Xəbərlər / Ekspert / Maraqlı / Manşet
27 may 2018
6 135


İnkişaf etmiş ölkələrdə müəllimlərin əmək haqqı nə qədərdir ,iş prinsipləri necədir ?

İnkişaf etmiş ölkələrdə müəllimlərin əmək haqqı nə qədərdir ,iş prinsipləri necədir ?

 

Almaniya 


Almaniyada  ümumtəhsil məktəblərində işləyən müəllimlər orta hesabla 3,5 min evro ,ali məktəbdə çalışanlar isə orta hesabla 4-4,5 min evro əmək haqqı alırlar.Texniki sahədə elmlər doktorunun ali məktəbdə aldığı əmək haqqı , hər hansı bir  şirkətdə alacağı əmək haqqından çox da fərqlənmir. İstər ümumtəhsil məktəblərində ,istərsə də ali məktəblərdə müəllimlərin dərs yükünün çox olmadığı Almaniyada müəllin əmək funksiyasına  tədrislə yanaşı ,eyni zamanda elmi və metodik araşdırmalarlar, yaradıcılıq da ( müxtəlif məqalələr ,metofik vəsaitlər və kitablar yazmaq ) daxildir.
  

İnkişaf etmiş ölkələrdə müəllimlərin əmək haqqı nə qədərdir ,iş prinsipləri necədir ?

 

Təhsilalanlar və təhsilverənlər arasında qarşılıqlı hörmət və ehtiramın dərin kök saldığı alman təhsilində korrusiya , "hörmət” və s. Kimi neqativ hallar haqqında (Hətda adi bir gül buketi) fikirləşmək belə yersizdir.  Elmlər doktorları xüsusi bir hörmət var. Məsələn müraciət edərkən " frau Şmit " yox  " doktor frau Şmit” deyə müraciət edilir ki, burdanda göründüyü kimi elmi ad daha yüksək müraciət forması hesab edilir.


İsrail 

İsraildə müəllimlərin əmək haqqı Avrovadakı həmkarlarından 30-40% azdır.Burada müəllimlərin əmək haqqı staja və əlavə təhsilə cəlb olunmaqla artır.Gənc müəllimlərin  həftəlik 40 saata qədər dərs demək  imtiyazı var. İsrail müəllimlərinin bir özəl imtiyazı da var ki, bu da hər 6 ildən bir əmək haqqı saxlanılmaqla 1 il məzuniyyət götürə bilirlər.Müəllimlərin gündəlik fəliyyətinə demək olar ki, ciddi nəzarət yoxdur.
 

İnkişaf etmiş ölkələrdə müəllimlərin əmək haqqı nə qədərdir ,iş prinsipləri necədir ?

 

Bununla yanaşı Təhsil Nazirliyinin hər tədris ilinin sonunda seçmə üsulla manitorinqlər vasitəsi ilə müəllimlərin peşə fəaliyyətinə nəzarət edə bilirlər və ya peşə fəaliyyətini qiymətləndirirlər.  The Varkey Foundation fondunun keçirtdiyi sorğuya əsasən məlum olmuşdur ki,İsraildə inkişaf etmiş ölkələrdən müəllim daha az nüfuz və hörmətə malikdir.
 

İnkişaf etmiş ölkələrdə müəllimlərin əmək haqqı nə qədərdir ,iş prinsipləri necədir ?

 

Belə ki şagirdlər müəllimin qarşısında tərbiyəsislik edə bilir,sinifi zibilliyə bilir , müəllimin tapşırıqlarını yerinə yetirmir,dərs zamanı yatır, müəllimin istənilən irad və tövsiyələrinə etiraz edə bilirlər.Bu ölkədə umumtəhsil məktəblərində bir özəllik var ki, burada müəllimlərə dindar ailələrdən olan qızlar müəllim köməkçisi vəzifəni yerinə yetirməklə eyni zamanda alternativ hərbi xidməti yerinə yetirmiş olurlar.( İsrail dövlətində həm oğlan ,həm də qızların hərbi xidmətə getməyi məcburidir.)

