Xəbərlər / Valideyn / Müəllim / Məktəbə qədər və məktəbdən kənar
26 oktyabr 2018
3 163


Məktəbəhazırlıq qruplarında "Sağlam təhsil"

Məktəbəhazırlıq qruplarında "Sağlam təhsil"

 

 

Layihənin əhatəliliyi genişlənib



Qapıdan içəri girən kimi 24 cüt göz, o gözlərin içərisində sakit, məsum baxışlar oturaq və ayaqüstə işləmək imkanı verən partaların arxasından boylanır. Bər- bəzəkli, oyuncaqlarla dolu, panorama effekti verilən işıqlı sinif otağında ən çox onların yumru əlləri, kiçik bədənləri, sərbəst danışıqları diqqət çəkir. Çox təşəbbüskardırlar. Bir yerdə dayanmırlar. Sinifdəki fəallıqları onların hələ 5 yaşında olduqlarına şübhə yaradır. Özlərinə qarşı sevgi oyandıran kiçik məktəblilərə gülümsəmədən baxmaq mümkün deyil.

Onlar Bakı şəhəri 26 nömrəli tam orta məktəbdə bu il ilk dəfə təşkil edilən "Sağlam təhsil-sağlam millət" layihəsi üzrə məktəbəhazırlıq qruplarının şagirdləridir. Hələ cəmi 2-3 hərflə tanış olublar. Ancaq o hərflərin iştirakı ilə yaranan çoxlu söz bilirlər. Danışmaqdan isə heç yorulana oxşamırlar. Birindən adını soruşursan, heç gözləmədən söhbətə hamısı qoşulur. Biri hələ soyadını bilmir, o birisi dərsə gəldiyi vaxtı. Məsələn, Yadigar soyadını bilmir.


 Onur Quluzadə məktəbə gələndə "Səhər idi deyəsən”, - deyir. Əslində, onların dərsi əqrəblər günorta saat 2-ni göstərəndə başlayır.


 Məktəbəhazırlıq qrupunda dərs


 Hər yarım saatdan bir 10 dəqiqəlik tənəffüs edirlər. 1, 2, 4 və 5-ci günlər dərsə gəlirlər. Məktəbi də sevirlər, müəllimlərini də, bir-birilərini də. Dediklərinə görə, heç dalaşmırlar.


 Kiçik, sevimli məktəblilər bir-birləri ilə yarışırlar. Deyəcəkləri sözü - əşyanın, heyvanın adını demədən öncə ətraflarında onu axtarırlar. "Ə” hərfinin iştirakı ilə yaranan bir söz demək üçün ətraflarına baxır, axtardıq-ları əşyanı tapır, sonra adını deyirlər. Əllərinə götürdükləri oyuncaqlar, əşyalar nəinki əllərindən, bəzən boylarından da böyük olur.


 Yeni standartlar uşaqların fiziki cəhətdən sağlam böyüməsinə şərait yaradacaq


 "Sağlam təhsil-sağlam millət” layihəsi artıq 5 ildir ibtidai təhsil pilləsində həyata keçirilir. Bu ildən isə ilk dəfə olaraq məktəbəhazırlıq qruplarında da tətbiq edilir. Beş yaşlı uşaqların tələb və imkanlarını nəzərə almaqla onların fiziki inkişafı, təlim və təhsili prosesinin təşkili məqsədi ilə reallaşdırılan bu yeniliyin müsbət nəticə verəcəyi şübhə doğurmur. İbtidai sinif müəllimi Sevinc Həşimovanın sözlərinə görə, məktəbəhazırlıq qruplarında yeni standartla təhsil uşaqların fiziki cəhətdən sağlam böyüməsinə şərait yaradacaq. Sevinc müəllim qrupunda olan 24 nəfər beş yaşlı şagirdinin məktəbə adaptasiyasının da asan keçdiyini vurğulayıb: "Burada, fikir verirsinizsə, dərs prosesi elə qurulub ki, uşaqların hərəkətliliyinə mane olmur, onların tam sərbəstliyinə şərait yaradırıq. Gah oturur, tez-tez qalxır, əylənir və öyrənirlər”.


 Sevinc Həşimova bu sinifdə dərs deyə bilmək üçün təlimlərə qatılıb və "Sağlam təhsil” siniflərində dərs deməyə hazır hesab ediləndən sonra dərsə başlayıb.


 15 məktəbdə 21 qrup


 Beləliklə, bu il oktyabrın 1-dən etibarən "Sağlam təhsil- sağlam millət” layihəsinin həyata keçirildiyi 15 məktəbdə 21 məktəbəhazırlıq qrupu dərsə başlayıb. Həmin qruplardan 3-ü 26 nömrəli tam orta məktəbdədir.


