Xəbərlər / Müəllim
09 yanvar 2019
3 494


Qalmaqallı müsabiqədə yüksək bal toplayan kənd müəllimi hər şeyi açdı - MÜSAHİBƏ

Qalmaqallı müsabiqədə yüksək bal toplayan kənd müəllimi hər şeyi açdı - MÜSAHİBƏ

 

 
 
"İstedadlı şagird üçün istedadlı müəllim” müsabiqəsinin nəticəsi son günlər cəmiyyətdə ciddi narazılığa və narahatlığa səbəb oldu. Təbii ki, müsabiqə nəticələrini öyrənənlərin bu narahatlığı keçirməsi səbəbsiz deyildi. Məsələn, imtahanda iştirak edən 405 riyaziyyat müəllimindən 4 nəfəri təqdim edilən 25 sualın 50+ faizinə doğru cavab verib, fizika fənni üzrə 180 nəfərdən 11 nəfəri təqdim edilən 25 sualın 50+ faizinə doğru cavab verib. Cəmiyyətdə bu, "rüsvayçılıq” kimi qəbul edilsə də, nazirlik bu rəqəmləri heç də təəssüflə qarşılamadı, əskinə "yaxşı nəticə” kimi dəyərləndirdi. Nazirlikdən belə əsaslandırıldı ki, bu imtahan olimpiadaya şagird hazırlaşdıra biləcək müəllimləri müəyyən etmək üçündür. Suallar isə xeyli qəliz olub.

Təbii ki, az da olsa imtahanda uğurlu nəticə göstərənlər də oldu. Onlardan biri Neftçala rayonu Rafiq Gözəlov adına Xıllı qəsəbə 1 saylı orta məktəbin fizika müəllimi Seyran Səfərovdur. O, fizika fənni üzrə ən yüksək nəticə göstərən ikinci müəllimdir. Bakının qabaqcıl məktəblərinin müəllimləri imtahanda 50 faizi keçmədiyi halda rayon məktəbi müəlliminin belə yüksək nəticə göstərməsi xeyli maraqlıdır.

 
- Seyran müəllim, əvvəlcə sizi bu uğurlu nəticə münasibətilə təbrik edirəm. Rayon məktəbi müəlliminin belə nəticə göstərməsi hər kəsi maraqlandıran məsələdir.

- Təvazökarlıqdan uzaq olsa da, mən şagird yaşlarımdan prosesin içindəyəm. Əvvəl özüm olimpiada iştirakçısı idim, illərdir şagirdlərimi hazırlayıram. 1985-ci ildə fizika üzrə respublika olimpiadasının qalibi olmuşam. Bu il "İstedadlı şagird üçün istedadlı müəllim” müsabiqəsində ən yüksək nəticə göstərən mənim müəllimim olub. Yəni ən yaxşı nəticə göstərən 3 müəllimdən biri mənim müəllimim Sevda Əsgərli (95 faiz), digəri isə mənəm (87 faiz). Sevda müəllim indi Bakıdadır. Mən isə uzun illərdir şagirdlərimi olimpiadalara hazırlayıram. 1993-cü ildən müəllim kimi fəaliyyət göstərirəm. 1998-99-cu ildə şagirdlərimizdən biri respublika üzrə fizika olimpiadasının qalibi oldu. 20 ildən çoxdur bu işlə məşğulam və hər il də şagirdlərimiz respublika üzrə qaliblər sırasında olur. Nəzərə alaq ki, mən olimpiadaya yalnız Xıllıdan olan şagirdləri gətirə bilirəm. Bütün rayonda bu cür istedadlı uşaqları bir yerə toplayıb hazırlaşdırmağım çətindir.

- Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmrullayev açıqlamasında bu müsabiqənin yalnız Bakıda deyil, regionlarda da şagirdlərin hazırlanmasına dəstək məqsədi daşıdığını demişdi. Bunun üçün maddi dəstək nəzərdə tutulub.

