Xəbərlər / Ziyalılar
24 avqust 2018
2 060


"Sağlam gələcəyimiz üçün şagirdləri sağlam düşüncədə yetişdirməliyik"..Kant-ın həyat "bilgisi"

 

"Uşaqlara Ali Varlıq haqqında bəzi anlayışları təlqin etmək lazımdır ki, onlar başqalarının dua etdiklərini görəndə bunun kimə münasibətdə və nə üçün edildiyini bilsinlər”.

Immanuil Kant

Ölkə başçısının sərəncamı əsasında Azərbaycan İlahiyyat İnstitutunun yaradılması ilə əlaqədar yeniyetmə və gənclərimizin dini təhsili məsələləri yenidən gündəmə gəlib. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının təbirincə desək "Azərbaycanlı yeniyetmə və gənclərin ilkin dini bilikləri internet resurslarından, cəmiyyətdəki təsadüfi şəxslərdən və ya dinlə bağlı lazımi qədər məlumata malik olmayan valideynlərindən alması məqsədəuyğun hesab edilmir... "Həyat bilgisi” fənni tələbi tam ödəyə bilmir. Məktəblərdə "Həyat bilgisi” dərsliyilə kifayətlənə bilmərik, dinlə bağlı hərtərəfli təhsil verilməlidir.”

Bir daha xatirladım ki, ictimai həyatımızda ikinci elə bir hal olmayıb ki, cəmiyyət üzvlərinin dini maariflənməsi məsələsi bu qədər ortalığa atılmamış olsun, ölkəmizin təhsil praktikasında ikinci elə bir hal olmayıb ki, "orta məktəblərdə dinin tədrisinə ehtiyac varmı” sualı kimi bir məsələ ətrafında bu qədər mübahisə və müzakirələr aparılmasın, zaman-zaman, təkrar-təkrar gündəmə gətirilməsin, disskusiyalara, debatlara, polemikalara səbəb olmasın, özünə bu qədər tərəfdar və ya əleyhdar toplamasın, bir çoxlarını tərəddüddə saxlamasın. Söhbət heç də kimin və ya kimlərinsə dinə münasibətindən, inanclarından, materialist və ya idealist olmasından, konkret olaraq fərdi düşüncə və baxışlarından getmir və gedə də bilməz.

Maraqlı və düşündürücü olan məsələnin başqa tərəfidir. Zaman-zaman məsələnin bir problem olaraq ortalığa atılması, di gəl onun həll istiqamətində hansısa əməli bir işin görülməməsi. Yəni dini mariflənmə, gənclərin və yeniyetmələrin dini təhsil məsələləri kompaniya xarakteri daşımaqdan o yana gedə bilməyib, müəyyən radikal və ekstremist hadisələrlə bağlı yada salınıb, mətbuat və televiziya kanallarının gündəmini zəbt edib, qısa sürədən sonra dərhal da unudulub. Dövlət və dini qurumların yetkililərinin, millət vəkilləri və ekspertlərin fikirlərində müəyyən yaxınlıq və həmrəylik olsa belə məsələnin çözülməsi istiqamətində konkret və praktik addımların atılmasının şahidi olmamışıq. Baxmayaraq ki, hamımız fərqli yanaşma və baxışlarımıza rəğmən ümumilikdə kimlərinsə müxtəlif qruplaşmaların, dini məzhəblərin təsiri altına düşməsində məhz maariflənmənin, dini bilgilərin yetərli olmaması ilə bağlı yekdil qənaətdəyik və məhz uşaq yaşlarından din barədə məlumatsız olanların belə təsirlərə daha tez məruz qalmalarını təsdiqləyirik. Bununla belə məktəblərdə dinin tədrisi ilə bağlı hər hansı bir fikir ortalığa atılanda, hər hansı bir təklif irəli sürüləndə, dərhal məsələni siyasiləşdiririk, ölkə Konstitusiyasını önə çəkirik, təhsilin dünyəvi xarakterini qabardırıq.

