Xəbərlər, Valideyn, MÜƏLLİM
24 sentyabr 2018
617

Məktəb bufetlərində “Tutku”, “Ozma” təhlükəsi – “Valideynlər ayıq olmalı, cavabdehlər isə cəzalanmalıdır”


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

 
"Yalnız biznesin inkişafı, biznesə toxunulmazlıq şəraitinin yaradılması istehlakçıların kütləvi və tədrici zəhərlənməsinə gətirib çıxarıb”.

"Məktəb bufetlərində qadağan olunan qidalar aşkarlanarsa, valideynlər Qida Təhlükəsizliyi Agentliyinə məlumat verməlidirlər. Bu qurum iş aparmalı və onları satışdan çıxarmalı, cavabdeh şəxslər isə cəzalandırılmalıdır”.

Bu sözləri AzEdu.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Əyyub Hüseynov qadağan olunan şirniyyatların məktəb bufetlərində satışı haqda danışarkən deyib. O qeyd edib ki, Standartlaşdırma və Patent üzrə Dövlət Komitəsi 5 il öncə məktəb bufetlərinin standartlarını hazırlayıb.

Bu standartlara əsasən, qazlı, energetik içki,  müxtəlif kolbasa və digər məhsulların befetlərdə satışı qadağan olunub:  

"Amma indi monitorinq aparsaq, 50% məktəblərdə həmin malların satıldığını görərik. Bu hal  xüsusilə də rayon yerlərində aşkarlanacaq”.

Onun sözlərinə görə, bu qadağalara əməl olunmamasının məlum səbəbləri var:

"Agentliyin bəzi məhsulları qadağan etməsinə baxmayaraq bunun məktəb bufetlərində mövcud olması təbiidir. Çünki ölkədə mükəmməl istehlakçı şəraiti formalaşmayıb. İstehlakçıların hüquqularını qoruyan qanunlar zəifdir. Yalnız biznesin inkişafı, biznesə toxunulmazlıq şəraitinin yaradılması istehlakçıların kütləvi və tədrici zəhərlənməsinə gətirib çıxarıb.

İllər boyu istehlakçı hüquqlarını qorumağa cavabdeh olan dövlət orqanı- İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti  heç bir  işlə məşğul olmayıb. O, istehlakçı hüquqlarını qorumaq üçün heç bir iş görməyib. Ona görə də bu təhlükəli məhsullar həyatımızın bütün sferalarına daxil olub”.

"Azərbaycan məktəblərində böyük tənəffüs uşaqların normal qidalanmasına şərait yaratmır”.

O, valideyn komitələrini uşaqların normal qidalanmasına nəzarət etməyə çağırıb:

"Çox yaxşı haldır ki, Qida Təhlükəsizliyi Agentliyi bir sıra malların satışının  qarşısının alınması ilə bağlı məsələ qaldırıb. Düşünürəm ki, ictimaiyyət bu işə dəstək verməlidir. Xüsusilə də valideyn komitələri bu işdə diqqətli olmalı, məktəb bufetlərində monitorinqlər aparmalıdırlar. Uşaqların təhlükəsiz qida ilə təmin olunmasına nəzarət edilməlidir”.

"Məktəb dəhlizlərində avtomatik meyvə satan qurğuların qoyulmalıdır”

"Mən dəfələrlə demişəm ki, Azərbaycan məktəblərində böyük tənəffüs uşaqların normal qidalanmasına şərait yaratmır. Çünki vaxt az, uşaq isə çoxdur. Ona görə də məktəb dəhlizlərində avtomatik meyvə satan qurğuların qoyulmasını təklif etmişəm. Belə olsa, uşaqlar meyvə ilə qidalanacaqlar”.

Onun sözlərinə görə, qonşu ölkələrdən gələn şirniyyatların tərkibində onlara dad, qoxu verən, uzun müddət saxlanmasına kömək edən kimyəvi maddələr var. Bu inqridientlər hər kəs, xüsusilə də, həssas uşaq orqanizmi üçün zərərlidir.

"Bəs məktəb bufetlərində bu məhsullarla qarılaşan valideynlər nə etməlidirlər?”

"Məktəb bufetlərində bu qidalar aşkarlanarsa, valideynlər Qida Təhlükəsizliyi Agentliyinə məlumat verməlidirlər. Bu qurum iş aparmalı və onları satışdan çıxarmalı, cavabdeh şəxslər isə cəzalandırılmalıdır”.

Qeyd edək ki, AQTA artıq mağazalarda "Ozmo”, "Eti”, "Puf”, "Popkek limon”, "Popkek banan”, "Şölen”, "Tutku”, "Oqopoqo”, "Monte Lemo”, şirniyyatları satılmaması ilə bağlı göstəriş verib. Məhsulların satışına qadağa qoyulmasına səbəb isə  onlarda insan sağlamlığı üçün bakteriyaların aşkarlanması olub.

