Xəbərlər / Abituriyent
21 avqust 2018
2 245


Nəticələr açıqlandı - 25 nəfər İlahiyyat İnstitutuna qəbul oldu

Nəticələr açıqlandı - 25 nəfər İlahiyyat İnstitutuna qəbul oldu

 

 
Azərbaycan Respublikası ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbulun nəticələri avqustun 21-də elan olunub. Abituriyentlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə "iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
 
Bildirilib ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək üçün 14906 abituriyent ixtisas seçimi edib. Müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 348 nəfər (o cümlədən 36 nəfər dövlət sifarişi əsasında), tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 9517 nəfər qəbul olub.

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə əsasən, plan yerləri 98.48% dolub. Qəbul aparılan 54 kollecdən 40 kollecdə plan yerləri 100% dolub. Cəmi 147 yer (1.52%) boş qalıb. Onlardan 124 yer xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara aiddir. Xüsusi qabiliyyət imtahanı tələb etməyən 23 vakant yerin 2-si gözdən əlillər üçün idman və müalicə masajı ixtisası, 21-i isə Bakı İdarəetmə və Texnologiya Kollecinə aid ixtisaslar üzrədir (qiyabi, ödənişli).

Orta ixtisas təhsili müəssisələrinə 11 illik təhsil bazasında tələbə qəbulunun nəticələri

Qəbul planı Qəbul olunub Qəbulolma faizi Vakant yerlərin sayı (faizi) Azərbaycan bölməsi Rus bölməsi Bölmələr üzrə cəmi

Xüsusi qabiliyyət imtahanı

tələb

etməyən ixtisaslar 8864 8386 457 8843 99.74 23 (0.26)

Xüsusi qabiliyyət imtahanı

tələb

edən ixtisaslar 798 660 14 674 84.46 124 (15.54)

Cəmi 9662 9046 471 9517 98.48 147 (1.52)

Avqustun 24-də ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olanların siyahısı "Abituriyent” jurnalının 9-cu sayında (elektron versiyada, pdf şəklində), tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanların siyahısı isə Abituriyent” jurnalının 10-cu sayında dərc olunacaqdır.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olan abituriyentlər avqustun 24-dən sentyabrın 3-dək, orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər isə avqustun 24-dən 30-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Abituriyentlər qeydiyyat zamanı tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisələrindən öyrənə bilərlər. Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcəkdir.

Dövlət sifarişi əsasında 25 nəfər İslamşünaslıq ixtisası üzrə Azərbaycan İlahiyyat İnstituna, 3 nəfər Aqronomluq, 8 nəfər isə Torpaqşünaslıq və aqrokimya ixtisasları üzrə Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul olub.
 
 
 

Nəticələr açıqlandı - 25 nəfər İlahiyyat İnstitutuna qəbul oldu

 


Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu 97.51% yerinə yetirilib

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu 97.51% yerinə yetirilib

Ali məktəblərə qəbul olanların sayı açıqlandı

Ali məktəblərə qəbul olanların sayı açıqlandı

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

DİM: Kolleclərə qəbul planı 86.01 % yerinə yetirilib

DİM: Kolleclərə qəbul planı 86.01 % yerinə yetirilib

9 illik bazada kolleclərin boş qalan plan yerlərinə qəbul üçün müsabiqənin nəticələri açıqlanıb

9 illik bazada kolleclərin boş qalan plan yerlərinə qəbul üçün müsabiqənin nəticələri açıqlanıb

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qeydiyyat başlanıb

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qeydiyyat başlanıb

Abituriyentlərə son xəbərdarlıq edildi: 17:00-a kimi vaxtınız var

Abituriyentlərə son xəbərdarlıq edildi: 17:00-a kimi vaxtınız var

Tələbə adını qazananlar, DİQQƏT - Bu tarixədək qeydiyyatdan keçməlisiniz, yoxsa...

Tələbə adını qazananlar, DİQQƏT - Bu tarixədək qeydiyyatdan keçməlisiniz, yoxsa...

Orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunan abituriyentlərin qeydiyyatı başlayıb

Orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunan abituriyentlərin qeydiyyatı başlayıb

Ali məktəblərin boş plan yerlərinə və kolleclərə qəbul olan abituriyentlərin qeydiyyatı bu gün başa çatır

Ali məktəblərin boş plan yerlərinə və kolleclərə qəbul olan abituriyentlərin qeydiyyatı bu gün başa çatır

DİM orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə qəbulun nəticələrini dərc edib

DİM orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə qəbulun nəticələrini dərc edib

Bu gündən ali məktəblərdə boş qalan 6242 plan yerinə ixtisas seçimi aparılır

Bu gündən ali məktəblərdə boş qalan 6242 plan yerinə ixtisas seçimi aparılır

Boş qalan plan yerlərinə və tam orta təhsil bazasında kolleclərə ixtisas seçimi davam edir

Boş qalan plan yerlərinə və tam orta təhsil bazasında kolleclərə ixtisas seçimi davam edir

Ali məktəblərin və AMEA magistraturalarının boş qalan plan yerlərinə müsabiqənin nəticələri açıqlanıb

Ali məktəblərin və AMEA magistraturalarının boş qalan plan yerlərinə müsabiqənin nəticələri açıqlanıb

Magistraturaların boş qalan yerləri 448 bakalavrla kifayətləndi...boş qalan yerlər yenə boş qaldı

Magistraturaların boş qalan yerləri 448 bakalavrla kifayətləndi...boş qalan yerlər yenə boş qaldı

Ali məktəbə qəbul ola bilməyənlərin NƏZƏRİNƏ

Ali məktəbə qəbul ola bilməyənlərin NƏZƏRİNƏ

Orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunan abituriyentlərin qeydiyyatı başlanır

Orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunan abituriyentlərin qeydiyyatı başlanır

Ali məktəblərin boş qalan plan yerlərinə müsabiqənin nəticələri açıqlanıb - YENİLƏNİB

Ali məktəblərin boş qalan plan yerlərinə müsabiqənin nəticələri açıqlanıb - YENİLƏNİB

Boş qalan yerlərə və kolleclərə ixtisas seçimi bugün başa çatır

Boş qalan yerlərə və kolleclərə ixtisas seçimi bugün başa çatır

Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçimi başlayır

Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçimi başlayır

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi davam edir

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi davam edir

9-cu siniflərin orta ixtisas məktəblərinə ixtisas seçimi başlayıb

9-cu siniflərin orta ixtisas məktəblərinə ixtisas seçimi başlayıb

Xüsusi qabiliyyət tələb edən ixtisaslara abituriyent qeydiyyatı başladı – Müsabiqə ŞƏRTLƏRİ

Xüsusi qabiliyyət tələb edən ixtisaslara abituriyent qeydiyyatı başladı – Müsabiqə ŞƏRTLƏRİ

Boş qalan plan yerlərinə ixtisas seçimi sabah bitəcək

Boş qalan plan yerlərinə ixtisas seçimi sabah bitəcək