Bir mühüm məqamı unuduruq ki, dini siyasiləşdirməyin özü elə dini savadsızlqdan, siyasi ambisiyalardan irəli gələn haldır. Artıq neçə illərdən bəridir ki, bir çox alimlər, ictimai xadimlər, tanınmış ziyalılar məktəblərdə dinin tədrisinin zəruriliyini əsaslandırmaqla yanaşı, bunu cəmiyyətə lazım olan, onun tələbat duyduğu, əslində çoxdan həyata keçirilməsi gərəkən bir məsələ kimi dəyərləndirirlər. "Insanlar xalqının ədəbiyyatını, tarixini, hətta musiqisini məktəblərdə öyrənirsə, niyə də dinini öyrənməsin?", "Insanların öz mənəvi irsini məktəbdə öyrənməsinə niyə haqqı olmasın ki?" kimi suallar qoyanların, "Nə qədər yeniyetmə və gəncimiz radikal-ekstremist, yaxud destruktiv dini cərəyanların təsiri altına düşüb, çünki məktəblərdə dini öyrətməyiblər ", "Uşaqların din haqqında bilikləri, məlumatları məktəblərdən alması həm onların mənəvi tərbiyəsi üçün faydalıdır, həm də gələcəkdə dini təsadüfi adamlardan öyrənmələrinin qarşısını almış olur" qənaətində olanların, gec-tez orta məktəblərdə dini dərslərin tədris olunacağına əminlik bildirənlərin sayı yetərincədir.

Bununla yanaşı uşaqlara tolerantlıq, bütün dinlərə hörmət ruhunu tərbiyə etmək üçün dərsliklərdə lazımı məlumatların olmasını deyənlər, dini tədris edə biləcək pedaqoji təmayüllü mütəxəssislərin olmamasını səbəb gətirənlər, hətta orta məktəblərdə dinin tədris olunmasını dünyəvi dövlətin təməl prinsipləri və dəyərləri ilə ziddiyət təşkil etməsinə eyham vuranlar da var. Fənnin adı nə olsun, dərsi necə keçək, kimlər dərs desin, hansı materialdan istifadə edək, ədəbiyyat haradan götürülsün, maliyyə haradan tapılsın? Orta məktəblərdə dinlər, ilk növbədə islam dini, bu dinin bəşəri mahiyyəti, tarixi şəxsiyyətləri, islam mədəniyyəti və mənəviyyatı, insanlara təlqin etdiyi mənəvi dəyərlərlə bağlı "Həyat bilgisi” fənni vasitəsi ilə şagirdlərə çatdırılan məlumatları yetərli hesab etmək olarmı? Orta məktəblərdə təməl biliklərinə yiyələnmədən ali təhsil səviyyəsində alnan biliklərin davamlılığına təmınat vermək nə dərəcədə etibarlı sayıla bilər?

Kanta görə dinlə bağlı anlayışları uşaqlara lap erkən yaşlarından təlim etmək lazımdır, lakin eyni zamanda fikir ver-mək lazımdır ki, uşaqlar adamları onların məzhəblərinə görə dəyərləndirməsinlər, çünki məzhəblərdəki fərqlərə bax-mayaraq, din hər yerdə eynidir. Maraqlıdır ki, qonşu Rusiyada kiçik yaşlı uşaqlar üçün "Bibliya dlya detey” seriyasından elə maraqlı, elə nəfis kitablar çap olunur ki, hətta böyüklərin bunları oxumağı gəlir. Hələ digər ölkələri demirəm. Dünyanın ən reytinqli Universitetlərində kolleclərində, məktəblərində bu kimi məsələlər öz həllini tapıb və təhsilin dünyəviliyi ilə heç bir ziddiyyət təşkil etmir.