Amerika Birləşmiş Ştatları

 

ABŞ-da müəllimlərin əmək haqqı polislərin əmək haqqı ilə demək olar ki, eyni miqdarda –orta hesabla 4-5 min dollar təşkil edir.ABŞ müəlliminin əmək haqqı standart olaraq təyin edilir. Staj və əlavə təhsilə görə və ya hər hansı bir stimullaşdırıcı tədbirlərə görə əmək haqqına əlavələr edilmir. Xüsusiylə afroamerikanların oxuduğu məktəblərdə şagirdlər sevmədikləri müəllimləri müxtəlif yollarla "tələ”yə ( məsələn seksual münasibətlərə cəlb etmə və ya irqi ayrı-seçkiliyiklə bağlı) salmaqla məhkəmələrə verməsi adi hal aldığından ABŞ –da həmkarlar ittifaqı müəllimləri 1 milyon dollara sığortalayır ki, bu da həmin müəllimlərin qorunması üçün əsas şərt sayılır. Müəllimin pensiya fondu ilə bağlı ödənişlərini dövlət qarşılasa da ,onun tibbi sığortası müəllimin özü tərəfində ödənilir ki, bu da müəllimin aldığı aylıq əmək haqqının təqribən 70%-nə qədərini əyatə edir.

36 həftəlik ( bizdə bu 2015-ci ildən 34 həftədir) tədris ilində həftəlik 40 saat işləyən ABŞ müəllimlərinin əmək funksiyası təkcə məktəbdə ayrı-ayrı fənləri tədris etməklə bitmir. O,eyni zamanda məktəb saytı və ya elektron ünvanları vasitəsi ilə valideyinlərlə gündəlik olaraq olaraq əlaqə saxlamalı, şagirlərin hər biri haqqında gündəlik olaraq valideyinlərə məlumatlar verməlidir.

ABŞ-da ali təhsil almaq müəllim işləməyə azlıq edir.Müəllim işləmək üçün işləyəcəyi ştatın Təhsil Nazirliyindən xsusi lisenziya alınmalır. Əgər müəllim digər ştata köçürsə , köçdüyü ştatda müəllim işləmək üçün yenidən lisenziya almalıdır.

Böyük Britaniya

İnkişaf etmiş ölkələrdə müəllimlərin əmək haqqı nə qədərdir ,iş prinsipləri necədir ?

 

Böyük Britaniyada müəllimlər orta hesabla 2000-2500 funt sterlinq aylıq əmək haqqı alırlar. Bu rəqəm məktəbdə rəhbər vəzifədə işləyirsə , şagirdlərlə əlavə məşğul olursa və ya Londonda yaşayırsa ( Londonda həyat ölkənin digər yerlərinə nisbətən baha olduğu üçün ) artır.

Böyük Britaniyada müəllimlər peşə fəaliyyətində daha sərbəstdirlər. Belə ki, Təhsil Nazirliyi tədris planını və tədris proqramlarını təsdiq edir.Həmin tədris proqramlarını necə yerinə yetirmək ( hansı üsullarla və ya hansı dərsliklərlə ) artıq müəllimin ixtiyarındadır.İngilis müəllimin illik dərs saatının miqdarı norma olaraq 1256 saat  ( həftəlik 35 saat) götürülür. Məktəblərin əksəriyyətində iş günü saat 8.30-da başlayır 15.30-da bitir.

Britaniya müəllimlərinin əsl bəlası kağız süründürməçiliyidir. ( Bizdə bu iş demək olar ki ,eynidir –E.Q).Müəllimlər gündəlik olaraq plan yazırlar ,hətda  valideyinlər üçün gündəlik hesabatlar hazırlayırlar.Buna görə 1997-ci ildə müəllimlərin  hətda kütləvi etirazları baş versə də nəticəsiz qalmışdı. Amma həmin etirazlardan sonra müəllimlər bu ölkədə valideyin iclaslarından azad edliblər. Buna baxmayaraq valideyinin  müraciət etdiyi istənilən vaxtda müəllim ona 10-15 dəqiqə ayırmağa borcludur.

