Xəbərlər / Valideyn / Müəllim / Bakalavr
16 yanvar 2019
2 220


İmtahanlar təxirə salındı

İmtahanlar təxirə salındı

 

 
Azərbaycanın bir sıra ali məktəblərində hava şəraiti ilə əlaqədar imtahanların vaxtı dəyişdirilib.

Bakı Mühəndislik Universitetinin mətbuat katibi Rəcəb Rzayev bildirib ki, hava şəraiti ilə əlaqədar imtahanların vaxtı dəyişdirilib:

"17 və 18 yanvar tarixlərində Bakı Mühəndislik Universitetində imtahan olmayacaq”.

Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin mətbuat katibi Nəcibə Mirzeya da imtahanların təxirə salınması faktını təsdiqləyib:

"Hava şəraiti ilə əlaqədar 17 və 18 yanvar tarixlərində keçiirlməsi nəzərdə tutulan imtahanların vaxtı dəyişdirilib. Təxirə salınan imtahan vaxtlarını aiddiyatı dekanlıqlar təyin edərək rektorluqa məlumat verəcəklər”.

Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova saytımıza açıqlamasında bildirib ki, hava şəraiti ilə əlaqədar Bakı Dövlət Universitetində də imtahanlar təxirə salınıb. Məlumata görə, 17 yanvar tarixinə təyin edilmiş imtahanlar 19 yanvar tarixinə, 18 yanvar tarixli imtahanlar isə 21 yanvar tarixinə keçirilib.

Azərbaycan Texniki Universitetinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Nicat Abdullayev:

"Kəskin hava şəraiti ilə əlaqədar olaraq, Təhsil nazirinin əmrinə əsasən, 17-18 yanvar 2019-cu il tarixində keçirilməsi nəzərdə tutulan imtahanlar ləğv olunub. Tələbələrdən xahiş olunur ki, göstərilən tarixlərdə imtahana gəlməsinlər. Ləğv olunan imtahanlarla əlaqədar əlavə məlumat veriləcək”.

Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbərin Esmira İsmayılova da açıqlamasında bildirib ki, universitetdə 17-18 yanvar tarixli imtahanlar təxirə salınıb.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mətbuat katibi Bəhruz Nəzərov qeyd edib ki, 17-18 yanvar tarixlərində təxirə salınan imtahanların vaxtı növbəti günlərdə müəyyənləşdiriləcək.

Bakı Avrasiya Universitetinin mətbuat xidmətinin rəhbəri Şəfayət Avılbəyli saytımıza açıqlamasında bildirib ki, kəskin hava şəraiti ilə əlaqədar, təhsil nazirinin əmrinə əsasən 17-18 yanvar 2019-cü il tarixində keçirilməsi nəzərdə tutulan imtahanlar  Bakı Avrasiya Universitetində də təxirə salınıb. 

"Tələbələrdən xahiş olunur ki, göstərilən tarixlərdə imtahana gəlməsinlər. Təxirə salınan imtahanlarla əlaqədar əlavə məlumat veriləcək".

Həmçinin, Azərbaycan Dillər Universiteti və Azərbaycan İqtisad Universitetində də imtahanların vaxtı dəyişdirilib. Lakin həmin imtahanların hansı gündə keçiriləcəyi hələ bəlli deyil.

Qeyd edək ki, bu gün Təhsil naziri Ceyhun Bayramov təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə əmr imzalayıb. Təhsil Nazirinin əmri ilə bütün təhsil müəssisələrində təlim-tərbiyə ilə bağlı tədbirlər 17 və 18 yanvar tarixlərində təxirə salınır.

Bura bütün ümumtəhsil müəssisələri, peşə təhsili müəssisələri,orta ixtisas və ali məktəblərdə istənilən növ tədris tədbirləri- dərs,imtahan,kollokvium və sair daxildir. Eyni zamanda istər dövlət, istər özəl təhsil müəssisələri və uşaq bağçaları da bu siyahıya daxildir.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Dərslərin təxirə salınması ilə bağlı söylənənlər əsassızdır- BŞTİ

Dərslərin təxirə salınması ilə bağlı söylənənlər əsassızdır- BŞTİ

Seçkilərə görə imtahanların tarixi dəyişdirilir? - RƏSMİ AÇIQLAMA

Seçkilərə görə imtahanların tarixi dəyişdirilir? - RƏSMİ AÇIQLAMA

Nazirliyin hava xəbərdarlığı məktəblərdə qarışıqlıq yaratdı- DƏRSLƏR DAYANDIRILDI

Nazirliyin hava xəbərdarlığı məktəblərdə qarışıqlıq yaratdı- DƏRSLƏR DAYANDIRILDI

Bəzi bölgələrdə dərslər təxirə salındı

Bəzi bölgələrdə dərslər təxirə salındı

Ali məktəblərdə yay imtahanları başlayıb - Hansı təhsil ocağından şikayət var...