Din mənəvi dəyərdir. Bu mənada əgər din sözündən bu qədər ehtiyatlanırıqsa heç olmasa ayrıca "Mənəvi dəyərlərimiz” fənninin yaradılması və bu kontekstdə zəruri dini anlayışların tədrisə daxil edilməsi barədə düşünməyinə dəyər. Məsələn, dünyanın bir çox ölkələrinin orta məktəblərində "Etiket” adlı ayrıca fənn tədris olunur və yeniyetmə və gənclərə ailədə, məişətda və s ictimai yerlərdə özünü necə aparmağa dair davranış qaydaları öyrədilir. Bir mühüm məqamı da nəzərdən qaçirmayaq ki, yeniyetmə və gənclərimizin elmi biliklərə yiyələnmələri ilə yanaşı mənəvi cəhətdən zənginləşməsinə də bir o qədər xüsusi ehtiyac var. Mənəviyyatsız təhsillilərin isə ölkəsinə, xalqına nəsə bir fayda verə biləcəyi barədə düşünməyinə belə dəyməz. "Əbəs yerə deyil ki,

Əksər ölkələrdə, o cümlədən, qonşu Gürcüstan və Rusiyada bu prosesə artıq başlanıb. Hazırda Rusiyanın ümumtəhsil məktəblərində "Dini mədəniyyətlərin və dünyəvi etikanın əsasları” adlı fənn tədris olunur.

Bir həqiqəti qəbul etməliyik ki, məktəblərdə dini biliklərin verilməsi dini simvolların təhsil ocağına daşınması demək deyil, dindarlar ordusu yetişdirmək demək deyil, insanların bir qisminin ifrat dərəcədə dindarlaşmasının, digərlərinin elementar təsəvvürlərdən məhrum edilməsinin, başqa sözlə cəmiyyətin qütbləşməsinin qarşısını almaq, bütün vətəndaşları bir araya gətirmək, dini dəyərlərlə dini fanatizm və mövhumatın tam fərqli şeylər olduğunu anlatmaq deməkdir. Söhbət dinin bəşəri və mənəvı dəyər kimi artıq həyat tərzimizə çevrilməsi ilə nəhayət razılaşmalı olduğumuzdan, daim gündəmimizdə olan bir məsələ ətrafında orta məxrəcə gəlib, pedaqoqlarımızın, təhsil üzrə mütəxəssislərimizin, tanınmış ziyalılarımızın və din xadimlərimizin bir araya gələrək məsələni birdəfəlik çözmək iradəsindən, problemı şərh etmək deyil, problemin üstünə getməkdən gedir.

Ölkə başçısının sərəncamına müvafiq olaraq yeni Azərbaycan İlahiyyat İnstitutunun yaradılması və bu ali təhsil ocağında tədrisin ödənişsiz əsaslarla həyata keşirilməsi, dini - mənəvi dəyərlərimizə hörmət və rəğbətin təcəssümü, milli mədəniyyətimizin çoxəsrlik adət - ənənələrinin qorunub saxlanması və inkişaf etdirilməsi baxımından hər cür alqışa və təqdirə layıq olub, ölkəmizdə həm dini, həm də dünyəvi elmləri bilən ziyalı ilahiyyatçı kadrların və din xadimlərinin hazırlanmasına yeni töhfədir. Qalır, bu universitetə dəstək, o da təhsilin ümumorta pilləsindən gəlməlidir. Orta məktəb illərindən möhkəm təmələ malik olan məzun heç şübhəsiz ki, daha inamlı seçim etmək və orta pillədə qazandıqları bilikləri təhsilin ali pilləsində daha inamla inkişaf etdirmək əzmində olar...

Nadir İsrafilov
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Məktəblərdə dini biliklərin verilməsi dini dəyərlərlərlə dini fanatizm və mövhumatın tam fərqli şeylər olduğunu anlatmaq deməkdir

Məktəblərdə dini biliklərin verilməsi dini dəyərlərlərlə dini fanatizm və mövhumatın tam fərqli şeylər olduğunu anlatmaq deməkdir

”Belə bir institutun yaradılması lazım idi...”

”Belə bir institutun yaradılması lazım idi...”

