Xəbərlər
26 avqust 2018
3 782


Yeni məktəbin açılışı oldu

Yeni məktəbin açılışı oldu

 

 
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən 132 şagird yerlik Şamaxı rayonu Meysəri kənd tam orta məktəbinin yeni binasının açılışında iştirak ediblər. Dövlət başçısı məktəbin yeni binasının rəmzi açılışını bildirən lenti kəsib.

Son illərdə ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək istəyir. Bundan başqa, zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsini başlıca amil seçib. Yüksək intellektə malik insan kapitalının formalaşmasında, davamlı inkişafa zəmin yaradan güclü iqtisadiyyatın qurulmasında təhsilin rolu heç vaxt indiki qədər aktual olmayıb. Təhsilin inkişafına xüsusi önəm verən Azərbaycan da əhalisinin savadlılığı baxımından dünyanın bir çox inkişaf etmiş ölkələri ilə müqayisə olunur. Dövlətin təhsillə bağlı strategiyasının həyata keçirilməsində Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi ilə diqqət çəkir. Fondun təhsil sahəsində gördüyü işlər sırasında müxtəlif bölgələrdə reallaşdırılan "Yeniləşən Azərbaycana yeni məktəb” proqramı müstəsna əhəmiyyət daşıyır. 2003-cü ildən indiyə qədər ölkədə 3000-dən çox məktəb tikilib, Azərbaycanda heç vaxt olmayan qədər geniş bazaya malik təhsil infrastrukturu yaradılıb. Bununla da ölkədə təhsilə qayğı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi işi ümummilli səviyyəyə qaldırılıb.

Təhsil naziri Ceyhun Bayramov Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyeva məlumat verdi ki, Meysəri kənd tam orta məktəbinin binası ötən əsrin 50-ci illərində inşa edilib. O dövrdən heç vaxt təmir olunmayan məktəb artıq müasir tələblərə cavab verməməklə yanaşı, tədris üçün yarasız vəziyyətdə düşmüşdü. Prezident İlham Əliyevin ölkədə təhsilin inkişafına göstərdiyi diqqət, bu sahədə həyata keçirdiyi islahatlar Meysəri kənd tam orta məktəbinin həyatında da mühüm rol oynadı. 2016-ci ildə Meysəri kənd tam orta məktəbi üçün yeni binanın inşasına başlandı. Məktəb binası artıq istismara hazırdır və burada inşaat işləri yüksək səviyyədə yerinə yetirilib. Müasir və işıqlı sinif otaqlarının olduğu məktəbdə təlim və tədrisin yüksək səviyyədə aparılması üçün bütün şərait yaradılıb. Məktəbin kitabxanası dərsliklər və dərs vəsaitləri ilə təmin olunaraq şagirdlərin istifadəsinə verilib. İdman zalında da müasir idman qurğuları quraşdırılıb. Akt zalında isə məktəbin həyatı ilə bağlı müxtəlif tədbirlərin keçirilməsinə hər cür imkan var. Məktəbdə əyani vasitələrlə təchiz olunan fənn kabinetləri qurulub. Xarici dil otaqlarının, kimya, fizika və biologiya üzrə fənn kabinetlərinin olduğu məktəbdə informatika kabineti kompyuter avadanlığı ilə təchiz edilib. Məktəbin hərbi kabinetində şagirdlərin hərbi biliklərə yiyələnmələri üçün hər cür şərait yaradılıb.

Meysəri kənd tam orta məktəbi üçün yeni binanın inşası bir daha təsdiqləyir ki, son illərdə təhsil sahəsində qazanılan uğurların təməlində Azərbaycanın yeni təhsil modeli dayanır. Artıq ölkədə yeni təhsil konsepsiyası formalaşıb və həyata keçirilməyə başlayıb. Azərbaycanda yüzlərlə məktəbin tikilməsi, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi nəhəng təhsil infrastrukturunun formalaşmasına geniş imkanlar açıb. Ən əsası isə milli dəyərlər üzərində qurulan təhsil modeli gənclərin nümunəvi vətəndaş kimi formalaşmasını qarşıya əsas məqsəd qoyub və buna da nail olub.
 

