Xəbərlər / Psixoloq
09 iyul 2018
3 448


“Düşünmürəm ki, məktəb psixoloqu problemi kökündən həll olunsun” – Ekspert


 

 

 
"Əgər ali təhsil müəssisəsində çalışan müəllim köhnə ədəbiyyatlarda olan və sırf nəzəriyyəyə əsaslanan məlumatları tələbələrinə çatdırmaqdan  başqa  iş görə bilmirsə, demək, bu tip ali məktəblər dövrün və zamanın, o cümlədən, əmək bazarının tələblərinə uyğun mütəxəssis hazırlaya bilməyəcək”. 

Bu sözləri AzEdu.az-a  açıqlaması zamanı təhsil eksperti Elnur Hacıyev deyib. Onun sözlərinə görə,  "Təhsil haqqında”  Qanuna dəyişikliklərdən biri də ümumtəhsil məktəblərində psixoloji xidmətin təşkili və qaydaları haqqındadır: 

"Məktəblərdə psixoloji xidmət sahəsindəki problemlərin kökünü daha dərindən araşdırmağa ehtiyac var.  Problemin kökündən və sistemli şəkildə həlli üçün ilk növbədə psixologiya ixtisası mövcud olan ali təhsil müəssisələrində çalışan müəllim heyətinə psixologiya elminin müasir dövrdə tələbləri və yeniliklər barədə məlumatlı olmaları üçün mütəmadi olaraq təlim kursları, treninq və seminarlar təşkil olunmalıdır.  Əgər ali təhsil müəssisəsində çalışan müəllim  köhnə ədəbiyyatlarda olan və sırf nəzəriyyəyə əsaslanan məlumatları tələbələrinə çatdırmaqdan başqa iş görə bilmirsə, demək bu tip ali məktəblər dövrün və zamanın, o cümlədən, əmək bazarının tələblərinə uyğun mütəxəssis hazırlaya bilməyəcək. Ali məktəblərdə psixologiya elminin qanunauyğunları və günümüzün tələblərinə cavab verə biləcək tədrisin təşkili üçün ciddi addımlar atılmalıdır. Bu işin təşkili məktəb psixoloqlarının və sosial işçilərinin yetişməsində çox böyük təsir gücünə malikdir. Belə olan halda məktəbə gələn psixoloq peşəkar kompetensiyaya malik olacaq və işini dövrün tələblərinə uyğun şəkildə qura biləcək”. 

Ekspertin fikrincə, psixoloji xidmətin təşkili qaydalarını sərtləşdirmək problemin həllinə yönəlmiş olsa da, məsələnin sistemli həlli yolu olmasına ciddi şübhəm var:

"Təhsil qanununda olan bu dəyişikliyi müsbət addım kimi qiymətləndirmək olar. Lakin problemi sistemli və kökündən həll edə biləcəyini düşünmürəm. Çətin və uzun müddətli olmasına baxmayaraq problemi sistemli həlli işini ali məktəblərdən başlamağı daha optimal və effektiv həll yolu kimi görürəm. Bu gün qanuna edilən dəyişikliklər və əlavələr öz nəticəsini bir neçə ildən sonra göstərə biləcək. O zaman məktəblərdə psixoloji xidmətin keyfiyyətini müqayisə edib, konkret fikir söyləmək olacaq”.

Qeyd edək ki, təhsil haqqında qanuna dəyişikliyə görə, psixoloqlar üçün daha peşəkar şərtlərin müəyyənləşdirilməsi baxımından yeni qaydaların hazırlanması nəzərdə tutulub. Bu qaydalar təsdiq edildikdən sonra məktəblərdə psixoloji xidmət daha keyfiyyətli təşkil olunacaq və müəssisələrdə daha peşəkar psixoloqlar fəaliyyət göstərəcəklər.

“Düşünmürəm ki, məktəb psixoloqu problemi kökündən həll olunsun” – Ekspert

 


Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
"Məktəb direktorları hələ də bu sahəyə dırnaqarası yanaşırlar" -  Şagirdlərimiz nədən məhrumdular?

"Məktəb direktorları hələ də bu sahəyə dırnaqarası yanaşırlar" - Şagirdlərimiz nədən məhrumdular?

Psixoloqa gedənlərin NƏZƏRİNƏ: bu sənədləri tələb edin!

