Bahçeşehir Universiteti Bakıda məzunları ilə görüşüb
Bakıda Türkiyənin Bahçeşehir Universiteti(BAU), azərbaycanlı məzunları üçün beşinci "BAU Azərbaycan Məzun Görüşü”nü keçirib. Görüşdə azərbaycanlı məzunlarla yanaşı, BAU Global ailəsi, "Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin və "Loqos Nitq və İnkişaf Mərkəzi”nin nümayəndələri iştirak ediblər.
Məzun görüşündə bu kimi tədbirlərin önəmini vurğulayan Bahçeşehir Universitenin sahibi Ənvər Yücel məzunlarla qarşılıqlı əlaqələrinin vacibliyini qeyd edib: "Harada olmaqlarından asılı olmayaraq hər zaman məzunlarımıza dəstək olmağa çalışırıq. Çünki universiteti ucaldan məzunlarıdır. Dünyanın müxtəlif yerlərindəuniversitetlərimiz, akademik mərkəzlərimiz var. Bununla yanaşı, məzunlarımız getdikləri yerlərdə məzun ofisləri açmaqla, universitet məzun əlaqələrini daha da möhkəmlənməsinə yardımcı olurlar.”
E. Yücel Azərbaycan Türkiyə əlaqələrinin önəmindən də söz açıb: "Azərbaycanı başqa bir ölkə olaraq deyil, öz vətənimiz olaraq görürük. Biz bir millət iki dövlətik.Məzunlarımızla Türkiyə Azərbaycan əlaqələrinin hər gün daha da möhkəmlənəcəyinə inanıram. Hazırda universitetimizdə 200-dən çox azərbaycanlı tələbə təhsil alır və bu say getdikcə də artmaqdadır. Bu da, daha sıx qardaşlıq əlaqələrinin göstəricisidir.”
BAU Məzunlar Mərkəzinin koordinatoru Melih Elidüzgün isə məzun görüşlərinin ənənə halına keçməsini vurğulayıb:"Məzun görüşlərimizin artıq bir ənənə halına keçməsi bizi çox sevindirir. Bu kimi görüşlərin keçirilməsi məzunlarımızla əlaqələrimizi daha da möhkəmləndirir.”
BAU-nun Azərbaycan üzrə nümayəndəsi Təhminə Paşayeva isə BAU məzunlarının fəaliyyət və uğurlarından danışıb: "Hazırda BAU məzunları öz işlərini quran və kariyeralarında uğur əldə edən şəxslərdir. Onların fəaliyyətlərindəki hər uğur bizi qürurlandırır. Məzunlarımızla davamlı şəkildə ünsiyyətdə olmağımız, yeni layihələrə start verməyimiz BAU ailəsini doğmalaşdırır və gücləndirir.”
"Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov isə təhsil sahəsində Azərbaycan Türkiyə əlaqələrinin uğurundan söz açıb.
Xatırladaq ki, tam ingilis dilində təhsil verən BAU, Silikon vadisindən Honk-Konqa qədər uzanan 5 universitet, 5 akakdemik mərkəzi və 4 dil məktəbi ilə Türkiyənin öncül vəqf universitetlərindən biridir.
Təhsilimizin gənc uğurlu simaları-Musayeva bacıları üçün konfrans təşkil olunub
Lənkəran Dövlət Universiteti Türkiyə Cumhuriyyətinin universitetləri ilə ikitərəfli əlaqələrini genişləndirir
Qənirə Paşayeva İstanbul universitetinin rektoru ilə Qarabağdan danışdı
Ən çox məzun yenə bu universitetimizdə oldu/Universitetləri nə qədər tələbə bitirdi
İlk məzun gününü keçirən və əksər tələbələrin arzuladığı universitetimiz
BDU Türkiyənin üç universiteti ilə müqavilə imzalayıb
Hansı abituriyentlər az bal toplayır?
ADNSU ilə Almaniya universitetləri arasında əlaqələr genişlənir
Təhsil Nazirliyi: Orta qəbul balı cari ilin məzunlarının hazırlıq səviyyəsini tam əks etdirmir
Lənkəran Dövlət Univversitetində “Məzun günü” keçirilib- FOTO
Qənirə Paşayeva Qaziantep Universitetinin rektoru ilə görüşüb
Azərbaycan universitetləri və Builki göstəricilər
Məhəmmədrza Purməhəmmədi: İran-Azərbaycan əlaqələrinin inkişafında elm ocaqlarının rolu böyükdür
AzMİU-da "Məzun Günü" keçirilib
UNEC məzunlarının tələbəlik həyatının son günü...adını fəxri daşa yazdıran tələbə və UNEC-i tələbələrə sevdirən təhsil
Bu gün yüzlərlə tələbə universitetə, tələbəlik həyatına əlvida deyir..SDU-da məzun günü
"Bu onu göstərir ki, Azərbaycan təhsil sistemi çox yaxşı inkişaf edib"
Azərbaycanlı tələbələr Tbilisidə Türkiyəyə dəstək aksiyası keçiriblər
Lənkəran Dövlət Universitetində Məzun günü keçirilib
Təhsildə daha bir uğur
ABŞ-da oxumaq istəyənlər üçün sərgi keçirildi - FOTO
LDU-da açıq qapı günü və məzun yarmarkası keçirilib.
UNEC Türkiyə universitetləri ilə təcrübə mübadiləsi aparacaq
Bakı Türk Liseyinin son 8 ildə 15-ci məzunu 700 bal toplayıb