Azərbaycan məktəblərində dini fənn tədris olunacaq

Azərbaycan məktəblərində dini fənn tədris olunacaq

Dövlət Komitəsi: Orta məktəblərdə dinin tədrisindən söhbət gedə bilməz

Dövlət Komitəsi: Orta məktəblərdə dinin tədrisindən söhbət gedə bilməz

Təhsil Nazirliyi: – Orta məktəblərdə din tədrisi ilə bağlı heç bir fənn nəzərdə tutulmayıb

Təhsil Nazirliyi: – Orta məktəblərdə din tədrisi ilə bağlı heç bir fənn nəzərdə tutulmayıb

Dini dərsləri necə tədris etməli?.. - Komitə sədrindən AÇIQLAMA

Dini dərsləri necə tədris etməli?.. - Komitə sədrindən AÇIQLAMA

“Orta məktəblərdə din heç vaxt tədris olunmayacaq” – AÇIQLAMA

“Orta məktəblərdə din heç vaxt tədris olunmayacaq” – AÇIQLAMA

İlahiyyat İnstitutu bizə nə verəcək?! - Deputat sərəncamı şərh etdi

İlahiyyat İnstitutu bizə nə verəcək?! - Deputat sərəncamı şərh etdi

Məscidlərdə çalışanlar ölkədə dini təhsil alan şəxslər olmalıdır.

Məscidlərdə çalışanlar ölkədə dini təhsil alan şəxslər olmalıdır.

Azərbaycanda dini təhsil pulsuz olacaq

Azərbaycanda dini təhsil pulsuz olacaq

Uşaq intiharı: günahkar təhsildir, yoxsa din?

Uşaq intiharı: günahkar təhsildir, yoxsa din?

Komitə: Magistr və doktorantura pilləsində dini təhsil almaq üçün xaricə getmək mümkündür

Komitə: Magistr və doktorantura pilləsində dini təhsil almaq üçün xaricə getmək mümkündür

“Dini radikalizm milli birlik və həmrəylik kimi dəyərlərimizə qarşıdır”

“Dini radikalizm milli birlik və həmrəylik kimi dəyərlərimizə qarşıdır”

Azərbaycandan dini təhsil almaq üçün ən çox bu ölkələrə gedirlər

Azərbaycandan dini təhsil almaq üçün ən çox bu ölkələrə gedirlər

Lənkəranda “Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında maarifləndirmənin əhəmiyyəti” adlı tədbir keçirilib

Lənkəranda “Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında maarifləndirmənin əhəmiyyəti” adlı tədbir keçirilib

Xaricdə təhsil alan dindarlara nəzarət güclənir - qanun sərtləşir

Xaricdə təhsil alan dindarlara nəzarət güclənir - qanun sərtləşir

Xaricdə dini təhsil almış azərbaycanlılarla bağlı bəzi qadağalar götürüldü

Xaricdə dini təhsil almış azərbaycanlılarla bağlı bəzi qadağalar götürüldü

İlahiyyat İnstitutunda təhsil pulsuz olacaq - Detallar açıqlandı

İlahiyyat İnstitutunda təhsil pulsuz olacaq - Detallar açıqlandı

Azərbaycanda yeni ali məktəb yaradılır

Azərbaycanda yeni ali məktəb yaradılır

Bakıda ƏMƏLİYYAT: Azyaşlıların cəlb olunduğu gizli ibadət-tədris kompleksi aşkarlandı

Bakıda ƏMƏLİYYAT: Azyaşlıların cəlb olunduğu gizli ibadət-tədris kompleksi aşkarlandı

İlahiyyat İnstitutunda neçə tələbə təhsil alacaq? - Açıqlama

İlahiyyat İnstitutunda neçə tələbə təhsil alacaq? - Açıqlama

İlahiyyat İnstitutu yalnız İslam üzrə kadr hazırlamayacaq - Rəsmi

İlahiyyat İnstitutu yalnız İslam üzrə kadr hazırlamayacaq - Rəsmi

Dini tədris müəssisələrində qanunsuz mübadilələrə görə cərimələr qüvvəyə minib

Dini tədris müəssisələrində qanunsuz mübadilələrə görə cərimələr qüvvəyə minib

BDU-nun dekanı şeyxin müavini ilə razılaşmadı: “Jurnalistika fakültəsində buna ehtiyac yoxdur!”

BDU-nun dekanı şeyxin müavini ilə razılaşmadı: “Jurnalistika fakültəsində buna ehtiyac yoxdur!”