Xəbərlər / Valideyn / Müəllim
24 may 2018
2 748


Həkimdən ilginc açıqlama

Həkimdən ilginc açıqlama


 

Bir neçə gün əvvəl deputat Zahid Oruc Milli Məclisin iclasında kifayət qədər ciddi bir problemə toxundu. Millət vəkili məktəblərdə təhsil alan şagirdlərin sağlamlığı məsələsini gündəmə gətirərək bildirdi ki, uşaqların əksəriyyətinin gözü zəifdir və onlar eynəkdən istifadə edirlər. Bundan başqa, Z. Oruc şagirdlərin boy və çəkilərinin də yaşlarına adekvat olmadığını bildirdi. O, bunun immunitet zəifliyindən qaynaqlana biləcəyinə diqqət çəkərək, qida rasionunda dəyişiklik məsələsinə baxılmasını təklif etdi.

Məsələ ilə bağlı AzEdu.az-a danışan Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının pediatrı, professor Surxay Musayev bildirib ki, bəstəboyluluq və arıqlıq hələ xəstəliklərdən xəbər vermir:

"Burada genetik faktorlar da var. Elə uşaqlar var ki, ailədə ata, ananın da boyu qısadır, astenik (arıq) bədən quruluşuna malikdirlər. Ona görə də arıq və bəstəboy uşaqlarda parametlər yoxlanılır, ürək qan-damar sistemi, böyrəklər, ağciyərlər, mərkəzi sinir sisteminin tam normal fəaliyyət göstərdiyi aşkar edilirsə, demək ki, problem yoxdur. Hərənin bir norması var. Ondan artıq keçə bilməz. Əksik də patologiya sayılır”.
 

Həkimdən ilginc açıqlama


 

Onun sözlərinə görə, ümumilikdə uşaqlarımız arasında astenik quruluşa malik, boyu qısa olanlar çoxdur. Bunun da bir çox səbəbləri var:

"Birincisi, indiki uşaqlar, xüsusilə, məktəb yaşlıların əlavə hormonik inkişafına vaxtları az qalır. Dərs yükü həddən artıq çoxdur. Çünki müəllimləri elə düşünürlər ki, bu uşaq ancaq onun fənnini oxuyur. Uşağa 5 gün istirahət verib, o qədər dərs yükləyirlər ki, bu istirahət burnundan tökülür. Onların idmana, musiqi öyrənməyə, gəzintiyə, təmiz havada olmağa, bəzən normal qidalanmağa belə vaxtları qalmır. Ona görə məsələnin köklü həllini məktəblərdə görürəm. Dərs proqramları qaydaya salınmalıdır. Uşaqlar öz çəkilərindən artıq çanta daşıyırlar. Nə qədər skaliozlar (onurğa əyriliyi), sümük deformasiyaları əmələ gəlir. Bunlar aradan qaldırılmalıdır. Ətraf mühit, ekologiya, havanın çirklənməsi - hamısı uşaqların sağlamlığına öz mənfi təsirini göstərir”.

Həkim xarici praktikadan da misal gətirib. Bildirib ki, onun nəvələri Cenevrədə oxuyub, amma orada aşağı siniflərə bu ağırlıqda çanta daşıtmırlar:

"Nəvələrimin dərs kitabları məktəbdə qalırdı. Dərs 12-ə qədər olurdu, sonra 2-yə qədər fasiləyə çıxırdılar. 2-dən 4-ə qədər yenidən dərs olurdu. Fasilədə uşaq məktəbdə də qidalana bilərdi, evə də apara bilərdilər. Uşaqlar məktəbə böyük həvəslə gedirdi. Deyirlər ki, tətil verməyək. Onda öldürək uşaqlarımızı? 600-700 balla universitetə daxil olanların sağlamlığına baxın. Əlləri, başları əsir, dilləri söz tutmur. Belə nəsillə hara gedə bilərik?! Gəlin yay, ara tətillərini də ləğv edək, uşaq 24 saat oxusun. Kimə lazım olacaq sağlam olmayan gənc nəsil?”