Yaponiya 

İnkişaf etmiş ölkələrdə müəllimlərin əmək haqqı nə qədərdir ,iş prinsipləri necədir ?

 

Yaponiyada müəllim peşəsi ən perestijli peşə sayılır və müəllim olmaq heç də asan iş deyil.Pedaqoji sahədə ən əzı bakalavr  təhsili olan   şəxslər .eyni zamanda Müəllimlərin İşə Qəbulu imtahanında iştirak edərək müəllim işləmək üçün lisenziya almalıdırlar.Yalnız bundan sonra o əyalətin ( prefekt) təhsil idarəsinə sənəd verə bilər.Bir vakant yerə bəzən 20-30 nəfər namizəd sənəd verir . Müəllimin aylıq əmək haqqı Yapon cəmiyyəti üçün kiçik rəqəm deyil-2,5-5 00 dollar təşkil edir.Əmək haqqına bir çox sosial və stimullaşdırıcı əlavələr də  tətbiq edilir. Məsələn :ailəli və ya  uşaqları olarsa, yarımildə tədris etdiyi siniflərin nəticələri yüksək olarsa ,müəllim həyat səviyyəsinin ( qiymətlərin baha olduğu ) şəhərlərdə yaşayırsa ,evi yoxdursa (aylıq əmək haqqının əlavə olaraq 10% -i qədər.) və s. hallarda əmək haqqına əlavələr ödənilir.

İnkişaf etmiş ölkələrdə müəllimlərin əmək haqqı nə qədərdir ,iş prinsipləri necədir ?

 

Yaponların zəhmətküş olması dünyada bəllidir. Burada müəllimin həftəlik dərs saatının miqdarı 54 saat qədərdir. Yapon müəlliminin gündəlik iş vaxtı standart olaraq 8.00-dan 16.00-a qədər olmasına baxmayaraq , müəllim saat 18.00-a qədər işdə olur.Dünyanın əksər ölkələrində olduğu kimi ( o cümlədən Bizdə olduğu kimi  ) Yaponiyada ümumi təhsil pilləsi 3 səviyyəyə bölünür ( ibtidai , orta , tam orta ) . Şagirdlər yuxarı siniflərə keçdikcə ,onlara dərs deyən müəllimlər əsasən kişi müəllimlər təyin olunur.Belə ki, İbtidai siniflərdə çalışan müəllimlərin 40%-i, orta siniflərdə 60%-i, yuxarı siniflərdə isə 80%-i  kişi müəllimlərdir.
 
Finlandiya 

İnkişaf etmiş ölkələrdə müəllimlərin əmək haqqı nə qədərdir ,iş prinsipləri necədir ?

 

Finlandiyada bütün müəllimlər  məktəblərdə müddətli əmək müqaviləsi ilə ( 1 tədris ilinə) işləyirlər. Burada tədris ili cəmi 190 gündən ibarətdir.Növbəti tədris ili üçün müəllimlər ( hər il ) müsabiqə yolu ilə yenidən 1 tədris ili üçün işə qəbul edilirlər. ( 1 vakant yerə orta hesabla 12 namizəd müraciət edir).60 yaşı tamam olan müəllimlər pensiyay gedir və  onların yerlərini gənc müəllimlər tutur.  Finlandiya cəmiyyətində "sevimli” müəllim anlayışı yoxdur.Bu ölkədə müəllim təhsil sahəsində xidmət edən şəxs kimi qəbul edilir.Fin məktəblərində məktəb rəhbərliyi hər hansı bir müəllimin ,hər hansı bir şagirdə digərlərinə nisbətən daha çox diqqət və ya qayğı göstərdiyini aşkarlayarsa ,həmin müəllim dərhal işdən azad edə bilər.

