Xəbərlər / Ekspert / Manşet
27 may 2018
13 504


Sertifikatlaşma -başqa yol varmı ?

Sertifikatlaşma -başqa yol varmı ?

 


Ümumtəhsil məktəblərində çalışan müəllimlərin sertifikasiyasının keçirilməsi ilə bağlı Təhsil Nazirliyinin son vaxtlar mövqeyinin ciddi olması , Milli Məclisdə Əmək Məcəlləsinə əlavələrin edilməsi (məcəlləyə yeni - 67-2-ci (Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikasiyası) maddə əlavə olub) bu sahədə atılacaq addımların necə olacağı ilə bağlı müəllimlərdə suallar yaranır və hər bir müəllim baş verəcək dəyişilikləri maraqla gözləyir. Sertifikasiyanın göründüyü kimi attestasiyaya bərabər şəkildə aparılacağı ( sertifikasiyadan keçə bilməyən müəllimlər işdən azad olunacağı gözlənilir) gözlənilir.

Əgər doğurdan da məsələyə bu cür yanaşılarsa ümumi təhsil pilləsində olan geriliyin aradan qaldırılması və təhsilin inkişafı üçün münbit zəmin yaranacağı ümidindəyəm.Bununla bağlı fikir və təkliflərimi sizinlə bölüşürəm.

Əvvəla təhsil işçilərinin sertifikasiyası ( deyildiyi kimi attestasiyanın qaydalarına uyğun keçirilərsə ) mövcüd durumda ən optimal variantdır.
Sertifikasiyanın ən azı 6 istiqamətdə -I .Müəllimlərin pedaqoji və psixoloji bilikləri II. Müəllimlərin yeni təlim texnalogiyaları ( kurikulum),İKT haqqında bilikləri III. Müəllimlərin fənn bilikləri IV.Məntiq və dünyagörüş V. Müəllimlərin yazı vərdişləri ( esse) VI. Müəllimin pedaqoji fəaliyyətinin təhlili istiqamətlərində keçirilməsi bəhs etdiyimiz ümmumi təhsil pilləsində müəllimlərin peşəkarlıq səviyyələrinin real qiymətləndirilməsi üçün şərait yarada bilər.

Sertifikasiyanın keçirilməsi vaxtı,keçirilmə mexanizmləri dəqiqləşdirildikdən sonra ən azı 1 il öncə elan olunmalı Təhsil Nazirliyi tərəfindən rəsmi ( məsələn edu.gov.az saytı vasitəsi ilə ) müəllimlərə və ictimaiətə elan olunmalıdır.

Yuxarıda bəhs etdiyim I-IV istiqamətlər üzrə müəllimlərin biliklərinin Dövlət İmtahan Mərkəzinin texniki dəstəyi ilə Təhsil Nazirliyi ilə birlikdə keçirilməsi daha effektiv olacağını düşünürəm. Belə ki, 2014-2017-ci illərdə 5 dəfəyə keçirilən Diaqnostik Qiymətləndirmə zamanı hər dəfə 100 min manatlarla dövlət vəsaitinin xərclənməsinin yenidən təkrarlanmasının qarşısının alınması ilə yanaşı bu prosesin artıq 26 ildir ki, ölkədə müxtəlif sahələr üzrə bir gündə 100 min insanı imtahan edə bilən DİM-in illərdir formalaşan maddi-texniki bazasından və təcrübəsindən səmərəli istifadə edilməsinə, bununla da sertifikasiyanın daha şəffav və qısa müddətdə keçirilməsi ilə nəticələnəcək.

Bəhs etdiyim istiqamətlərin hər biri bir imtahan şəklində həyata keçirilməsi daha səmərəli ola bilər ki, bununla da həmin istiqamətlər üzrə müəllimlərin bilikləri daha ətraflı öyrəniləcəkdir.

V mərhələ yazılı şəkildə keçirilməlidir. Bu mərhələdə artıq bəhs etdiyimiz istiqamət üzrə bir neçə ildir ki, təcrübəsi olan DİM vasitəsi ilə həyata keçirtmək mümkündür.

