Xəbərlər / Müəllim
06 iyul 2018
3 610


Vakant müəllim yerini gizlədənlər CƏRİMƏLƏNƏCƏK - 1 YER 50 MANAT

Vakant müəllim yerini gizlədənlər CƏRİMƏLƏNƏCƏK - 1 YER 50 MANAT

 

 
 
Müəllimlərin İşə Qəbulu üçün qeydiyyat  iyulun 2-dən etibarən, davam edir. 20 mindən çox şəxs imtahanda iştirak etmək üçün qeydiyyatdan keçib. İmtahanların isə iyulun 16-dan etibarən başlanacağı nəzərdə tutulub. Amma imtahan verəcək əksər müəllimlər MİQ imtahanı zamanı çox az sayda vakant yer göstərildiyini bildirir, hətta vakant yerlərin gizlədildiyini iddia edirlər. Bəs vakansiyaların gizlədilməsi üçün kim məsuliyyət daşıyır və qanunvericilikdə bununla bağlı hansı cəzalar nəzərdə tutulub?

AzTehsil.com AzEdu.az-a istinadən xəbər verir. Hüquqşünas Anar Ramazanov  vakant yerlərlə bağlı müəssisələrin yuxarı instansiyalara hesabat verməli olduqlarını bildirib:

"Vakant yerlərlə bağlı məlumatlar qanunvericiliyə uyğun şəkildə açıqlanmalıdır. Ümumi qaydaya əsasən, nəinki məktəblər, bütün qurumlarda, şirkətlərdə olan vakant yerlərlə bağlı məlumatlar hesabatlar şəklində məşğulluq qurumuna göndərilməlidir. Bu haqda məlumatlar toplanmalıdır ki, boş yer olan kimi məşğulluq xidməti əməkdaşları ora göndərsin.

Bu hesabatların verilməməsi, boş yerlərin gizlədilməsi işin halından asılı olaraq birmənalı cinayət deyil, amma inzibati xətadır. Hər vakant yerə görə böyük miqdarda cərimə tətbiq edilir. Adətən belə məsələlərlə bağlı hesabat vermək tələb olunur. Məsələn, məktəbdə vakant yer varsa, məktəb Təhsil Nazirliyinə hesabat verməlidir. Yaxud müvafiq icra hakimiyyəti orqanları belə məlumatları məşğulluq xidmətinə verməlidirlər”.

O, qanunvericilikdə bir vakant yerin gizlədilməsin görə 50 manat məbləğində cərimə nəzərdə tutulduğunu qeyd edib:

"Məşğulluğun təmin edilməsi sahəsində məlumatın, hesabatın verilməməsi  inzibati xətalar məcəlləsinin  540-cı maddəsidir. İşçilərin payı və ya ştatları  ixtisar edildikdə, işdən çıxarılacaq işçilər və ya boş yerlərə vakansiya barədə müəyyən olunmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanına rəsmi məlumatın verilməməsinə görə 50 manat məbləğində cərimə tətbiq edilir. Həmin maddənin ikinci hissəsində isə müvafiq  icra hakimiyyəti oraqanına həmin orqanın  göndərişi ilə işə qəbul olunanlar, kvota üzrə işə qəbul edilənlər və işdən çıxarılanlar haqda müvafiq hesabatın təqdim edilməməsinə görə isə 60 manat miqdarında cərimə nəzərdə tutulub. Cərimə hüquqi, vəzifəli və fiziki şəxsə də şamil oluna bilər. Çünki bu, yalnız dövlət orqanlarına, nazirliklərə aid deyil. Şirkət və MMC-lər də bu məsuliyyətə məruz qala bilərlər”.

Hüquqşünas müəllimlərə belə hallarla rastlaşdıqda ərizə yazmalarını tövsiyə edib:

"Əgər bununla bağlı dəqiq məlumatı olan və şikayət edən müəllimlər varsa, tövsiyə edirəm ki, ən yuxarı quruma, yəni,  Təhsil Nazirliyinə kollektiv şəkildə ərizə yazsınlar. Belə olduqda  məsələ daha ciddi araşdırılaraq nəzarətə götürülür.

