı yaşlarda isə bir çox çətinliklər meydana çıxır.
Valideynlər uşaqlarına qarşı diqqətli olmalı,onlara zaman ayırmalı,övladlarında baş verən dəyişikliyi görməli, təhlil etməli və tədbir görməlidirlər. Unutmayın ki, uşaqlar bizim gələcəyimizdir.
Uşaqlarda davranış pozuntusu və səbəbləri
Davranış pozuntusu, yoxsa qüsurlu tərbiyə?
Uşaqlarda davranış pozuntuları... PROBLEM
Uşaqlarda davranış və hiperaktivlik
Uşaqlarla davranış tərzi - "Niyə yox, necə?"
“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ
Qız uşaqları daha çox depressiyaya düşür
Uşaqlarda davranış pozğunluğu - inadkarlıq
Məktəbdə və sinifdə şagird DAVRANIŞ QAYDALARI
Burun əti uşağı kar edə bilər – VALİDEYNLƏR, DİQQƏTLİ OLUN
Uşaqlar niyə torpaq yeyir? – Bu xəstəlik ölümə də səbəb olur
Qrup işində müəllimlərin və şagirdlərin davranış qaydaları
Məktəbdə və sinifdə şagird davranış qaydaları
Antisosial şəxsiyyət, yoxsa asosial -ŞƏXSİYYƏT POZUNTULARI
Uşaq depressiyaları- VALİDEYNLƏR DİQQƏT!
Çətin uşaqlar və onlarla aparılan işin əsasları
Əsəbi uşaqları necə tərbiyə etməli?- PROBLEM
Uşaq aqressivliyinin kökü genlərdədir -MARAQLI FAKT
Sarışan hallar nevrozu nədir?- Bu üsulla müalicə...
Uşaqlara dayə seçərkən nələrə diqqət etməli? -PSİXOLOQ RƏYİ
ADPU-nun Ağcabədi Filialında “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib
Uşaqlarda anadan ayrılmaq qorxusu -Nəyə görə uşaqlar...
KİÇİK YAŞLI MƏKTƏBLİLƏRİN EMOSİONAL İNKİŞAFI - BU DÖVRDƏ YARANAN MƏNFİ HALLAR
Uşaqlarda isterik hallar - Valideynlər nə etməli?