Xəbərlər / Ekspert
13 iyun 2018
3 206


Xüsusi təhsil forması – Üstünlüklər və fərqlər

Xüsusi təhsil forması – Üstünlüklər və fərqlər

 

 
"Sovet dönəminda eksternatın digər formasının tətbiqinə – bir tədris ilini başa vurmadan imtahan yolu ilə bir sinifdən digərinə adlamaq üçün də geniş şərait yaradılırdı. Oxuduğu sinfin proqram materialını mənimsəyən şagirdlər ekstern yolu ilə bir sinfi bitirmədən növbəti sinfə adlayırdılar”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı təhsil üzrə ekspert Nadir İsrafilov deyib. Onun sözlərinə görə, ümumiyyətlə eksternat – məktəb proqramı kursunu ekstern yolu ilə keçərək imtahan vermə üsuludur:

""Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, sərbəst təhsil (eksternat) əyani, qiyabi, distant (məsafədən), evdə təhsil və fərdi təhsillə yanaşı təhsilalma formalarından biridir. Sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyələr üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır. Ümumi orta və tam orta təhsil səviyyələri üzrə sərbəst (eksternat) təhsilalma formasında təhsil alan şəxslərin buraxılış imtahanlarının təşkili haqqında qaydalara əsasən ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verənlərin yaşı 16-dan, tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verənlərin isə yaşı 18-dən aşağı olmamalıdır. Səhhətinin vəziyyətinə görə, evdə fərdi təhsilə cəlb olunmuş şagirdlər müəyyən edilmiş qaydaya əsasən, ümumiyyətlə buraxılış imtahanlarından azad olunduqları üçün bu "Qaydalar” onlara şamil edilmir. Aralıq imtahanlarını aparmaq üçün rayon (şəhər) təhsil şöbəsi (idarəsi) müdirinin əmri ilə hər fənn üzrə sədr və üç nəfər müəllimdən ibarət komissiya yaradılır. Aralıq imtahanlarından müvəffəqiyyətlə keçmiş eksternlər Təhsil Nazirliyinin müəyyən etdiyi imtahan mərkəzlərində mövcud qaydalar əsasında buraxılış imtahanı verirlər. Ümumi orta və ya tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarını eksternat qaydasında vermiş məzunların təhsil sənədində "bitirmişdir” sözündən əvvəl "eksternat qaydasında” sözləri əlavə olunur”.

Eksternlərin imtahan qaydası...

Eksternlər mərkəzləşmiş qaydada keçirilən ümumi orta və ya tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarından əvvəl yaşadıqları rayonun (şəhərin) təhsil şöbəsi tərəfindən təşkil olunan aralıq imtahanlarında iştirak edir və rəsmxət, əmək hazırlığı ("Texnologiya”), təsviri incəsənət, fiziki tərbiyə, musiqi və nəğmə, gənclərin çağırışaqədərki hazırlığı fənləri istisna edilməklə tədris planındakı imtahan aparılmayan digər fənlərdən buraxılış imtahanı verirlər.

Ekspert qeyd edib ki, eksternat təhsil təhsildə əlçatanlıq yaradır:

"Bu təhsil, həmçinin, fasiləsizlik, vəhdətlik, daimilik - mövcud təhsil standartları, tədris proqramları və planları əsasında təhsilin bir neçə səviyyədə əldə edilməsi imkanı, təhsilin ayrı-ayrı pillələri arasında sıx dialektik qarşılıqlı əlaqənin təmin olunması və insanın bütün həyatı boyu ardıcıl davam etməsi prinsiplərinin həyata keçirilməsinə hesablanıb. Sovet dönəminda eksternatın digər formasının tətbiqinə – bir tədris ilini başa vurmadan imtahan yolu ilə bir sinifdən digər sinfə adlamaq üçün də geniş şərait yaradılırdı. Oxuduğu sinfin proqram materialını mənimsəyən şagirdlər ekstern yolu ilə bir sinfi bitirmədən növbəti sinfə adlayırdılar”.

