Xəbərlər, Ekspert
05 yanvar 2019
389

“Dünən bizi yetişdirən də müəllimdir, bugünki müəllimi yetişdirən də bizik...”


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

 

 
 
Bir neçə gündür ki, Təhsil nazirliyinin riyaziyyat, informatika, kimya və biologiya fənlərindən dərs deyən bir qrup müəllim üçün müvafiq ixtisaslara uyğun olaraq qapalı tipli test tapşırıqlarının göstəriciləri mətbutda və sosial şəbəkələrdə geniş rezonans doğuraraq, "müəllimlərin imtahanında biabırçı nəticə”ləri kimi aramsız olaraq tirajlanmaqdadır. Statistik təhlilə əsasən "riyaziyyat müəllimlərinin 99 faizi, kimya müəllimlərinin 95 faizi, fizika müəllimlərin 94 faizi, informatika müəllimlərinin 90 faizi, biologiya müəllimlərinin isə 49 faizi test suallarının yarıdan çoxunu düzgün cavablandırmayıb", "imtahanda iştirak edən 221 nəfərdən 112 nəfəri təqdim edilən 25 sualın 50 faizdən çoxuna doğru cavab verib. Yəni iştirakçıların 51 faizi təqdim edilən sualların yarısından çoxuna doğru cavab verib və ən yüksək göstərici isə 90 faiz olub.” Hətta, "Görəsən, bu müəllimlərin dərs verdiyi şagirdlərin əksəriyyəti hazırlıq kurslarına getməzsə, onların arasında keçirilən testin nəticələri necə olardı?" sualını gündəmə gətirənlər də var.

Məsələ ilə bağlı yaranmış vəziyyətə dair tanınmış təhsil eksperti Nadir İsrafilovun öz "Feysbuk” hesabında bölüşdüyü bəzi statuslarını və subyektiv mülahizələrini oxucularımıza təqdim edirik.

"İstənilən statistik təhlil, obyektiv və sağlam düşüncəyə əsaslanan tənqid təhsilimizin daha da təkmilləşdirilməsi və gələcək inkişafı baxımından nəinki lazımdır, hətta zəruridir. Lakin, nədənsə biz çox halda, əsasən "nəticə"ni vurğulamağa daha çox meylliyik, nəinki "səbəb" barədə düşünüb, nə isə konkret bir təklif verməyə. Elə götürək son tədbirlərdən biri olan Təhsil İnstitutunun təşkilatçılığı ilə "İstedadlı şagird üçün istedadlı müəllim” müsabiqəsinin təşkili və keçirilməsi üçün müəllimlərin müəyyənləşdirilməsi məqsədilə keçirilən müsabiqəni. Sonradan məlum olur ki, burada yalnız riyaziyyat, informatika, fizika, kimya və bilogiya müəllimlərinin müəyyən qrupu iştirak edib. Nazirliyin geçikmiş açıqlamasında isə bildirilir ki, bu istedadlı şagirdlərlə işləyəcək müəllimlərin müəyyən edilməsi üçün keçirilən müsabiqədə təqdim edilən tapşırıqlar kifayət qədər spesifik bir sahəni əhatə edib və ona görə də bu meyarla müəllimləri dəyərləndirmək doğru yanaşma sayılmamalıdır. Bununla belə məsələnin bu dərəcədə şişirdilməsində əsas günahı geçikdirilmiş açıqlamada, başqa sözlə desək prosesin konkret mahiyyətini ictimaiyyətə vaxtında və anlaşıqlı şəkildə izah edilməməsində görürəm, baxmayaraq ki, bu barədə yalnız məktəb rəhbərləri məlumatlandırılmışdılar.

