Xəbərlər, Valideyn, MÜƏLLİM
23 sentyabr 2018
231

Uşağı necə tərbiyə etməli?


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş


 

 
Həmişə kiminsə uşağının eqoistlik, ərköyünlük etdiyini görərkən  öz-özümüzə "mənim uşağım olsa, mən belə etməzdim” , "uşağı belə tərbiyə eləməzlər!” kimi düşünürük. Bəs, yaxşı, uşağa necə tərbiyə verməli?  Sərgilədiyi davranışları necə korreksiya etməliyik?

İstərdim ki, mövzumuza İslam dininin sonuncu peyğəmbəri (s.ə.s) Məhəmməd peyğəmbərimizin hədislərindən biri ilə başlayım. Yəqin ki, çoxlarımız bunu bilir."Bir ailə təzə dünyaya gəlmiş 41 günlük körpəsini peyğəmbərimizin yanına gətirib ondan məsləhət almaq istəyir.

-Ey Allahın sevimli, seçilmiş bəndəsi, bu körpə bizim ailəmizə şənlik gətirib. Hamımız bu balanın vətənə, ailəyə faydalı övlad olmasını istəyirik. Sizcə biz bu balanı necə tərbiyə edək?

Peyğəmbərimiz isə:

-Ey dost, artıq gecikmisən, deyə cavab verir…

Ona görə ki, ailə körpənin tərbiyəsində 258 günü (ana bətnində 3-cü ayından etibarən) arxada buraxıb. Allah ana bətnindəki uşağa 10 həftəliyində ruh verir. Ona görə də hər bir valideyn övladının tərbiyəsi ilə ana bətnindən -10 həftəliyindən başlamalıdır.”

Gözəl hədisimizdən də görüldüyü kimi ana hamiləlik zamanı övladının fiziki inkişafı ilə bərabər psixo-nevroloji inkişafını da nəzarətdə saxlamalıdır. Hər bir uşağın daşıdığı genlərin onun həyatında rolu 7-10%-dən artıq deyildir. Yəni uşağın gələcəkdə şəxsiyyətinin düzgün formalaşmasında genlərdən də önəmli ona verilən tərbiyədir. Təbii, tərbiyəyə sosial mühit və ailə daxildir. Amma burada əsas yeri ailə tutur.

Tərbiyədə 3 əsas qızıl qayda:

1. Nümunə olmayan davranışlar uşaqların yanında sərgilənməməlidir!

Biz nəzər salsaq görərik ki, 1yaşlı uşağa öyrədilmədiyi halda ona verilən sadə tapşırıqları (gözünü qırp, ananı öp, sağollaş, salam ver) yerinə yetirir, onlar ətrafında cərəyan edən hər şeyin fərqindədir. Uşaq hər şeyi müşhidə edir və onları yamsılamağa başlayır. Bəzən valideynlər mübahisələrini və ya düzgün olmayan davaranışlarını uşağın səlis danışmadığına görə anlamazlar deyə düşünərək sanki bir müqəvva kimi yanlarında sərgiləyirlər.

2. Baş vermiş hər hansı bir hadisəni uşaqlara şərt kəsilərək həll edilməməlidir!

"Ana, uşaqla mağazaya evə çörək almağa girir. Uşaq isə rəfdə gördüyü şokoladın yanına yaxınlaşıb onu istəyir, ana isə uşağın inadkarlığını qıra bilmir. Uşaq ağlayır, qışqırır və hətta anasını  yumruqlamaya başlayır.” Əksər belə situasiyalarda analar ətrafın neqativ formada narahat etməsin deyə ya istədiyini edir ya da şərt kəsərək: "evə gedək sənə kompüterdə oynamağa icazə verəcəyəm”, "özünü yaxşı aparsan, ana sənə evdə hədiyyə alacaq” və s. buna bənzər şərtlər kəsir. Bu zaman uşaq anasının zəif nöqtəsini tutaraq kiçik manipulyator kimi ona təsir etməyə çalışır və zaman keçdikcə valideynlərinə qarşı özü şərt kəsir. "Yemək yeyirəm, ancaq axşam gəzməyə gedəcik”, "dərsimi oxuyacam, ancaq mənə maşın alacaqsan!”

3. Uşaqlar başqalarının yanında tənqid olunmamalıdır!

Valideynlər bəzən uşaqları utandıraraq, bu yolla onları tərbiyə etdiklərini düşünürlər və zaman keçdikcə əksinə, uşaqlar utanaraq xoş olmayan davranışları azaltmaq əvəzinə uğursuz olduqlarını düşünərək daha da uyğun olmayan davranışlar sərgiləyirlər. Əgər sizə qonaq gəlibsə, onun necə səliqəsiz olduğundan, oyuncaqları ilə oynadıqdan sonra yığışdırmadığından, televizora çox baxdığından şikayət etmək doğru deyil. Uşaqlar hansı otaqda olmasından, etdiklərindən asılı olmayaraq, valideynlərinin danışdıqlarını, xüsusən, onlar barəsində danışdıqlarını dinləyirlər.