 

Məktəb bufetlərində “Tutku”, “Ozma” təhlükəsi – “Valideynlər ayıq olmalı, cavabdehlər isə cəzalanmalıdır”

 






Whatsapp'ta Paylaş



Загрузка...
loading...

Həmçinin oxuyun:
Uşaqların zehni inkişafı üçün faydalı qidalar

Uşaqların zehni inkişafı üçün faydalı qidalar

O təhsil müəssisələrinin sayı artırılacaq - RƏSMİ

O təhsil müəssisələrinin sayı artırılacaq - RƏSMİ

Məktəbli çantasına hansı qidalar qoyulmalıdır? – VACİB MƏSLƏHƏTLƏR

Məktəbli çantasına hansı qidalar qoyulmalıdır? – VACİB MƏSLƏHƏTLƏR

Günel Səfərova ali məktəb rəhbərlərinə müraciət etdi -

Günel Səfərova ali məktəb rəhbərlərinə müraciət etdi - "Müəllimlər uşaqları..."

Qızlar məktəbinin direktoru “qız” sözünü qadağan etdi

Qızlar məktəbinin direktoru “qız” sözünü qadağan etdi

Bəzi qidaların günlük qəbulu uşaqlar üçün vacibdir -HƏKİM

Bəzi qidaların günlük qəbulu uşaqlar üçün vacibdir -HƏKİM

Uşaqlar təhlükədə: xərçəng yaradan oyuncaqlar

Uşaqlar təhlükədə: xərçəng yaradan oyuncaqlar

Uşaqların şirniyyata olan həvəsi yalnız dadla bağlı deyil -DİQQƏT

Uşaqların şirniyyata olan həvəsi yalnız dadla bağlı deyil -DİQQƏT

Bu şirniyyatları uşaqlara verməyin - HƏKİMDƏN QADAĞA

Bu şirniyyatları uşaqlara verməyin - HƏKİMDƏN QADAĞA

Bəzəyinə aldandığınız qutular uşaqlarınızı zəhərləyir – ALDANMAYIN!

Bəzəyinə aldandığınız qutular uşaqlarınızı zəhərləyir – ALDANMAYIN!

Uşaqlara Yeni il hədiyyələri alan valideynlər diqqətli olun! -XƏBƏRDARLIQ

Uşaqlara Yeni il hədiyyələri alan valideynlər diqqətli olun! -XƏBƏRDARLIQ

Uşaq bağçalarının qida rasionlarında çatışmazlıqlar var - AÇIQLAMA

Uşaq bağçalarının qida rasionlarında çatışmazlıqlar var - AÇIQLAMA

AT-EŞŞƏK ƏTİ indi də uşaq bağçalarında?

AT-EŞŞƏK ƏTİ indi də uşaq bağçalarında?

Məktəblərdə satışına qadağa qoyulan məhsullar -SİYAHI

Məktəblərdə satışına qadağa qoyulan məhsullar -SİYAHI

Məktəb bufetlərində nələr satılır? - VİDEO+FOTOLAR

Məktəb bufetlərində nələr satılır? - VİDEO+FOTOLAR

"Məktəb bufetlərində bu məhsulu görsəniz, xəbər edin" - XƏBƏRDARLIQ

Valideynlərin diqqətinə- Körpələrinizə süni qidalar verməyin!

Valideynlərin diqqətinə- Körpələrinizə süni qidalar verməyin!

Məktəb bufetlərində 32 ərzaq növü və içkilər qadağan olundu - SİYAHI

Məktəb bufetlərində 32 ərzaq növü və içkilər qadağan olundu - SİYAHI

Bu ticarət mərkəzlərində saxta məktəbli geyimləri aşkarlandı – SİYAHI

Bu ticarət mərkəzlərində saxta məktəbli geyimləri aşkarlandı – SİYAHI

Valideynlərə çağırış: övladlarınız məktəbdən çıxanda görəcəklər ki...

Valideynlərə çağırış: övladlarınız məktəbdən çıxanda görəcəklər ki...

Məktəb bufetlərində vəziyyət necədir? - VİDEO

Məktəb bufetlərində vəziyyət necədir? - VİDEO

Mənəvi-psixoloji yük azmış kimi, “çanta yükü” də bir yandan - TƏHLİL...

Mənəvi-psixoloji yük azmış kimi, “çanta yükü” də bir yandan - TƏHLİL...

DİQQƏT ! Məktəblərdə satışına qadağa qoyulan məhsullar hansılardır ?

DİQQƏT ! Məktəblərdə satışına qadağa qoyulan məhsullar hansılardır ?

MƏKTƏBLƏRDƏ QADAĞAN OLUNAN 4 HAL

MƏKTƏBLƏRDƏ QADAĞAN OLUNAN 4 HAL