Xəbərlər
04 sentyabr 2018
2 766


Müəllimlərin “Nobel”inə namizəd olan yeganə azərbaycanlı: “MDB məkanı və ölkəmizi təmsil edən yeganə müəllim idim”

Müəllimlərin “Nobel”inə namizəd olan yeganə azərbaycanlı: “MDB məkanı və ölkəmizi təmsil edən yeganə müəllim idim”

 

"Müəllimlər öncə özlərini inkişaf etdirməlidirlər. Əgər şagird müəllimdən nə isə ala bilmir, onu resurs olaraq görmür və ondan faydalanmağa çəkinirsə, deməli,  müəllimin özündə problem var”.


Bu sözləri AzEdu.az-a müsahibəsi zamanı "Müəllimlərin Nobeli” adlandırılan Beynəlxalq Müəllim Mükafatının yeganə azərbaycanlı qalibi, gənc müəllim Məhəmməd Qarakişiyev deyib. O, müsahibə zamanı yalnız müsahibə haqda məlumat verməklə kifayətlənməyib, təhsilimizdəki bir sıra problemlərə də toxunub.


Aztehsil.com "Nobel” mükafatçısı olan müəllimlə müsahibəni təqdim edir:


-Məhəmməd müəllim, müsahibəyə oxucuları bugünədək olan fəaliyyətiniz barədə məlumatlandıraraq, başlayaq... 


-Fəaliyyətimə  2006-cı ildə  Balakən rayonu Akademik Zərifə Əliyeva adına liseyin ingilis dili müəllimi kimi başlamışam. Sonradan işimi Gənclər Evində davam etdirdim. Orada insanların ingilis dili biliklərini inkişaf etdirmək üçün "təmannasız” danışıq  klubları təşkil edirdim. Regionda ilk Resurs Otaq (mərkəzini) təşkil etdim. O mərkəzdən bütün müəllimlər istifadə edə bilirdilər. Yəni, bu, dövrü üçün çox lazımı  layihə idi və ilk dəfə onu mən həyata keçirdim. 


2012-ci ildə Amerikada mübadilə proqramının qalibi oldum. ABŞ-da olduğum müddətdə paytaxt Vaşinqton, Apalaçi Dövlət Universiteti və ABŞ orta məktəblərində tədris sistemi, dərs planları, kurikulum, qiymətləndirmə, tələbə yönümlü tədris, texnologiyanın tədrisdə tətbiqi və s. mövzuları əhatə edən təlim və seminarlarda iştirak edərək uğur  sertifikatları ilə təltif olundum.  2012-ci ildə ABŞ-ın Şimali Karolina ştatında Azərbaycan həqiqətlərinin təbliğinə, erməni iddialarının ifşasına həsr olunmuş və böyük maraqla qarşılanan seminar keçirdim. Azərbaycanda təhsillə əlaqəli bir neçə layihənin müəllifiyəm. Bu layihələrdə rayon müəllimləri də iştirak edərək öz ingilis dili biliklərini inkişaf etdiriblər. Amerikada təhsil proqramları üzrə Regional Məsləhətçi kimi də çalışmışam.


2015-ci ildən isə Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin dəvəti ilə orada çalışmağa başladım. Hazırda orada işləyirəm.


Keçən ildən British Councilin müsahibəsindən keçərək Azərbaycan Dövlət İqtisad Universitetinin "SABAH” qruplarında "British Council”in təlimçi-müəllimi kimi dərs deməyə başladım. Bakalavr təhsilimi ingilis dili filologiyası üzrə, magistr təhsilimi isə Tərcümə Nəzəriyyəsi və Dillərarası Əlaqə fakültəsi üzrə almışam.


-Məhəmməd müəllim, dediklərinizdən müəllimlik fəliyyətinizdə xeyli uğurlar qazandığınız aydın oldu. Amma çoxları sizi daha çox Global Teacher Prize- Beynəlxalq Müəllim Mükafatının yeganə azərbaycanlı qalibi kimi tanıyır. Bu uğurunuz barədə danışmaq istərdik. Necə oldu ki, bu proqrama iddialı oldunuz?


