Xəbərlər
15 avqust 2018
2 659


"Bİliyi məhsuldar şəkildə istifadə edəcək keyfiyyətli müəllimlərə ehtiyac var"MAGİSTRATURA təhsili olan müəllimlərin əslində fərqli üstünlükləri..

 

Magistratura pilləsi insana ali təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq, elmi işlər üzərində çalışmaq imkanı verir. Amma bu gün magistratura təhsili alsa da, orta məktəbdə müəllim kimi çalışanlar da az deyil. Çoxları bu təhsilin yalnız elmi fəaliyyət üçün nəzərdə tutulduğunu, orta məktəblərdə çalışanlar üçün heç bir fərqə ehtiyac olmadığını düşünür.

Bəs, magistratura dərəcəsi olmayanlarla eyni statusu bölüşmək, heç bir fərq hiss etməmək bu müəllimlər üçün nə dərəcədə xoşdur?

Ümumiyyətlə, magistratura dərəcəsi olan və olmayan orta məktəb müəllimləri arasında hansısa fərq qoyulmalıdır?

Mövzu barədə AzEdu.az-a danışan təlimçi müəllim Bəhmən Məmmədov magistratura bitirənlərə verilməli olan üstünlüklərdən danışarkən dünya təcrübəsini misal gətirib:

"Elm və texnologiyanın sürətlə irəlilədiyi dövrdə  durmadan inkişaf edən biliyin sürətinə çatmaq, zəmanədən geri qalmamaq üçün biliyi məhsuldar şəkildə istifadə edəcək keyfiyyətli müəllimlərə ehtiyac var. Müəllimlər fəaliyyətə başladıqdan sonra özlərini iki formada inkişaf etdirə bilirlər: müəssisədaxili fəaliyyət və magistratura təhsili ilə. İnkişaf etmiş ölkələrdə buna çox dəyər verilir. Məsələn, Finlandiya təhsil sistemi hamıya məlumdur. Burada müəllimlər ən azı magistratura təhsilinə sahib olmalarına baxmayaraq, yeni texnologiyaları öyrənmək, özlərini inkişaf etdirmək üçün kurslarda da iştirak edirlər. Bu kurslar ən azı həftədə iki saat olur. Müəllimlər və idarəçilər demək olar ki, bərabər maaş alırlar”.

O, magistratura təhsili alan müəllimlər üçün dünya təcrübəsində vacib sayılan şərtləri dilə gətirib:

"Magistratura  həyatı məktəbin davamı kimidir. İş həyatına başladıqdan və  bir qədər təcrübə əldə etdikdən sonra magistratura təhsili almaq həm düzgün ixtisasa yiyələnmək, həm də şüurlu şəkildə tələbə olmaq baxımından daha önəmlidir. Bu təhsili almış müəllimlərin magistr ixtisası dərs dediyi fənnə uyğun olmalı və pedoqoji istiqaməti əhatə etməlidir.

Müəllim hazırlayan universitetlərdə "Fənlərin tədrisi metodikası” dərsini keçən müəllimlərin özlərinin də ən azı 5 il orta məktəbdə çalışması vacib sayılmalıdır. Bu sahə üzrə heç bir təcrübəsi olmayan biri həmin fənni necə tədris edə bilər?”

O, bu təhsili düzgün yer və zamanda almağın vacibliyini də vurğulayıb:

"Sizin də ətrafınında mütləq bunları deyən biri var: "Artıq hamı universitet  məzunu ola bilir. Ön plana çıxmaq üçün magistr pilləsi üzrə təhsil almaq lazımdır”. Bunu deyənlər düzgün düşünürlər? Əlbəttə, xeyr!

Magistratura pilləsi üzrə təhsil almağın lazımsız olduğunu düşünmürəm. Sadəcə, bu təhsili düzgün yer və zamanda almağın vacibliyini də vurğulamaq istəyirəm. Bir tələbə gələcəyini planlayanda bu ixtisas üzrə çalışmağı düşünmürsə, əlbəttə, bu, vaxt itkisindən başqa bir şey deyil. Magistratura təhsilini yalnız  işlədiyiniz  sahəyə uyğun alaraq onu faydalı hala gətirə bilərsiniz. Ümumiyyətlə, məsələ yalnız magistratura deyil. İnsanın təhsil həyatı heç vaxt bitməməlidir. Uğurlu karyera sahibi olmaq üçün "fasiləsiz öyrənmə” önəmli şərtdir. Bu səbəbdən, bu gün ətrafa baxdıqda universitet məzunu olan və magistratura təhsili olduğu halda hələ də özünə uyğun iş tapa bilməyən xeyli insan görürük”.