- Bəli, bunun üçün qrant ayrılır. Təhsil Nazirliyi sağ olsun, dəstək olur. Ayrılan vəsait digər kəndlərdən uşaqların olimpiadaya hazırlanmasına dəstək məqsədi daşıyır. Bizim də az-çox bu məsələlərdən başımız çıxır. Bu il səhhətimlə bağlı bəzi səbəblərdən nəticə istədiyim kimi olmadı, gələn il faizi daha da artırmaq istəyirəm. İki suala cavab verməmişdim, birinci yerdə müəllimim, ikinci yerdə mən oldum.
 
 

Qalmaqallı müsabiqədə yüksək bal toplayan kənd müəllimi hər şeyi açdı - MÜSAHİBƏ

 

 

 

- Bu cür imtahan ilk dəfədir keçirilir. Sizcə istedadlı şagirdləri yetişdirə biləcək müəllimlərin aşkarlanması ölkəmizin dünyada olimpiada nəticələrinə təsir edəcəkmi?


- Bu çox yaxşı müsabiqədir. Çünki olimpiadaya gedəcək şagirdlə hər müəllim məşğul ola bilməz. Bu gün müəllimlərin əksəriyyəti ali məktəblərə qəbul testləri ilə məşğuldur. Həmin testlər də sanki tapmacadır. Test üsulu ilə irəli gedə bilmərik. Olimpiadaya uşaq yetişdirmək üçün ilk növbədə müəllimin potensialı olmalıdır. İndi Təhsil Nazirliyi bu müəllimlərin axtarışına çıxıb.


- Nəticələr açıqlanıb, yəqin siz də məlumatlısınız. Fənlər üzrə müəllimlərin bu imtahanda göstəriciləri çox aşağı hesab edilir. Siz necə düşünürsünüz?


- Müəllimlərin ixtisas fənnindən suallara cavab verərkən bu qədər aşağı nəticə göstərməsi ayıbdır. Nə suallar idi onlar? SSRİ dövründə qəbul sualları belə idi. Görün səviyyə necə aşağı düşüb. 90 faiz aşağı nəticə göstərmək nə deməkdir? Çünki əksəriyyəti testlə ali məktəbə qəbul olanlardır. Onlar da məcburiyyətdən müəllim olanlardır. Bir məqam anlaşılmalıdır ki, biz testlə irəli gedə bilmərik.


Bir tərəfdən həmin müəllimləri müəyyən qədər anlayıram. Onların çoxu olimpiada sualları ilə heç vaxt məşğul olmayıblar. Bir qismi mənimlə əlaqə saxlayır, heç vaxt belə suallar görmədiyini deyir. Növbəti illərdə gərək müəllimlər öz üzərində işləsinlər. Çünki müəllimin də səviyyəsi artmalıdır. Bu müsabiqənin nəticəsi göstərdi ki, bu işlə məşğul olan müəllimlərin sayı barmaqla sayılacaq qədərdir. 


 

Qalmaqallı müsabiqədə yüksək bal toplayan kənd müəllimi hər şeyi açdı - MÜSAHİBƏ

 

 
- Hər halda imtahana gələn müəllimlər hamısı müsabiqənin mahiyyətindən xəbərdar olub.

