Xəbərlər
18 yanvar 2019
2 080


Güclü külək Bakıda bu qədər məktəbə ziyan vurdu – Dam örtüyü uçan, qazanxanası zədələnən -RƏSMİ

Güclü külək Bakıda bu qədər məktəbə ziyan vurdu – Dam örtüyü uçan, qazanxanası zədələnən -RƏSMİ

 

Yanvarın 17-si güclü külək nəticəsində paytaxtdakı bəzi ümumi təhsil müəssisələrinə müəyyən dərəcədə ziyan dəyib.

Bu barədə Aztehsil.com-a Bakı Şəhər Təhsil İdarəsindən məlumat verilib. İdarədən bildirilib ki, Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən 188 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi güclü külək nəticəsində uçub.

Bununla əlaqədar müvafiq qurumlara məlumat verilib. Xəsarət alan olmayıb. Ərazi nəzarətdə saxlanılır.

Bildirilib ki, güclü külək nəticəsində 97, 165, 228 nömrəli tam orta məktəblərin dam örtüyü də müəyyən qədər zədələnib, 197 nömrəli tam orta məktəbin qazanxanasının dam örtüyünün bir hissəsi uçub, 139 nömrəli tam orta məktəbin idman zalının pəncərəsi, bəzi məktəblərdə bir neçə sinif otağının pəncərəsi sınıb, 126, 14, 253 nömrəli tam orta məktəblərin ərazisində olan bir neçə ağac aşıb. Xəsarət alan olmayıb, hazırda həmin ərazilər nəzarətdə saxlanılır.

Qeyd edək ki, hava şəraiti ilə bağlı BŞTİ-də Qərargah yaradılıb. Qərargahın yaradılması ilə bağlı bütün məktəb direktorları öncədən məlumatlandırılıb, xüsusi hallara dair hərəkət təlimatı verilib. Qərargah 24 saat fəaliyyət göstərir. Hər hansı xüsusi hal baş verdikdə məktəb rəhbərləri Qərargah üçün müəyyən edilmiş əlaqə vasitələrinə dərhal məlumat verirlər.

Onu da qeyd edək ki, Təhsil Nazirliyinin Nazirlər Kabinetinin 2019-cu il 16 yanvar tarixli sərəncamının icrasını təmin etmək məqsədilə "Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə” əmrinə əsasən, hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar 2019-cu il yanvarın 17-si və 18-i respublika ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılıb və tədrislə bağlı tədbirlər təxirə salınıb.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Sabahdan məktəblərdə dərs başlayır - NAZİRLİK

Sabahdan məktəblərdə dərs başlayır - NAZİRLİK

Külək məktəbin dam örtüyünü dağıtdı

Külək məktəbin dam örtüyünü dağıtdı

"Çovğun tətili"nə  düşən summativ qiymətləndirmə nə zaman keçiriləcək? - Nazirlikdən cavab

"Çovğun tətili"nə düşən summativ qiymətləndirmə nə zaman keçiriləcək? - Nazirlikdən cavab

Dərslərin təxirə salınması ilə bağlı söylənənlər əsassızdır- BŞTİ

Dərslərin təxirə salınması ilə bağlı söylənənlər əsassızdır- BŞTİ

Bakıda şagird sıxlığından əziyyət çəkən məktəblər var - SİYAHI

Bakıda şagird sıxlığından əziyyət çəkən məktəblər var - SİYAHI

İmtahanlar təxirə salındı

İmtahanlar təxirə salındı

Sabahdan dərslər dayandırılır!

Sabahdan dərslər dayandırılır!

Kürdəmirdə məktəbin tavanı uçub - FOTO

Kürdəmirdə məktəbin tavanı uçub - FOTO

20 nömrəli məktəb-liseyin direktoruna töhmət verilib

20 nömrəli məktəb-liseyin direktoruna töhmət verilib

İqtisad Universitetində dərslər dayandırıldı

İqtisad Universitetində dərslər dayandırıldı

Şəkidə orta məktəb yanıb

Şəkidə orta məktəb yanıb

Soyuq hava şəraiti ilə əlaqədar şagirdlərin davamiyyəti aşağı düşüb

Soyuq hava şəraiti ilə əlaqədar şagirdlərin davamiyyəti aşağı düşüb

Təxirə salınan dərs günləri məktəblilərin tətilindən çıxılacaq? – Rəsmi cavab

Təxirə salınan dərs günləri məktəblilərin tətilindən çıxılacaq? – Rəsmi cavab

Bakı məktəblərinə yeni təyin olunan direktorların adları - TAM SİYAHI

Bakı məktəblərinə yeni təyin olunan direktorların adları - TAM SİYAHI

"Bakı məktəbləri dərsliklə tam təmin edilib" - Təhsil İdarəsi

"Bakı məktəbləri dərsliklə tam təmin edilib" - Təhsil İdarəsi

Təhsil İdarəsi "Son zəng" haqqında məlumat yaydı

Təhsil İdarəsi "Son zəng" haqqında məlumat yaydı

Nazir əmr imzaladı - Məktəb direktoru işdən çıxarıldı

Nazir əmr imzaladı - Məktəb direktoru işdən çıxarıldı

Nazirliyin hava xəbərdarlığı məktəblərdə qarışıqlıq yaratdı- DƏRSLƏR DAYANDIRILDI

Nazirliyin hava xəbərdarlığı məktəblərdə qarışıqlıq yaratdı- DƏRSLƏR DAYANDIRILDI

Direktordan sabahla bağlı xəbərdarlıq: “Məktəbin qəzalı korpusunun qarşısında toplaşmayın”

Direktordan sabahla bağlı xəbərdarlıq: “Məktəbin qəzalı korpusunun qarşısında toplaşmayın”

“İlan görüldüyü” deyilən məktəbin təmirinə başlanılıb

“İlan görüldüyü” deyilən məktəbin təmirinə başlanılıb

Bakı məktəblərinin şagird və müəllim sayı AÇIQLANDI

Bakı məktəblərinin şagird və müəllim sayı AÇIQLANDI

Yanvarın 17-də R. Yusifov adına şəhər 2 nömrəli tam orta məktəbdə zona seminarı keçirilib

Yanvarın 17-də R. Yusifov adına şəhər 2 nömrəli tam orta məktəbdə zona seminarı keçirilib

Bu il müsabiqə yolu ilə işə qəbul olunan müəllimlər diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə bərabər tutulacaq

Bu il müsabiqə yolu ilə işə qəbul olunan müəllimlər diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə bərabər tutulacaq

Tədrisin təmayüllər üzrə  təşkil olunacağı Məktəblər məlum oldu - Sİyahı

Tədrisin təmayüllər üzrə təşkil olunacağı Məktəblər məlum oldu - Sİyahı