Finlandiyada müəllimlərin gündəlik iş rejimi saat 8.00-da başlayır 15.00-a qədər davam edir. Burada müəllimlərin həftəlik dərs yükü norması orta hesabla 32 saat təşkil edir.Yerdə qalan digər vaxtlarını isə şagirdlərə məsləhətlər verir, onlarla birlikdə yaradıcı layihələr üzərində işləyirlər.
Finlandiyada müəllimlərin peşəkarlıq səviyyəsi xüsusi əhəmiyyət kəsb edir,amma hər bir müəllim öz peşəkarlığı üzərində sərbəst işləməlidir və bu iş onun məslək ( peşə) həyatının bir parçasıdır. Peşəkarlığı artırmaq üçün çalışmaq fin müəlliminin əmək funksiyasının tərkib hissəsidir.
Finlandiya məktəblərində xüsusi bir müəllim ştatıda var ki, ( sosil pedaqoq) həmin müəllim şagirdlərə gələcək həyatlarında ( məktəbi bitirdikdən sonra ) peşə və ixtisas seçimində   istiqamətlər göstərir ,məsləhət verir.

İspaniya
 

İnkişaf etmiş ölkələrdə müəllimlərin əmək haqqı nə qədərdir ,iş prinsipləri necədir ?

 

İspaniyada müəllimin əmək haqqı ayda 2-2,5 min evro təşkil edir. İspan müəlliminin həftəlik dərs yükü norması 40 saatdır.Həmin saatları tədris etməklə yanaşı bu ölkədə müəllimin əmək funksiyasına gündəlik olaraq dərslərin yoxlanılması ,yeni dərslərə hazırlıq,şagirdlərin təlim naliyyətlərinə nəzarət , valideyinlərlə əlaqə və s. daxildir.

İspaniya marixuananın azad satıldığ ölkələrdən biridir. Bu ölkədə müəllimlərin məktəb həyətində marixuana çəkməkləri qeyri-adi qarşılanmır.Əksinə müəllimlər buna sakitləşdirici vasitə kimi baxırlar.Hətda evlərində istifadə etmək məqsədi ilə bu bitkini becərə bilirlər.
İspaniyada məktəblər yerli və beynəlxalq məktəblərə ayrılır. Yerli məktəblərdə fiziki cəza geniş tətbiq edilir.Amma beynalxalq məktəblərdə belə hallara yol verilmir. Ona görədə beynəlxalq məktəblərdə işləmək və oxumaq daha prestijli sayılır.Belə məktəblərdə istər müəllimlərə ,istərsə də şagirdlərə qarşı hər hansı bir qeyri etik davranışın qarşısı dərhal alınır və buna yol verən müəllim və ya şagir məktəbdən azad edilir.

İspaniyada özəl məktəblərində  tam böyük əksəriyyəti Britaniya kurikulumu ( bizim ölkədə də özəl məktəblərin böyük əksəriyyəti Britaniya kurikulumu əsasında tədris təşkil olunur.)əsasında tədris təşkil olunur.

 Elşən Qafarov Karyera Tədris və Araşdırmalar Mərkəzinin direktoru

İnkişaf etmiş ölkələrdə müəllimlərin əmək haqqı nə qədərdir ,iş prinsipləri necədir ?

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Müəllimlərin nüfuzuna görə Çin və İsrail öndə ,ABŞ isə sonuncu yerdədir.

Müəllimlərin nüfuzuna görə Çin və İsrail öndə ,ABŞ isə sonuncu yerdədir.

Müəllimlərin sosial məzuniyyət yeri üzrə dərs yükü vakansiyaya çıxarılmayacaq

Müəllimlərin sosial məzuniyyət yeri üzrə dərs yükü vakansiyaya çıxarılmayacaq

"Müəllimlər kommunal xərclərdən azad edilsinlər"

"Müəllimlər kommunal xərclərdən azad edilsinlər"

Dünya ölkələrində müəllim əməyinin xüsusiyyətlərinə dair hesabat açıqlanıb

Dünya ölkələrində müəllim əməyinin xüsusiyyətlərinə dair hesabat açıqlanıb

Daha 40 000 müəllimin əmək haqqı artırılacaq ...

