Xəbərlər / Direktor
20 avqust 2018
7 903


4 sinif otağından böyük lisey yaradan tanınmış direktor - FOTOLAR

 

298 saylı orta məktəbin qurucusu, direktoru, Əməkdar Təhsil İşçisi Bayram Heydərov vəfat edib. "Zəngi” liseyi adı ilə tanınan məktəbin direktoru Əməkdar Təhsil İşçisi olmaqla bərabər Azərbaycan təhsilində özünəməxsus əməyi olan biri kimi yaddaşda qalıb.

Aztehsil.com xəbər verir ki, azedu.az Bayram Heydərovla bağlı lisey kollektivinin fikirlərini öyrənib:

"Zəngi” liseyinin ingilis dili müəllimi, Əməkdar Müəllim Fəridə Səfərova 20 ildir ki, onunla birlikdə çalışdığını bildirib:

"Mənim üçün çox ağır gündür. Xüsusilə də yeni tədris ili ərəfəsində bu, hər birimiz üçün çox çətindir. Mən 20 ildən çoxdur ki, onunla çiyin-çiyinə işləmişəm. Həqiqətən çox gözəl insan idi. Bayram müəllim liseyimizin yaradıcısıdır. Həmişə deyirdi ki, "Zəngi” liseyini 4 sinif otağından başlayaraq yaratmışam. Sonradan liseyi genişləndirib, öz ətrafına böyük müəllim, şagird, valideyn  ordusu toplayıb. O, yenilikçi biri idi. Hər birimiz onun işığına toplaşmışdıq. O, hamıya dəstək olur, uğurlarımıza bizdən çox o sevinirdi. Direktordan çox ata, qardaş kimi  idi. O, həqiqətən təhsil fədaisi idi”.

Bayram Heydərovun ölümünü heç cür qəbul edə bilmədiyini deyən müəllim onun ölüm səbəbini də açıqlayıb:

"O, çox mübariz, sağlam biri idi. Amma son  bir ildə xəstəliklə mübarizə aparırdı. Elə bu xəstəlik səbəbindən qəfildən dünyasını dəyişib.

Bayram müəllim "Zəngi” liseyini respublikanın ən önəmli 10 məktəbi siyahısına sala bilib. Liseyin uğurları çoxdur. Ölkədəki xeyli ziyalı, tələbə, xaricdə oxuyan gənclər ordusu Zəngi liseyinin yetirmələridir”.

Övladı "Zəngi” liseyinin məzunu olan Ülviyyə Hacıyeva isə bu hadisəni Azərbaycan təhsilinin itkisi adlandırıb:
 

4 sinif otağından böyük lisey yaradan tanınmış direktor - FOTOLAR

 

"Qızım bu il bu məktəbin XI sinfini bitirdi. Bu gün bütün "Zəngi” ailəsi üçün ağır gündür. Bayram müəllim Azərbaycan təhsilində öz möhürünü vurub.Təhsil sistemində hansısa nailiyyəti əldə etmək üçün illər lazımdır. Sıfırdan bir məktəb yaratmaq üçün Bayram müəllim illərini sərf edib. Yaradıcı, yenilikçi insan idi. Qurduğu məktəb Azərbaycan təhsilinin önündə gedib, Respublika səviyyəli tədbirlərdə də daim qabaqcıl sıralarda olub. Bu, ümumilikdə Azərbaycan təhsilinin itkisidir.

Bayram müəllimi kolleqalarından fərqləndirən isə intizama ciddi riayət etməsi, rəhbərliyi çox yaxşı bacarması idi. Hər kəs rəhbər ola bilər, amma liderlik bacarığına sahib olmaq, yoxdan məktəb yaratmaq, minlərlə valideyni ətrafına toplamaq onun hər adamın işi deyil”.

Lisey məzunu Gülzar Şıxəliyeva isə məktəb direktorunun onun uğur qazanması üçün göstərdiyi dəstəkdən danışıb:

"Bu il liseyin məzunu oldum. Bayram müəllim şəxsən mənim həmişə yadımda olacaq. Onun aramızdan ayrılması şagirdləri üçün xüsusilə ağır oldu. Mən özüm sosial fəaliyyətimdə aktiv biri olub, müxtəlif müsabiqələrdə iştirak etmişəm. Onun otağına girərək,  xeyir-duasını almadan 1heç bir yarışa getməzdim. Onun məsləhətlərinə qulaq asmaq özü belə mənim uğur üçün atacağım ilk addımlardan idi. Bu məktəbin məzunları olaraq onun qoyduğu nizam-intizamı qorumaq, məktəbin adını yüksəklərə qaldırmaq üçün əlimizdən gələni edəcəyik. Onun qazandığı hörmət, sevgi həmişə yaşayacaq”.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Bakı Atatürk Liseyi uşaqlar üçün möhtəşəm bayram şənliyi təşkil etdi - FOTOLAR

Bakı Atatürk Liseyi uşaqlar üçün möhtəşəm bayram şənliyi təşkil etdi - FOTOLAR

Bakı Türk Liseyinin son 8 ildə 15-ci məzunu 700 bal toplayıb

Bakı Türk Liseyinin son 8 ildə 15-ci məzunu 700 bal toplayıb

Saxta diplom ilə məni şantaj edir - Məktəb direktoru

Saxta diplom ilə məni şantaj edir - Məktəb direktoru

Müstəqilliyimizin bərpasının 25-ci il dönümünə həsr olunmuş silsilə bayram tədbirləri Lənkəran məktəblərində davam etdirilir.