-Proqram haqqında eşidəndə bu proseslər mənə çox çətin gəldi. İnanın ki, tam bir  ay müraciət forumunu doldurmaq üçün çalışdım. Xeyli yazıb pozdum. Gördüyüm bütün işləri gözümün önünə gətirib forumu doldurmağa başladım. Həmin ildə Cənab Prezidentin əmri əsasında təltif olunan Azərbaycanda "Ən yaxşı müəllim”i seçilməyim də mənə stimul verdi.  Düşündüm ki, beynəlxalq arenaya çıxmaq üçün bu yolları keçə bilərəm”.


-Regionda müəllim kimi çalışdıqdan sonra birdən-birə beynəlxalq arenaya çıxmaq sizə çətin olmadı ki?


-Öncə qeyd edim ki, regionda da çox şeylər etmişəm. Yalnız müəllimlərin deyil, valideynlərin inkişafı üçün də çalışmışam. Bu, bizim zəif yerimizdir. Şagirdlərin inkişafı üçün öncə valideynlərin inkişafı önəmlidir. Rayonlarda bu problemlər çox da qabardılmır. Amma mən bunu təmənnasız etdim. Balakən Gənclər Evində valideynlərin də dəvət aldığı psixoloji təlimlər keçdik.  


 


Ümumiyyətlə,  mən  ilklərə  imza atmağı xoşlayan biriyəm. Məsələn, Azərbaycanın ən nüfuzlu təhsil ocaqlarından biri olan Türkiyə  Dəyanət Vəqfi Bakı Türk liseyinə gələndə gördüm ki, burada təhsil daha çox testlər üzərində qurulub. Bu, başa düşüləndi, çünki ilk öncə vətənimizə, millətimizə faydalı vətəndaşlar yetişdirmək üçeün ölkəmizdə də təhsil almaq önəmlidir, ancaq bu o demək deyil ki, xaricdə təhsil alan vətəndaşlarımızın ölkəmizə töhfələri olmur. Bütün bunları nəzərə alaraq, liseydə beynəlxalq  və mübadilə  proqramlarına qoşulmaq arzusunda olan tələbələr üçün təmənnasız təlimlər apardım. Mən bu  işi öhdəmə götürdüm. Çünki Amerikada proqram bitirməyim, eyni zamanda, təhsil məsləhətçisi kimi çalışmağım beynəlxalq proqramlar haqqında şagirdlərə məlumat verməyimə imkan yaradırdı. Beləcə, bu il iki şagirdimiz  FLEX proqramının qalibi oldu. Bu, Dəyanət Vəqfi Bakı Türk Liseyində bir ilk idi. Bundan əvvəl burada heç bir müəllim buna cürət etməmişdi. Paytaxtda olmasına baxmayaraq, heç bir şagirdin bundan tam məlumatı yox idi.


-Onların proqramlar haqda maraqlanmağa nə mane olurdu?


-Onların məqsəd və istiqamətləri yüksək bal toplamaqla, daha yüksək nəticə əldə etməklə ali təhsil almaqdır. Bəzən, beynəlxalq arenaya çıxaracaq proramlara qoşulmaq  üçün vaxtları olmur. Bu şagirdlərin nəticələri də çox yüksəkdir. Amma mən onlar üçün ilk dəfə ingiliscə danışıq klubları, stimulverici treninqlər təşkil etdim. Dedim ki, siz potensiallı tələbələrsiz. Bu proqramlara qoşularaq dünya arenasına çıxa bilərsiz. Bir məktəbdən iki şagirdin bu proqrama qoşula bilməsi və Amerikada təhsil alması çox zaman qeyri-mümkün olur. Amma bu baş verdi ”.


-Lisey şagirdlərinin daha çox qəbul imtahanlarındakı bala fokuslandıqlarını qeyd etdiniz. Əminəm ki, digər məktəblərdə də şagirdləri yalnız qəbul  imtahanı balına istiqamətləndirirlər.  Bunun səbəbini nədə görürsünüz?


