Xəbərlər / Müəllim
31 yanvar 2019
28 994


Buraxılış imtahanlarında balların hesablanma qaydası

Buraxılış imtahanlarında balların hesablanma qaydası

 

 
Azərbaycanda IX siniflər üzrə buraxılış imtahanları üç fənn-Azərbaycan dili, Xarici dil və Riyaziyyat üzrə iki mərhələdə həyata keçirilir.

Birinci mərhələdə şagirdlərə Azərbaycan dili üzrə 20 tapşırıq, xarici dil üzrə 15 tapşırıq və riyaziyyat üzrə 10 tapşırıq təqdim olunur. Ümumilikdə 45 tapşırıq  3 saat vaxt ərzində cavablandırılmalıdır.

Bu mərhələdə şagirdin toplaya biləcəyi yüksək bal 90-dır. İkinci mərhələdə isə hər fənn üzrə ayrılıqda 30 tapşırıq, ümumilikdə isə 90 tapşırıq şagirdlərə təqdim olunur. Bu tapşırıqları yerinə yetirmək üçün isə 2 saat 15 dəqiqə vaxt ayrılır. Şagirdin toplaya biləcəyi yüksək bal 210-dur.

Təhsil üzrə mütəxəssis Elçin Əfəndinin izahı ilə IX sinif buraxılış imtahanlarında balların hesablanma qaydasını təqdim edirik

Birinci mərhələ üzrə balların hesablanma qaydası:

Azərbaycan dili üzrə ümumilikdə 20 tapşırıq verilir ki, bunlardan 10 tapşırıq açıq, 10-u isə qapalıdır. Şagird bütün tapşırıqları düzgün yazarsa, hesablanma belə olacaq:

2*nd(açıq) , yəni 2*10=20. ( açıq tipli tapşırıqlardan topladığı bal)

Alınan nəticənin üzərinə nd(qapalı) düsturunu tətbiq edirik.

Yəni, açıq tapşırıqlardan alınan balın üzərinə 10 əlavə edirik. ( düzgün cavabların sayı 10 olduğuna görə) 20+10=30 bal alırıq.

Xarici dil üzrə ümumilikdə 15 tapşırıq verilir ki, bunlardan 6 tapşırıq açıq, 9-u  isə qapalıdır.

Şagird hamısını düzgün yazarsa, hesablanma belə olacaq:

10:7*(2nd(açıq)+nd(qapalı)).

Burada birinci mörtərizənin içərisini hesablayırıq:

2*6=12

12+9=21.

Bundan sonra isə 10-u 7-yə bölüb, 21-ə vururuq. Nəticədə 30 bal alırıq.

Riyaziyyat üzrə isə verilən 10 tapşırıq hamısı qapalıdır.

Şagird hamısını düzgün yazarsa, hesablanma belə olacaq:

3*nd(açıq). Burada 3*10=30 bal alırıq.

İkinci mərhələ üzrə balların hesablanma qaydası isə bütün fənlər üzrə eynidir.

Belə ki, Azərbaycan dili üzrə 30 qapalı test tapşırığı verilir.

Hamısı doğru yazılarsa:

7:3*nd. Burada alınan nəticəni, yəni 2,3333333333333333*30=70 bal.

Xarici dil üzrə 30 qapalı test tapşırığı verilir.

Hamısı doğru yazılarsa: 7:3*nd. Burada alınan nəticəni, yəni 2,3333333333333333*30=70 bal.

Riyaziyyat üzrə 30 qapalı test tapşırığı verilir.

Hamısı doğru yazılarsa: 7:3*nd. Burada alınan nəticəni, yəni 2,3333333333333333*30=70 bal.

Hər iki mərhələ üzrə şagirdlərə Azərbaycan dilindən 50, xarici dildən 45, riayziyyatdan isə 40 tapşırıq təqdim olunur. Hər fənn üzrə maximum əldə ediləcək bal 100, ümumilikdə isə 300-dür.

Ballara görə qiymətləndirməyə gəldikdə, bu barədə Dövlət İmtahan Mərkəzi hələlik heç bir məlumat verməyib. Təxmini hesablamalara görə isə düşünürəm ki, hər iki mərhələnin nəticəsinə əsasən, 40 baladək  "2”, 40-70 bal arası  "3”, 70-90 bal arası "4”, 90-100 bal arası isə  "5” balla qiymətləndirilə bilər.