Leyla QULAMİ
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Eksternat imtahanlarına sənəd qəbulu başa çatıb

Eksternat imtahanlarına sənəd qəbulu başa çatıb

IX sinfi bitirə bilməyənlər üçün növbəti İMTAHAN

IX sinfi bitirə bilməyənlər üçün növbəti İMTAHAN

Bakıda eksternat imtahanlarına qeydiyyat başlayıb

Bakıda eksternat imtahanlarına qeydiyyat başlayıb

Eksternat imtahanlarının nəticələri AÇIQLANDI

Eksternat imtahanlarının nəticələri AÇIQLANDI

9-cu sinfədək oxuya bilməyənlər imtahan verdilər

9-cu sinfədək oxuya bilməyənlər imtahan verdilər

Əvvəlki illərdə orta məktəbləri bitirib sənəd ala bilməyənlər üçün imtahan keçirilib

Əvvəlki illərdə orta məktəbləri bitirib sənəd ala bilməyənlər üçün imtahan keçirilib

Formal təhsilin təşkili qaydaları

Formal təhsilin təşkili qaydaları

Eksternat imtahanlarının nəticələri mayın 23-dək açıqlanacaq

Eksternat imtahanlarının nəticələri mayın 23-dək açıqlanacaq

Bakı şəhəri üzrə keçirilən eksternat imtahanlarının nəticələri açıqlanıb

Bakı şəhəri üzrə keçirilən eksternat imtahanlarının nəticələri açıqlanıb

Tam orta təhsilini başa vura bilməyən şagirdlərə ŞAD XƏBƏR

Tam orta təhsilini başa vura bilməyən şagirdlərə ŞAD XƏBƏR

Əvvəlki illərdə məktəbi bitirə bilməyən şagirdlər üçün eksternat imtahanlar keçiriləcək

Əvvəlki illərdə məktəbi bitirə bilməyən şagirdlər üçün eksternat imtahanlar keçiriləcək

İmtahan nəticələri bu tarixdə açıqlanacaq

İmtahan nəticələri bu tarixdə açıqlanacaq

"Formal təhsilin təşkili Qaydaları"  NK-nın 6 avqust 2010-cu il  tarixli № 147-li QƏRARI

"Formal təhsilin təşkili Qaydaları" NK-nın 6 avqust 2010-cu il tarixli № 147-li QƏRARI

DİM imtahanlarda iştirak edəcək şəxslərə müraciət edib

DİM imtahanlarda iştirak edəcək şəxslərə müraciət edib

Məzunların attestatına qiymətlər hansı qaydada yazılacaq? - DİM-dən AÇIQLAMA

Məzunların attestatına qiymətlər hansı qaydada yazılacaq? - DİM-dən AÇIQLAMA

Təhsilin formaları və təhsilalma formaları dedikdə nə başa düşülür?

Təhsilin formaları və təhsilalma formaları dedikdə nə başa düşülür?

DİM buraxılış, qəbul və sınaq imtahanlarının tarixlərini ELAN ETDİ

DİM buraxılış, qəbul və sınaq imtahanlarının tarixlərini ELAN ETDİ

Ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında   fərqlənmə attestatlarının verilməsi   Qaydası

Ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi Qaydası

DİM buraxılış imtahanı iştirakçılarına müraciət etdi

DİM buraxılış imtahanı iştirakçılarına müraciət etdi

Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı

Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlandı

Universitetlərə qəbulda MÜHÜM YENİLİK - fənlərin sayı 3-ə endirildi, buraxılış imtahanı isə...

Universitetlərə qəbulda MÜHÜM YENİLİK - fənlərin sayı 3-ə endirildi, buraxılış imtahanı isə...

Qəbul imtahanlarında köklü dəyişiklik ediləcək - 3 fəndən imtahan veriləcək - VİDEO

Qəbul imtahanlarında köklü dəyişiklik ediləcək - 3 fəndən imtahan veriləcək - VİDEO

Əvvəlki illərin məzunları yenidən buraxılış imtahanı verəcək

Əvvəlki illərin məzunları yenidən buraxılış imtahanı verəcək

Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin eksternat təhsilalma formasında vaxtından əvvəl bitirilməsi Qaydaları

Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin eksternat təhsilalma formasında vaxtından əvvəl bitirilməsi Qaydaları