-Burada tələb və təklif məsələsi var. Dövlət İmtahan Mərkəzi mərkəzləşdirilmiş imtahan keçirirsə, istiqamət şübhəsiz ki, bu yöndə olacaq. Şagirdlərimiz Azərbaycanda yaxşı universitetdə təhsil almaq üçün çalışırlar. Bu, çox yaxşı haldır. Amma elə şagirdlərimiz var ki, onlar Azərbaycanda oxumaqla bərabər, həm də dünya arenasına çıxa bilərlər. Onlara tövsiyəm budur ki, gələcək karyera üçün potensiallarını, istəklərini ortaya qoya bilsinlər. Bizim şagirlərin əsas problemi budur. Bizdə nəinki Avropa, hətta Harvardda oxumağa layiq şagirdlər var. Söhbət yanız Dəyanət Vəqfi Bakı Türk Liseyindən getmir. Digər məktəblərdə də belədir. Potensialı qarşıya qoymaq və çəkinməmək lazmdır. Çətinliklər olsa da, ilklərə imza atmaq lazımdır. Şagirdlər düşünsünlər ki, mən bunu bacararam. Bacarmasam belə, buradan təcrübə ilə ayrılıram. Bu, onlara stimul olmalıdır”.


-Məktəblərdəki ümümi durumla tanış olduq. Siz bölgə məktəbində də çalışmısınız. Bəs, sırf oradakı  şagirdlərin əsas ehtiyacları nələrdir?


-İxtisasıma əsasən deyə bilərəm ki, rayonlarda ingilis dilinin "latın dili” kimi tədris olunur. İngilis dili müəllimlərin özlərinin belə təcrübəyə ehtiyacları var. Mən treninqlərimi region müəllimləri ilə qrant əsasında həyata keçirirdim. Onlar öncə özlərini inkişaf etdirməlidirlər. Əgər şagird müəllimdən nə isə ala bilmir, onu resurs olaraq görmür və ondan faydalanmaqdan çəkinirsə, deməli müəllimin özündə problem var. Onlar özlərini inkişaf etdirməlidirlər.


Mən regionların çoxunda olmuşam. Müəllimlərin problemi çoxdur,  nəinki şagirdlərin...  Şagirdlər üçün də texnologiya inkişaf etsə də, öz üzərilərində işləmək və ölkəni təmsil edib, ölkədən kənara çıxmaqdan çəkinirlər. Bunun üçün ingilis dili önəmlidir. Dil onlar üçün həmişə bir baryer ola bilər. Şagird dildən istifadə etmədiyinə görə, müəyyən proqramlardan və təhsildən kənarda qala bilir. Xüsusilə də bölgə şagirdləri... Onlara danışıqlarını inkişaf etdirmək üçün könüllü qruplar yaratmalarını məsləhət görürəm. Mən Balakən Gənclər Evində bunun təməlini qoymuşam. Bu, indi də inkişaf edir. Əvvəl uşaqlar danışıqda kompleks yaşayırdılar. Şagirdlər dərsdə istədiklərini ala bilmirlərsə belə, dərsdən kənar dili inkişaf etdirmək üçün kifayət qədər vaxtları var.


-Bəs, şagird dünya arenasına çıxmadan yalnız yerli təhsillə özünü şəxsiyyət, peşəkar mütəxəssis kimi yetişdirə bilər? Sizcə, bizim hazırki təhsil səviyyəmiz buna imkan verir?


-Ölkəmizdə tətbiq olunan  təhsil  kurikulumu da məhz bunu bizdən tələb edir.  Kurikulum tədris planının əsas məqsədi  şəxsiyyət yetişdirməkdir. Müəllim eyni zamanda təhsilli, müasir bilik və bacarıqlara yiyələnmiş tələbələr və eyni zamanda vətəninə, millətinə və dünyaya faydalı olacaq vətəndaş yetişdirməlidir.


Amma Azərbaycanda təhsil alaraq da yüksək  səviyyədə yetişmək də mümükündür.  Bizim kifayət qədər yaxşı  təhsil müəssisələrimiz var. Sadəcə, həmin təhsil müəssisələrində oxumağa belə  cürət etməyən şagirdlərimiz var. Bizim şagirdlər öz potensiallarını ortaya qoya, fikirlərini ifadə edə bilmirlər. Öz istək və fikirlərini valideynlərinə, müəllimlərinə deməkdə kompleks yaşayırlar. Ümumiyyətlə, bizdə millət olaraq kompleks var. Bilmirəm niyə...


Amma əlbəttə, bu, mümkündür. Azərbaycanda təhsil alan, sonradan mübadilə proqramlarına qoşulub uğur əldə edən şagirdlərimiz var. Onlar özlərini ölkə daxilində inkişaf etdirərək müəyyən status qazanıblar. Xaricdə və ölkədə alınan təhsilin hərəsinin öz yeri var. Biz həm Azərbaycanda, həm də xaricdə oxuyaraq  iki təhsili müqayisə edirik. Bu müqayisəli yanaşma bizə daha çox təcrübə qazandırır”.


