Xəbərlər, Digər Xəbərlər
11 oktyabr 2018
286

Rusiyanın Azərbaycandakı yeni səfiri BSU-da qonaq olub


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş


 

Oktyabrın 11-də Rusiya Federasiyasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixail Nikolayeviç Boçarnikov Bakı Slavyan Universitetində qonaq olub.
Səfirlə görüş zamanı BSU-nun rektoru, professor Nurlana Əliyeva rəhbərlik etdiyi ali təhsil müəssisəsinin yaranma tarixindən, Azərbaycanda rus dilinin inkişafına verdiyi töhfələrdən söz açıb. O,  Azərbaycanla Rusiya arasında humanitar əlaqələrin genişlənməsində BSU-nun mühüm rola malik olduğunu diqqətə çatdırıb. BSU-da rus dili və ədəbiyyatının tədrisi üzrə tarixi ənənələrin olduğunu bildirən rektor hazırda universitetin bir çox xarici ölkələrin ali məktəbləri ilə də sıx əməkdaşlıq etdiyini deyib. N.Əliyeva Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə ölkələrimiz arasında elmi, iqtisadi və humanitar əlaqələrin möhkəmləndirilməsi istiqamətindəki xidmətlərinə, yüksək hazırlıqlı mütəxəssislər yetişdirilməsi üçün müvafiq şəraitin yaradılmasında göstərdiyi qayğıya görə 2001-ci ildə BSU-nun Fəxri doktoru adı verildiyini bildirib.
 
O, qeyd edib ki, Rusiya-Azərbaycan ikitərəfli münasibətləri bütün sahələrdə uğurla özünü göstərir. Rusiyanın qabaqcıl universitetləri ilə qurulan əməkadaşlığın yüksələn xətlə inkişaf etdiyini deyən Nurlana Əliyeva BSU-nun Azərbaycanda rusiyaşünaslığın və slavyanşünaslığın əsas mərkəzi olduğunu qonağın diqqətinə çatdırıb. N.Əliyeva BSU-da fəaliyyət göstərən tədris və mədəniyyət mərkəzləri, həmçinin burada 2002-ci ildən bəri mövcud olan Rusiya Tədris-Mədəniyyət Mərkəzi nəzdində "Moskva auditoriyası” barədə səfirə məlumat verib.
 

Rusiyanın Azərbaycandakı yeni səfiri BSU-da qonaq olub

 

Görüş zamanı səfir Mixail Boçarnikov Azərbaycan və Rusiya arasında əlaqələrin strateji tərəfdaşlıq müstəvisində mehriban qonşuluq, dostluq və qarşılıqlı anlaşma şəraitində inkişafından məmnunluq ifadə edib, ölkələrimiz arasındakı əlaqələrin qarışılıqlı etimada söykəndiyini vurğulayıb. Ölkələrimiz arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, hərbi-texniki, humanitar və bütün digər sahələrdə uğurla inkişaf etdiyini bildirən səfir  Azərbaycan Respublikası ilə ilə Rusiya Federasiyası arasında mədəni-humanitar sahələrdə əməkdaşlıq perspektivlərinə nəzər salaraq təhsil sahəsində əlaqələr, tələbə və müəllim mübadiləsi və digər məsələlər barədə də söz açıb.
 
O, Rusiya universitetləri ilə BSU-nun humanitar sahədə əməkdaşlığına yaxından dəstək olacağını vurğulayıb. Azərbaycanda bütün sahələrdə gedən inkişaf proseslərinin Rusiyada maraqla izlənildiyini deyən Mixail Boçarnikov qeyd edib ki, dostluq və tərəfdaşlıq, eyni zamanda yaxşı qonşuluq münasibətləri Azərbaycan ilə Rusiya arasında əməkdaşlığın bütün sahələrini əhatə edir.
 

Rusiyanın Azərbaycandakı yeni səfiri BSU-da qonaq olub

 

Sonra qonaq BSU-nun Rusiya Tədris-Mədəniyyət Mərkəzi nəzdində "Moskva auditoriyası” və Snakt-Peterburq Tədris-Mədəniyyət Mərkəzinin fəaliyyəti ilə tanış olub.
 
BSU-nun akt zalında "Arzu” rəqs ansamblının tolerantlıq rəqsinin məşqlərinə tamaşa edən səfir Mixail Boçarnikov tələbələrin slavyan xalqlarının milli rəqslərini belə mükəmməl mənimsəmələrini yüksək qiymətləndirib.
 

Rusiyanın Azərbaycandakı yeni səfiri BSU-da qonaq olub

 

Görüşün davamında səfir Mixail Boçarnikov BSU-nun professor-müəllim  heyətindən ibarət geniş auditoriya  qarşısında məruzə ilə çıxış edib, onları maraqlandıran sualları cavablandırıb. Tədbirdə rusiyaşünaslıq ixtisası üzrə təhsil alan tələbələr rus poeziyasından nümunələr səsləndiriblər.
 