 26 nömrəli tam orta məktəbin direktor əvəzi Yaqut Məmmədova deyib ki, məktəbdə 9 məktəbəhazırlıq qrupu açılıb. Ümumiyyətlə, məktəbdə ibtidai təhsil pilləsində "Sağlam təhsil - sağlam millət” layihəsi üzrə 11 sinifdə 228 şagird təhsil alır.


 4 ilin sonunda nəticə tam arzuolunan kimidir


 "Sağlam təhsil - sağlam millət” layihəsində tibbi gigiyena blokunun eksperti Şəhla Balayeva deyib ki, layihənin təşəbbüskarı olan Təhsil Nazirliyinin əsas məqsədi uşaqların sağlamlığıdır. Dünyada da bu problem yaşanır və məktəbi bitirənlərin cəmi 5-15 faizi tam sağlam olurlar:


"Sağlam təhsil şəraiti yaratmaq üçün ilk növbədə hipodinamiya aradan qaldırılmalı idi. Odur ki, ayaq-üstü partalar təklif edildi. Bu, onların hərəkətliliyini təmin edəcək. Partanın maililik dərəcəsi isə şagirdlərdə görmə pozuntusunun qarşısını almağa xidmət edir. Bu və başqa amillər nəzərə alınaraq, belə siniflər yaradıldı. Sinfin divarları, tavanı, işıqlandırması məhz şagirdlərin sağlamlığına hesablandı. 4 ilin sonunda nəticə tam arzuolunan kimidir. Odur ki, bu ildən qərar verildi ki, layihə məktəbəhazırlıq qruplarında da tətbiq edilsin. Ümid edirəm ki, bunun da müsbət nəticəsi olacaq”.


"Sağlam təhsil” sinfinin şagirdləri


 "Sağlam təhsil - sağlam millət” layihəsində sosioloji blokun rəhbəri Nigar Şahhüseynbəyova bildirib ki, keçirilən müxtəlif tədbirlərlə şagirdlərin sosiallaşmasım izləyirlər. Yaradıcılıq potensialının üzə çıxarılması üçün rəsm və əl işləri müsabiqələri keçirilir. Belə tədbirlər nəticəsində uşaqlarda məsuliyyət, məqsədyönlülük formalaşır, kommunikasiya bacarıqları kimi vacib kompetensiyalara yiyələnirlər. İbtidai təhsil pilləsini bitirəndə uşaqlar öz fikirlərini daha yaxşı ifadə edir, daha təşəbbüskar olur, öz imkanlarını daha yaxşı ortaya qoya bilirlər. Təqdimat bacarıqları ənənəvi sinifdə təhsil alan yaşıdlarından daha yüksək səviyyədə olur”.


"Siniflərimiz və şagirdlərimizlə bağlı fikirlər çox yüksəkdir”


 İbtidai təhsil pilləsi üzrə reallaşdırılan "Sağlam təhsil - sağlam millət” layihəsi 26 nömrəli məktəbdə layihənin başladığı ilk gündən, artıq 5-ci ildir ki, həyata keçirilir. Ötən il ilk buraxılışı reallaşan layihənin şagirdləri artıq 5-ci sinifdə oxuyurlar.


 Layihə üzrə metodist Xalidə Həmidova bildirib ki, ötən 4 il ərzində hər ay bir neçə dəfə məktəblərdə olub, müəllimlərə pedaqoji kömək göstəriblər: "Həm müəllimlərlə, həm də valideynlərlə müzakirələr keçiririk. Siniflərimiz və şagirdlərimizlə bağlı fikirlər çox yüksəkdir. Hər kəs "Sağlam təhsil” siniflərinin təhsilin digər pillələrində və bütün şagirdlərə tətbiqini arzulayır. Ümid edirəm ki, bu arzular reallaşacaq”.


 


39 məktəbdə 182 "Sağlam təhsil” sinfi


 Qeyd edək ki, "Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində ümumilikdə 39 məktəbdə 182 "Sağlam təhsil” sinfi təşkil edilib. "Sağlam təhsil” siniflərində tədris hərəkətli təlim şəraitində həyata keçirilir. Şagird masaları həm oturaraq, həm də ayaqüstə çalışmaq imkanı verir. "Sağlam təhsil” siniflərində aparılan tibbi monitorinq bu siniflərdə tətbiq edilən texnologiyaların uşaqların sağlamlığına müsbət təsir etdiyini aşkara çıxarıb. Eyni zamanda, belə siniflərdə təhsil alan şagirdlərin fiziki və intellektual cəhətdən daha yaxşı inkişaf etdiyi, onların öyrənmə qabiliyyətinin, habelə emosional-psixoloji durumunun yüksəldiyi müəyyən edilib.


