Xəbərlər, MÜƏLLİM
03 dekabr 2018
261

Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş


Bakıda müəllimlərin beynəlxalq seminarı keçirilib

 

 
Dekabrın 1-də "Xəzər” Universitetinin Mərkəz Kampusunda Respublika müəllimlərinin beynəlxalq seminarı keçirilib. 

AzTehsil.com AzFakt.info-a istinadən  , Azərbaycan Respublikası "Təhsil” Cəmiyyəti ilə Turkuaz Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən seminarda millət vəkilləri, təhsil ictimaiyyətinin təmsilçiləri, o cümlədən Azərbaycanın müxtəlif bölgələrindən olan təhsil işçiləri iştirak ediblər.

Azərbaycan Milli Televiziya və Radio Şirkətinin əməkdaşı İlkin Babanın aparıcılığı ilə keçirilən tədbirin rəsmi hissəsində çıxış edən millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov müasir müəllimin keyfiyyət meyarlarından bəhs edib. Millət vəkili Sona Əliyeva Azərbaycan dövləti tərəfindən həyata keçirilən təhsil strategiyasından danışaraq müəllimlərə uğur arzulayıb.

Professor, Bakı Dövlət Universiteti Türkologiya kafedrasının müdiri professor Ramiz Əsgər, İctimai TV və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü, Əməkdar jurnalist Azər Həsrət seminarın əhəmiyyətini vurğulayaraq təhsilin keyfiyyətinin artırılmasında belə tədbirlərin zəruriliyindən bəhs ediblər.

AR "Təhsil” Cəmiyyəti İdarə Heyətinin sədri, dos. Nuğay Əliyev seminara gələn qonaqlara və müəllimlərə təşəkkür edib. Bildirib ki, uzun illərdir təhsil sahəsində geniş fəaliyyət göstərən Cəmiyyət sözügedən seminarı təşkil etməklə müəllimlərin peşə-metodik biliklərinin təkmilləşdirilməsinə dəstək olmağı hədəfləyir.

Sonra tədbir təlimçilərin çıxışları ilə davam etdirilib. Phd. Araz Zeyniyev (ABŞ), Stefanie Matzer (Avstriya), Günay Hüseynzadə (Azərbaycan), Chen Xiaozhen (Çin), Elvin Əliyev (Azərbaycan), Ceren Evcen (Türkiyə), Arzu Soltan (Azərbaycan), Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin İnklüziv təhsil mütəxəssisi Fərid Süleymanov və AR Təhsil Nazirliyi Təhsil İnstitutunun Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, Əməkdar müəllim Almaz Həsrət müxtəlif mövzularda dünya təhsil sistemində tətbiq edilən müasir metodlardan və təlim üsullarından bəhs ediblər.

Sonda bildirilib ki, seminara qatılanlar Azərbaycan müəlliminin nüfuzunun daha yüksəkdə olduğunu və müəllim adının müqəddəsliyini iştirakları ilə real göstərmiş olduqlarından cəmiyyətimizin uğurlu inkişafına böyük ümidlər var.

Seminarda Bakı Avrasiya Universiteti və Qərbi Kaspi Universitetinin tələbələri təşkilatçılara könüllü qismində dəstək veriblər.
 
 

 








Whatsapp'ta Paylaş

Загрузка...
loading...

Həmçinin oxuyun:
Çexiyanın dövlət rəsmiləri BSU-da oldu...

Çexiyanın dövlət rəsmiləri BSU-da oldu...