VI istiqamət olan müəllimin pedaqoji fəaliyyətinin təhlili isə məktəbdə və RTŞ tərəfindən həyat keçirilməlidir. Müəllimin pedaqoji fəaliyyətinin təhlili deyərkən :

1. Müəllimin dərs dediyi siniflərdə təhsilalanların atestasiyasının nəticələri.

2. Müəllimin dərs dediyi siniflərdə RTŞ tərəfindən keçiriləcək ildə 2 dəfədən az olmayaraq seçmə üsul ilə keçirilən manitorinqlərin nəticələri.

3.Məktəb direktorunun yerli həmkarlar komitəsi ilə birlikdə hazırladığı müəllimin pedaqoji xasiyyətnaməsi.

4. Müəllimin Təhsil Nazirliyinin xətii ilə keçirilən müxtəlif yerli və beynəlxalq seminar və təlimlərdə,müsabiqələrdə iştirakı.

5.Müəllimin dövri KİV-də təhsil ilə bağlı araşdırmaçı məqalələrinin olması 

6.Müəllimin elmi naliyyətləri ,fəxri adları.

7. Müəllimin şagirdlərinin yerli və beynəlxalq olimpiyadalarda ,müsabiqələrdə iştirakı ,naliyyətləri.

8. Müəllimin dərslik və ya metodik vəsait müəllifi olması

9. Müəllimin İKT naliyyətlərindən praktik istifadə bacaqığı.

10 . Müəllimin Yeni Təlim Texnalogiyalarını tətbiqi bacarıqları nəzərdə tutulur. Bu istiqaməti həyata keçirərkən obyektibliyi və şəffavlığı gözləmək məqsədi ilə yaradılacaq komissiyalara RTŞ (ŞTŞ)-lər Təhsil Nazirliyi ilə razılaşdırılmış siyahı üzrə qabacçıl müəllimləri ekspert qismində cəlb etməsi məqsədə müfaviq olardı. 

Hər bir istiqamət üzrə ( O cümlədən VI istiqamət üzrə ) qiymətləndirmə mexanizmləri sertifikasiyaya başlamamış yenədə RTŞ(ŞTŞ) –lərin təqdim etdiyi qabaqcıl müəllim-ekspertlərlə müzakirə edilərək ,onların da təklifləri nəzərə alınmaqla hazırlanmalı və elan olunmalıdır ki, sertifikasiyada iştirak edəcək müəllimlər bu prosesin hər bir detalı ilə ətraflı tanış ola bilsinlər.

Hər bir istiqamət üzrə sertifikatlar –A,B,C,D kateqoriyarına bölünərsə , bu kateqoriyalar həm də müəllimin əmək haqqının stimullaşdırılması üçün əsas mexanizm ola bilər.Belə ki, bütün istiqamətlər üzrə ( xüsusiylə də I-III və VI istiqamətlərin hər hansı biri üzrə ) D kateqoriyalı müəllimlərlə müddətsiz əmək müqaviləsi ləğv edilməlidir ( işinə davam etmək istəyənlərə ehtiyac olan vakansiyalar üzrə 1 il şans verilə bilər).
B və C kateqoriyalı müəllimlər də 3 il bu kateqoriyada işləməsinə A kateqoriyalı müəllimlərin isə 5 il bu kateqoriyada işləməsinə icazə verilməsi B və C kateqoriyalı müəllimlərə hər il könüllü olaraq imtahan verərək A kateqoriya almaq üçün şansın yaradılması müəllimin öz peşəkarlığının inkişafı ilə bağlı şəraitin yaradlmaına gətirib çıxardacaq.

Hər bir istiqamət üzrə A kateqoriyalı sertifikat alan müəllimlərin əmək haqqı 20% , B kateqoriyası alan müəllimlərin əmək haqqı 10% artırılarsa ( C kateqoriyalı müəllimlərin əmək haqqı artmır ) sertifikatlaşmanın eyni zamanda müəllimlərin peşəkarlığının inkişafında stimul rolunu oynayacağı da şübhəsisdir.

Elşən Qafarov. Karyera Tədris və Araşdırmalar Mərkəzinin direktoru.

Sertifikatlaşma -başqa yol varmı ?