- Təbii bilirdilər. Düzdür, onlara imtahan vaxtı barədə bir həftə əvvəl məlumat verilib. Bir həftəyə olimpiadaya hazırlaşmaq mümkün deyil. Olimpiada bədii kitab deyil ki, oxuyub öyrənəsən. Bunun üçün müəllimin qarşısında olimpiada səviyyəsinə uyğun şagird olmalıdır. Müəllim həmin şagirdlə həm işləməli, həm də özü öyrənməlidir. O qədər məşğul olmaq lazımdır ki, insanda vərdiş yaransın. Bu, zaman tələb edən məsələdir. İmtahandan sonra müəllimlərdə hərəkət var. Artıq onlar öz səviyyələrini bildilər. Bildilər ki, nə gündədirlər. Bundan başqa bu vaxta qədər olimpiadaya hazırlaşdırmaq üçün mərkəz ancaq Bakıda olub. Bundan sonra belə mərkəzlər regionlarda yaradılacaq, bu, yaxşı haldır. Rayonlarda kifayət qədər istedadlı uşaqlar var. Lakin onların üzə çıxmaq üçün çox zaman şansı olmur. 10-11-ci siniflərdə ali məktəbə hazırlaşırlar, ancaq bu istiqamətdə köklənirlər. Ümumi səviyyə aşağı düşür.

- Neçə ildir olimpiadaya hazırlaşan biri kimi suala cavab verməyinizi istərdim. Suallar çox çətin, məktəb proqramından tam fərqli idimi?

- Təbii ki, olimpiada sualları idi. Məktəb proqramından kənar olmasa da dərinləşdirilmiş mövzular idi. Olimpiada ilə məşğul olmayan adam suallara cavab verə bilməzdi. Nəticələr də bunu göstərdi. 90-95 faiz aşağı nəticə göstərmək nə deməkdir? Lakin imtahanla bağlı bəzi iradlarımız da oldu. Məsələn, çətinlik dərəcəsindən asılı olmayaraq, bütün suallar eyni balla dəyərləndirilirdi. İmtahan iştirakçılarının zala telefonla daxil olmasına icazə verilmişdi. Bütün bu iradları Nazirlik əməkdaşlarına çatdırdıq, onlar da növbəti dəfə nəzərə alacaqlarını bildirdilər.
 
 

Qalmaqallı müsabiqədə yüksək bal toplayan kənd müəllimi hər şeyi açdı - MÜSAHİBƏ

 

 

 

- Seyran müəllim, bu məsələyə yanaşmalar fərqli oldu. Təhsil Nazirliyinin rəsmisi bildirdi ki, nəticələr yaxşıdır, heç belə gözləmirlərmiş. Bir tərəfdən də belə fikirlər var ki, dünya səviyyəsində olimpiadalarda uğur qazanan şagirdlər var. Müəllimlərin səviyyəsi belədirsə, bəs həmin şagirdləri kim yetişdirir? Suallar nə qədər çətin olsa da, müəllimlərin əksəriyyətinin 50 faizdən aşağı nəticə göstərməsi nə qədər bəraət qazandırılacaq haldır?


- Bizim uşaqlarımız güclüdür. Türk liseylərinin müəllimləri ilə ünsiyyətdə olmuşam. Onlar da etiraf edir ki, ən güclü uşaqlar azərbaycanlılardan olur. Bu sözləri mənim çox xoşuma gəlir. Həqiqətən də bizim istedadlı uşaqlarımız çoxdur, əlimizdə xəzinə var, sadəcə onlarla işləyən müəllim ordusu lazımdır. Türk liseyləri Türkiyədən belə müəllimləri bura gətirir, dünyadakı məşhur professorları bu işə cəlb edirlər. Ona görə də həmin liseylərin şagirdləri olimpiadalarda daha yüksək nəticə göstərir. Bundan başqa həmin şagirdlərin internetə çıxış imkanları olduğundan daha çox məlumatlı olur. Lakin dünya olimpiadalarında biz hələ də zəifik. Çünki olimpiada ilə məşğul olan müəllim komandası yoxdur. Fizikadan bir neçə belə adam tanıyıram.


- Sizcə, bizdə nə üçün belə müəllimlər yetişmir?