Rusiyanın Azərbaycandakı yeni səfiri BSU-da qonaq olub

 

İbrahim Quliyev

BSU-nun Mətbuat Xidmətinin rəhbəri






Whatsapp'ta Paylaş

Загрузка...
loading...

Həmçinin oxuyun:
Polşalı müəllimlər Bakı Slavyan Universitetində

Polşalı müəllimlər Bakı Slavyan Universitetində

Bolqarıstanın Müdafiə Naziri Slavyan Universitetinin tələbələri ilə görüşüb

Bolqarıstanın Müdafiə Naziri Slavyan Universitetinin tələbələri ilə görüşüb

İlahiyyat institutunun rektoru Misir Mədəniyyət Mərkəzində oldu

İlahiyyat institutunun rektoru Misir Mədəniyyət Mərkəzində oldu

Rusiya Azərbaycana rus dilli müəllimlərlə kömək edə bilər

Rusiya Azərbaycana rus dilli müəllimlərlə kömək edə bilər

"Bizim büdcəmizdə iki əsas xərc maddəsi var - müdafiə və təhsil" - İlham Əliyev

Çin universitetində Azərbaycan dili üzrə kadrlar hazırlanacaq

Çin universitetində Azərbaycan dili üzrə kadrlar hazırlanacaq

Kuban Dövlət Aqrar Universitetinin əməkdaşları ADAU-da olub

Kuban Dövlət Aqrar Universitetinin əməkdaşları ADAU-da olub

“Qış məktəbi” təqaüd proqramı üzrə növbəti təlim başlayır

“Qış məktəbi” təqaüd proqramı üzrə növbəti təlim başlayır

Azərbaycanlı məktəblilər Moskvada Beynəlxalq Rus Dili Olimpiadasının qalibi olublar

Azərbaycanlı məktəblilər Moskvada Beynəlxalq Rus Dili Olimpiadasının qalibi olublar

Azərbaycanlı şərqşünas alim Tatarıstanda keçirilən ümumrusiya müşavirəsində ekspert kimi iştirak edib

Azərbaycanlı şərqşünas alim Tatarıstanda keçirilən ümumrusiya müşavirəsində ekspert kimi iştirak edib

ADNSU ilə Almaniya universitetləri arasında əlaqələr genişlənir

ADNSU ilə Almaniya universitetləri arasında əlaqələr genişlənir

Qənirə Paşayeva İstanbul universitetinin rektoru ilə Qarabağdan danışdı

Qənirə Paşayeva İstanbul universitetinin rektoru ilə Qarabağdan danışdı

Qərb Universitetində tanınmış ekspertlə görüş keçirildi

Qərb Universitetində tanınmış ekspertlə görüş keçirildi

İlk dəfə UNEC-də: İnklüziv təhsildə ikili diplom proqramı

İlk dəfə UNEC-də: İnklüziv təhsildə ikili diplom proqramı

Meksika səfiri Lənkəran Dövlət Universitetində olub

Meksika səfiri Lənkəran Dövlət Universitetində olub

Səfir: “Azərbaycan və Rumıniya arasında mədəniyyət və təhsil sahəsində böyük potensial var”

Səfir: “Azərbaycan və Rumıniya arasında mədəniyyət və təhsil sahəsində böyük potensial var”

ADNSU-nun rektoru Azərbaycan-Rusiya ali təhsil müəssisələrinin II Forumunda iştirak edir

ADNSU-nun rektoru Azərbaycan-Rusiya ali təhsil müəssisələrinin II Forumunda iştirak edir

ADU tələbəsi Koreyada Azərbaycanı təmsil edəcək

ADU tələbəsi Koreyada Azərbaycanı təmsil edəcək

ADNSU ilə Azərbaycan Milli Konservatoriyası arasında əməkdaşlıq memorandumu imzalandı

ADNSU ilə Azərbaycan Milli Konservatoriyası arasında əməkdaşlıq memorandumu imzalandı

ADU-da Frankofoniya Mərkəzi açıldı

ADU-da Frankofoniya Mərkəzi açıldı

ADNSU ilə fransız universitetlərinin əməkdaşlığı inkişaf edir

ADNSU ilə fransız universitetlərinin əməkdaşlığı inkişaf edir

ADNSU-nun rektoru İraqın ölkəmizdəki səfiri ilə görüşdü

ADNSU-nun rektoru İraqın ölkəmizdəki səfiri ilə görüşdü

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ADPU-da olub

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ADPU-da olub

Çin səfiri BDU-da olub

Çin səfiri BDU-da olub