Xatırladaq ki, izah Dövlət İmtahan Mərkəzinin təqdim etdiyi rəsmi düsturlara əsaslanır.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Buraxılış imtahanlarının hesablanma qaydası -İZAHLI VƏ SADƏ FORMADA

Buraxılış imtahanlarının hesablanma qaydası -İZAHLI VƏ SADƏ FORMADA

Şəhadətnamə ilə kolleclərə sənəd verənlərin balı bu qayda ilə hesablanacaq

Şəhadətnamə ilə kolleclərə sənəd verənlərin balı bu qayda ilə hesablanacaq

Qəbul imtahanlarında balların hesablanma qaydası

Qəbul imtahanlarında balların hesablanma qaydası

XI sinif buraxılış imtahanlarının yeni qaydaları-Nələr dəyişib?

XI sinif buraxılış imtahanlarının yeni qaydaları-Nələr dəyişib?

Bugünkü imtahanın şərtləri – Qapalı test 1 bal

Bugünkü imtahanın şərtləri – Qapalı test 1 bal

2019-cu ildə qəbul imtahanında ballar belə hesablanacaq - AÇIQLAMA

2019-cu ildə qəbul imtahanında ballar belə hesablanacaq - AÇIQLAMA

Ana dili və Ədəbiyyat fənlərində qəbul proqramından çıxarılan və əlavə olunan mövzular

Ana dili və Ədəbiyyat fənlərində qəbul proqramından çıxarılan və əlavə olunan mövzular

Nəticələr və yekun qiymətləndirmə necə hesablanır? - Buraxılış imtahanları ilə bağlı bütün suallara cavab

Nəticələr və yekun qiymətləndirmə necə hesablanır? - Buraxılış imtahanları ilə bağlı bütün suallara cavab

Bu il kəsilən abituriyentlər gələn il necə imtahan verəcəklər? – DİM-dən açıqlama

Bu il kəsilən abituriyentlər gələn il necə imtahan verəcəklər? – DİM-dən açıqlama

Martın 12-də IX sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının I mərhələsinin nəticələri açıqlanıb

Martın 12-də IX sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanının I mərhələsinin nəticələri açıqlanıb

9 illik təhsil üzrə buraxılış imtahanı - 2 mərhələdə keçiriləcək

9 illik təhsil üzrə buraxılış imtahanı - 2 mərhələdə keçiriləcək

Buraxılış imtahanı vermiş şagirdlərin nəzərinə

Buraxılış imtahanı vermiş şagirdlərin nəzərinə

Qəbul və buraxılış imtahanları belə olacaq - Şərtlər açıqlandı

Qəbul və buraxılış imtahanları belə olacaq - Şərtlər açıqlandı

Kurikulum qaydalı yeni imtahanlarda sınaqların keçirilmə, balların hesablanma metodu – Hazırlıq kursu nümunəsində

Kurikulum qaydalı yeni imtahanlarda sınaqların keçirilmə, balların hesablanma metodu – Hazırlıq kursu nümunəsində

Buraxılış və qəbul imtahanları ilə bağlı yeni model açıqlanıb

Buraxılış və qəbul imtahanları ilə bağlı yeni model açıqlanıb

Qəbul imtahanları hansı fənlərdən olacaq? - BÜTÜN YENİLİKLƏR AÇIQLANDI

Qəbul imtahanları hansı fənlərdən olacaq? - BÜTÜN YENİLİKLƏR AÇIQLANDI

Növbəti buraxılış imtahanlarının nəticələri açıqlanıb

Növbəti buraxılış imtahanlarının nəticələri açıqlanıb

Məleykə Abbaszadə: "Şagirdlərə yeni növ tapşırıq veriləcək"

Məleykə Abbaszadə: "Şagirdlərə yeni növ tapşırıq veriləcək"

Qəbul imtahanında yeniliklər- AÇIQLANDI

Qəbul imtahanında yeniliklər- AÇIQLANDI

Kolleclərə tələbə qəbulu elan edilib

Kolleclərə tələbə qəbulu elan edilib

XI sinif şagirdlərinə bəd xəbər

XI sinif şagirdlərinə bəd xəbər

Yeni test modeli nə vaxt təqdim olunacaq? -AÇIQLAMA

Yeni test modeli nə vaxt təqdim olunacaq? -AÇIQLAMA

“Qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq” - YENİLİKLƏR

“Qəbul imtahanlarında 700 ballıq sistem saxlanılacaq” - YENİLİKLƏR

Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elan edildi

Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elan edildi