Eyni zamanda işin nəzarətə götürülməsi və gələcəkdə bununla bağlı inzibati xəta cinayət məsuliyyəti olarsa, operativ qərarın qəbul edilməsi üçün həmin ərizənin surətini və ya onunla paralel başqa bir ərizəni prokurorluq orqanlarına versinlər. Təhsil Nazirliyi özü araşdıracaq ki, həqiqətən də  filan qədər məktəbdə bu qədər iş yeri var. Çünki Təhsil Nazirliyinin özünü  də aldada bilərlər.  Bəlkə də Nazirlik vakansiyaya 100 yer çıxarıb, amma aşağı qurumlar ona səhv hesabat veriblər. Yox əgər Nazirlik özü qəsdən bu məsələni gizlədərsə, bunu purokurorluq orqanları araşdıracaqlar. Çünki Azərbaycanda qanunların icrasına nəzarəti bu orqanlar həyata keçirirlər. Onlar lazımi vəzifəli şəxsləri məsuliyyətə cəlb edə bilərlər.

Ümumilikdə isə mən hüquq təcrübəmdə belə hallara çoxda  geniş rast gəlməmişəm. Çünki bir qayda olaraq nəinki təhsil müəssisələrində, adi şirkətlərdə də elə bol vakansiya olmur ki,  hansısa qurum bununla bağlı məlumatı gizlətsin. Adətən  vakansiya olduqda internetdə yerləşdirilir”.

Təhsil eksperti Kamran Əsədov isə bir çox məktəb direktorlarının vakansiyaları gizlətdiyini bildirib:

"2009-cu ildə Bakı şəhəri üzrə müəllimlərin işə qəbulu prosesi mərəzləşdirilmiş qaydada keçirilməyə başladı. Bu şəffaf sistem 2011-ci ildən bütün ölkəni əhatə etdi.

Amma işə qəbulu prsesinin mərkəzləşdirlmiş qaydada keçrilməsinə baxmayaraq, bir çox məktəb direktorları, rayon təhsil şöbələri vakansiyaları gizlədirdilər. Onlar bunu  özləri daxili qaydada müəllimlərin işə qəbulun üçün müraciət edənlərdən əsassız tələblər qarşılığında həyata keçirirdilər.

2016-ci ildən isə yerlərdə vakansiyaların gizlədiməsinə qarşı ciddi mübarizə aparılmasına başlandı. Məktəblərin şagird və müəllim potensialının tam tərkibi elektron qaydada mərkəzləşdirildi”.

Onun sözlərinə görə, vakansiyaların gizlədilməsi halı 5 il öncə ilə müqayisədə ciddi şəkildə azalıb:

"Qanunvericiliyin tələblərinə görə ancaq 18 saatdan çox dərs saatı olarsa və həmin məktəbdə ixtisaslı kadr olmazsa, o yer vakansiyaya çıxarılır. Bir çox hallarda məktəb direktorları bu yolla dərs saatlarını gizlədir və vakansiyaya vermirlər. Bu kimi halların baş verməsi məktəb direktrları və rayon təhsil şöbəsi müdirlərinin əlbirliyi nəticəsində baş verir.

Amma onu da qeyd edim ki, vakansiyaların gizlədilməsi hazırda kütləvi halda deyil. 5 il əvvəlllə müqayisədə bu hal ciddi şəkildə azalıb. Məktəblərdə dərs saatlarına ciddi nəzarət nəticəsində 2017-ci ildə MİQ imtahanına 8 minə qədər vakant yer çıxarılmışdı ki, bu da əvvəlki illə müqayisədə 5 min çox idi”.

K.Əsədov vakansiyaların avtomayik müəyyən olunması üçün elektron sistem yaradılmasını təklif edib:

"Hesab edirəm ki, bütün dərs yükü məktəblər üzrə elektron bazaya daxil edilməlidir. Bu sistemdə çalışan müəllimlərin yaş həddi, ixtisası və DQ balı qeyd olunmalıdır ki, elektron sistem dərs yükü bölgüsünü avtomatik həyata keçirə və vakasniyaları müəyyən edə bilsin”.
 