Bütün fərqli və ziddiyyətli yanaşmalara baxmayaraq, gəldiyim qənaət budur ki, sıradan olan bir spesifik xarakterli müsabiqənin göstəricilərinə "biabırçi nəticələr” damğası vurub, yazılı və elektron mediada "tirajlamaq” və bu halı bütövlükdə kütləvi müəllim ordusu ilə əlaqələndirmək, müəllim nüfuzuna kölgə salmaq cəhdindən, ədalətsizlik və qərəzçilik mövqeyindən başqa bir şey deyildir. Onsuz da xeyli sayda müəllimi, və saxta diplpmluları DQ vasitəsi ilə işlərindən kənarlaşdırmışıq, kifayət qədər vakant yerlər yaranıb, və bu istiqamətdə işlər davam edir.

İstənilən halda bizi müəllim yetişdirib və bu günkü müəllimi də biz yetişdirmişik. Sıradan olan bir imtahanda hansısa bir qrup müəllimin aşağı göstəricilərini aramsız olaraq "biabırçı nəticələr” kimi tirajlayıb, bütövlükdə müəllim şəxsiyyətini aşağılamaqla nəyə nail oluruq, bunu heç cür başa düşə bilmirəm. Bəlkə bu tirajlamalarla repetitorluq institututunu daha da inkişaf etdirmək, hazırlıq kursları şəbəkəsini bir az da genişləndirmək, ən təhlükəlisi isə məktəb mühitini sarsıtmaq fikrinə düşənlərimiz var. Müəllimi biabır etmək, onu savadsız kimi cəmiyyətə təqdim etmək vəziyyətdən çıxış yolu ola bilməz. Müəllimə qarşı yönələn bu təpkilər tamamilə başqa maraqlara, daha açıq şəkildə desək, kimlərinsə biznes və kommersiya məqsədlərinə xidmət etmirsə, bəs onda onun başqa adı nədir...?

Bir vaxtlar hamını müəllim imtahana çəkərdi, indi müəllimi imtahana çəkirik. Çəkək, cəmiyyət qarşısında müəllimin nə kimi məsuliyyət daşıdığını bir daha ona xatırladaq, lakin kimlərinsə uğursuzluqlarına bu qədər "sevincək” olmayaq, real duruma görə bir-birimizə "göz aydınlığı” verməyək. Bir də ki, sıravi müəllimlərə təqdim etdiyimiz testlərdə sual və tapşırıqları ifrat dərəcədə qəliləşdirmək yolundan bir az çəkinək. Elə çixmasın ki, guya imtahan edən başqa planetdən gəlib, imtahan verən də başqa bir yad planetlilərdəndir. Bir məqamı da nəzərə almalıyıq ki, nə qədər ki, müəllim hazırlığı ilə məşğul olanları deyil, yalnız siravi müəllimləri imtahan edəcəyik, hədəf yenə müəllim olacaq. Hədəfi dəyişməliyik.

Dünən bizi yetişdirən də müəllimdir, bugünki müəllimi yetişdirən də bizik. Elə isə gəlin emosiyaları və ambisiyaları bir kənara qoyaq, həqiqətin üzünə bir az açıq gözlə baxaq...

Nadir İsrafilov.moderator.az




Whatsapp'ta Paylaş



Загрузка...
loading...

Həmçinin oxuyun:
Nazirlik müəllimlərə yönələn ittihamlara CAVAB VERDİ

Nazirlik müəllimlərə yönələn ittihamlara CAVAB VERDİ

“İstedadlı şagird üçün istedadlı müəllim” müsabiqəsinin nəticələri açıqlanıb

“İstedadlı şagird üçün istedadlı müəllim” müsabiqəsinin nəticələri açıqlanıb

"Bunu çoban da bilir müəllim niyə bilməsin?"...

Müəllimlərdən MİQ imtahanları ilə bağlı qəribə təkliflər: “Məntiq, kurikulum və müsahibə ləğv olunsun!”

Müəllimlərdən MİQ imtahanları ilə bağlı qəribə təkliflər: “Məntiq, kurikulum və müsahibə ləğv olunsun!”