- Bismarkın belə bir sözü var ki, "Ağıl yer kürəsini oynadan lingdirsə, onun dayaq nöqtəsi puldur”. Yəni bütün işlərin başında pul dayanır. Bu məsələni Təhsil İnstitutu səviyyəsində də qaldırmışam. Mənim 49 yaşım var, artıq bizim vaxtımız keçir, yeni nəsil yetişməlidir. Bu gün müəllimlər qazanc məqsədilə repetitorluqla məşğul olur, olimpiada işi kənarda qalır. İstəyirəm dünya olimpiadası üçün şagird hazırlayım. Lakin bunun üçün əvvəlcə özüm hazır olmalıyam. Çətinlik çəkəndə Moskva Dövlət Universitetinin professorlarından dəstək alıram. Şagirdlərimdən biri – Ataş Ələkbərov bu universitetdə professordur. Bu sahəyə yaxşı maddi dəstək olmalıdır ki, hər kəs işini bilsin. Təhsil Nazirliyindən bildirilir ki, məqsəd regionlarda şagirdlərin olimpiadaya hazırlanması üçün imkan yaratmaqdır. Dünyada olimpiadaya ciddi hazırlaşırlar. Mən maddi ehtiyac səbəbindən repetitorluq edirəm, ancaq şənbə - bazar günləri olimpiada ilə məşğul ola bilirəm. Bu da normal deyil. Müəlimlər bir yerə toplanmalı, təcrübə mübadiləsi aparılmalıdır. Bunun üçün isə başlıca şərt maddi dəstəkdir. 


 

Qalmaqallı müsabiqədə yüksək bal toplayan kənd müəllimi hər şeyi açdı - MÜSAHİBƏ

 

 

 - Şagirdləri yetişdirəcək müəllimləri seçməzdən əvvəl onları yetişdirmək lazım deyilmi? Məsələn, hər fənn üzrə sizin kimi təcrübəli müəllimlər onları istiqamətləndirər.


- Məsələn, mənim konkret işim olmalıdır. Ancaq olimpiada ilə məşğul olmalıyam. Yəni təkcə uşaqları hazırlaşdırmaq deyil, özüm də hazırlaşmalıyam. Azərbaycan dilində bu istiqamətli material yoxdur. Məcbur olub xarici dillərdən tərcümə edib oxuyuruq. Üstəlik, kənd uşaqlarının evində rahatlıqla internetə çıxış imkanı olmur, dil bilgisi zəif olur. Onlar üçün hər bir yeniliyi müəllim təqdim etməlidir. Bunun üçün də maddi dəstək şərtdir. Bu zaman müəllim repetitorluqla məşğul olmaqdansa, öz üzərində işləyər.


- Müsabiqə nəticəsində ayrılan qrant olimpiadaya uşaq hazırlaşdırmaq üçün yetərlidirmi?


- Qrant üç aylıqdır ki, bu da çox deyil. Ayrılan vəsait isə yetərli olmur. Elə pul ayrılmalıdır ki, işim ancaq olimpiada olsun. Hətta qrantın müddəti bitəndən sonra da həmin uşaqları buraxmayım. İndi isə uşaqlar qısa zamanda dağılır. Həmin şagirdlərə də güzəşt edilə bilər. Şagirdlər bütün dərslərdə iştirak edərək olimpiadaya hazırlaşa bilmir.


- Şagirdlərin yüklənməsi məsələsinə toxunmuşkən bu mövzu son vaxtlar gündəmdədir. Siz təcrübəli müəllim kimi necə dəyərləndirirsiniz bu gün dərsliklərin vəziyyətini və şagirdlərin həddən artıq yüklənməsi fikirləri ilə razısınızmı?


- Bu gün yazılan dərsliklər qəlizləşdirilmiş formadadır. Bizim əvvəlki kitablar rus dilindən tərcümə idi, anlaşılırdı. Rusiyada uşaqların səviyyəsinə uyğun dərsliklər yazılır. Bizdə isə bir kitab yazılır, bütün şagirdlərdən onu mənimsəmək tələb edilir. Axı hər şagirdin qavrama qabiliyyəti var. Dərslikləri yazan mütəxəssis deyil. Alternativ dərsliklər olmalıdır. Bundan başqa şagirdlər çox yüklənir. Fizika üzrə olimpiadaya hazırlaşan şagird tarixi yüksək səviyyədə oxuya bilməz. Türk liseylərində bu şagirdlər əlavə hazırlaşdırılır.