 

Vakant müəllim yerini gizlədənlər CƏRİMƏLƏNƏCƏK - 1 YER 50 MANAT

 


Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Bu müəllimlər işdən çıxarılacaq

Bu müəllimlər işdən çıxarılacaq

Müəllimlərin nəticələri şagirdlərdən aşağıdır – Rayon təhsil şöbələrinə sərt İTTİHAM

Müəllimlərin nəticələri şagirdlərdən aşağıdır – Rayon təhsil şöbələrinə sərt İTTİHAM

BU MÜƏLLİMLƏR İXTİSAR OLUNACAQ - TƏHSİL NAZİRLİYİ

BU MÜƏLLİMLƏR İXTİSAR OLUNACAQ - TƏHSİL NAZİRLİYİ

Müəllim işləyə-işləyə yeri vakant göstərilib?-Sumqayıt məktəbində qəribə olay

Müəllim işləyə-işləyə yeri vakant göstərilib?-Sumqayıt məktəbində qəribə olay

Orta məktəblərdə ən çox bu fənn müəllimlərinə ehtiyac var - NAZİRLİKDƏN AÇIQLAMA

Orta məktəblərdə ən çox bu fənn müəllimlərinə ehtiyac var - NAZİRLİKDƏN AÇIQLAMA

Təhsil Nazirliyindən müəllimlərin işə qəbulu müsabiqəsində vakansiyalarla bağlı - AÇIQLAMA

Təhsil Nazirliyindən müəllimlərin işə qəbulu müsabiqəsində vakansiyalarla bağlı - AÇIQLAMA

Məktəb direktorlarının işə qəbulu üzrə vakant yerlər çox olan rayonlar açıqlanıb

Məktəb direktorlarının işə qəbulu üzrə vakant yerlər çox olan rayonlar açıqlanıb

Müəllimlərin işə qəbulu HAQQINDA MƏLUMAT- VAKANT yerlər

Müəllimlərin işə qəbulu HAQQINDA MƏLUMAT- VAKANT yerlər

Ən yüksək müsabiqə vəziyyətinin yarandığı qurumların adları açıqlandı

Ən yüksək müsabiqə vəziyyətinin yarandığı qurumların adları açıqlandı

Müəllim olmaq istəyənlərə şad xəbər/bu il müsabiqəyə 10 000 vakant yer var

Müəllim olmaq istəyənlərə şad xəbər/bu il müsabiqəyə 10 000 vakant yer var

Bu il vakant müəllim yerlərini yerli təhsil şöbələrinin elan etməsinə icazə verilməyib

Bu il vakant müəllim yerlərini yerli təhsil şöbələrinin elan etməsinə icazə verilməyib

Müəllimlərin işə qəbulu üçün qeydiyyat başa çatdı...50 min müəllim və 10 min vakant yer

Müəllimlərin işə qəbulu üçün qeydiyyat başa çatdı...50 min müəllim və 10 min vakant yer

Bu illərdə işə götürülən müəllimlər azad ediləcək – Ekspert

Bu illərdə işə götürülən müəllimlər azad ediləcək – Ekspert

Hansı müəllimlər birbaşa müsahibə mərhələsinə buraxılacaq?Müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı ətraflı açıqlamalar

Hansı müəllimlər birbaşa müsahibə mərhələsinə buraxılacaq?Müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı ətraflı açıqlamalar

Müəllimlərin işə qəbulu üçün YENİ QAYDA

Müəllimlərin işə qəbulu üçün YENİ QAYDA

Müəllimlərin işə qəbulunda yenilik - NAZİRLİK AÇIQLAMA VERDİ

Müəllimlərin işə qəbulunda yenilik - NAZİRLİK AÇIQLAMA VERDİ

DİM dövlət qulluğuna qəbul üçün müsahibə keçirəcək

DİM dövlət qulluğuna qəbul üçün müsahibə keçirəcək

Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsində yenilik edilib

Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsində yenilik edilib

Bu il qəbulda əcnəbilər də  iştrak edəcəklər.

Bu il qəbulda əcnəbilər də iştrak edəcəklər.

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya mərhələsi başlayıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya mərhələsi başlayıb

Müəllimlərin işə qəbulu qaydalarında YENİLİK

Müəllimlərin işə qəbulu qaydalarında YENİLİK

Müəllimlərin işə qəbulu ilə bağlı verilən 15  sual-15 cavab

Müəllimlərin işə qəbulu ilə bağlı verilən 15 sual-15 cavab

Müəllimlərin işə qəbulu üzrə vakant yerlərin SİYAHISI

Müəllimlərin işə qəbulu üzrə vakant yerlərin SİYAHISI

Təhsil Nazirliyi açıqladı: Müəllimlərin işə qəbulu ilə bağlı daha bir vacib YENİLİK

Təhsil Nazirliyi açıqladı: Müəllimlərin işə qəbulu ilə bağlı daha bir vacib YENİLİK