Xəbərlər / Müəllim
20 may 2018
5 645


Müəllimlərin bilik və bacarıqları çox aşağı səviyyədədir- EKSPERT.

 

"Təəssüflə qeyd etmək istəyirəm ki, istər çalışan müəllimlərin, istərsə də ali məktəbləri bitirib müəllim olmaq üçün imtahan verəcək şəxslərin bilik və bacarıqları çox aşağı səviyyədədir. Hətta onların ortalama nəticəsi abituriyentlərdən də zəifdir”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı təhsil üzrə ekspert Kamran Əsədov deyib:

"İmtahanda iştirak edən şəxslər 48 və daha çox bal toplayanda Bakı şəhəri üzrə, 36 və daha çox bal topladıqda isə regionlarda yerləşən orta məktəblərdə vakansiya seçiminə buraxılır. Mən uzun müddətdir ki, tarix fənnindən abituriyentlərin ali məktəblərə qəbulu ilə məşğul oluram. Son 4 ildir ki, hazırlaşmaq istəyən yeni bir kütlə də formalaşıb. Bu ya orta məktəblərdə çalışan və Təhsil Nazirliyinin keçirdiyi Diaqnostik Qiymətləndirmədə az bal toplayan müəllimlər, ya da bu sistemdə işə qəbul olunmaq  istəyən ali təhsilli şəxlərdir.

Təəssüflə qeyd etmək istəyirəm ki, istər çalışan müəllimlərin, istərsə də ali məktəbləri bitirib müəllim olmaq üçün imtahan verəcək şəxslərin bilik və bacarıqları çox aşağı səviyyədədir. Hətta onların ortalama nəticəsi abituriyentlərdən də zəifdir. Hazırda qısa müddətdə onların yenidən əvvəlki illərdə əldə etdiyi biliklərin təkrarlanmasına yönəlmiş hazırlıq keçirəm. Verilmiş mövzu sual – cavab edildikdən sonra həmin mövzu üzrə test tapşırıqları yerinə yetirilir, səhvlər izah olunur. Təkcə müdavimlərin ixtisas üzrə bilikləri aşağı səviyyədə deyil, eyni ilə onların məntiqi düşünmə qabiliyyəti, kurikulum bilikləri də aşağı səviyyədədir. Bunun səbəbi odur ki, ali məktəblərdə əmək bazarının tələblərinə uyğun olaraq kadr hazırlığı aparılmayıb, lazım olan bilik və bacarıqlar tədris olunmayıb. Gələcəkdə müəllim olmaq istəyən müdavimlərin ən çox çətinliyi kurikulum fənnindəndir. Bunun da əsas səbəbi kurikulumun ancaq nəzəri olması, əzbərləmək metodikası ilə keçrilməsidir”.

Ekspert qeyd edir ki, müəllimlər tarix fənnində ən çox xanlıqlar dövrünü mənimsəməkdə çətinlik çəkirlər:

"Təəssüf ki, mənimlə bərabər hazırlaşan müdavimlərin ən çox əziyyət çəkdikləri Azərbaycan Tarixindən xanlıqlar dövrü, XIX əsrdə həyata keçirilən islahatlar və XIX - XX əsrin xronologiyasıdır. Ümumi Tarixdən isə XX əsr Avropa və Amerika tarixi ilə bağlı çətinlik çəkirlər. Bu da hadisələrin çoxluğu, eyni ildə bir neçə hadisənin ardıcıl baş verməsi ilə əlaqədardır. Bu kimi informasiyaları müdavimlər çətin yadda saxlayır və ya qarışdırırlar” 

Qeyd edək ki, 2009-cu ildən etibarən əvvəlcə Bakı şəhəri üzrə, 2011- ci ildən isə bütün ölkə ərazisində orta ümumtəhsil məktəblərində çalışan müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş test imtahanı ilə həyata keçirilir. Müəllimlərin işə qəbulu imtahanında iştirakçılara 60 test tapşırığı təqdim olunur. Onlardan 40 test tapşırığı iştirakçının ixtisası, 10 test tapşırığı məntiqi biliklərini yoxlamaq üçün, 10 test tapşırığı isə kurikulum və təhsil metodikası üzrə təqdim olunur. Hazırda Müəllimlərin İşə Qəbulu və Diaqnostik Qiymətləndirmədən keçəcək əksər müəllimlər imtahanı uğurlu başa vurmaq üçün hazırlığa gedir.