 


Qalmaqallı müsabiqədə yüksək bal toplayan kənd müəllimi hər şeyi açdı - MÜSAHİBƏ

 

 
- Seyran müəllim, siz öz müəlliminizlə başabaş nəticə göstərmisiniz. Sizin yolunuzu davam etdirən şagirdləriniz varmı?

- Əlbəttə, yaxşı şagirdlərim var. Birini bayaq dedim Moskva Dövlət Universitetində işləyir. Dəyanət Liseyində bir dəyərli şagirdim Qurban Nağıyev müəllim işləyir, özü şagirdlər yetişdirir artıq. Bir şagirdim Azərbaycan Texniki Universitetində müəllim işləyir, Hikmət Qurbanlı Bakı Ali Neft Məktəbində Kompüter texnologiyaları üzrə dərs deyir. Bir şagirdimiz Ayaz Hüseynov Almaniyanın "Mercedes-Benz" şirkətində işləyir. Fizika ilə bağlı ancaq Qurban Nağıyev var. Özü olimpiada qalibidir, bu imtahan vaxtı Türkiyədə olduğuna görə iştirak edə bilmədi. İmtahanda olsaydı, o da yüksək nəticə göstərərdi. Təəssüfləndirici məqam odur ki, fizika üzrə olimpiada qalibi olan şagirdlərimiz sonradan müəllim işləmək istəmir. Səbəbi məlumdur. Onlar mənə baxır, belə əziyyət çəkmək istəmir. Əksəriyyəti yaxşı kompüter mühəndisidir. Ancaq onlardan yaxşı müəllim olardı. İndi uşaqlarımıza yaxşı müəllim axtarırıq. 300-400 balla ali məktəbə qəbul olandan yaxşı müəllim olmağı gözləmək doğru deyil. Finlandiyalıların yaxşı bir sözü var: "Özündə olmayan şeyi başqasına verə bilmərsən”. Biz həmin müəllimlərin özündə olmayanı necə tələb edə bilərik. Onların heç birinin olimpiada təcrübəsi belə yoxdur. Müəllimliyə dövlət səviyyəsində önəm versələr, maraq artar. Həmçinin kənd məktəblərinə diqqət daha da artmalıdır. Bizim məktəbin 100 ildən çox yaxşı var, köhnə tikilidir, istilik sistemi yoxdur. Belə olan halda hansı yüksək təhsildən danışmaq olar? Bu çətinliyə baxmayaraq, şagirdlərimiz çox yaxşı nəticələr əldə edir. Amma diqqət artırılmalıdır.Publika.az
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
"Bu müəllimlər işdən azad olunmalıdır"

"Bu müəllimlər işdən azad olunmalıdır"

“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”na start verilib

“Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”na start verilib

“Problemsiz  Tarix dərsliyimiz yoxdur” –  Alim təhsilin əsas problemini açıqladı

“Problemsiz Tarix dərsliyimiz yoxdur” – Alim təhsilin əsas problemini açıqladı

“Dünən bizi yetişdirən də müəllimdir, bugünki müəllimi yetişdirən də bizik...”

“Dünən bizi yetişdirən də müəllimdir, bugünki müəllimi yetişdirən də bizik...”

MİQ-in  müsahibə mərhələsinin eksperti: “Burada gördüklərimə mat qalmışam, cəmi bircə müəllim...”

MİQ-in müsahibə mərhələsinin eksperti: “Burada gördüklərimə mat qalmışam, cəmi bircə müəllim...”

Nazirlik müəllimlərə yönələn ittihamlara CAVAB VERDİ

Nazirlik müəllimlərə yönələn ittihamlara CAVAB VERDİ

Ekspertdən Təhsil Nazirliyinə irad - Bu sualları düşmən yazıb?