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Təhsil eksperti: “Diaqnostik qiymətləndirmə müəllimlərin peşə nüfuzuna böyük zərbə vurdu” - Müsahibə

Təhsil eksperti: “Diaqnostik qiymətləndirmə müəllimlərin peşə nüfuzuna böyük zərbə vurdu” - Müsahibə

"Yetər artıq, müəllimlərin "imtahan-imtahan" oyununu bitirmək lazımdır"

"Yetər artıq, müəllimlərin "imtahan-imtahan" oyununu bitirmək lazımdır"

Müəllimlərin sertifikasiyadan keçirilməsi nəzərdə tutulub

Müəllimlərin sertifikasiyadan keçirilməsi nəzərdə tutulub

Daha 40 000 müəllimin əmək haqqı artırılacaq ...

Daha 40 000 müəllimin əmək haqqı artırılacaq ...

Müəllimlərin sertifikasiyası üçün yeni qaydalar olacaq

Müəllimlərin sertifikasiyası üçün yeni qaydalar olacaq

700-800 nəfər müəllimin iş yerinin dəyişməsi gözlənilir

700-800 nəfər müəllimin iş yerinin dəyişməsi gözlənilir

42 min müəllimin maaşı artdı

42 min müəllimin maaşı artdı

Müəllimlərin nüfuzuna görə Çin və İsrail öndə ,ABŞ isə sonuncu yerdədir.

Müəllimlərin nüfuzuna görə Çin və İsrail öndə ,ABŞ isə sonuncu yerdədir.

Sertifikatlaşma zamanı DQ –da buraxılan nöqsanlar təkrarlanmamalıdır.

Sertifikatlaşma zamanı DQ –da buraxılan nöqsanlar təkrarlanmamalıdır.

Məktəbdə işləyən MÜƏLLİMİN  Əmək funksiyası

Məktəbdə işləyən MÜƏLLİMİN Əmək funksiyası

Sertifikatlaşma -Attestasiyanın keçirilməsini şübhə altına almaq hansı məntiqdən irəli gəlir?

Sertifikatlaşma -Attestasiyanın keçirilməsini şübhə altına almaq hansı məntiqdən irəli gəlir?

Təlimçi müəllimlərə təlim keçirilib

Təlimçi müəllimlərə təlim keçirilib

Diaqnostik Qiymətləndirmədən keçməyən 50 min müəllimlə bağlı xəbər

Diaqnostik Qiymətləndirmədən keçməyən 50 min müəllimlə bağlı xəbər

Müəllimlərin dərs bölgüsü bu qayda ilə aparılacaq - Nazirlik açıqladı

Müəllimlərin dərs bölgüsü bu qayda ilə aparılacaq - Nazirlik açıqladı

Müəllimlərin əmək haqları artırılacaq

Müəllimlərin əmək haqları artırılacaq

BU MÜƏLLİMLƏR İXTİSAR OLUNACAQ - TƏHSİL NAZİRLİYİ

BU MÜƏLLİMLƏR İXTİSAR OLUNACAQ - TƏHSİL NAZİRLİYİ

Azərbaycanda 5 minə yaxın müəllimin maaşı artacaq

Azərbaycanda 5 minə yaxın müəllimin maaşı artacaq

Diaqnostik qiymətləndirmənin dərs bölgüsünə nə aidiyyatı var?

Diaqnostik qiymətləndirmənin dərs bölgüsünə nə aidiyyatı var?

Qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi

Qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi

Bu müəllimlər işdən çıxarılacaq

Bu müəllimlər işdən çıxarılacaq

20  minə yaxın müəllimin diaqnostik qiymətləndirilməsi keçiriləcək - TƏHSİL NAZİRLİYİ

20 minə yaxın müəllimin diaqnostik qiymətləndirilməsi keçiriləcək - TƏHSİL NAZİRLİYİ

"Müəllimlərin işdən azad ediləcəyi fikri qeyri-ciddidir " NADİR İSRAFİLOV

"Müəllimlərin işdən azad ediləcəyi fikri qeyri-ciddidir " NADİR İSRAFİLOV

"Bu müəllimlər işdən azad olunmalıdır" - Ekspert

"Bu müəllimlər işdən azad olunmalıdır" - Ekspert

Müəllimlər oxuyun ! - FƏNN  METODBİRLƏŞMƏLƏRİ

Müəllimlər oxuyun ! - FƏNN METODBİRLƏŞMƏLƏRİ