Ali məktəblərdə yay imtahanları başlayıb - Hansı təhsil ocağından şikayət var...

Təhsil Nazirliyi qeyri-sabit hava şəraiti ilə bağlı tələbə və şagirdlərə xəbərdarlıq edib

Təhsil Nazirliyi qeyri-sabit hava şəraiti ilə bağlı tələbə və şagirdlərə xəbərdarlıq edib

Soyuq hava şəraiti ilə əlaqədar şagirdlərin davamiyyəti aşağı düşüb

Soyuq hava şəraiti ilə əlaqədar şagirdlərin davamiyyəti aşağı düşüb

Sabahdan dərslər dayandırılır!

Sabahdan dərslər dayandırılır!

AzMİU-da imtahanların gedişi ilə əlaqədar mediatur təşkil olunub

AzMİU-da imtahanların gedişi ilə əlaqədar mediatur təşkil olunub

Ləğv edilmiş qurumlarda işləmək üçün imtahan verənlərin aqibəti necə olacaq?

Ləğv edilmiş qurumlarda işləmək üçün imtahan verənlərin aqibəti necə olacaq?

Hansı ali məktəbin güzəştli tələbəsi çoxdur? - SİYAHI

Hansı ali məktəbin güzəştli tələbəsi çoxdur? - SİYAHI

Ali məktəblərdə payız semestri yekunlaşır - İmtahanlar necə olacaq?

Ali məktəblərdə payız semestri yekunlaşır - İmtahanlar necə olacaq?

Yağmurlu hava Bakı məktəblərindəki davamiyyətə təsir göstəribmi?

Yağmurlu hava Bakı məktəblərindəki davamiyyətə təsir göstəribmi?

Universitetlərdə qış imtahanları yarıya çatdı - Hansı ali məktəbdə narazılıq BÖYÜKDÜR?

Universitetlərdə qış imtahanları yarıya çatdı - Hansı ali məktəbdə narazılıq BÖYÜKDÜR?

DİM Dövlət Qulluğu ilə bağlı yeni tarixləri elan etdi

DİM Dövlət Qulluğu ilə bağlı yeni tarixləri elan etdi

Universitetlərdə qış imtahanları başladı - Hansı ali məktəb daha yaxşı hazırlaşıb...

Universitetlərdə qış imtahanları başladı - Hansı ali məktəb daha yaxşı hazırlaşıb...

İlk qəbul imtahanları niyə apreldə keçirildi?..

İlk qəbul imtahanları niyə apreldə keçirildi?..

İqtisad Universitetində dərslər dayandırıldı

İqtisad Universitetində dərslər dayandırıldı

Bakı məktəblərində işə qəbul imtahanlarının vaxtı açıqlanıb

Bakı məktəblərində işə qəbul imtahanlarının vaxtı açıqlanıb

BDU tələbələrinə şad xəbər:kreditləri universitet ödəyəcək

BDU tələbələrinə şad xəbər:kreditləri universitet ödəyəcək

Qış imtahanlarından “2” alan tələbələr - MÜZAKİRƏLƏR BAŞLADI

Qış imtahanlarından “2” alan tələbələr - MÜZAKİRƏLƏR BAŞLADI

20 Yanvar günü dərs və iş olacaqmı? – AÇIQLAMA

20 Yanvar günü dərs və iş olacaqmı? – AÇIQLAMA

Bu universitetlərdə yaşı 70-i ötmüş müəllimlər də çalışır - SİYAHI

Bu universitetlərdə yaşı 70-i ötmüş müəllimlər də çalışır - SİYAHI

Bütövlükdə imtahanların şəffaf və obyektiv keçirilməsi ADPU rəhbərliyinin diqqət mərkəzindədir

Bütövlükdə imtahanların şəffaf və obyektiv keçirilməsi ADPU rəhbərliyinin diqqət mərkəzindədir