Ekspertdən Təhsil Nazirliyinə irad - Bu sualları düşmən yazıb?

BU MÜƏLLİMLƏR İXTİSAR OLUNACAQ - TƏHSİL NAZİRLİYİ

BU MÜƏLLİMLƏR İXTİSAR OLUNACAQ - TƏHSİL NAZİRLİYİ

“İstedadlı şagird üçün istedadlı müəllim” müsabiqəsinin nəticələri açıqlanıb

“İstedadlı şagird üçün istedadlı müəllim” müsabiqəsinin nəticələri açıqlanıb

İmtahanda sıfır nəticə göstərən müəllimlər: Onlar Azərbaycanın gələcəyini baltalayır

İmtahanda sıfır nəticə göstərən müəllimlər: Onlar Azərbaycanın gələcəyini baltalayır

Bu şəxslərin dioplomu LƏĞV EDİLSİN - Ekspertdən İNANILMAZ TƏKLİF

Bu şəxslərin dioplomu LƏĞV EDİLSİN - Ekspertdən İNANILMAZ TƏKLİF

"Yüksək bal toplamaq heç də bütün hallarda keyfiyyət göstəricisi ola bilməz”

"Yüksək bal toplamaq heç də bütün hallarda keyfiyyət göstəricisi ola bilməz”

Fərqli uşaqların müəllimi: “Əvvəl oturub-durmağı da bacarmırdı, sonra...” - FOTOLAR

Fərqli uşaqların müəllimi: “Əvvəl oturub-durmağı da bacarmırdı, sonra...” - FOTOLAR

Gədəbəyli müəllim statistikanı alt-üst etdi: Fənn olimpiadasında qalib gələn 28 nəfərdən 21-i onun şagirdidir - MÜSAHİBƏ

Gədəbəyli müəllim statistikanı alt-üst etdi: Fənn olimpiadasında qalib gələn 28 nəfərdən 21-i onun şagirdidir - MÜSAHİBƏ

İstedadlı şagirdlər üçün yeni vəsait çap olunub

İstedadlı şagirdlər üçün yeni vəsait çap olunub

Günel Səfərova ali məktəb rəhbərlərinə müraciət etdi - "Müəllimlər uşaqları..."

Günel Səfərova ali məktəb rəhbərlərinə müraciət etdi - "Müəllimlər uşaqları..."

Müəllim işləmək məcburiyyətindəyəm?

Müəllim işləmək məcburiyyətindəyəm?

Yaxşı müəllim kimdir?

Yaxşı müəllim kimdir?

Poylu qəsəbə tam orta məktəbin yeni müəllimi-  Arzu Xəlilova

Poylu qəsəbə tam orta məktəbin yeni müəllimi- Arzu Xəlilova

Fənn olimpiadalarının iştirakçılarından 1.221-i növbəti mərhələyə vəsiqə qazanıb

Fənn olimpiadalarının iştirakçılarından 1.221-i növbəti mərhələyə vəsiqə qazanıb

Müəllimlərin nəticələri şagirdlərdən aşağıdır – Rayon təhsil şöbələrinə sərt İTTİHAM

Müəllimlərin nəticələri şagirdlərdən aşağıdır – Rayon təhsil şöbələrinə sərt İTTİHAM

ADNSU-da Respublika Fənn Olimpiadası keçiriləcək

ADNSU-da Respublika Fənn Olimpiadası keçiriləcək

36 illik təcrübəsi olan müəllimlə müsahibə

36 illik təcrübəsi olan müəllimlə müsahibə

Yüksək bal toplayan abituriyentlər sonradan niyə uğurlu nəticə göstərə bilmirlər? -EKSPERT

Yüksək bal toplayan abituriyentlər sonradan niyə uğurlu nəticə göstərə bilmirlər? -EKSPERT