Müstəqilliyimizin bərpasının 25-ci il dönümünə həsr olunmuş silsilə bayram tədbirləri Lənkəran məktəblərində davam etdirilir.

Novruz bayramı ilə axır çərşənbə eyni gün olacaq? - RƏSMİ AÇIQLAMA

Novruz bayramı ilə axır çərşənbə eyni gün olacaq? - RƏSMİ AÇIQLAMA

Təhsil İdarəsi: Paytaxt məktəblərinin 5 məzunu qəbul imtahanında 700 bal toplayıb

Təhsil İdarəsi: Paytaxt məktəblərinin 5 məzunu qəbul imtahanında 700 bal toplayıb

ADPU-da “Yurdumuza bahar gəlir” adlı bayram şənliyi keçirilib

ADPU-da “Yurdumuza bahar gəlir” adlı bayram şənliyi keçirilib

İnternat məktəbində bayram şənliyi keçirilib

İnternat məktəbində bayram şənliyi keçirilib

MÜƏLLİM ÖMRÜ - “Əməkdar müəllim”, “Tərəqqi medalı”, “Qabaqcıl təhsil işçisi” Əliyev Fidayıl

MÜƏLLİM ÖMRÜ - “Əməkdar müəllim”, “Tərəqqi medalı”, “Qabaqcıl təhsil işçisi” Əliyev Fidayıl

700 bal toplayan tələbələr hansı universitetlərdə oxuyacaq? - SİYAHI

700 bal toplayan tələbələr hansı universitetlərdə oxuyacaq? - SİYAHI

Bakı məktəblərinin şagird və müəllim sayı AÇIQLANDI

Bakı məktəblərinin şagird və müəllim sayı AÇIQLANDI

"Abituriyentin tədrisi mənimsəmə bacarığı yoxdursa, repetitor nə edə bilər ki!”

"Abituriyentin tədrisi mənimsəmə bacarığı yoxdursa, repetitor nə edə bilər ki!”

Məktəbdə biabırçılıq- Müəllim 4-cü sinif şagirdini qulağından qan açılana qədər döyüb-  ŞİKAYƏT

Məktəbdə biabırçılıq- Müəllim 4-cü sinif şagirdini qulağından qan açılana qədər döyüb- ŞİKAYƏT

Paytaxt məktəbliləri arasında intellektual oyunun qalibləri bəlli olub

Paytaxt məktəbliləri arasında intellektual oyunun qalibləri bəlli olub

Göyçayda nə baş verir ? - Məktəb direktoru ilə vətəndaş arasında 7 min manatlıq qalmaqal VİDEO

Göyçayda nə baş verir ? - Məktəb direktoru ilə vətəndaş arasında 7 min manatlıq qalmaqal VİDEO

Bakı Məktəb-Lisey Kompleksinə yeni direktor təyin edilib

Bakı Məktəb-Lisey Kompleksinə yeni direktor təyin edilib

Regionlardakı internat məktəbinin şagirdləri üçün Bakıda bayram şənliyi təşkil ediləcək

Regionlardakı internat məktəbinin şagirdləri üçün Bakıda bayram şənliyi təşkil ediləcək

ADPU-nun müəllimləri məktəb şagirdləri ilə görüşüb

ADPU-nun müəllimləri məktəb şagirdləri ilə görüşüb

Bakıda Lisey direktoru işdən çıxarılıb

Bakıda Lisey direktoru işdən çıxarılıb

Ağdamın orta ümumtəhsil məktəblərini bitirən 519 nəfər tələbə adını qazanıb

Ağdamın orta ümumtəhsil məktəblərini bitirən 519 nəfər tələbə adını qazanıb

İlaxır çərşənbə AzMİU-da xüsusi təntənə ilə qeyd olunub

İlaxır çərşənbə AzMİU-da xüsusi təntənə ilə qeyd olunub

Azərbaycan təhsilinə AĞIR İTKİ: "Şöhrət” ordenli pedaqoq VƏFAT ETDİ - FOTO

Azərbaycan təhsilinə AĞIR İTKİ: "Şöhrət” ordenli pedaqoq VƏFAT ETDİ - FOTO

Məktəblərdə İŞ VAXTI və ondan istifadə edilməsinə aid 9 QAYDA

Məktəblərdə İŞ VAXTI və ondan istifadə edilməsinə aid 9 QAYDA

Müəllim və şagird arasında qarşılıqlı hörmət, sevgi olmalıdır.

Müəllim və şagird arasında qarşılıqlı hörmət, sevgi olmalıdır.