Xəbərlər / Məktəb Güşəsi
23 avqust 2018
3 347


Bölgələrdə məktəbli forması problemi


Bölgələrdə məktəbli forması problemi

 

 

 

Hazırda respublikanın demək olar ki, bütün  orta təhsil müəssisələrində  şagirdlər məktəbə vahid formada  gedirlər. Bu, təhsilin keyfiyyətinə  müsbət təsir göstərməklə  bərabər,  həm də nizam-intizamın yaxşılaşmasına gətirib çıxarır.


Bəs bölgə məktəblərində  şagirdlər vahid məktəbli forması  geyinirlərmi?


Bununla bağlı AzEdu.az bölgə müəllimlərin fikrini öyrənib.


Şəki  şəhəri  Baş Göynük  kəndi 1 saylı orta məktəbin müəllimi  Aysel Səfərzadənin sözlərinə görə, dərs dediyi məktəbdə  şagirdlər  vahid məktəbli  forması geyinmirlər:


"Şagirdlərin vahid məktəbli forması   geyinməyi səliqəli və  xoş görünüş  yaratsa da, düşünmürəm ki, valideynlərin hamısı övladlarına vahid məktəbli forması alsın.  Ailələrin maddi vəziyyətini də  düşünmək lazımdır. Dərs dediyim məktəbdə isə şagirdlər məktəbli forması geyinmirlər”.


Göygöl rayon Çaylı kənd tam orta məktəbinin müəllimi  Səltənət Quliyeva açıqlamasında bildirib ki, dərs dediyi məktəbdə vahid məktəbli forması olmasa da  şagirdlərin hamısı ağ köynək, qızlar qara ətək, oğlanlar isə  qara şalvar geyinirlər:


"İşlədiyim məktəbdə  şagirdlər vahid məktəbli forması geyinmirlər. Lakin  şagirdlər üçün vahid məktəbli forması olmasa belə,  oğlanlar qara şalvar, qızlar isə qara ətək geyir. Məktəbdə müəllimlərə xas olan formanı da  hər bir müəllim geyinir”.


Gədəbəy şəhəri 1 saylı tam orta məktəbin  müəllimi Tural Topçuyev deyib ki, onun da dərs dediyi məktəbdə şagirdlər vahid məktəbli forması geyinmirlər:


"Vahid məktəbli formasının tətbiq olunması ilə bağlı tədbir görülüb.Ümid edirik ki, buna nail ola biləcəyik”.


Bərdə rayonu Kürdborakı kənd tam orta məktəbinin müəllimi Elşən Ramizoğlu dərs dediyi məktəbdə şagirdlərin vahid məktəbli forması  geyinmədiyini bildirib.


"Vahid məktəbli formasının tətbiq olunması ilə bağlı   heç bir tədbir görülmür. Məktəbin istilik sistemi olmadığı halda, şagirdlərə vahid məktəbli forması necə  tətbiq oluna bilər ki? Qışda sinif otaqlarının qızdırılması  üçün  odun sobasından  istifadə edilir və məktəbin öz  vəziyyəti acınacaqlıdır. Məktəbin pəncərələri, qapıları qırıq-sökük vəziyyətindədir”.


Onun sözlərinə görə, şagirdlərin vahid məktəbli  forması  geyinməyi əslində  çox gözəl olardı,  çünki ən azından  bununla şagirdlərin ailə vəziyyəti müqayisə edilməzdi:


"Vahid məktəbli formasının tətbiq olunması üçün ilk növbədə məktəbin  istilik sistemi olmalıdır. Bizim məktəbdə isə şagirdlər  qışda  gödəkçə, palto ilə  parta  arxasında əyləşirlər. Bu vəziyyətdə  şagirdə söyləmək də olmur ki,  papağı çıxart və ya gödəkçə geyinmə, çünki bir müəllim olaraq mənə də soyuqdur. Bəzən şagirdlərə baxırsan ki,  geyindiyi geyim həqiqətən də  məktəbli geyimi deyil. Fikirləşirsən ki,  vahid məktəbli forması olsa yaxşı olardı”.


Lerik rayonu Vistən kənd tam orta məktəbinin müəllimi Rusif Məmmədov da digər  həmkarları kimi dərs dediyi məktəbdə vahid məktəbli formasının  olmadığını vurğulayıb:


"Dərs dediyim məktəbdə şagirdlər vahid  məktəbli forması geyinmirlər. Şagirdlərin vahid məktəbli formasının geyinməyi haqda da düşünülmür, çünki məktəbin şəraiti heç də ürəkaçıcı deyil”.