Daha 40 000 müəllimin əmək haqqı artırılacaq ...

Dünya üzrə ən çox maaş alan müəllimlər bu ölkədə çalışır – ARAŞDIRMA

Dünya üzrə ən çox maaş alan müəllimlər bu ölkədə çalışır – ARAŞDIRMA

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Müəssisələrdə müəllimlərə tələbatın müəyyənləşdirilməsi

Məktəbdə rəhbər işçilərin həftəlik dərs saatları NORMALARI

Məktəbdə rəhbər işçilərin həftəlik dərs saatları NORMALARI

"Bu əndrabadi bölgü hardan ortalığa çıxıb, heç özüm də baş açmıram” TN-in dərs bölgüsü müəllimləri çaşbaş salıb

"Bu əndrabadi bölgü hardan ortalığa çıxıb, heç özüm də baş açmıram” TN-in dərs bölgüsü müəllimləri çaşbaş salıb

Dünyada müəllimə ən yüksək maaş verən ölkələr- Təəccübləndirəcək rəqəmlər

Dünyada müəllimə ən yüksək maaş verən ölkələr- Təəccübləndirəcək rəqəmlər

Azərbaycanlı müəllimlər etiraz etdi: “350 manat maaş alıramsa, niyə dərs keçim?”

Azərbaycanlı müəllimlər etiraz etdi: “350 manat maaş alıramsa, niyə dərs keçim?”

IDARƏETMƏYƏ AİD  5  TEST

IDARƏETMƏYƏ AİD 5 TEST

"Müəllimlərin əmək haqları artırılacaq" - Nazir

"Müəllimlərin əmək haqları artırılacaq" - Nazir

"Bu müəllimlər işdən azad olunmalıdır" - Ekspert

"Bu müəllimlər işdən azad olunmalıdır" - Ekspert

Müəllimlərin əmək haqları artırılacaq

Müəllimlərin əmək haqları artırılacaq

42 min müəllimin maaşı artdı

42 min müəllimin maaşı artdı

Cəlilabad rayonunda müəllimlər üsyana qalxdı - İşləyən müəllimin yerini vakant etdilər

Cəlilabad rayonunda müəllimlər üsyana qalxdı - İşləyən müəllimin yerini vakant etdilər

Bəzi məktəblərdə bütün fənnlər ləğv edilib -  Finlandiya təhsili haqda BİLMƏDİKLƏRİNİZ + FOTOLAR

Bəzi məktəblərdə bütün fənnlər ləğv edilib - Finlandiya təhsili haqda BİLMƏDİKLƏRİNİZ + FOTOLAR

“Bu müəllimlər o fənnin peşəkar pedaqoqu deyillər” – İşdən çıxarılacaqlar

“Bu müəllimlər o fənnin peşəkar pedaqoqu deyillər” – İşdən çıxarılacaqlar

Özəl məktəblərdə təhsilin qiyməti - ARAŞDIRMA

Özəl məktəblərdə təhsilin qiyməti - ARAŞDIRMA

Müəllimlərin işə qəbulunda yeni qaydalar təsdiqlənib

Müəllimlərin işə qəbulunda yeni qaydalar təsdiqlənib

Müəllimlik qadın peşəsidirim?...ARAŞDIRMA

Müəllimlik qadın peşəsidirim?...ARAŞDIRMA

Təhsil müəssisələrinin rəhbər və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar

Təhsil müəssisələrinin rəhbər və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar

Müsabiqə yolu ilə işə qəbul zamanı əmək müqaviləsinin bağlanması.

Müsabiqə yolu ilə işə qəbul zamanı əmək müqaviləsinin bağlanması.