Bilik Fondu ilk dərs günündə maarifləndirici mühazirələr təşkil edib

Bilik Fondu ilk dərs günündə maarifləndirici mühazirələr təşkil edib

Millət vəkili Mehriban Əliyevanın elmə göstərdiyi qayğıdan danışıb

Millət vəkili Mehriban Əliyevanın elmə göstərdiyi qayğıdan danışıb

Millət vəkili: “Yazılı imtahanlar savadlı mütəxəssis hazırlığında mühüm rol oynayacaq”

Millət vəkili: “Yazılı imtahanlar savadlı mütəxəssis hazırlığında mühüm rol oynayacaq”

Türkiyə universiteti LDU ilə birgə işləyəcək

Türkiyə universiteti LDU ilə birgə işləyəcək

AzTU-da tələbələrə müasir peşələr haqda çarxlar göstərilib

AzTU-da tələbələrə müasir peşələr haqda çarxlar göstərilib

7-ci Beynəlxalq Türkologiya Konqresi işə başlayıb

7-ci Beynəlxalq Türkologiya Konqresi işə başlayıb

İnnovasiya ekosistemi və ali təhsil

İnnovasiya ekosistemi və ali təhsil

ADNSU-nun professoru Türkdilli ölkələrin Riyaziyyat Cəmiyyətinin VI konqresində iştirak edib

ADNSU-nun professoru Türkdilli ölkələrin Riyaziyyat Cəmiyyətinin VI konqresində iştirak edib

ADPU-da “Qloballaşma və insan inkişafı” mövzusunda elmi seminar keçirilib

ADPU-da “Qloballaşma və insan inkişafı” mövzusunda elmi seminar keçirilib

BSU rektoru beynəlxalq mükafata layiq görülüb

BSU rektoru beynəlxalq mükafata layiq görülüb

Azərbaycanlı müəllim Kazan Dövlət Universitetində

Azərbaycanlı müəllim Kazan Dövlət Universitetində

ADU-da Azərbaycan-Çin münasibətləri haqqında kitabın təqdimat mərasimi keçirilib

ADU-da Azərbaycan-Çin münasibətləri haqqında kitabın təqdimat mərasimi keçirilib

Heydər Əliyev Mərkəzinin parkında “Oxu Günü” keçirilib

Heydər Əliyev Mərkəzinin parkında “Oxu Günü” keçirilib

Qərb Universitetində millət vəkili Qənirə Paşayeva ilə görüş keçirildi

Qərb Universitetində millət vəkili Qənirə Paşayeva ilə görüş keçirildi

“Valideyn-müəllim-şagird qızıl üçlüyü ilə təhsilimizin inkişafına dəstək olaq”

“Valideyn-müəllim-şagird qızıl üçlüyü ilə təhsilimizin inkişafına dəstək olaq”

İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasının növbəti elmi seminarı keçirilmişdir

İbtidai təhsilin pedaqogikası və metodikası kafedrasının növbəti elmi seminarı keçirilmişdir

ADU-da Azərbaycan-Çin diplomatik münasibətlərinin 25-ci ildönümü qeyd olundu

ADU-da Azərbaycan-Çin diplomatik münasibətlərinin 25-ci ildönümü qeyd olundu

ADNSU-da millət vəkili Elmira Axundova ilə görüş keçirilib

ADNSU-da millət vəkili Elmira Axundova ilə görüş keçirilib

ADNSU-da YAP ilk təşkilatının hesabat - seçki yığıncağı keçirilib

ADNSU-da YAP ilk təşkilatının hesabat - seçki yığıncağı keçirilib

ADPU-də “Təhsildə innovasiyalar” mövzusunda təqdimat keçirilib

ADPU-də “Təhsildə innovasiyalar” mövzusunda təqdimat keçirilib

İbtidai sinif müəllimlərinin seminarı keçirilib

İbtidai sinif müəllimlərinin seminarı keçirilib

Müəllimlər üçün beynəlxalq seminar keçirilib

Müəllimlər üçün beynəlxalq seminar keçirilib

Ağstafa rayonunun Yuxarı Göycəli  kənd tam orta məktəbində riyaziyyat və informatika fənn müəllimlərinin seminarı keçirilib

Ağstafa rayonunun Yuxarı Göycəli kənd tam orta məktəbində riyaziyyat və informatika fənn müəllimlərinin seminarı keçirilib