Sonda isə onu qeyd etmək istəyirəm ki, əziz valideynlər, uşağı necə tərbiyə edəcəyinizi təyin etdikdən sonra övlad sahibi olmağa qərar verin. Uşaq dünyaya gələrkən onun valideyn üçün hüquqi, maddi hazırlığı olmaqla bərabər mənəvi hazırlığı da önəmlidir!
 gencaile.az
 

Uşağı necə tərbiyə etməli?

 








Whatsapp'ta Paylaş

Загрузка...
loading...

Həmçinin oxuyun:
Valideynlər özləri də bilmədən şagirdləri bu cür məhv edirlər

Valideynlər özləri də bilmədən şagirdləri bu cür məhv edirlər

Övladı 1-ci sinifə gedəcək valdeynlərin diqqətinə...Psixoloqların AÇIQLAMASI

Övladı 1-ci sinifə gedəcək valdeynlərin diqqətinə...Psixoloqların AÇIQLAMASI

Uşaq psixologiyasını bilirsinizmi?

Uşaq psixologiyasını bilirsinizmi?

Uşaqlara dayə seçərkən nələrə diqqət etməli? -PSİXOLOQ RƏYİ

Uşaqlara dayə seçərkən nələrə diqqət etməli? -PSİXOLOQ RƏYİ

Davranış pozuntusu, yoxsa qüsurlu tərbiyə?

Davranış pozuntusu, yoxsa qüsurlu tərbiyə?

Uşağın üstünə qışqırmayın, yoxsa... - FƏSADLARI

Uşağın üstünə qışqırmayın, yoxsa... - FƏSADLARI

Bu gün döyülən uşaq, sabah döyən valideyn olacaq - EKSPERT

Bu gün döyülən uşaq, sabah döyən valideyn olacaq - EKSPERT

Uşaqlarda isterik hallar - Valideynlər nə etməli?

Uşaqlarda isterik hallar - Valideynlər nə etməli?

Uşaqlarda anadan ayrılmaq qorxusu -Nəyə görə uşaqlar...

Uşaqlarda anadan ayrılmaq qorxusu -Nəyə görə uşaqlar...

Oğlan və qız uşaqlarının tərbiyəsində fərq qoyulmalıdırmı? Psixoloqlardan tövsiyələr

Oğlan və qız uşaqlarının tərbiyəsində fərq qoyulmalıdırmı? Psixoloqlardan tövsiyələr

Cəzanın insan tərbiyəsindəki fəsadları -DİQQƏTLİ OLUN!

Cəzanın insan tərbiyəsindəki fəsadları -DİQQƏTLİ OLUN!

Sizcə, yaxşı valideynsiniz ?

Sizcə, yaxşı valideynsiniz ?

Yalan danışan uşağa necə davranmalı?

Yalan danışan uşağa necə davranmalı?

Uşaq tərbiyəsində 7 məqam - Valideynlərin Nəzərinə

Uşaq tərbiyəsində 7 məqam - Valideynlərin Nəzərinə

Uşaq tərbiyəsində 15 qızıl qayda

Uşaq tərbiyəsində 15 qızıl qayda

Tərbiyədə əsas rol: Valideyn-uşaq münasibətləri

Tərbiyədə əsas rol: Valideyn-uşaq münasibətləri

Uşaq psixoloqlarının valideynlərə məsləhət görmədiyi 10 cümlə

Uşaq psixoloqlarının valideynlərə məsləhət görmədiyi 10 cümlə

Demək, etmək, göstərmək - uşaq tərbiyəsində hansı daha vacibdir?

Demək, etmək, göstərmək - uşaq tərbiyəsində hansı daha vacibdir?

Əsəbi uşaqları necə tərbiyə etməli?- PROBLEM

Əsəbi uşaqları necə tərbiyə etməli?- PROBLEM

Hiperaktiv uşaqların valideynlərinə psixoloq tövsiyələri- Bunlar varsa...

Hiperaktiv uşaqların valideynlərinə psixoloq tövsiyələri- Bunlar varsa...

Valideynin ölümünü uşağa necə deyək?

Valideynin ölümünü uşağa necə deyək?

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

“Bu uşaqlar gələcəkdə avtoritet olurlar”- PSİXOLOQDAN ÇAĞIRIŞ

Qız uşaqları atalarına, oğlan uşaqları analarına gözəl görünmək istəyir- Valideynlərin nəzərinə

Qız uşaqları atalarına, oğlan uşaqları analarına gözəl görünmək istəyir- Valideynlərin nəzərinə

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu

Hər bir valideyn övladını yaxşı tanımalı və fərdi xüsusiyyətlərini əsas götürməlidir..-Elşən Ramizoğlu