Laçın rayonu, Taxtakörpü kənd  orta məktəbinin müəllimi Şənbəm Cəbrayıl qeyd edir ki, bizim məktəbdə  şagirdlər ağ köynək,  qızlar  qara ətək,  oğlanlar isə qara şalvar geyinsələr də, vahid məktəbli formasının olması  daha yaxşı olardı:


"Şagirdlər vahid məktəbli  forması geyinsəydi onlar arasında ayrıseçkilik olmazdı. Yəni, bir şagirdin  yaxşı geyinməyi  ilə digərinin pis geyinməyinin qarşısı alınardı. Təəssüf ki,  vahid məktəbli formasının tətbiq olunduğu  məktəblərdə  şagirdlərdən geyim üçün pul yığılır. Mən çox istərdim ki,  heç olmasa məcburi köçkün  məktəblərində  vahid məktəbli forması  şagirdlərə ödənişsiz paylanılsın”.

 


Bölgələrdə məktəbli forması problemi

 

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Bakıda vahid məktəbli forması ləğv edilir?

Bakıda vahid məktəbli forması ləğv edilir?

Məktəblərdə vahid forma necə müəyyənləşdirilir?- Dizayn və qiymət fərqləri

Məktəblərdə vahid forma necə müəyyənləşdirilir?- Dizayn və qiymət fərqləri

Məktəbli formasını "Bakı Tikiş Evi"ndən başqa yerdən almaq olmaz? - AÇIQLAMA

Məktəbli formasını "Bakı Tikiş Evi"ndən başqa yerdən almaq olmaz? - AÇIQLAMA

Şagirdlərin saç düzümünə məhdudiyyət qoyulmalıdırmı?

Şagirdlərin saç düzümünə məhdudiyyət qoyulmalıdırmı?

Məktəbli geyimlərinin qiyməti ilə bağlı - Açıqlama

Məktəbli geyimlərinin qiyməti ilə bağlı - Açıqlama

Müəllimlər vahid geyim formasına keçdilər - FOTOLAR

Müəllimlər vahid geyim formasına keçdilər - FOTOLAR

Bakıda məktəbli yarmarkaları fəaliyyətə başlayıb

Bakıda məktəbli yarmarkaları fəaliyyətə başlayıb

Təhsil nazirindən küçədə 5 min manat tapan məktəbli ilə bağlı - QƏRAR - FOTOLAR

Təhsil nazirindən küçədə 5 min manat tapan məktəbli ilə bağlı - QƏRAR - FOTOLAR

Məktəbli qızla cinsi əlaqədə olub, 18+ görüntülərini İnstaqram-da paylaşdı - FOTO

Məktəbli qızla cinsi əlaqədə olub, 18+ görüntülərini İnstaqram-da paylaşdı - FOTO

Məktəbli qızın meyiti tapıldı - Bakıda faciə

Məktəbli qızın meyiti tapıldı - Bakıda faciə

16 yaşlı məktəbli intihar etdi

16 yaşlı məktəbli intihar etdi

Şəmkirdə məktəbli cüdoçular arasında zona birinciliyi keçirilmişdir

Şəmkirdə məktəbli cüdoçular arasında zona birinciliyi keçirilmişdir

Azərbaycanda məktəbli qız yaşadığı evdə ölü tapıldı - FOTO

Azərbaycanda məktəbli qız yaşadığı evdə ölü tapıldı - FOTO

Ağdaşda məktəbli niyə intihar edib? - "Anasından gizli..."

Ağdaşda məktəbli niyə intihar edib? - "Anasından gizli..."

Azərbaycanda məktəbli oğlanın DƏHŞƏTLİ SONU - TƏFƏRRÜAT

Azərbaycanda məktəbli oğlanın DƏHŞƏTLİ SONU - TƏFƏRRÜAT

DİM imtahan nəzarətçilərinə xəbərdarlıq etdi:-"mini yubka geyinməyin"

DİM imtahan nəzarətçilərinə xəbərdarlıq etdi:-"mini yubka geyinməyin"

Şabranda  "Coca-Cola Məktəbli Kuboku" üzrə növbəti  oyun baş tutub.

Şabranda "Coca-Cola Məktəbli Kuboku" üzrə növbəti oyun baş tutub.

Bakıda məktəbli qız itkin düşdü

Bakıda məktəbli qız itkin düşdü

Lənkəranda məktəbli müəmmalı şəkildə ölüb

Lənkəranda məktəbli müəmmalı şəkildə ölüb

Bakıda məktəbli qız küçədə qan içərisində fəryad edir-FOTO

Bakıda məktəbli qız küçədə qan içərisində fəryad edir-FOTO

Müəllimlərdən MİQ imtahanları ilə bağlı qəribə təkliflər: “Məntiq, kurikulum və müsahibə ləğv olunsun!”

Müəllimlərdən MİQ imtahanları ilə bağlı qəribə təkliflər: “Məntiq, kurikulum və müsahibə ləğv olunsun!”

Xaçmazda itkin düşmüş məktəbli tapılıb

Xaçmazda itkin düşmüş məktəbli tapılıb

Bakıda məktəbdə şagirdlər arasında QANLI DAVA

Bakıda məktəbdə şagirdlər arasında QANLI DAVA

Valideynlərin nəzərinə: Saxta məktəbli formaları satılır

Valideynlərin nəzərinə: Saxta məktəbli formaları satılır