 

Qeyd edək ki, "Sağlam təhsil-sağlam millət” layihəsinin tətbiqinə 2014-2015-ci dərs ilindən başlanılıb. Layihənin əsas məqsədi təhsilalanlarm təlim nailiyyətlərini yüksəltməklə yanaşı, tədris şəraitindən irəli gələn hərəkət məhdudiyyətini və digər amilləri aradan qaldırmaq, onların sağlamlığını qorumaqdan ibarətdir. İndiyədək layihə 3500-ə qədər məktəblini əhatə edib.

muallim.edu.az 

 

 

Məktəbəhazırlıq qruplarında "Sağlam təhsil"

 



 

 

Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
“Sağlam Təhsil-Sağlam Millət” layihəsi məktəbəhazırlıq qruplarında tətbiq ediləcək

“Sağlam Təhsil-Sağlam Millət” layihəsi məktəbəhazırlıq qruplarında tətbiq ediləcək

Sumqayıtda yalnız bu məktəbdə: həsəd aparılan siniflər...

Sumqayıtda yalnız bu məktəbdə: həsəd aparılan siniflər...

“Sağlam təhsil - sağlam millət” layihəsində şagird sayı 3748-ə çatdırılıb

“Sağlam təhsil - sağlam millət” layihəsində şagird sayı 3748-ə çatdırılıb

Təməl verilişində “Sağlam təhsil - sağlam millət” layihəsi müzakirə olunub - VİDEO

Təməl verilişində “Sağlam təhsil - sağlam millət” layihəsi müzakirə olunub - VİDEO

Bir sinifdə 24-dən çox şagirdin olması sağlamlıq üçün zərərlidir – Mütəxəssis təhlili

Bir sinifdə 24-dən çox şagirdin olması sağlamlıq üçün zərərlidir – Mütəxəssis təhlili

Nazirlik: Gigiyenik tələblər, uşağın psixoloji vəziyyəti nəzərə alınarsa, təhsilin keyfiyyəti yüksək olar

Nazirlik: Gigiyenik tələblər, uşağın psixoloji vəziyyəti nəzərə alınarsa, təhsilin keyfiyyəti yüksək olar

Tibb Universitetinin apardığı monitorinqlərin nəticələri - Şagirdlərin görmə qabiliyyəti yaxşılaşıb

Tibb Universitetinin apardığı monitorinqlərin nəticələri - Şagirdlərin görmə qabiliyyəti yaxşılaşıb

Şagirdlər arasında ən çox rast gəlinən xəstəliklər açıqlandı

Şagirdlər arasında ən çox rast gəlinən xəstəliklər açıqlandı

Prezident məktəb-liseydə yaradılan şəraitlə tanış oldu

Prezident məktəb-liseydə yaradılan şəraitlə tanış oldu

“Valideynlərin təhsil səviyyəsi uşaqların sağlam böyüməsinə təsir edir” - Əhliman Əmiraslanov

“Valideynlərin təhsil səviyyəsi uşaqların sağlam böyüməsinə təsir edir” - Əhliman Əmiraslanov

"Məktəb xəstəlikləri" 50-80% artıb.....

"Məktəb xəstəlikləri" 50-80% artıb.....

Məktəbəhazırlığa cəlb edilən uşaqların sayı ildən-ilə artır

Məktəbəhazırlığa cəlb edilən uşaqların sayı ildən-ilə artır

ATU-da sağlam qidalanmaya dair tədbir keçirilib

ATU-da sağlam qidalanmaya dair tədbir keçirilib

YENİLİK! - Nazirlik valideynlərin istəyini nəzərə aldı

YENİLİK! - Nazirlik valideynlərin istəyini nəzərə aldı

"Sağlam bədən sağlam düşüncənin məhsuludur"

"Sağlam bədən sağlam düşüncənin məhsuludur"

Avqustun 15-dən bölgələrdə məktəbəhazırlıq qruplarına sənəd qəbuluna başlanılacaq

Avqustun 15-dən bölgələrdə məktəbəhazırlıq qruplarına sənəd qəbuluna başlanılacaq

Şagirdlərin çoxu fiziki cəhətdən zəifdirlər - Qüdrət Həsənquliyev

Şagirdlərin çoxu fiziki cəhətdən zəifdirlər - Qüdrət Həsənquliyev

Bakıda məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 2-də başlayacaq

Bakıda məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 2-də başlayacaq

Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu qaydası təsdiqlənib

Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu qaydası təsdiqlənib

Kiçik məktəblilərdə məktəb dezatapsiyasını yaradan səbəblər

Kiçik məktəblilərdə məktəb dezatapsiyasını yaradan səbəblər

Nazir müavini şagirdlərin sağlamlıq səviyyəsindən danışdı

Nazir müavini şagirdlərin sağlamlıq səviyyəsindən danışdı

Bakıda fəaliyyət göstərəcək məktəbəhazırlıq qruplarının sayı açıqlanıb

Bakıda fəaliyyət göstərəcək məktəbəhazırlıq qruplarının sayı açıqlanıb

Azərbaycanda məktəblilərə cinsi tərbiyə aşılanacaq

Azərbaycanda məktəblilərə cinsi tərbiyə aşılanacaq

Məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı  açıqlandı.

Məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı açıqlandı.