Psixoloqa gedənlərin NƏZƏRİNƏ: bu sənədləri tələb edin!

Bakı məktəblərində psixoloqların işi YOXLANILIR

Bakı məktəblərində psixoloqların işi YOXLANILIR

Psixoloqlar Mingəçevirdə müzakirə aparıblar

Psixoloqlar Mingəçevirdə müzakirə aparıblar

Orta məktəb və bağçalarda psixoloq kadrı problemi...

Orta məktəb və bağçalarda psixoloq kadrı problemi...

“Bu müəllimlər o fənnin peşəkar pedaqoqu deyillər” – İşdən çıxarılacaqlar

“Bu müəllimlər o fənnin peşəkar pedaqoqu deyillər” – İşdən çıxarılacaqlar

Məktəb psixoloqları üçün seminar

Məktəb psixoloqları üçün seminar

Məktəb psixoloqları öz vəzifə funksiyalarını necə yerinə yetirirlər?

Məktəb psixoloqları öz vəzifə funksiyalarını necə yerinə yetirirlər?

Məktəblərdə metodiki işin, psixoloji xidmətin və məktəb kitabxanalarının fəaliyyətinin təşkili ilə bağlı seminarlar yekunlaşıb

Məktəblərdə metodiki işin, psixoloji xidmətin və məktəb kitabxanalarının fəaliyyətinin təşkili ilə bağlı seminarlar yekunlaşıb

“Azərbaycanda Psixologiya İnstitutunun yaradılmasına ehtiyac var”

“Azərbaycanda Psixologiya İnstitutunun yaradılmasına ehtiyac var”

Təhsildə Psixoloji Xidmət Bölməsi

Təhsildə Psixoloji Xidmət Bölməsi

Pedaqoji psixologiyanın predmeti- Şəxsiyyətin formalaşması mexanizmi...

Pedaqoji psixologiyanın predmeti- Şəxsiyyətin formalaşması mexanizmi...

Azərbaycanda dərsliklər pulla satılır?

Azərbaycanda dərsliklər pulla satılır?

Tələbələrin çözülməyən yataqxana problemi

Tələbələrin çözülməyən yataqxana problemi

“Məktəblərdə bir deyil, bir neçə psixoloqun olması daha faydalı olar”

“Məktəblərdə bir deyil, bir neçə psixoloqun olması daha faydalı olar”

Məktəblərdə Psixoloq ştatı ləğv olunur ...əvəzində ?

Məktəblərdə Psixoloq ştatı ləğv olunur ...əvəzində ?

Orta məktəblərdən başlamaq lazımdır -EKSPERT

Orta məktəblərdən başlamaq lazımdır -EKSPERT

Müəllimlərin  bilik və bacarıqları çox aşağı səviyyədədir- EKSPERT.

Müəllimlərin bilik və bacarıqları çox aşağı səviyyədədir- EKSPERT.

Azərbaycanda bu peşələr aktuallığını itirə bilər – SİYAHI

Azərbaycanda bu peşələr aktuallığını itirə bilər – SİYAHI

Müəllim və şagird arasında qarşılıqlı hörmət, sevgi olmalıdır.

Müəllim və şagird arasında qarşılıqlı hörmət, sevgi olmalıdır.

MƏKTƏBDƏ PSİXOLOJİ İŞİN TƏŞKİLİ

MƏKTƏBDƏ PSİXOLOJİ İŞİN TƏŞKİLİ

Paytaxt məktəblərinin direktorları ilə görüş keçirilib

Paytaxt məktəblərinin direktorları ilə görüş keçirilib

PEDAQOJİ FƏALİYYƏTDƏ KİŞİ VƏ  QADIN MÜƏLLİMLƏRİN PSİXOLOJİ XÜSUSİYYƏTLƏRİ-Pedaqoji fəalliyət haqqında

PEDAQOJİ FƏALİYYƏTDƏ KİŞİ VƏ QADIN MÜƏLLİMLƏRİN PSİXOLOJİ XÜSUSİYYƏTLƏRİ-Pedaqoji fəalliyət haqqında

Məktəblərdə "Gənc Psixoloqlar” mərkəzi yaradılacaq: layihəyə start verildi - FOTOLAR

Məktəblərdə "Gənc Psixoloqlar” mərkəzi yaradılacaq: layihəyə start verildi - FOTOLAR