"Deyək ki, 35 yaşa kimi 5 ildən bir rayon - rayon gəzdik. Bəs ondan sonra?Özümüzə başqa iş axtarmalıyıq”

Nadir Israfilov: “Müqəddəs və şərəfli” peşə sahibini imtahana çəkmək mənə bir az ağır gəlir…

Nadir Israfilov: “Müqəddəs və şərəfli” peşə sahibini imtahana çəkmək mənə bir az ağır gəlir…

“Ali məktəblərdə ciddi sistem olsa, MİQ imtahanları ləğv oluna bilər” – Ekspertlərdən TƏKLİFLƏR

“Ali məktəblərdə ciddi sistem olsa, MİQ imtahanları ləğv oluna bilər” – Ekspertlərdən TƏKLİFLƏR

Müəllimlərin işə qəbulu üçün keçid balları - AÇIQLANDI

Müəllimlərin işə qəbulu üçün keçid balları - AÇIQLANDI

Müəllimlərin yerdəyişməsinə görə vakant yerlər necə müəyyən olunur - TƏHLİL

Müəllimlərin yerdəyişməsinə görə vakant yerlər necə müəyyən olunur - TƏHLİL

“İmtahanda 4 bal toplayan müəllimlər də var” - Ekspert

“İmtahanda 4 bal toplayan müəllimlər də var” - Ekspert

Bu il magistratura imtahanlarında yüksək bal toplayanların sayı azalıb - STATİSTİKA

Bu il magistratura imtahanlarında yüksək bal toplayanların sayı azalıb - STATİSTİKA

"Azərbaycanda gələcəyin ixtisasları nə ola bilər, bu haqda düşünən yoxdur" -EKSPERT

Müsabiqənin nəticəsi məlum olub - 815 şagirdin...

Müsabiqənin nəticəsi məlum olub - 815 şagirdin...

Məktəbdəki müəllimlərin 23,3 faizi niyə ali təhsilli olmadan dərs deyir?

Məktəbdəki müəllimlərin 23,3 faizi niyə ali təhsilli olmadan dərs deyir?

Azərbaycanda kollec təhsilli müəllimlər daha çox hansı fənləri tədris edir?

Azərbaycanda kollec təhsilli müəllimlər daha çox hansı fənləri tədris edir?

Müəllimin dəyişməsi şagirdlərə necə təsir edir?

Müəllimin dəyişməsi şagirdlərə necə təsir edir?

İstedadlı şagirdlərin seçimi aparılıb

İstedadlı şagirdlərin seçimi aparılıb

2019-cu ildə qəbul imtahanında ballar belə hesablanacaq - AÇIQLAMA

2019-cu ildə qəbul imtahanında ballar belə hesablanacaq - AÇIQLAMA

“Müəllimlik itirilmiş sənət deyil, lakin müəllimə hörmət itirilmiş ənənədir”

“Müəllimlik itirilmiş sənət deyil, lakin müəllimə hörmət itirilmiş ənənədir”

Tanınmış təhsil ekspertindən Təhsil Nazirliyinə məntiqli sual

Tanınmış təhsil ekspertindən Təhsil Nazirliyinə məntiqli sual

“İmtahan-imtahan oyunu” vəziyətdən çıxış yolu deyil, olsa-olsa növbəti bir oyundur

“İmtahan-imtahan oyunu” vəziyətdən çıxış yolu deyil, olsa-olsa növbəti bir oyundur

"Müəllimlərin işdən azad ediləcəyi fikri qeyri-ciddidir " NADİR İSRAFİLOV

Təhsildəki problemləri ibtidai sinif müəllimlərinin üzərinə atmağı düzgün saymıram !

Təhsildəki problemləri ibtidai sinif müəllimlərinin üzərinə atmağı düzgün saymıram !

Açıq dərsi necə təşkil etmək lazımdır?

Açıq dərsi necə təşkil etmək lazımdır?