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
"Bu müəllimlər işdən azad olunmalıdır"

"Bu müəllimlər işdən azad olunmalıdır"

Müəllimlərin nəticələri şagirdlərdən aşağıdır – Rayon təhsil şöbələrinə sərt İTTİHAM

Müəllimlərin nəticələri şagirdlərdən aşağıdır – Rayon təhsil şöbələrinə sərt İTTİHAM

Bu illərdə işə götürülən müəllimlər azad ediləcək – Ekspert

Bu illərdə işə götürülən müəllimlər azad ediləcək – Ekspert

Hansı müəllimlər birbaşa müsahibə mərhələsinə buraxılacaq?Müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı ətraflı açıqlamalar

Hansı müəllimlər birbaşa müsahibə mərhələsinə buraxılacaq?Müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı ətraflı açıqlamalar

Müsabiqə ilə işə qəbul edilən müəllimlər diaqnostik qiymətləndirmədən keçirilməyəcək

Müsabiqə ilə işə qəbul edilən müəllimlər diaqnostik qiymətləndirmədən keçirilməyəcək

İki gündə müəllim olmaq istəyən səkkiz minə yaxın şəxs imtahan verib

İki gündə müəllim olmaq istəyən səkkiz minə yaxın şəxs imtahan verib

İdman müəllimlərin fiziki bacarıqları yoxlanılıb

İdman müəllimlərin fiziki bacarıqları yoxlanılıb

Azərbaycanda 5 minə yaxın müəllimin maaşı artacaq

Azərbaycanda 5 minə yaxın müəllimin maaşı artacaq

Təhsil Nazirliyindən müəllimlərin işə qəbulu müsabiqəsində vakansiyalarla bağlı - AÇIQLAMA

Təhsil Nazirliyindən müəllimlərin işə qəbulu müsabiqəsində vakansiyalarla bağlı - AÇIQLAMA

Müəllim olmaq istəyənlərə şad xəbər/bu il müsabiqəyə 10 000 vakant yer var

Müəllim olmaq istəyənlərə şad xəbər/bu il müsabiqəyə 10 000 vakant yer var

Müəllimlərin işə qəbulu üçün qeydiyyat başa çatdı...50 min müəllim və 10 min vakant yer

Müəllimlərin işə qəbulu üçün qeydiyyat başa çatdı...50 min müəllim və 10 min vakant yer

Şagirdlər yarışlarda zəif nəticə göstərirsə...

Şagirdlər yarışlarda zəif nəticə göstərirsə...

İmtahanda sıfır nəticə göstərən müəllimlər: Onlar Azərbaycanın gələcəyini baltalayır

İmtahanda sıfır nəticə göstərən müəllimlər: Onlar Azərbaycanın gələcəyini baltalayır

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydaları

Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydaları

BU MÜƏLLİMLƏR İXTİSAR OLUNACAQ - TƏHSİL NAZİRLİYİ

BU MÜƏLLİMLƏR İXTİSAR OLUNACAQ - TƏHSİL NAZİRLİYİ

Diaqnostik imtahanda iştirak edə bilməyən müəllimlər yenidən iştirak edə biləcəkmi?

Diaqnostik imtahanda iştirak edə bilməyən müəllimlər yenidən iştirak edə biləcəkmi?

Məktəbdənkənar təhsil müəssisələrində çalışan pedaqoji işçilərin bilik və bacarıqlarının qiymətləndirilməsi keçiriləcək.

Məktəbdənkənar təhsil müəssisələrində çalışan pedaqoji işçilərin bilik və bacarıqlarının qiymətləndirilməsi keçiriləcək.

Diaqnostik Qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqı nə qədər artdı?

Diaqnostik Qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqı nə qədər artdı?

Gələn il müəllimlərin işə qəbulu ilə bağlı yeni qaydalar hazırlanacaq

Gələn il müəllimlərin işə qəbulu ilə bağlı yeni qaydalar hazırlanacaq

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı başlayır

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı başlayır

Təhsil Nazirliyi müəllimlərin imtahanı ilə bağlı açıqlama verdi

Təhsil Nazirliyi müəllimlərin imtahanı ilə bağlı açıqlama verdi

Bəzi səbəblərdən DQ-də iştirak edə bilməyən müəllimlər avqustda imtahan verəcəklər

Bəzi səbəblərdən DQ-də iştirak edə bilməyən müəllimlər avqustda imtahan verəcəklər

Müəllimlərin işə qəbulu ilə bağlı verilən 15  sual-15 cavab

Müəllimlərin işə qəbulu ilə bağlı verilən 15 sual-15 cavab

42 min müəllimin maaşı artdı

42 min müəllimin maaşı artdı