Yeni məktəbin açılışı oldu

 


Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
İlham Əliyev Masazırda məktəb açılışında olub

İlham Əliyev Masazırda məktəb açılışında olub

Prezident 20 nömrəli məktəbin açılışında iştirak edib

Prezident 20 nömrəli məktəbin açılışında iştirak edib

Prezident Bakıda 257 nömrəli məktəbin yeni korpusunun açılışında iştirak edib - YENİLƏNİB

Prezident Bakıda 257 nömrəli məktəbin yeni korpusunun açılışında iştirak edib - YENİLƏNİB

Salyan şəhər 2 saylı tam orta məktəbin yeni binası istifadəyə verilib

Salyan şəhər 2 saylı tam orta məktəbin yeni binası istifadəyə verilib

Prezident məktəb-liseydə yaradılan şəraitlə tanış oldu

Prezident məktəb-liseydə yaradılan şəraitlə tanış oldu

Nizami rayonunda 10 saylı tam orta məktəb əsaslı yenidənqurmadan sonra istifadəyə verilib

Nizami rayonunda 10 saylı tam orta məktəb əsaslı yenidənqurmadan sonra istifadəyə verilib

Dövlətimiz daima təhsilimizin qayğısına qalır

Dövlətimiz daima təhsilimizin qayğısına qalır

Birinci vitse-prezident: Məktəb illəri silinməz iz qoyur – FOTO

Birinci vitse-prezident: Məktəb illəri silinməz iz qoyur – FOTO

Prezident İlham Əliyev 212 saylı məktəbdə yaradılan şəraitlə tanış olub

Prezident İlham Əliyev 212 saylı məktəbdə yaradılan şəraitlə tanış olub

Prezident Gəncədəki orta məktəbdə oldu

Prezident Gəncədəki orta məktəbdə oldu

Mehriban Əliyeva Musiqi Məktəbinin yeni binasının açılışında

Mehriban Əliyeva Musiqi Məktəbinin yeni binasının açılışında

Prezident  Naxçıvanda  məktəbin açılışını etdi

Prezident Naxçıvanda məktəbin açılışını etdi

Səbail rayonunun məktəblərində təmir işləri aparılır

Səbail rayonunun məktəblərində təmir işləri aparılır

Təhsil naziri Balakənin ucqar kəndində yeni inşa edilmiş məktəb binasında yaradılan şəraitlə tanış olub

Təhsil naziri Balakənin ucqar kəndində yeni inşa edilmiş məktəb binasında yaradılan şəraitlə tanış olub

Azərbaycan müəllimləri prezident seçkiləri ilə əlaqədar bəyanat yayıb

Azərbaycan müəllimləri prezident seçkiləri ilə əlaqədar bəyanat yayıb

"Bakı məktəbləri dərsliklə tam təmin edilib" - Təhsil İdarəsi

"Bakı məktəbləri dərsliklə tam təmin edilib" - Təhsil İdarəsi

Bakının Nizami rayonunda yeni bağça istifadəyə verilib

Bakının Nizami rayonunda yeni bağça istifadəyə verilib

Azərbaycanda Gənclər Günü qeyd olunur

Azərbaycanda Gənclər Günü qeyd olunur

Bölgələrdə modul tipli 137 məktəb tikiləcək

Bölgələrdə modul tipli 137 məktəb tikiləcək

Rəqabət olan yerdə keyfiyyət var- AÇIQ DƏRS

Rəqabət olan yerdə keyfiyyət var- AÇIQ DƏRS

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin yeni binası istifadəyə verilib

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin yeni binası istifadəyə verilib

Prezident təhsillə bağlı - SƏRƏNCAM imzaladı

Prezident təhsillə bağlı - SƏRƏNCAM imzaladı

Prezident Bakı Ali Neft Məktəbinin kampusunun açılışında

Prezident Bakı Ali Neft Məktəbinin kampusunun açılışında