-Yenidən Global Teacher Prize müsabiqəsindəki uğurunuza qayıtmaq istərdik. Bu müsabiqənin şərtləri nədən ibarətdir? Sizi nəyə əsaslanıb seçdilər?


-Şərtlər  veb-səhifənin özündə də qeyd olunub. Burada məqsəd dünyanın ən yaxşı müəllimini-müəllimlərini üzə çıxarmaqdır. Ümid edirdim ki, onluğa düşəcəkdim. Amma mənə yetərincə ictimai dəstək olmadığına görə top onluğa deyil, əlliliyə düşə bildim. Proqramın şərtlərindən biri də namizəd olaraq sizi kiminsə dəstəkləməsidir. Bu, çox önəmlidir. Burada Azərbaycandan məni dəstəkləyən yox idi. Bəlkə də bu, məlumatsızlıqdan irəli gəlirdi. Hətta mən o zamanlar internetdə geniş petisiya tipli bir şey yaratmışdım. Onları qınamıram. Çox adam bunu başa düşüb anlamadı, yetərincə ictimai rəy olmadı.


Bu proqrama qoşulmaq üçün öncə orta məktəbdə çalışan təhsil işçisi olmaq lazımdır. İngilis dilini bilmək önəmlidir. Proqramın tələblərinə əsasən, özünüz ingiliscə müraciət  forumunu doldurmalısınız. Eyni zamanda,  sizi kimlərsə namizəd olaraq proqramda dəstəkləməlidir. Bu, çox önəmlidir. Hətta kimsə sizin namizədliyinizi irəli sürməsə, proqramda qalib olmaya bilərsiz. Bu, hətta sizin şagirdiniz də ola bilər.


"Mən orada real və şəffaf qiymətləndirməni gördüm”.


Azərbaycandan məni dəstəkləyən yox idi. Bəlkə də bu, məlumatsızlıqdan irəli gəlirdi. Amma özüm müraciət etdim. Nəinki təhsil, hətta dünyanın media işşçiləri, siyasi xadim və ya digər tanınmışlar da bu ərizə formasında öz fikirlərini bildirirlər. Sonda yekun qiymət verilir.


İştirak etdiyim il proqrama 5000 müəllim müraciət etmişdi. Onlar arasından 50 nəfərin seçilməsi çətin prosesdir. MDB məkanı və Azərbaycandan təmsil olunan yeganə müəllim isə mən idim. Qalib olduğumu eşidəndə şokda idim.


Proqramda qiymətləndirmənin aparılması üçün çox çətin bir müraciət forması var. Onu doldurmaq üçün bir ay vaxt sərf etdim. Formada videodərs də tələb olunur. Həmin dərsi beynəlxalq təhsil mütəxəssisləri tərəfindən qiymətləndirilir. Eyni zamanda, arxa fon kimi bizim dilimiz tələb olunur. Şərtlərdə müsahibə də var. Bunlar  hamısı nəzərə alındıqdan sonra yekun qərar verilir. Bu prosedurlar həm də  müəllimin texnologiyadan istifadə bacarıqlarını göstərir. Ümumiyyətlə, mən orda real qiymətləndirməni gördüm. Düşünürəm ki, ona görə qalib oldum”.


-Ərizə formasında videodərs yerləşdirdiyinizi dediniz. Beynəlxalq arenaya layiq olması üçün bu dərsdə hansı metodlardan istifadə etmişdiniz?


-Müasir tədris üçün tələb olunan bütün vasitələrdən yararlandım. İlk növbədə, tələbə yönümlü tədris əsas tutdum. Müəllim deyil, tələbəyönümlü təhsilə üstünlük verilir. Elə kurikulum da bizdən bunu tələb edir. Ona görə də öz dərsimdə çalışdım ki, bunları əhatə edim. Heç nəyə hazırlaşmadan sərbəst şəkildə kameranı kolleqama verdim ki, bu dərsi çək. Dedim ki, istəyirəm təbii dərs alınsın. Bunu ikinci dəfə çəkməyəcəyik. Birinci dəfədən alındısa, alındı, yoxsa, yox... Burada mən texnologiya və şagirdyönümlü tədrisdən istifadə etdim. Şagirdlər dərsdə aktiv oldular. Müəllim isə sadəcə fasilitator rolunu oynadı. Bu, kurikulumun da əsas şərtidir. Dərsimiz çox maraqlı və təbii alındı. Videonun heç bir hissəni kəsmədən olduğu kimi yolladım. Bu video Balakən rayon Akademik Z. Əliyeva adına məktəbdə çəkilmişdi.