Onun sözlərinə görə, magistratura təhsilli müəllimləri ciddi şəkildə fərqləndirməkdə fayda var:

"Bu gün magistratura təhsilini başa vuran müəllimin maaşında ciddi bir dəyişiklik hiss olunmur. Amma onları ciddi şəkildə fərqləndirməkdə fayda var. Həm də müəllimlərə işləyə-işləyə magistratura təhsilini davam etdirmələri üçün dəstək verilməlidir. Təbii ki, bunu iş həyatında nöqsan  yaratmamaq şərti ilə etmək lazımdır. Müəyyən günlər və saatlarda onlara icazə verilsə, yaxşı olar.

Məsələn, riyaziyyat müəllimi magistratura təhsilini "Riyaziyyatın tədrisi metodikası” üzrə davam etdirsə, daha faydalı olar. Əks halda, bunun orta məktəblərdə mövzuların öyrədilməsi ilə əlaqəli olacağına inanmıram. Bu məsələdə diqqətli olmaq lazımdır. Amma magistratura təhsili olmadan da özünü inkişaf etdirən müəllimlər var.  Durmadan öz üzərində işləyən, yeniliklər edən müəllimlərə fərqli yanaşmaqda fayda var. Bunlara baxmayaraq magistratura təhsili alanlarheç nəyə baxmayaraq dəstəklənməlidir. kaş bütün müəllimlər magistratura təhsili ala biləydilər. Ölkəmizin savadlı və məsuliyyətli elm adamlarına ehtyiyacı var. Dünyada milyonlarla alim, profesor var. Amma dünya xoşbəxtdirmi? Əlbəttə, yox. Buna görə də fərqli müəllim kadrları hazırlamaq lazımdır. Müəllim sözünün mahiyyətini özündə əks elətdirən müəllim”.

Bəhmən Məmmədov universitetdə çalışmaq istəyən magistratura məzunlarının üzləşdikləri problemlərdən də danışıb:

"Universitetlərdə kadr ehtiyacı olduqda magistr dərəcəli insanları işə götürürlər. Amma tələb və təklif üst-üstə düşmədiyinə görə belə problemlər yaşanır. Magistratura pilləsi üzrə təhsil alanlar çox olsa da, ali təhsil müəssisələrində  ehtiyac azdır.

Bu problemləri aradan qaldırmaq üçün öncə inkişaf etmiş ölkələri nəzərə almaq lazımdır. Onlarda bütün müəllimlər magistratura təhsillidir. Magistr dərəcəli olanlara üstünlük verilir. Xüsusilə də metodikaya. Biz də bunu gələcəkdə tətbiq edə bilsək, magistratura təhsili önəm kəsb edəcək. Amma magistratura qəbulundakı sayı aşağı salmaq şərti ilə”.

Magistratura təhsili olan, orta məktəbdə çalışmaq üçün MİQ imtahanlarında iştirak edən gənc müəllim Bahar Məmmədova isə orta məktəbdə işləmək istəməsinin səbəblərini izah edib:

"Yalnız bakalavr təhsilli adamlarla eyni statusu bölüşmək məni qətiyyən narahat etmir. Əksinə, magistr təhsili mənə əlavə məlumatlar qazandırdı. Universitetdə işləmək daha çətindir.Orada şagird deyil, artıq tələbələrlə işləməli oluruq. Mən karyerama bir yerdən başlamalı idim və seçimim bu oldu. Gələcəkdə bəlkə də fikrim dəyişər. Amma hələ ki orta təhsil müəssisəsində çalışacam”.

O, magistratura təhsilli müəllimlərin bu şəkildə fərqləndirilməsinin tərəfdarıdır:

"Düşünürəm ki, magistratura bitiriən və bitirməyən müəllimlər arasında fərq qoyulmalıdır. Çünki magistratura, bakalavr, hətta kollec bitirənlər belə eyni təhsil müəssisəsində çalışırlar. Magistratura bitirən müəllimlərlə digərləri arasında fərq qoyulmalıdır. Nə də olsa, iki il az müddət deyil.  Bu müddət insana çox şey qazanır. Bilik, dünya görüşü baxımından insanı daha perspektivli edir.

Bu fərqin nədən ibarət ola biləcəyinə gəldikdə isə, maaş haqda danışmayacam. Çünki bu, formativ birşeydir. Liseylərə yalnız magistr bitirənlərin qəbul olunması, yuxarı siniflərin onlara verilməsi kimi fərqlər nümayiş etdirmək olar”.