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Göz həkimi deputatı dəstəklədi

Göz həkimi deputatı dəstəklədi

Dərsə gedən bir uşaq, əlində telefon qoçaq…

Dərsə gedən bir uşaq, əlində telefon qoçaq…

Mənəvi-psixoloji yük azmış kimi, “çanta yükü” də bir yandan - TƏHLİL...

Mənəvi-psixoloji yük azmış kimi, “çanta yükü” də bir yandan - TƏHLİL...

Şagirdlərin çoxu fiziki cəhətdən zəifdirlər - Qüdrət Həsənquliyev

Şagirdlərin çoxu fiziki cəhətdən zəifdirlər - Qüdrət Həsənquliyev

Çantaları özündən ağır uşaqlar - Onlar hansı xəstəliklərlə üz-üzədir?

Çantaları özündən ağır uşaqlar - Onlar hansı xəstəliklərlə üz-üzədir?

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”

"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”

Uşaqlarda isterik hallar - Valideynlər nə etməli?

Uşaqlarda isterik hallar - Valideynlər nə etməli?

Millət vəkili şikayətləndi: "Dərsliklərimizdə nə qədər xronologiya ola bilər?"

Millət vəkili şikayətləndi: "Dərsliklərimizdə nə qədər xronologiya ola bilər?"

Fərqli uşaqların müəllimi: “Əvvəl oturub-durmağı da bacarmırdı, sonra...” - FOTOLAR

Fərqli uşaqların müəllimi: “Əvvəl oturub-durmağı da bacarmırdı, sonra...” - FOTOLAR

Yazın məktəblərə gətirdiyi xəstəliklər: Pediatr valideynlərə çağırış etdi

Yazın məktəblərə gətirdiyi xəstəliklər: Pediatr valideynlərə çağırış etdi

Hiperaktiv uşaqların valideynlərinə psixoloq tövsiyələri- Bunlar varsa...

Hiperaktiv uşaqların valideynlərinə psixoloq tövsiyələri- Bunlar varsa...

Uşaqlarda bu xəstəliklər daha da artıb - Həkim SƏBƏBLƏRİ sadaladı

Uşaqlarda bu xəstəliklər daha da artıb - Həkim SƏBƏBLƏRİ sadaladı

Məktəblərdə dərsliklərin keyfiyyəti artırılmalıdır.

Məktəblərdə dərsliklərin keyfiyyəti artırılmalıdır.

Uşaqlar məktəbdən niyə qorxur?- Psixoloqdan valideynlərə məsləhət

Uşaqlar məktəbdən niyə qorxur?- Psixoloqdan valideynlərə məsləhət

Azərbaycanda nə qədər skolioz xəstəsi var ?

Azərbaycanda nə qədər skolioz xəstəsi var ?

Kəkələyən uşaqlarda hansı qüsurlar olur?

Kəkələyən uşaqlarda hansı qüsurlar olur?

Orta məktəblərdə çalışan tibb işçilərinin vəzifələri

Orta məktəblərdə çalışan tibb işçilərinin vəzifələri

Şagirdlər hansı vaxtlarda dərs oxumalıdır? – Pediatr tövsiyəsi

Şagirdlər hansı vaxtlarda dərs oxumalıdır? – Pediatr tövsiyəsi

Çətin uşaqlar və onlarla aparılan işin əsasları

Çətin uşaqlar və onlarla aparılan işin əsasları

Bayram günlərinin sayı azaldılır? - RƏYLƏR

Bayram günlərinin sayı azaldılır? - RƏYLƏR

Uşaqlarımızın məktəbdən soyumağının səbəbi - Məktəb nəyə lazımdır?

Uşaqlarımızın məktəbdən soyumağının səbəbi - Məktəb nəyə lazımdır?

Bakı məktəbində istilik problemi – “Şagirdlər əziyyət çəkirlər”

Bakı məktəbində istilik problemi – “Şagirdlər əziyyət çəkirlər”

Məktəb təşvişi nədir - Qarşısını necə alaq?

Məktəb təşvişi nədir - Qarşısını necə alaq?