-Ali məktəb sektorunda da çalışmısız. Sizcə beynəlxalq mühitlə ayaqlaşa bilmək üçün ali məktəb sektorunda hansı yeniliklərə ehtiyac var?


-Bizdə məlumatsızlıq və ya yanlış məlumat məsələsi təəssüf doğurur. İnternetdən yanlış istifadə, məlumatın düzgün ötürülməməsi çox pis bir haldır. Şagird və tələbələrin inkişafı üçün məlumatı paylaşmamaq eqoizmdən irəli gəlir. Təəssüf ki, bizdə də bu eqoizm həldə yaşanır.


"SABAH "qruplarında ən yaxşı tələbələr toplanır. Amma mən orada da bunun şahidi oldum. Tələbələr üçün elə proqramlar var ki, onlar oxuduqları təhsildən yayınmadan bu proqrama iştirak edərək öz aktivliklərini inkişaf etdirə bilərlər. Aktiv gənc kimi yetişmək üçün sadəcə universirtetə gəlib-getmək kifayət deyil. Bunun üçün xeyli proqramlar var. Mən burada da müəllimləri günahlandırıram. Onlar məlumatsız olduqları, inanmadıqları, bəlkə də özləri maraq göstərmədikləri üçün bunu tələbələrə çatdırmırlar.


UNEC-də dərs dediyim müddətdə şagirdləri bir sıra proqramalara qoşulmaları üçün yönəldirdim. Təəssüf hissi ilə xatırladım ki, universitetlərdə esse(sərbəst məqalə) yazmaq problemi hələ də yaşanır. Tələbələr öz fikirlərini bəzən məntiqi şəkildə çatdıra bilmirlər. Bu, fikrimcə, dünyagörüşünün zəif olması, kitab oxumamaq, resurslardan düzgün istifadə etməmək, hansısa proqrama laqeyd yanaşmaqdan, yalnız universitetdən evə qayıtmaq düşüncəsi ilə yaşamaqdan irəli gəlir. Amma yaxşı təhsilli tələbələrimiz də var.


Tələbələr öz uğurlarına inanmırlar. Mən deyəndə ki, xaricdə təhsil üçün filan proqram var, onların cavabı belə olur: "Xeyr, ola bilməz. Yəqin ki ora pul köçürməliyik”. Şagirdlərimi inandırmaq üçün dəfələrlə uğurun mümkünlüyünü izah etməyə çalışmışam. Sadəcə, bizdə inamsızlıq problemi də yaşanır”.


-Qeyd etdiniz ki, müəllimləri günahlandırırsız. Sizcə, konkret olaraq müəllimlərə hansı güzəştlər edilməlidir ki, onlar özlərini və şagirdləri daha həvəslə inkişaf etdirə bilsinlər?


-Düşünürəm ki, müəllimin özü  dərs zamanı yazılan mövzu üzrə yeni kreativ mövzu tapmalıdır. Belə olduqda, şagird və tələbələr hərtərəfli inişaf edə bilərlər.


Müəllimlər üçün güzəştlər mövcuddur. Bəzən əsasən də regionda çalışan müəllimləri inkişaf edə bilməməkdə günahlandırırlar. Amma mən bununla razı deyiləm. Mən bunun bir nümunəsi kimi özümü görürəm. Reginda da bunu etmək mümkündür. Mən hansısa proqram haqqında eşidəndə heç nədən çəkinmədən onda iştirak edib qalib olmuşam. Halbuki mən də rayonda çalışmışam. Bu proqramlar müəllimləri inkişaf etdirmək üçün çox böyük imkan, şansdır.


Güzəşt məsələsinə gəldikdə isə deyə bilərəm ki, bizdə kifayət qədər təlimlər təşkil olunur. Müəllim kolleqalarım məndən inciməsin, mən burada da müəllimləri günahlandırıram. Çünki təlimlərdə sertifikat almaq xətrinə iştirak edirlər. Təlim sonrası onlardan təlimdə nə qazandıqlarını soruşanda görürüəm ki, heç təlimin 30 %-ni də anlamayıblar.