Universitetdə çalışmaq üçün yaranan maneələrdən danışan gənc müəllim ali təhsil müəssisələrinə müəllim qəbulunun imtahanla keçirilməsini təklif edib:

"Magistratura pilləsini bitirib universitetdə birbaşa müəllim kimi çalışmaq çox çətin olur. Əvvəlcə laborant kimi başlamaq lazımdır. Bugətir götür işlərinə baxır. Heç də əlverişli üsul deyil. Vaxt sərf etməklə bərabər, həm də insan bu işdə özünü təkmilləşdirə bilmir, yalnız gətir-götür işlərinə baxır. Təklif edirəm ki, universitetdə müəllim kimi işləmək üçün də imtahanlar olsun. Belə olduqda magistratura təhsilli və kifayət qədər savadı olanlar istədikləri ali təhsil müəssisəsində işləyə bilərlər”.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Magistratura pilləsinə qəbul imtahanlarında ən yüksək balı toplayanlar UNEC-i seçib

Magistratura pilləsinə qəbul imtahanlarında ən yüksək balı toplayanlar UNEC-i seçib

Magistratura və doktoranturaya hazırlaşanların nəzərinə

Magistratura və doktoranturaya hazırlaşanların nəzərinə

Azərbaycanda magistratura pilləsində idman jurnalistikası ixtisası tədris olunacaq

Azərbaycanda magistratura pilləsində idman jurnalistikası ixtisası tədris olunacaq

AzTU-da magistratura səviyyəsinə hazırlaşan tələbələr üçün ödənişsiz sınaq imtahanı keçirilib

AzTU-da magistratura səviyyəsinə hazırlaşan tələbələr üçün ödənişsiz sınaq imtahanı keçirilib

Magistratura və rezidenturanın I mərhələsi üçün imtahanlar apreldən tez olmayacaq

Magistratura və rezidenturanın I mərhələsi üçün imtahanlar apreldən tez olmayacaq

Magistratura və rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak edəcək namizədlərin sayı açıqlanıb

Magistratura və rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak edəcək namizədlərin sayı açıqlanıb

Pedaqoji sahadə çalışacaq kadrları necə hazırlamalı ?

Pedaqoji sahadə çalışacaq kadrları necə hazırlamalı ?

Magistratura üzrə ən yüksək bal toplayan ilk üçlük hansı ali məktəbi seçdi?

Magistratura üzrə ən yüksək bal toplayan ilk üçlük hansı ali məktəbi seçdi?

“Gələn  ildən  xarici universitetlərin magistratura pilləsinə qəbul olan oğlanlar əsgər gedəcəklər” - EKSPERT

“Gələn ildən xarici universitetlərin magistratura pilləsinə qəbul olan oğlanlar əsgər gedəcəklər” - EKSPERT

Azərbaycanda tələbə köçürülməsinin nəticələrini açıqlanıb

Azərbaycanda tələbə köçürülməsinin nəticələrini açıqlanıb

Nazir əmr imzaladı-hansı dəyişikliklər var?

Nazir əmr imzaladı-hansı dəyişikliklər var?

AzTU-da magistr olmaq istəyən tələbələrə böyük fürsət yaradılıb

AzTU-da magistr olmaq istəyən tələbələrə böyük fürsət yaradılıb

Magistratura imtahanından ən yüksək bal toplayan tələbələr

Magistratura imtahanından ən yüksək bal toplayan tələbələr

Magistratura və rezidenturaya qəbul imtahanları ilə bağlı Apelyasiya Komissiyası yaradılıb

Magistratura və rezidenturaya qəbul imtahanları ilə bağlı Apelyasiya Komissiyası yaradılıb

Yeni ixtisaslar yaradıldı

Yeni ixtisaslar yaradıldı

76 yaşlı kişi magistr təhsili almaq üçün imtahan verib

76 yaşlı kişi magistr təhsili almaq üçün imtahan verib

Tələbələr bu hüquqdan məhrum edildi

Tələbələr bu hüquqdan məhrum edildi

Ali təhsili vaxtından tez bitirmək olarmı?-ekspertlərin rəyi..

Ali təhsili vaxtından tez bitirmək olarmı?-ekspertlərin rəyi..

Qəbul imtahanlarının keçirilməsinin qiymətini Tarif Şurası tənzimləyəcək  Böyüt

Qəbul imtahanlarının keçirilməsinin qiymətini Tarif Şurası tənzimləyəcək Böyüt

"Magistr qəbulu ilə bağlı istənilən dəyişikliyi gözləmək olar"

"Magistr qəbulu ilə bağlı istənilən dəyişikliyi gözləmək olar"

Ali məktəblərdə yeni kredit sistemi ilə tədrisin təşkili proseduru qüvvəyə minib

Ali məktəblərdə yeni kredit sistemi ilə tədrisin təşkili proseduru qüvvəyə minib

Magistratura və rezidenturaya sənəd verənlərin sayı açıqlandı

Magistratura və rezidenturaya sənəd verənlərin sayı açıqlandı

Magistratura səviyyəsi üzrə yeni ixtisaslar yaradılıb

Magistratura səviyyəsi üzrə yeni ixtisaslar yaradılıb

Tələbələr diplom aldıqdan sonra iş tapa biləcəklərmi? -SORĞU

Tələbələr diplom aldıqdan sonra iş tapa biləcəklərmi? -SORĞU