Bu yaxınlarda bir  təhsil müəssisində oldum. İnanın ki, orada müəllimlərin inkişafı üçün böyük imkanlar var. Amma orada bir müəllim görmədim. Bilmirəm niyə. Səbəb kimi maddi problemləri göstərsələr, mən bununla da razılaşmaram. Çünki müəllimlərin repetitor kimi və ya digər yöndə çalışaraq pul qazanmaq imkanları var. Özüm bunları sınaqdan keçirməsəm, bunların heç birini tövsiyə etməzdim. Kimsə mənimlə razılaşmaya da bilər. Amma onun razılaşmamağı öz imkanlarını ortaya qoymamasından irəli gəlir.


Müəllimlər proqramda iştirak etmək üçün çəkinirlər. Müraciət formalarını qarşılarına qoyanda fikirlərindən daşınırlar. Müəyyən sualları cavablamaqda çətinlik çəkirlər və sonda lazımi şanslardan da yararlamırlar.


Məsələn, hər il "Dünya Təhsil və Bacarıqlar Forumu” keçirilir. Dünyanın  təhsil liderləri orada toplanır. Mən 3 ildir ora dəvət alıram. Azərbaycanın orada yeganə təmsilçisiyəm. Bütün xərclərimiz qarşılanır. Mən orada Azərbaycanı təmsil etmək üçün yalnız qalan bir müəlliməm. Buna çox təəssüf edirəm. Keçən il Təhsil Nazirliyindən bir neçə nəfərin orada iştirak edəcəyini düşündüm. Amma sonda gördüm ki, yanıldım və yenə təkəm. Mənimlə qalib olan müəllimlərin ölkələrindən bütün təhsil işçiləri iştirak edirlər. Amma mən tək oluram. Bu, mənim eqoist yanaşmamağımdan irəli gəlir. Ora hətta prezidentləri belə dəvət edirlər. Mən ölkəmi təmsil etdiyimə görə fəxr edirəm, amma təəssüf də edirəm ki, niyə mənim vətənimdən burada heç kim yoxdur? İstəyirəm ki, müəllimlər inkişaf etsin. Müəllim inkişaf edirsə, təhsil də, elm də inkişaf edir, Təhsil inklşaf etdikdə isə ölkə yüksəlir”. Bu şüar cox xoşuma gəlir: "Bir müəllim, bir qələm və bir kitab dünyanı dəyişə bilər” /AZEDU 

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
"Bİliyi məhsuldar şəkildə istifadə edəcək keyfiyyətli müəllimlərə ehtiyac var"MAGİSTRATURA təhsili olan müəllimlərin əslində fərqli üstünlükləri..

"Bİliyi məhsuldar şəkildə istifadə edəcək keyfiyyətli müəllimlərə ehtiyac var"MAGİSTRATURA təhsili olan müəllimlərin əslində fərqli üstünlükləri..

MİQ-in  müsahibə mərhələsinin eksperti: “Burada gördüklərimə mat qalmışam, cəmi bircə müəllim...”

MİQ-in müsahibə mərhələsinin eksperti: “Burada gördüklərimə mat qalmışam, cəmi bircə müəllim...”

Dünyanın bütün dillərini öyrənmək istəyən tələbə

Dünyanın bütün dillərini öyrənmək istəyən tələbə

Poylu qəsəbə tam orta məktəbin yeni müəllimi-  Arzu Xəlilova

Poylu qəsəbə tam orta məktəbin yeni müəllimi- Arzu Xəlilova

Azərbaycanlı tələbələr xaricdə fərqlənirlər, üstündürlər - AÇIQLAMA

Azərbaycanlı tələbələr xaricdə fərqlənirlər, üstündürlər - AÇIQLAMA

"Müəllim artıq testi keçib müsahibə  mərhələsinə gəlib çatıbsa, deməli, o səviyyədə biliklərə malikdir" HƏMKARLAR FAYDALANSIN

"Müəllim artıq testi keçib müsahibə mərhələsinə gəlib çatıbsa, deməli, o səviyyədə biliklərə malikdir" HƏMKARLAR FAYDALANSIN

Azərbaycanlı müəllimlər 1 milyon dollar qazana bilər - SON TARİX...

Azərbaycanlı müəllimlər 1 milyon dollar qazana bilər - SON TARİX...

Nalbandyanı susduran azərbaycanlı tələbə: “Yenə eyni addımı ataram”

Nalbandyanı susduran azərbaycanlı tələbə: “Yenə eyni addımı ataram”

Müəllimləri hörmətdən salan, el arasında xar edən kimlərdir? - Magistrdan dərs kimi yazı

Müəllimləri hörmətdən salan, el arasında xar edən kimlərdir? - Magistrdan dərs kimi yazı

Günel Səfərova ali məktəb rəhbərlərinə müraciət etdi - "Müəllimlər uşaqları..."

Günel Səfərova ali məktəb rəhbərlərinə müraciət etdi - "Müəllimlər uşaqları..."

Neft və Sənaye Universitetinin rektoru tələbələrə əlçatandırmı...

Neft və Sənaye Universitetinin rektoru tələbələrə əlçatandırmı...

“British Council” Təşkilatının məktəblərlə əməkdaşlığının məqsədi nədir?! -RƏSMİ AÇIQLAMA

“British Council” Təşkilatının məktəblərlə əməkdaşlığının məqsədi nədir?! -RƏSMİ AÇIQLAMA

MİQ-in müsahibə mərhələsindən nümunələr...“Mən bilmədiyimi etiraf etmərəm. Şagirdimi başqa sözlə aldadaram”

MİQ-in müsahibə mərhələsindən nümunələr...“Mən bilmədiyimi etiraf etmərəm. Şagirdimi başqa sözlə aldadaram”

Bölgə universitetlərinin tələbələri paytaxt tələbələrinə həsəd aparırlar: “Bizdən öndədirlər”

Bölgə universitetlərinin tələbələri paytaxt tələbələrinə həsəd aparırlar: “Bizdən öndədirlər”

Tələbələri ən az xərcə salan ölkələr

Tələbələri ən az xərcə salan ölkələr

Boloniyaya davam, yoxsa tamam? - “Bizdə bu sistemin iyrənc tərəfləri hökm sürür”

Boloniyaya davam, yoxsa tamam? - “Bizdə bu sistemin iyrənc tərəfləri hökm sürür”

Müəllimlər ciddi psixoloji sarsıntı keçirir - Əsas səbəblər

Müəllimlər ciddi psixoloji sarsıntı keçirir - Əsas səbəblər

"Dedi-qodunun olduğu yerdə səmimiyyət də ola bilməz"..Yeni işə başlayacaq müəllimlərə təlimçidən iradlar

"Dedi-qodunun olduğu yerdə səmimiyyət də ola bilməz"..Yeni işə başlayacaq müəllimlərə təlimçidən iradlar

Hamlet İsaxanlı Xəzər Universitetinin tələbələrinə əlçatandırmı ?

Hamlet İsaxanlı Xəzər Universitetinin tələbələrinə əlçatandırmı ?

Gədəbəyli müəllim statistikanı alt-üst etdi: Fənn olimpiadasında qalib gələn 28 nəfərdən 21-i onun şagirdidir - MÜSAHİBƏ

Gədəbəyli müəllim statistikanı alt-üst etdi: Fənn olimpiadasında qalib gələn 28 nəfərdən 21-i onun şagirdidir - MÜSAHİBƏ

2017-ci ildən razı və narazı TƏLƏBƏLƏR: “Kim həyatından bezibsə, bu universiteti seçə bilər”

2017-ci ildən razı və narazı TƏLƏBƏLƏR: “Kim həyatından bezibsə, bu universiteti seçə bilər”

DİM qeydiyyatı niyə mürəkkəbləşdirib? - Ekspertdən və tələbələrdən açıqlamalar

DİM qeydiyyatı niyə mürəkkəbləşdirib? - Ekspertdən və tələbələrdən açıqlamalar

Azərbaycanın 26 yaşlı prorektoru - “Yüksək vəzifədə dayım yoxdur”

Azərbaycanın 26 yaşlı prorektoru - “Yüksək vəzifədə dayım yoxdur”

Yüksək balla ali məktəbə girən tələbə niyə kəsilir?

Yüksək balla ali məktəbə girən tələbə niyə kəsilir?